Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

25 

 

formulu  “Mərama  müvafiq  olursa”  qeyri  ilə  qəbul  etmişdi.  Yəni  demək  istəmişdi 



ki,  “Bəli,  bir  millət  dövlətdən  ayrılmaya  belə  haqlıdır.  Yalnız  bir  şərtlə  ki,  bu 

ayrılmaq  mərama  müvafiq  olsun”.  Mərama  müvafiq  olan  ayrılmanın  təqlidi  isə 

bolşevik firqəsinə aiddir. Sonralar “bu təqdir”in miqyası da təyin olundu. “Təyini-

müqəddarat”  haqqı  bir  millətin  ümumi  heyətinə  deyil,  ancaq  o  millətin 

“proletariat”  sinifinə  məxsus  olundu.  Fərz  edək  ki,  Demokratik  Gürcüstan 

Cümhuriyyəti ilə müqavilə bağladıqdan və istiqlalını rəsmi surətdə təsdiq etdikdən 

sonra ordu sövq edərək bu məmləkəti istila çəkməsi altında əzməkdən çəkinilmədi. 

Eləcə  də  Azərbaycan  Cümhuriyyəti  də  o  surətlə  işğal  edilmişdir.  Bu  işğal  və 

istilasını Sovet hökuməti süni surətdə uydurduğu Gürcüstan və Azərbaycan “fəhlə 

üsyanları”  ilə  pərdələyər.  Gürcüstan  və  ya  Azərbaycan  fəhlələri  guya  “sovet 

Rusiyası  ilə  ilhaq  qərarını  verdiklərindən”  təbii  ki,  Moskva  bolşevikləri  elan 

etdikləri  “milliyyət”  prinsipini  pozmadan  bu  məmləkətlərə  gəlmişlərdir.  Çünki 

millət  müqəddəratını  təyinə  səlahiyyətdar  olan  zümrə  onlarsa  ancat  fəhlədir. 

Mövzu  predmeti  “fəhlə  üsyanı”nın  uydurma  olub,  ələladə  “bir  hərbi  hiylə”dən 

başqa  bir  şey  olmadığının  üstündən  keçərək,  bu  məmləkətləddə  nə  fəhlənin 

əhalinin ancaq yüzdə ikisini təşkil etdiyi, nə də yerli ünsürdən olmayıb əksəriyyətlə 

Rusiyadan gəlmə, yabançı bir ünsür olduğu da onlarsa etinaya layiq deyildir. Çünki 

“fəhlə  internasionaldır”.  Bu  surətlə  görünür  ki,  Lenin  bir  əli  ilə  bol  kisədən 

millətlərə  hüquq  payladığı  halda,  digər  əli  ilə  də  payladığı  bu  “payı”  lap 

quldurcasına  çalır.  Mərkəziyyətçi  proqramından  yapdığı  fədakarlığı  elastik  taktiki 

ilə  əvəz  edir.  1917-ci  ildə  istiqlal  elan  edən  Finlandiyanın  sərhəd  haqqındakı 

tələblərini  qəbul  edən  Lenin  bu  sərhəddin  qəbul  edilə  bilmədiyini  söyləyənlərə 

qarşı  “sərhəd  haqqında  alverin  ancaq  zavallı  burjualara  xas  bir  adət”  olduğunu 

qeyd  və  “Finlandiyanın  təkrar  alınacağı  ərəfəsində  olduqlarını”  söyləməklə 

arxadaşlarını təskin edirdi. Eyni zamanda Finlandiya paytaxtı Helsinkforsda oturan 

bolşevik  səfiri  beynəlmiləl  nəzakət  üsuluna  riayət  etmədən  “Yalnız  burjua 

hakimiyyətini ləğv edən millətdir ki, öz müqəddəratını hürriyyət və istiqlal ilə təyin 

edə  bilər”,  deyirdi.  1918-ci  ilin  əvvəllərində  Finlandiyada  kommunist  inqilabi 

zühur eylədi. Bolşeviklər səbirsizliklə Qızıl Ordunu Finlandiyaya  göndərdilər. Fin 

Cümhuriyyət  rəisi  Sioynixidvudun  protestosu  və  Fin  daxili  işlərinə  müdaxilə 

etməmək  tələbinə  cavab  olaraq  sovet  komissarı  Pakrovski  deyirdi  ki,  “Finlandiya 

sosialist  inqilabı  başlamışdır.  Rus  hökuməti  təqib  etdiyi  prinsiplər  naminə  bu 

inqilaba  yardım  etmək  məcburiyyətindədir.  Qızıl  Ordu  bunun  üçün  Finlandiya 

torpağına keçmiş, bundan sonra da lazım olduqda keçəcəkdir”. 

Səkkizinzi 

kommunist 

qurultayında  indiki  Stalin  pozisionunun 

məfkurəçisi  olan  Buxarin  və  onunla  bərabər  Tomski  “Millətlərin  öz 

müqəddaratlarını həllə səlahiyyətdar olub, istərlərsə tabe olduqları dövlətdən ayrıla 

da  bilərlər”  mənasını  daşıyan  maddənin  firqə  proqramından  çıxarılmasını  tələb 

eyləmişdilər. Çünki, demişlərdi bu taktikanı işlətməklə əlaqəli şüarın bundan sonra 

firqə  proqramında  olmasının  faydası  yoxdur.  Bu  maddə  ilə  artıq  təşəkkül  etmiş 




26 

 

olan sovet hökumətinin tamlığı hədələnir. Fəqət Lenin “Rusiya sosialist Federalist 



sovetlər  Cümhuriyyəti”  üçün  müsbət  qiymətini  itirən  bir  maddənin  xarici  siyasət 

nöqteyi-nəzərindən hələ mühüm bir qiymətə malik olduğu mülahizəsilə maddənin 

əbədiləşdirilməsini  müdafiə  eyləmiş,  sovetlərdən  ayrılmanın  “fəhlə  nöqteyi-

nəzərindən mərama müvafiq olmadığını” e'tiraf etməklə bərabər, bu şüarın düşmən 

burjua  dövlətlərini  parçalatmaq  məqsədi  nöqteyi-nəzərindən  müsbət  bir  rol 

oynayacağını  isbat  etmişdir.  Milliyyət  şüar  və  məsələsi  bolşeviklər  üçün  ikinci 

dərəcəli bir məsələdir. Bunun “fəhlə məsələsi” dedikləri baş hakimiyyətin təmininə 

yarar tabe bir məsələ olduğu, bolşeviklərdə milliyyət məsələsinin nəzəriyyəçisi və 

mütəxəssisi  kimi  tanınan  Stalin  tərəfindən  dəfələrlə  izah  olunmuşdur.  O,  12-ci 

qurultaya  oxunan  bəyannamədə  “Ayrılmaq  haqqının  sovetlərə  qarşı  tətbiqi  irtica, 

imperialistlərə qarşı tətbiqi isə inqilabdır” demişdir. 

 

III 



“SOVET FEDERALİZMİ” VƏ “AYRILMAQ HAQQI” 

  

Daxili  siyasətdə  mənfi  görülən  “təyini-müqəddərat”  prinsipi  ilə  bu 



prinsipdən  çıxan  “Ayrılmaq  haqqı”nın  xarici  siyasətdə  müsbət  bir  qiymətə  malik 

olduğu  fikri  bolşevik  siyasətinin  milliyyət  məsələsində  fəaliyyət  proqramı  qəbul 

etdiyi  çox  muhüm  bir  “tezis”dir.  Bu  tezisə  görə  Sovet  Federalizmi  müvəqqəti  bir 

tədbirdir.  Kommunist  firqəsi  proqramının  3-cü  maddəsində  “...federalizm”  tam 

vəhdətdə  götürülürsə,  keçid  dövrünə  məxsus  müvəqqəti  bir  şəkildir;  firqə  sovet 

tipində təşəkkül edən bütün dövlətlərin federativ surətdə birləşmələrini tələb edir” - 

deyə qeyd olunmuşdur. Üçüncü İnternasionalın 2-ci qurultayında isə bu fikir daha 

aydın  bir  surətdə  redaktə  olunmuş  “Federasion  natam  birliyə  keçmək  üçün  zəruri 

bir  keçid  tədbiri  olduğunu  təqdir  edərək  birliyin  daha  çox  sıxlaşdırılması  və  daha 

ziyadə birləşdirilməsini təqib etməlidir” deyilmişdir. Milliyyət məsələsi ilə məşğul 

olan  sovet  məmurlarından  Broydaya  görə  Sovetlər  İttifaqına  daxil  milli 

cümhuriyətrin xüsusiyyətlərini hədələyən yeni tədbirlər “irəliyə doğru atılmış birər 

addım”dır

1

.  Eyni  mühərrir  iqtibas  etdiyi  məqalənin  digər  bir  yerində  8-ci  firqə 



qurultayında  “Milliyyət  məsələsi  ilə  oynadığımız  yetər!”  -  deyən  natiqlərlə 

münaqişə edərək deyir ki, “Bu bir oyuncaq deyil, əksinə burjuaziya dövrünün bizə 

buraxdığı  ən  müdhiş  mirasın  təsirini  dəf  etmək  yolunda  icra  etdiyimiz  çox 

məsuliyyətli bir işdir”. Bundan başqa Broyda federalizmin digər nöqteyi-nəzərdən 

də  sovetlərə  lazım  olduğunu  isbat  edir.  “Sovetlər  İttifaqı  elə  bir  şəklə  malik 

olmadıdır  ki,  bu  şəkil  ona  irəlidə  təsis  edəcək  yeni  bir  çox  sovet  dövlət 

təşəkküllərini  də  öz  içərisinə  almaq  imkanını  versin”,  deyir.  Və  bu  söz  ilə  o, 

                                                           

1

“Həyati-miləl” (Жизна натсиональносте) 1923, səh. 4. 



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə