Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

23 

 

MİLİYYƏT MƏSƏLƏSİNDƏ 



BOLŞEVİK NƏZƏRİYYATI İLƏ 

ƏMƏLİYYATI 

 



 

BOLŞEVİK FİRQƏSİ - MATERİALİST VƏ KOSMOPOLİT 

 

Bolşeviklər, məlum olduğu üzrə, özlərini iıqilabçı sosializmin ən sədaqətli 



təmsilçisi  hesab  edirlər.  Mülkiyyət,  milliyyət  və  vətən  kimi  tarixi  rabitə  və 

müəssisələrlə,  hesablaşmaq  surətilə  mövcud  hökumət  sistemini  islah  etmək 

taktikini  seçən  mötədil  sosialistlər  onların  fikrincə  marksizmdən  çıxmış 

mürtədlərdir. Bunun üçün də Lenin digər sosialist firqələrlə qarışdırılmasın deyə öz 

firqəsinin  adını  da  dəyişdirdi:.  sosial-Demokrat  Bolşevik  Firqəsi-yerinə 

Kommunist  Bolşevik  Firqəsi  dedi.  Eyni  zamanda  sosialist  İnternasionalına 

müqabid  təşkil  etdiyi  internasionala  da  Kommunist  İnternasionalı  adını  verdi.  Bu 

surətlə Leninin xüsusilə əvvəlki marksizmə geri dönməsi dəxi ahəngini alır. Rusiya 

Kommunist  Firqəsi  Marks  və  Engels  tərəfindən  qələmə  alınan  “Kommunist 

manifestinə” qayıdırdı. 

Sosialistlərin 

ümumiyyətlə 

inqilabçı  sosialistlərin  isə  xüsüsən 

mərkəziyyətçi  bir  fikir  sisteminə  malik  olduqları  məlumdur.  İnqnlabçı  fəhlə 

firqəsinin  məfkurəsini  daşıyan  kommunistlər  üçün  bundan  daha  təbii  bir  sistem 

təsəvvür  oluna  bilməzdi.  Kommunist  inqilabı  kapitalizmin  inkişafı  nəticəsində 

hasilə  gələcək  inhisarçı  sənaye  daxilində  vücud  qazanacaqdır.  Fəhlənin  qəti 

hakimiyyətini təmin  üçün təbii ki,  cahan-şümul iqtisad və sənaye inkişafına  əngəl 

olan  bütün  maneələr  ortadan  qalxacaq,  milliyyət,  din  və  vətən  kimi  xüsusiyyətlər 

fövqündə beynəlmiləl bir fəhlə hakimiyyəti qurulacaqdır. 

Əvət,  Leninin  istər  Rusiya  Kommunist  Firqəsində,  istərsə  də  Üçünsü 

İnternasionalda,  irəlidə  görəcəyimiz  kimi,  təsis  və  tətbiq  etdiyi  şiddətli 

mərkəziyyətçiliklə,  dəmir  dissiplinin  fəlsəfəsi  “Kommunist  manifesti”ndəki 

“proletariya  hakimiyyəti”  tezisinə  (davasına)  istinad  edər,  Rusiyadakı  bütün 

sosialist firqələri də daxil olduğu halda, dünya ipqilabçı firqələri arasında bolşevik 

firqəsi  qədər  mərkəziyətçi  və  hakimiyyətçi  digər  bir  firqə  yoxdur.  O,  yalnız 

sosialist  və  radikal  firqələrinə  deyil,  monarxist  və  mühafizəkar  rus  firqələrinə 

nisbətlə də bu ustünlüyünü mühafizə edər. 

Hər  sentralist  və  kosmopolit  firqə  kimi,  Bolşevik  firqəsi  də  milliyyət 

məsələsində mənfi bir nöqteyi-nəzər .bəslər. Bax belə, Rusiya inqilabı nəticəsində 

məşhur  olan  yanlış  bir  şöhrətə  baxmayaraq,  Leninin  milliyyət  məsələsində  bəyan 

etdiyi  əvvəlki  fikirləri  davamızı  .qüvvətləndirdiyi  kimi,  Bolşevik  firqəsinin 

milliyyət məsələsindəki bugünkü tədqiqatı da bunu isbat eyləməkdədir.  



24 

 

Dünya 



müharibəsindən  sonra  xüsusilə  tanınan 

məşhur  Vilson 

prinsiplərində  xüsusi  mövqe  tutan  “Millətlərin  öz  müqəddəratlarını  həllə 

səlahiyyətdar  olduqları”  şüarı  bolşeviklər  üçün  heç  bir  zaman  öz  mahiyyətində 

müsbət  bir  qiymətə  malik  olmamışdır.  Onların  nəzərində  bu  şüar  təqib  etdikləri 

məqsəd  uğrunda  istifadə  etdikləri  silahlardan  birisidir.  Digər  təbirlə,  bu  məsələ 

onlar  üçün  heç  bir  zaman  bir  məqsəd  deyil,  sadə  bir  vasitə  və  alət  rolunu 

oynamışdır.  1913-cü  ilin  sonlarında  Lenin  “Milli  mədəniyyət  şüarının  burjualara 

məxsus bir şüar və əksəriyyətlə mürtəce və klerikallar tərəfindən istifadə olunan bir 

yalan  olduğunu”  söyləmişdir.  Lenin  o  illərdə  və  ondan  əvvəlki  dövrdə  kiçik 

kültürlərin  -  böyük  kültürlər  tərəfindən  təmsil  edilməsi  keyfiyyətinə  çox  böyük 

qiymət  verir  və  bunu  “kapitalizmi  sosializmə  təhvil  edən  əməllərin  ən  mühümü 

olaraq qiymətləndirirdi; və bu nöqteyi-nəzərdən Rusiyadakı qeyri-rusların kültürcə 

ruslaşmalarında çox böyük bir tərəqqi əsəri görürdü. “Milli mədəniyyət”ə müqabil 

Lenin  “Ümumdünya  fəhlə  hərəkatı  və  beynəlmiləl  demyokratiya  mədəniyyətini 

qoyurdu.  Bu  nöqteyi-nəzərlə  də  o,  Rusiyanın  milli-məhəlli  muxtariyətlər  əsası 

üzərində  qurulu  qoşma  cümhuriyyətlər  (federasyon)  şəklində  təsisinin  şiddətlə 

əleyhinə  idi

*

.  Məlumdur  ki,  Lenin  hər  zaman  dövlət  təşkilində  sentralizm  əsasını 



rəvac  etmiş  və  bu  nöqteyi-nəzərində  bolşevik  inqilabının  ərəfəsinə  qədər  icrar 

etmişdir. 



 

II 

 

MİLLİYYƏT MƏSƏLƏSİ BOLŞEVİKLƏR ÜÇÜN 

QAYƏ DEYİL, ALƏTDİR 

 

Hər nə surətlə olursa olsun, hərbdə yediyi zərbənin təsiri ilə pərişan olan 



Rusiyada  hakimiyyəti  əlinə  almaq  əzmi  ilə  hərəkətə  gələn  bolşevik  firqəsi  çox 

realist  olan  rəisi  Leninin  çevik  bir  hərəkətilə  çoxdan  bəri  təlim  etdiyi  prinsipləri, 

kəndli  məsələsində  olduğu  kimi,  milliyyət  məsələsində  də  dəyişdi.  Rusiya 

millətləri ilə Şərq və islam dünyasına xitab edən bəyannamələrində sovet hökuməti 

Rusiya imperatorluğu daxilində yaşayan millətlərin Rusiyadan ayrılmaq surətilə də 

olsa  öz  müqəddəratını  mahiyyət  etibarilə  təyinə  səlahiyyətdar  olduqlarını  elan 

edirdi. 

Millətlərin  tabe  olduqları  bir  dövlətdən  ayrılmağa  belə  haqlı  olduqlarını 

elan  edərkən  bolşeviklər  şübhəsiz  ki,  səmimi  deyildilər.  Onlar  bu  haqqı  millətin 

təbiətindən  nəşət  edən  bir  qiymət  kimi  dəyərləndirməyir.  Zamanın  ən  təsirli  bir 

şüarı olan bu fikri öz məqsədlərinə xidmət etdirmək üçün hiyləgər bir manevra ilə 

istifadə edirlərdi. 1917-ci ildə bolşevik konqresi Lenin tərəfindən təklif olunan bu 

                                                           

*

“S.V.” nömrə 21-22. 



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə