Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
- 84 - 
məqsədlərə  nail  olmaq  üçün  fəaliyyət  göstərir  və  bu  məqsədlərin  toplusundan, 
cəmindən böyük məqsəd, böyük nəticə hasil olacağını güman edirlər.  
Ona görə, tərbiyənin də, özünütərbiyənin də əsısında fərdi düşüncənin, azad 
fikrin  formalaşdırılması,  bütün  fəaliyyətlərin  ideya  əsasının  mənimsənilməsi 
dayanır.  Yəni  əqli  tərbiyə olmadan,  təfəkkür  mədəniyyəti  yüksəldilmədən  ictimai 
fəaliyyətin də pozitiv prinsiplər əsasında qurulması, faydalı olması mümkün deyil. 
Digər tərəfdən, şəxsiyyətin tərbiyəsi optimal ictimai mühitlə tamalanmalıdır. 
Fəlsəfənin  predmeti  dünyadan  kənara  çıxır  və  özünü  mənəvi  bir  varlıq 
olaraq  dünyadan  ayırmış  insanın  dünya  ilə  münasibətini  əks  etdirir.  Elm 
obyektiv  dünyanı,  insansız  (mənsiz,  mənəvi  faktorsuz)  dünyanı  öyrəndiyi  halda, 
fəlsəfə  məhz  insanlı  dünyanı,  insaniləşmiş,  rəmziləşmiş  dünyanı  öyrənir. 
İncəsənət  də  dünyanı  ifadə  edir,  bədii  obrazlarla,  rəmzlərlə  əks  etdirir.  Lakin 
burada  söhbət  elmdəki  mənada  inikasdan  deyil,  ideya-estetik  yaşantıdan  gedir. 
Bütün  bu  sahələr  insana  birbaşa  yox,  dolayısı  ilə  təsir  edir.  Din  isə  insanın 
məqsədini,  həyatın  mənasını  bilavasitə təlqin  edir.  Dini  dəyərlərin  isbata  ehtiyacı 
yoxdur. Burada həqiqət hissi təcrübə, məntiqi təfəkkür və ya bədii obraz vasitəsilə 
deyil, qəlbin nuru, mənəvi işıqlanma ilə açılır.  
Fəlsəfə ilə dinin məqsədi eynidir, amma birinci idrak, ikinci inam üzərində 
qərar tutur. Məhəmməd İqbal yazır: «Din qətiyyətlə qəbul edildiyi və tam mənası 
ilə  qavrandığı  təqdirdə  xarakter  və  mənliyi  büsbütün  dəyişdirə  biləcək  həqiqətlər 
sistemidir».
1
  Türk  tədqiqatçısı  prof.  Murtaza  Korlaelçi  Hegelə  istinadən  yazır: 
«Din var olmaq üçün fəlsəfəyə möhtac deyildir. Fəqət Hegelin dediyi kimi fəlsəfə 
ruhu  bilgi  ilə;  dini  həqiqəti  zəka  ilə  uzlaşdırmaq  üçün  özünü  dinə  qatmağa 
məcburdur».
2
 Çünki din insanın bilavasitə mahiyyətini, həyatın mənasını müəyyən 
edir.  Mənəviyyatın  daha  zəngin,  ömrün  daha  mənalı,  zövqün  daha  incə  olmasına 
fəlsəfə  və  incəsənət  də  təsir  edir.  Professor  R.Aslanova  yazır:  «Din  incəsənət  və 
yaxud  fəlsəfəyə  nisbətən  daha  mürəkkəb  və  daha  rəngarəng  mənəvi  hadisədir.  O 
fəlsəfəyə bənzər kimi adamların bütün mənəvi-etik həyat sahəsinə daxil olaraq onu 
yüksək məna ilə zənginləşdirir»
3
.  
Ədəbiyyat  və  incəsənət  bütün  xalqın  istifadəsinə  verildiyi  kimi,  fəlsəfə  də 
bütövlükdə  xalqın  dünyagörüşünün  formalaşmasında  əhəmiyyətli  dərəcədə  iştirak 
edir.  Lakin  burada  fəlsəfənin  iki  müxtəlif  səviyyəsindən  söhbət  getdiyi  nəzərə 
alınmalıdır.  Peşəkar  fəlsəfə,  elmi-fəlsəfi  araşdırmalar  təbii  ki,  geniş  kütlələr 
üçün  nəzərdə  tutulmur.  Lakin  fəlsəfi  düşüncə  tərzinin,  ideya-mənəvi  yaşantı 
vərdişlərinin  bütün  insanlara  aşılanması  çox  önəmlidir.  Hər  bir  insan  özünü 
                                                 
1
 Muhammet İkbal. İslamda Dini Düşüncənin yeniden doğuşu. İstanbul. 1984, səh.18. 
2
  Murtaza  Korlaelçi.  Din-felsefe  etkileşimi.  //  Ankara  Universitesi.  İlahiyyat  fakültesi 
dergisi. 1999, 39-cu cild, səh. 71 
3
 R.Aslanova. İslam və mədəniyyət. B., «Azərbaycan Universiteti». 2002, səh.75.   


 
- 85 - 
maddi  dünyadan  ayırmağı,  cari  hadisələrin  fövqünə  qalxmağı,  həyata  böyük 
ideallar  mövqeyindən  baxmağı  öyrənməlidir.  Həm  də  bunu  başqalarının 
nəsihətləri  şəklində  deyil,  kənardan  təsir  kimi  deyil,  özünün  fərdi  mənəvi-
psixoloji yaşantısı kimi mənimsəməlidir. Bizim məqsədimiz insanlara hazır fəlsəfi 
biliklər, təlimlər öyrətmək  yox,  fəlsəfi  düşüncə  tərzini  mənimsətməkdir  ki,  hər 
bir  insan  öz  mənəvi-intellektual  potensialının  verdiyi  imkan  çərçivəsində 
filosoflaşa bilsin, kamilləşsin, İnsanlaşsın. Gənclərin mənəvi tərbiyəsini didaktika-
nın,  pedaqogikanın  öhdəsinə  buraxmaq  böyük  sadəlövhlükdür.  Əgər  insanlar 
dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili 
mənəvi güc qaynağını kəşf etməsə, öz mənəviyyatını dünya ilə təmasda, özünüdərk 
və  refleksiya  yolu  ilə  daim  təkmilləşdirməsə,  kənarda  ülvi  olan,  gözəl  olan  nə 
varsa hamısının, əslində, öz daxilində olanların təzahürü, ikinci həyatı olduğunu 
dərk  etməsə,  yəni  özünə  genetik  imkan  şəklində  təbiətən  xas  olan  potensial 
mənəvi  kamilliyi,  müqəddəslik  duyğusunu  aktivləşdirməsə,  canlandırmasa, 
özünün  həyat  tərzinə,  fəaliyyət  prinsiplərinə  çevirməsə,  təkcə  kənar  bilikləri 
öyrənməklə kifayətlənsə, insan bəlkə bilikli ola bilər, lakin kamil olmaz, alim ola 
bilər, lakin İnsan olmaz. 
Mənəvi  kamilləşmə  yolunun,  İnsanlaşma  yolunun  yeganə  böyük  bələdçisi 
olan  fəlsəfi  təfəkkür  tərzinə  necə  yiyələnmək  olar?  Necə  etmək  olar  ki,  uşaqlara 
fitrən  xas  olan  fəlsəfi  düşüncə  qabiliyyəti,  mahiyyətə  varmaq,  cəsarətli  suallar 
vermək  cəhdləri  standart,  normal  təfəkkür  qəliblərinə  salınaraq  sıradan 
çıxmasın,  yaşlı  nəslin  təslimçi  və  praqmatik  düşüncəsi  uşaqların  üsyankar 
idrak qanadlarını qırmasın? 
Gənclərimizin təlim-tərbiyəsini bu istiqamətdə necə  yenidən qura bilərik? 
Min  illər  boyu  ata-babalarımızdan  bizə  həm  də  genetik  olaraq  miras  qalmış 
böyük mənəvi sərvətləri kənardan öyrənməklə yanaşı, öz daxilimizdə necə aşkar 
edə  bilərik?  Özümüz  mənən  yüksəlmədən,  övladlarımızın  tərbiyəsini  «müasir 
tələblər səviyyəsində» necə qura bilərik? 
Bircə  şeyi  nəzərə  almaq  lazımdır  ki,  bu  gün  Avropada  aşkar  şəkildə  etiraf 
olunsa  da,  olunmasa  da  onların  qazandığı  nailliyyətlərdə  fəlsəfi  düşüncə 
tərzinin  rolu  böyük  olmuşdur.  Təsadüfi  deyil  ki,  hələ  Siseron  fəlsəfəni 
xeyirxahlığın  bələdçisi,  həyat  müəllimi  adlandırırdı.  Bütövlükdə  antik 
sivilizasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdu. 
Avropanın  ikinci  böyük  inkişaf  dövrü,  Renessans  da  fəlsəfi  düşüncəyə  qa-
yıdışdan  başlanır.  Yəni  dövrün  bütün  siyasi-hüqüqi  və  mədəni-mənəvi  dəyərlər 
sistemi də, demokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız 
maarifçi  filosoflarından,  Con  Lokkdan,  Kantdan  qidalanır.  Bu  gün    biz  bu 
dəyərlər  sistemini  Avropadan  hazır  şəkildə  götürməyə  çalışırıq.  Bu  –  yaxşıdır. 
Lakin  öz  fəlsəfi  fikir  qaynaqlarımıza  qayıtmaqla  biz  həmin  dəyərlər  sisteminə 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə