Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
- 67 - 
Bəli, Füzuli də Nizami kimi, böyük fəlsəfə klassiklərinin fikirlərinə sərbəst 
yanaşır  və  onları  öz  ideya  təkamülünə  yol  yoldaşı  edir.  Amma  mahiyyətlər  çox 
aydın  ifadə  olunur.  Məsələn,  Platonun  təlimi  belə  izah  edilir:  «Aləm  iki  aləmdən 
ibarətdir:  1.  Əql  aləmi  ki,  əqli  qəliblər  və  ruhani  surətlər  oradadır.  2.  İçərisində 
cismani bədənlər və növə  mənsub cisimlər olan və parlaq bir güzgü kimi əşyanın 
şəklini  özündə  əks  etdirən  duyğu  (hiss)  aləmi;  belə  ki,  bu  aləmdəki  varlıqlar  o 
aləmdəki varlıqların izləri (inikası)-dir».
1
 
  Göründüyü  kimi,  orta  əsrlərdə  Azərbaycanda  fəlsəfə  tarixinə  dair  ayrıca 
əsərlər  yazılmasa  da,  bu  mövzuya  geniş  yer  verilmiş,  əvvəlki  filosofların  yara-
dıcılığına hörmət və ehtiramla yanaşılmış, onların fikirləri yığcam şəkildə təqdim 
və  şərh  olunmuşdur.  Sonralar  M.F.Axundovun  da  öz  yaradıcılığında  fəlsəfə 
klassiklərinə  müraciət  etməsi,  onlarla  polemikaya  girməsi  Azərbaycanda  fəlsəfi 
fikrin  klassik  ənənələr  üzərində  qurulmasından  və  onun  peşəkar  səviyyəsindən 
xəbər verir.  
  M.F.Axundov  həm  özü  Cəlaləddin  Rumi  (Mollayi-Rumi),  David  Yum, 
Con  Stüart  Mill  kimi  görkəmli  filosoflar  haqqında  ayrıca  məqalələr  yazmış, 
Mənsur  Həllacın,  Ə.Caminin,  Spinozanın,  Volterin  və  s.  mövqelərinə  münasibət 
bildirmiş,  həm  də  ədəbi  və  fəlsəfi  fikir  tarixinin,  tənqidi  təhlilin  əhəmiyyətini 
vurğulamaqla öz qələmdaşlarına bu sahədə çox yazmağı tövsiyə etmişdir: «…Yeni 
tərbiyə  tapan  gəncləri  təşviq  etmək  üçün  alimlərin,  fazillərin,  filosofların, 
həkimlərin,  şair  və  ordu  sərkərdələrinin  ən  məşhurlarının  həyatını  dəxi  yaza 
bilərsən.  Onların  əsərlərindən,  yazılarından  və  fikirlərindən  parçalar,  hünərlərinə 
dair  misallar  yazmalısan».
2
  Əlbəttə,  M.F.Axundovun  əsərlərinin  məzmunu  ilə 
əlaqədar,  xüsusən  onun  şairlərə,  nəzmlə  yazılan  fəlsəfələrə,  Şərq  düşüncə 
ənənələrinə  münasibəti  ilə  əlaqədar  mübahisə  etmək  olar,  amma  bizi  indi 
maraqlandıran sadəcə keçmiş irsə müraciət, tənqidi təhlil ənənəsidir. 
Əslində  Azərbaycanın  böyük  yazıçı  və  filosoflarının  klassik  fəlsəfi  irsə 
sayğılı  münasibəti,  fəlsəfə  tarixinin  önəmli  məqamlarını  öz  təlimlərinə  daxil 
etmələri, məşhur filosofları dönə-dönə yad etmələri Əbu Nəsr Fərabi, İbn Sina kimi 
böyük  müsəlman  filosoflarının  qoyduğu  ənənənin  davamıdır.  Fərabinin  Platon  və 
Aristotel  təlimini  necə  geniş  və  anlaşıqlı  şəkildə  şərh  etdiyini  yada  salmaq 
kifayətdir.  
Yeni dövr filosoflarının da böyük bir qismi öz təlimlərini yaratmaqla bərabər 
fəlsəfə  tarixinə  müraciət  etmişlər.  Hegel,  Feyerbax,  B.Rassel,  K.Yaspers  kimi 
böyük  filosofların  fəlsəfə  tarixini  də  sistemləşdirmək  cəhdləri  xüsusi  diqqə-
təlayiqdir.  Əlbəttə,  Qərb  filosoflarının  «tarixçiliyində»  Şərqə  münasibətdə 
                                                 
1
 Yenə orada, səh.94. 
2
  M.F.Axundov. Kritika//Bədii və fəlsəfi əsərləri. B., «Yazıçı», 1987, səh. 334.   


 
- 68 - 
müəyyən unutqanlıq hallarına tez-tez rast gəlirik. Amma təbii ki, hərə ilk növbədə 
özünün daha yaxşı bildiyini önə çəkir.  
  İnsanın  özünü  məhz  bir  insan  olaraq  dərk  etmək  təşəbbüsləri  ilə  yanaşı, 
onun özünü bir millət nümayəndəsi olaraq da anlamaq və ifadə etmək təşəbbüsləri 
təbiidir.  Hər  bir  xalqın  bir  millət  olaraq  formalaşmasında  milli  məfkurənin  və 
fəlsəfi  fikrin  böyük  rolu  vardır.  Lakin  ümümbəşəri  fəlsəfi  fikir  heç  də  milli 
məfkurələrin  məcmusu  şəklində  yaranmır.  Milliliyin  fövqünə  qalxan,  insanın 
mahiyyətindən,  ümumiyyətlə  insan  həyatının  məna  və  məqsədindən  çıxış  edən 
ayrı-ayrı böyük mütəfəkkirlərin fəlsəfi yaradıcılığı onlara bütün bəşəriyyətin, insan 
cinsinin  adından  danışmaq  səlahiyyəti  verir.  Müasir  fəlsəfənin  gəlişməsində 
müxtəlif  dövrlərdə  müxtəlif  xalqların  nümayəndələri  öncül  rol  oynamışlar. 
Bəşəriyyət vahid olduğu kimi fəlsəfi fikir tarixi də vahiddir.  
  Bununla  belə,  fəlsəfi  fikrin  harada,  nə  vaxt  və  hansı  istiqamətdə  inkişaf 
etməsi  ayrı-ayrı  millətlərin  sosial,  iqtisadi,  mədəni-mənəvi  durumları  ilə  də  sıx 
surətdə əlaqədardır.  
Milli fikri ümumbəşəri ilə müqayisə edə bilmək üçün, heç şübhəsiz, əvvəlcə 
milli  Məni    həm  duyğu,  həm  də  təfəkkür  səviyyəsində  tanımaq  tələb  olunur.  Əks 
halda doğma və yadı fərqləndirmək, sənə məxsus olanı başqalarına məxsus olandan 
ayırmaq mümkün olmaz. 
Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. 
Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da 
vurmaq  mümkündür.  Vətənin,  millətin  nə  ilə  səciyyələndiyini  bilmədikdə,  onun 
rasional  simasını  görmədikdə,  mənafeyini  dərk  etmədikdə,  sadəcə  sevgi  notları 
üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur. 
Milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir 
adamın üzərinə ağır yük qoyur. Və bunu hər bir adamdan tələb etmək də düzgün 
deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Mil-
lətin,  vətənin  elmi-fəlsəfi  özünüdərk  konsepsiyası  milli  intellektin  səfərbər 
olunması  sayəsində,  milli  filosoflar,  ictimai-siyasi  liderlər  tərəfindən  işlənib 
hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə 
yox,  elmi-kütləvi,  fəlsəfi-publisistik,  poetik  dildə,  bədii  obrazlar  vasitəsilə, 
ədəbiyyatın,  sənətin,  kütləvi  informasiya  vasitələrinin  bütün  mümkün 
imkanlarından istifadə etməklə! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə