Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

33 

 

bilmədiklərindən heysiyyət sahibi kommunistlərin Üçüncü İnternasionalı nə surətlə 



tərk  etdiklərini  bütün  təfsilatı  ilə  izah  eyləmişdir.  Frossar  deyir  ki,  “Moskva 

kommunistləri özləri ilə bərabər çalışmağı deyil, onlar kimi düşünməyi və dünyanı 

ancaq  onların  gözlərilə  görməyi  tələb  edirlər.  Tətbiq  etdikləri  bu  müstəbidçi 

taktikayla  onların  nə  kimi  bir  nəticə  əldə  etdiklərini  tədqiq  isə  mövzumuz 

xaricindədir”. 

Frossara baxılırsa bu nəticə çox elmidir. 

 

VI 

 

MİLLİYYƏT MƏSƏLƏSİ YALNIZ BİR GÖSTƏRİŞDİR 

 

Məqaləmizin  başında  kommunistlərin  məfkurə  etibarı  ilə  qatı  bir 



mərkəziyyətçi  olduqlarını  qeyd  eyləmişdik.  Firqə  və  İnternasionaldakı  təcrübələri 

ilə  təşkilat  sahəsində  dəxi,  məfkurələrində  olduğu  qədər  qatı  və  amansız  bir 

mərkəziyyətçi olduqlarını görürük. 

Rusiya  Sosial-Demokrat  Firqəsi  daxilində  bir  partiya  təşkil  etdiyi 

zamanlarda  belə,  bolşevik  firqəsi  mərkəziyyətçilik  ümdəsinə  qarşı  müqəddəs  bir 

iman  bəslər,  ona  qarşı  adətən  ibarət  edərdi,  İndi  sözdə  də  olsa  tətbiq  etdiyi 

federalizmi o zaman adətən bir küfr hesab edər, bu məsləki izləyənləri əksinqilabçı 

deyə  daşqalaq  edərdi.  Çünki  federalizm  onların  fikrincə,  istehsal  vəsaitinin 

inkişafına mane hesab olunurdu. İnqilabı sürətləndirən ən böyük amil isə bu inkişaf 

idi. O halda bolşevikləri milli istiqlal şüarı ilə federalizmə, sözdə də olsa, güzəştə 

getməyə məcbur edən səbəb əcəba nədir? 

Bu  sualın  cavabı  1921-ci  ildə  keçirilən  kommunist  qurultayı  tərəfindən 

qəbul  olunan  bəyannamədə  bulunur.  Bu  bəyannamədə  deyilir  ki,  “Kənar 

vilayətlərdə  kommunist  firqəsinin  tərəqqi  və  inkişafı  xüsusi  bir  qrup  müşkilata 

məruz qalır. Bir tərəfdən kənar vilayətlərdə çalışan velikorus arxadaşlar hakim bir 

millət  mühitində  yaşadıqları  və  milli  hakimiyyət  acısını  dadmadıqları  üçün 

əksəriyyətlə milli xüsusiyyətlərin sovet işlərində əhəmiyyət və təsirini təqdir etmir 

və  yaxud  bu  xüsusiyyətlə  heç  hesablaşmayırlar...  Digər  tərəfdən  də  yerli 

kommunistlər  ki,  milli  hakimiyyət  zülmlərini  çəkmişlər  və  bunun  təsirindən  hələ 

qurtulmamışlardır,  çox  kərə  olur  ki,  milli  xüsusiyyətlərin  əhəmiyyətini  ezam 

edirlər  və  zəhmətkeşlərin  sinfi  mənafei  və  xüsusiyyətlərini  nəzərə  almırlar  və 

yaxud bir millətə mənsub zəhmətkeş əhalinin mənafeini o millətə məxsus müştərək 

deyə  anılan  mənafelə  qarışdırırlar  ki,  bu  da  onları  kommunizmdən  uzaqlaşdıraraq 

burjua-demokrat şovinizminə doğru cəlb edir”. 

Göründüyü  kimi,  nə  olsa  da,  bolşeviklər  tərəfindən  idealizə  olunan 

mərkəziyyətçilik  nə  qədər  mühüm  və  milli  xüsusiyyətlərin  bir  həmlədə  yer 

üzündən  silinməsi  nə  qədər  arzu  olsa  da,  acı  həqiqət  yenə  həqiqət  olaraq  qalır. 

Səkkizinci  kommunist  qurultayında  Lenin  deyirdi  ki,  “Biz  hər  nə  qədər  bir 




34 

 

Finlandiya milləti bilməyib, sadə zəhmətkeş fin xalq kütləsi tanımaqda israr etsək 



də,  bu  isrardan  bir  şey  çıxmaz.  Çünki  mövcud  bir  şeyi  tanımamaq  olmaz.  Zira  o 

mövcudluq nəhayət özünü tanıtdırar”. Milli hərəkətlər isə yalnız Finlandiyada deyil 

Rusiyanın  hər  tərəfində  mövcuddu  və  bu  mövcudiyyətlərini  onlar  hələ  fevral 

inqilabından  əvvəl  hiss  etdirmişlər  və  inqilab  illərində  yaxşı  böyümüş  və 

irəliləmişlərdi.  Bu  şərait  daxilində  milli  hərəkatları  inkar  etmək  çox  ciddi  bir 

düşmən  qazanmaqdan  ibarət  olardı.  Halbuki,  “federalizm”  adı  altında  işlənən 

yapmacıq  bir  sistemlə  bu  hərəkatı  bolşevik  məqsədinə  doğru  döndərmək  qabildi. 

Milli  hərəkatlara  verilən  zahiri  əhəmiyyətlə  onlardan  bir  qisminin  dostluğu 

qazanılır,  şəklən  milli  birər  hökumət  halına  gəlmələrilə  də  bu  millətlər  eyni 

zamanda  “Milli  məhkumiyyətdən  qurtulmayan”  digər  millətləri  təhrik  üçün  gözəl 

bir səbəb olardı. Nədən bu sistemin tərəfi saxlanılmayacaqdı? Bolşevik mühərrir və 

partizanlarından  Uşinski  Kommunist  Firqəsinin  “Göstərişli  şüarlar”dan  çox 

həvəslə  istifadə  etdiyini  söyləmişdir.  “Biz  milliyət  şüarını  ortaya  atdıq...  Halbuki 

burjua  dövründə  bu  məsələnin  həll  edilməyəcəyini  çox  əla  bilirdik.  Bizim 

proqramımızda  or-dunun  milisə  çevrilməsi  tələbi  də  vardı.  halbuki,  mütərəqqi 

sosializm  dövründə  mili-sə  shtiyas  yoxdur.  sosializm  uğrunda  mücadilə  dövründə 

isə  milis  deyil,  ordu  lazımdır.  Fəqət  bu  qərarın  şöhrətəlayiq  dəyəri  olmasa,  da 

ifşaedici  bir  mahiyyəti  vardı.  Milliyət  məsələsindəki  şüarlarımızın  əhəmiyyəti  də 

bunda idi. Milli hakimiyyət burjuaziyanın son istinad etdiyi pənahgahdır. Bu silahı 

biz  milliyyətin  tam  xilasını  elan  etmək  surətilə  paralizə  edə  bilərik. ”.  Milliyət 

siyasəti  öz  etirafları  lüzumunca  kommunistlər  üçün  sadə  bir  göstərişdən  ibarətdir. 

Bu  göstərişlə  onlar  yenə  öz  et-raflarınca  Sovet  hökumətinin  xaricindəki 

cazibiyyətini təmin edirlər . Yoxsa mahiyyət həddində hər şey əskisi kimi qalır və 

kommunist  arzusu  çoxdan  bəri  bəslədikləri  mərkəziyyətçilik  qayələri  ilə 

kosmopolitiklərindən zərrə qədər fədakarlıq etməmişlərdir. Səkkizinsi Kommunist 

qurultayında Tomski demişdi: “Bu salonda tək bir kişi bulunmaz ki, millətlərin öz 

müqəddəratını  həllə  səlahiyyətdar olduqları  şüarı ilə  milliyyət hərəkatının təbii və 

arzu  edilən  bir  hərəkat  olduğunu  bəyan  eyləsin.  Buna  biz  yalnız  şərin  kiçiyinə 

baxar  kimi  baxırıq”.  Sovet  federalizminin  mürşidi  Stalin  isə  onuncu  firqə 

qurultayında “Milli müqəddaratın təyini” şüarı ilə biz çoxdan vidalaşdıq” demiş və 

                                                           

 Səkkizinçi qurultay qərarlarından. 

 

Bu  cazibiyyət  uçündür  ki,  onlar  Lehistana  qarşı  Belorus  Sovet  Cümhuriyyətinin  hüdudunu 



genişləndirir.  Bessarabiyaya  təsir  üçün  Rumıniya  hüdudunda  Moldaviya  Sovet  Cümhuriyyətini  təsis 

edir.  Əfqan  hüdudunda  Özbəkistan  İran  hüdudunda  da  Türkmənistan  Cümhuriyyətləri  təşkil  olunur. 

Eləcə  də  Türküstan  Çini  hüdudundakı  Qazaxstan  Cümhuriyyəti  ilə  Azərbaycandakı  Kürdüstan 

Cümhuriyyətinin  də  təşkilində  İran  türkmənləri  ilə  Rusiya  türkmənlərini  birləşdirmək  məqsədi 

güdüldüyünü Daşkənd bolşevik hərbi idarəsi tərəfindən nəşr olunan “Военны мысл” məcmuəsi heç də 

gizlətməmişdi. 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə