Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   39   40   41   42   43   44   45   46   47

 
- 93 - 
Müasir  dövrdə  bəşəriyyətin  əldə  etdiyi  ictimai  təcrübə  və  yüksəldiyi 
intellektual  səviyyədən  elm,  fəlsəfə,  din,  əxlaq  və  bu  kimi  İntellektual-mənəvi 
dəyərlər  sisteminə  yenidən  baxılmasına,  onların  insan  həyatında  rolunun  yenidən 
dəyərləndirilməsinə böyük ehtiyac vardır. 
Cəmiyyətin  yüksək  dərəcədə  təşkilatlanmış  olduğu  bir  şəraitdə  hər  bir 
insanın  fərdi  həyatı  özündən  daha  çox  kənar  amillərdən  asılı  olur.  İnsan  hələ 
dünyaya  gəlməmiş,  onun  yaşamalı  olduğu  təbii,  sosial-iqtisadi  və  mədəni-mənəvi 
mühüt  formalaşmış  olur  və  bu  mühit  fərdlə  müqayisədə  qat-qat  böyük  miqyaslı 
proseslərlə  bağlı  olduğundan  xeyli  dərəcədə  ətalətli  və  konservativ  olur.  Onun 
azacıq da olsa dəyişdirilməsi böyük daxili enerji tələb edir. 
Lakin bu mühiti dəyişmək lazımdırmı ?  
İnsan müəyyən zaman və məkanda dünyaya gəlir. Bu onun qismətidir. İnsan 
ya  öz  taleyi,  qisməti  ilə  barışmalı  və  mühitə  uyğunlaşmalı,  ya  da  mühiti 
dəyişdirmək kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol ancaq daxildən gələn 
işıqla aydınlaşa bilər.  
Mühitə  qarşı  dayana  biləcək,  ona  alternativ  ola  biləcək  yeganə  mənbə 
insanın  daxili  mənəvi  aləmidir.  Lakin  daxili  aləm  özü  də  mühitin  təsiri  ilə 
formalaşmırmı ? 
Ömür məhdud, dünya fanidir.  
İnsan  ancaq  çox  qısa  bir  zaman  intervalında  dünyada  gedən  proseslərin  iş-
tirakçısı olur və bir çox hadisələrin əvvəlini və sonunu görə bilmir. Ancaq baş ver-
mə  müddəti  insan  ömrünə    nisbətən  kiçik  olan  hadisələr  bütöv  halda  müşahidə 
oluna  bilir.  Bütövün  mahiyyətini  dərk  etmək  mümkün  olmadıqda,  yəni  insanın 
şüurlu ömrünə nisbətdə daha böyük  müddətli proseslər insan üçün qaranlıq qalır. 
(Düzdür ictimai təcrübə insanın köməyinə gəlir və bəşəriyyətin tarixi hesabına öz 
ömrünü  artırmağa  çalışır.  Yəni  ömür  keçmişə  doğru  interpolyasiya  olunur.  Lakin 
bu  müddət  də  dünyanın  yaşı  ilə  müqayisədə  çox  kiçik  olduğundan,  insan  bu 
dünyada qonaq olmaq sindromundan xilas ola bilmir). 
İnsan  ömrü  keçmişə  və  gələcəyə  doğru  uzanaraq  zamanı  ehtiva  etməyə 
çalışır.  Bir  insan  ömründə  mümkün  olmayanı  onun  əvəzinə  bəşəriyyət  yerinə 
yetirməyə  çalışır.  Lakin  insan  ömrü  bəşər  tarixi  müqabilində  nə  qədər  kiçikdirsə, 
bəşər tarixi də kainat ömrü müqabilində o qədər kiçikdir.  
İnsan zaman və məkanca məhdudluğunu aradan qaldırmaq üçün sonsuzluğa, 
əbədiyyətə qatılmaq onun ayrılmaz tərkib hissəsinə çevrilmək istəyir. 
Əbədiyyət mühitdə yox, insanın içindədir. Sonsuzluq, tükənməzlik idea alə-
minə,  insanın  mənəvi  dünyasına  xasdır.  Cismən  məhdud  olan  insan  mənən 
tükənməzdir.  
Əbədiyyətə  qovuşmaq  istəyən  insan  bəşər  tarixinə  deyil,  mənəvi  varlığının 
qədimliyinə  və ölməzliyinə bel bağlamalıdır.  


 
- 94 - 
İnsan  bədəni  dünyanın,  kainatın  bir  zərrəsi  olsa  da,  insan  ruhu  dünyanı 
kainatı ehtiva etmək qüdrətində imiş. Bunu bədənə yox, ruha tapınanlar daha yaxşı 
bilirlər.  Cismani  ehtiyaclar  üçün  yox,  ruhani  ehtiyaclar  üçün  yaşıyanlar,  dünyanı 
ruhun işığında seyr edənlər daha yaxşı bilirlər. 
Kimsə deyib ki, «çox oxuyan çox bilməz, çox gəzən çox bilər ». Lakin çox 
gəzənlərin çoxusu könül evindən bixəbər qalıblar. Gəzdikləri və gördükləri dünya 
özü yox, dünyanın görüntüsü olub. Dünya isə, mahiyyət isə haradasa kənarda yox, 
içəridə imiş.  
Mütləqi  də,  mahiyyəti  də,  sonsuzluğu  və  əbədiyyəti  də  insan  ancaq  öz  iç 
dünyasında, ruhunun ənginliyində tapa bilər. Bir də öz yaxınlarında, «ruhu ruhunda 
olan»  insanlarda.  Fərdi  ruhun  aurası!  Lakin  mütləq  ruhdan  fərqli  olaraq  o, 
sonsuzluğa  qədər  yayıla  bilməz.  Kənara  getdikcə  dünya  genişlənir  və  seyrəlir. 
Sıxlıq  azalır,  məsafə    artır.  Sən  getdikcə  o  səndən  daha  böyük  sürətlə  uzaqlaşır. 
(Burada  nəzərə  alınmalıdır  ki,  həndəsi  yaxınlıqla  mənəvi  yaxınlığın  müqayisəsi 
şərtidir). 
İnsan  dünyadan  onun  nemətlərindən  nə  isə  tapıb  yeyə  bilər.  Nə  qədər  çox 
yesə də yeyə bilmədikləri daha çox olacaqdır. Qarın doyacaq, göz doymayacaqdır. 
Nə  qədər  pul  toplasa,  əmlak  toplasa  bunlar  dünya  müqabilində  sonsuz,  kiçik 
olacaqdır; onun gözü yenə başqalarının əlində olacaqdır. Yığdığı əmlak, var-dövlət 
onun  özündən  daha  çox  yaşayacaq,  onun  özünə  qalmayacaqdır.  Müdrüklərin 
dediyinə görə,  insanın bu dünyadan aparacağı bir kəfən olacaqdar ki, əslində heç 
onu da apara bilməyəcəkdir. 
Bəs onda insan nə üçün çalışır ?  
Deyirlər  ki,  harada  isə  ikinci  bir  dünya,  o  dünya  var  ki,  insan  məhz  onun 
naminə yaşamalıdır. Həmin «o dünya» sonsuz və əbədidir. İnsana bu fani dünyada 
həyat ona görə verilib ki, «o dünya»sını qazana bilsin; Ya əbədi məşəqqət, ya əbədi 
sevinc, şad-xürrəm həyat. 
Lakin başqa qisim müdriklər əbədi səadət naminə çağdaş səadətdən imtinanı 
qəbul  etmirlər.  Əgər  bu  dünyanın  əsas  fəaliyyət  kredosu  heyvani  nəfs  üzərində 
qələbədən naz-nemətə və ləzzətə uymamaqdan ibarətdirsə, onda bu cür könlü tox, 
gözü tox insan üçün əbədi ləzzət idealı nə dərcədə məqbuldur? 
Ömər Xəyyamlar diqqəti məsələnin məhz bu cəhətinə yönəldirdilər. Mollalar 
isə onların «o dünya» haqqındakı dini təlimə şəkk gətirdiklərini iddia edirdilər.  
Başqa qisim  müdrüklər də olub ki, onlar bu dünyadakı sevinc və səadəti o 
dünyadakına  qarşı  qoymamış,  sadəcə  olaraq  həqiqi  böyük  sevincin  və  sevginin 
mənasını  daha  düzgün  müəyyənləşdirməyə,  cənnətdə  təsvir  olunan  könül  ra-
hatlığını  da  elə  bu  dünyada  ikən  tapmağa  cəhd  göstərmişdilər.  Bu  müdriklər  hə-
yatın mənasını və dünyanın mahiyyətini də kənarda fani dünyanın naz–nemətində 
deyil, öz mənəvi-ruhani varlıqlarının hikmətində, sirli-sehirli aləmində axtarmışlar. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə