Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
- 88 - 
Fəlsəfədə  mənəvi  ilə  maddinin  qarşılaşdırılması  heç  də  yalnız  ontoloji 
kontekstdə  önəmli  deyil.  Belə  qarşıdurma  insan  nəfsinin  strukturunda  da  vardır; 
ruh  və  maddiyyatın,  əqli  nəfslə  heyvani  nəfsin  əks  qütblərdə  olması  da  ənənəvi 
səciyyə daşıyır.  
Maddiyyatı,  var-dövləti,  vəzifə  və  rəyasəti  həyat  amalına  çevirən  insanlar 
dini-fəlsəfi düşüncə qabiliyyətindən məhrum olan insanlardır.  
Öz nəfsi üzərində qələbə çala bilməyən, bu fani dünyanın nemətlərindən iki-
əlli  yapışan,  ən  böyük  hissi  yaşantıları  da  maddi  dünya  ilə  bağlı  olan  insanların 
necə  dindar  olduqlarını  təsəvvür  etmək  çox  çətindir.  Lakin  bir  sıra  təbiətşünas 
alimlər kimi pul hərisləri, ehtiras düşkünləri, keyf əhli də bəzən özünə dindar imici 
yaratmağa  çalışırlar.  Haram  yolla  qazanılmış  pulla  Həcc  ziyarətinə  getməyin, 
birindən  rüşvət  alıb  başqasına  sədəqə  verməyin,  bütün  gün  ərzində  axşam  necə 
yeyib-içəcəyini  düşünərək  oruc  tutmağın  mənası  və  motivi  nədir?  Hətta  namaz 
qılanlar  da,  əgər  hər  dəfə  qəlblərini  təmizləyə  bilmirlərsə,  maddiyyata  bağlılıq-
larından ayrılıb, saf, təmiz, ülvi hisslər keçirmirlərsə – sadəcə əyilib-qalxmaqda və 
əzbərlənmiş sözləri deməkdə məqsəd nədən ibarətdir? Ürəyində kin-küdurət, qəzəb 
və  ya  riya  olmaqla,  dilində  Allah  kəlamını  zikr  etməyin  faydası  nədir?  Əslində 
ömrü boyu bu dünya üçün, maddiyyat üçün çalışaraq, qazandıqlarının kiçik bir qis-
mi ilə o dünyanı da satın almağa cəhd edənlər, əməllərində şeytana, dilində Allaha 
qulluq edənlər, görəsən nəyə bel bağlayırlar? Allahı da aldatmağa çalışırlar? 
Dini ayinlər mükəlləfiyyət kimi, yaxud sadəcə plan kimi icra oluna bilməz. 
Din  insanları  öz  ilahi  başlanğıcını  dərk  etməyə  çağırır.  Bu,  təkcə  islama  deyil, 
bütün dinlərə və dövrlərə aiddir. 
Qədim çin fəlsəfəsi – daosizm, insanları maddi dünya ilə bağlı hər hansı bir 
fəaliyyətdən, hətta bu dünyanın qavranılması istiqamətindəki idraki fəaliyyətdən də 
uzaq  olmağa,  iç  aləminə  fokslanmağa  və  hələ  bu  dünyada  ikən  əbədiyyətə 
qovuşmağa səsləyir.
1
  
Orta  əsrlər  İslam  dünyasında  geniş  yayılmış  sufi  hərəkatı  və  dərvişlik 
institutu  da  maddi  dünyadan,  ictimai  həyatdan  ayrılaraq  öz  mənəvi  aləmini 
təkmilləşdirmək  və  bu  yolla  Allaha  qovuşmaq  mövqeyinin  ifadəsi  idi.  Sufiliyin 
əsas  prinsipi  sadəcə  olaraq  həyatda  mal-dövlətdən,  rəyasətdən  uzaq  durmaq  yox, 
həm  də  daxilən,  mənən  təmiz  olmaq,  insana  öz  cismani,  heyvani  başlanğıcını 
xatırladan  hər  şeydən  uzaqlaşmaq,  ehtiraslarını  boğmaq  və  ancaq  ilahi  eşqlə 
yaşamaq idi. Bəziləri sufiliyin daosizm, buddizm və hətta xristianlıqla yaxınlığına 
istinad edərək, onu İslamın bir qolu kimi yox, az qala azadfikirliliyin və islamdan 
uzaqlaşmağın  bir  forması  kimi  anlayırlar.  Elə  o  dövrdə  də  Mənsur  Həllacın, 
Şihabəddin  Yəhya  Sührəvərdinin,  E.Miyanəcinin,  Nəsiminin  fanatiklər  tərəfindən 
                                                 
1
 Лаоцзы. Обрести себя в Дао. М., Республика, 1999, стр. 161 


 
- 89 - 
edam  edilməsi  dinin  mahiyyətindən  deyil,  zahiri  əlamətlərindən  çıxış  etməyin, 
ehkamçılığın  nəticəsi  idi.  Halbuki,  Məhəmməd  peyğəmbərin  özünün  «Ən  böyük 
cihad insanın öz nəfsinə qarşı cihadıdır», yaxud «Ölməzdən əvvəl ölmək lazımdır», 
–  kimi  fikirləri  sufizmin  əsas  ideyasına  haqq  qazandırır;  lakin  bir  şərtlə  ki,  bu 
məsələdə də ifrata varılmasın. Çünki yeri gələndə nəfsini idarə etmək, maddiyyatın 
cazibəsindən  ucada  dayanmaq,  ancaq  ülvi  hisslərə  qulluq  etmək  nə  dərəcədə 
yaxşıdırsa, yaşadığımız ictimai  mühitə qatılmamaq, onun daha yaxşı olması üçün 
heç  nə  etməmək  də  o  dərəcədə  pisdir.  İnsan  yalnız  öz  mənəvi  dünyasının  deyil, 
cəmiyyətin də saflaşması uğrunda mübarizə aparmalıdır.                        
Əgər fani dünyadan ikiəlli yapışanlar bir cür ifrata varırlarsa, asketlər, tərki-
dünyalar da başqa cür ifrata varırlar. 
Bizcə,  mənəvi  kamillik  heç  də  yalnız  maddi  dünyanın  fövqünə  qalxmaqla 
əldə edilmir. Məqsəd maddiyyata nifrət, bu dünyaya etinasızlıq deyil. Əsas məsələ 
imtina  qabiliyyətinin  olub-olmamasındadır.  Yeri  gəldi-gəlmədi,  həmişə  bu 
dünyadan  qaçmaq  əslində  Allahın  insan  qarşısında  qoyduğu  vəzifələrdən  də 
uzaqlaşmaq  deməkdir.  Ancaq  özünü  düşünmək,  hətta  bu,  mənəvi  kamilləşmə 
istəyindən doğsa belə, eqoizmin bir formasıdır. Halbuki biz  yalnız özümüz üçün, 
öz  şəxsi  etiqadımız  üçün  deyil,  həm  də  Allah  yolunu  tutan  və  haqqa  qulluq  edən 
digər insanlar  üçün, onların rifahını yaxşılaşdırmaq üçün yaşayırıq. Əks təqdirdə, 
Qurani-Kərimdə  dönə-dönə  ehtiyacı  olanlara  əl  tutmaq,  zəkat  vermək,  yolunu 
azanları düz yola dəvət etmək tövsiyə olunmazdı.   
Maddiyyatla mənəviyyatın bir araya sığmadığını, cari həyata alüdə olanların 
mənən kiçildiyini iddia edənlər öz mövqeyini əsaslandırmaq üçün bir sıra hədislərə 
istinad edirlər. Belə ən gözəl hədislərdən biri aşağıdakı kimidir:  
«İki  qonşu  var  imiş.  Biri  var-dövlət  dalınca  qaçar,  qazanc  üçün  istənilən 
vasitəyə əl atar, yalan deməkdən, böhtan atmaqdan da çəkinməzmiş. Nə oruc tutar, 
nə namaz qılarmış. Amma var-dövləti aşıb-daşarmış. O biri qonşu isə gecə-gündüz 
ibadət edər, haqqı nahaqqa satmazmış. Amma kasıb yaşıyarmış. Bir gün o, Allaha 
sual ilə müraciət edib soruşur ki, bəs necə olur ki, ömrü boyu düz yolla getdiyi hal-
da belə kasıbdır, qonşusu isə günah sahibi olsa da var-dövlət içində yaşayır? O, öz 
aləmində  bu  cür  vəziyyəti  ədalətsizlik  hesab  edir.  Amma  Allahdan  belə  bir  səda 
gəlir: – İstəsən, yerinizi dəyişə bilərəm. Sənin qismətini ona, onun qismətini sənə 
verərəm;  sən  də  onun  kimi  yaşa  və  onun  var-dövləti  sənin  olsun.  Amma  dindar 
adam bunu heç cür qəbul etmir. Onun istədiyi təmiz qalmaqla bərabər, var-dövlət 
sahibi olmaq idi. Amma bu cavabdan sonra, «dilini dişləyir»: «Ay dili qafil, mənim 
qismətim  onunkundan  uca,  mənim  payım  onunkundan  çox  imiş.  Heç  bu  cür  qəlb 
rahatlığını mala- dövlətə dəyişmək olarmı? ….» 
Dünya malına göz dikməyin, var-dövlət dalınca qaçmağın mənəviyyat üçün 
çatışmazlıq  olması  haqqında  milli  ədəbiyyatımızda  da  az  yazılmamışdır.  Mal-


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə