Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   39   40   41   42   43   44   45   46   47

 
- 99 - 
Hər kəs ancaq öz istedadı, ona verilmiş idrak gücü çərçivəsində dərk edə bilər. Bu 
dünyanı da, müqəddəs kitabı da. 
Lakin insan iddialıdır. Öz idrakının məhdudluğundan xəbərsiz kimi davranır. 
Öz  dərk  etdiyini  mütləqləşdirir.  Bir  nisbi  həqiqəti  başqa  nisbi  həqiqətlərə  qarşı 
qoyur.  
İnsanlar müqəddəs kitablar arasında da fərqi görür, eyniyyəti görmür.  
Bir dinə qulluq edənlər  dinin əsl mahiyyətini ali məqsədini unudaraq  başqa 
dinlərə  qarşı  düşmənçilik  mövqeyi  tuturlar.    Hətta  bir  din  daxilində  neçə-neçə 
təriqətlərə bölünür və bir-birinə qarşı dayanırlar.  
Mahiyyətə  doğru  getdikcə  fərqlər  itir,  eyniyyət  qalır.  Bütün  ucqarlardan, 
əyalətlərdən  mərkəzə  doğru  gələnlər  bir  nöqtədə  birləşirlər.  Dağın  ətəyində  bir-
birindən  çox  uzaqda  dayananlar  zirvəyə  qalxdıqda  yaxınlaşır,  zirvədə  vəhdətə 
çatırlar. Vəhdətə qovuşur. Vahidləşirlər. Vahidə qatılır, Vahiddə itirlər.  
(Lakin  zirvəyə  gedən  yol  əslində  insan  qəlbinin  dərinliyinə  gedən  yoldur. 
Zirvə ucqarda yox, dərinlikdədir. Zahirdə yox, batindədir.) 
Dini  təfriqələr,  təriqətçiliklər  mahiyyətdən  uzaqlaşanda,  əlamətlərə  uyanda 
ortaya çıxır.  
Hər  cür  mərasimçilik  insanın  öz  qəlbinin  əngəlliklərində  tapa  bilmədiyini 
zahiri əlamətlərdə axtarmaq təşəbbüsünün nəticəsidir. 
Vahid  Allaha  inananlar  başqalarının  tanrısını  fərqlimi  hesab  edirlər?  Onda 
onların Vahidlik təsəvvürü şübhəli görünmürmü? 
Qurani-Kərimdə bütün peyğəmbərlərin təlqin etdiyi inam vahid bir ideyanın 
ifadəsi kimi dəyərləndirilir. Musaya nazil olan və İsaya nazil olan kitablar da eyni 
bir  müqəddəs  kitabın  hissələridir.  Quran  onları  təsdiqləyir  və  onlara  yekun  vurur. 
Və bu Yekun bütün əvvəlki kitabların mahiyyətini və əsas məzmununu ehtiva edir.  
Qurani-Kərimin  bizə  gəlib  çatan  variantı  peyğəmbərin  bilavasitə  tələffüz 
etdiyi  mətnə  daha  çox  adekvat  olduğundan  və  1400  il  ərzində  heç  bir  dəyişikliyə 
məruz  qalmadığından  onun  orijinala  yaxınlıq  dərəcəsi  Tövrat  və  İncilə  nisbəitən 
çox  yüksəkdir.  Yəni  Musaya  və  İsaya  nazil  olan  müqəddəs  kitablar  birbaşa 
köçürülmədiyindən və 100 illər ərzində təhriflərə məruz qaldığından onların ilkin 
deyim formasına-müqəddəs kitaba adekvatlıq dərəcəsi xeyli aşağıdır. Müxtəlif ver-
siyalar tam üst-üstə düşmür və bunlardan hansının orijinala daha uyğun olduğunu 
aydınlaşdırmaq  çox  çətindir.  Bu  baxımdan  Quranda  Musa  və  İsa  haqqında 
deyilənlər olduqca mühüm əhəmiyyətə malikdir.  
Qurani-Kərimdə  Musaya  və  İsaya  nazil  olan  kitablardan  danışıldıqda 
təhriflərə  məruz  qalmamış  ilkin  variant  nəzərdə  tutulur.  Lakin  Məhəmməd 
peyğəmbərin vaxtında İncilin artıq qələmə alınmış variantları var idi və xristianlıq 
bir  din  kimi  bu  təhriflər  üzərində  qurulmuşdu.  İndi  əsas  məqsəd  İsa  peyğəmbərin 
missiyasını  düzgün  anlatmaq,  onun  statusunu,  missiyasını  təhrif  edən,  onu 


 
- 100 - 
allahlaşdırmağa çalışan, qüsurlu şərhləri aradan qaldırmaq idi.  
İncil Tövratı inkar üçün deyil təsdiq üçün göndərildiyi kimi, Quran da İncili, 
təhriflərdən  təmizlənmiş  həqiqi  İncili  təsdiq  edir.  Əl-Maidə  surəsinin  44-cü 
ayəsində Tövratın doğru yolu işıqlandırmaq üçün, 46-cı ayəsində isə İncilin Tövratı 
təsdiq etmək və yenə də doğru yolu işıqlandırmaq üçün göndərildiyi bildirilir. 48-ci 
ayədə isə Qurani-Kərimin də eyni missiya ilə nazil edildiyini bəyan edir: «Öncəki 
kitabları təsdiq üçün və onlaru qorumaq üçün biz sənə də bu kitabı nazil etdik …».  
Bu  deyilənlər  gənc  nəsildə  dini  ayrı-seçkilik  və  düşmənçilik  mövqeyinin 
aradan  qaldırılması,  onlara  tolerantlıq  hissinin  təlqin  olunması  üçün  çox 
əhəmiyyətlidir. Gənclərin məhz bu ruhda tərbiyə olunmasında bədii ədəbiyyatın da 
böyük  rolu  vardır.  Azərbaycan  klassik  ədəbi  irsində  M.F.Axundovun,  Mirzə 
Cəlilin, H.Cavıd və C.Cabbarlının əsərləri bu baxımdan xüsusi önəmə malikdir.  
Cavid  milli  və  dini  dəyərlərlə  müqayisədə,  ümumbəşəri  dəyərlərə  daha 
böyük  önəm  verir.  Onun  maarifçiliyi  də,  dünyəvi  məktəblər  uğrunda  mübarizəsi 
də,  bizcə,  hər  hansı  bir  millətə  və  dinə  mənsub  olmaqdan  öncə,  bir  bəşər  övlədı 
olaraq  özünü  dərk  etməyi  ön  plana  çəkməsindən  irəli  gəlir.  Maraqlıdır  ki, 
gəncliyində  daha  çox  millətçi  olan  Cabbarlı  da  tədricən  ümumbəşəri  ideyalara 
doğru təkamül yolu geçir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, 
yəhudi olsun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək əli uzadır. O, 
bizim  qardaşımızdır,  Biz  ərəb  mötəsəmlərinə,  Bağdad  xilafətinə  qarşı  vuruşuruq. 
İki  addımlığımızda  Şirvan  şəhriyarlığı  da  ona  qarşı  çarpışır.  Lakin  biz  onunla 
birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə Bağdadın mötəsəmləri, Bizansın 
imperatorları, Makedoniyanın iskəndərləri, Romanın qeysərləri, neronları arasında 
heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşməninin düşməniyik»
1
.  
Cavid  məkan  və  zaman  müəyyənliyindən,  etnik  və  dini  mənsubiyyətindən, 
mənəvi-əxlaqi məxsusiyyətindən asılı olmadan bütün insanların eyni bir mahiyyətə 
yüksəlmək  şansını  qəbul  edir.  Məhz  mAhiyyətə  varanda,  insani,  ümumbəşəri 
keyfiyyətlər  önə  çıxanda  üfüqi  müstəvidəki  fərqlər  itir  və  insanlar  ancaq  vertikal 
müstəvidə, haqqa, həqiqətə yaxınlıq dərəcəsinə görə fərqlənirlər. Burada «məni hər 
kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cabbarlıda 
«alçaq  cismani  duyğuları  atıb,  ruhani  bir  yüksəkliyə  varmaqdan»  («Od  gəlini») 
söhbət açılır. 
Həm  də  bu  yüksəliş  intellektual  müstəvidən  daha  çox  mənəvi  müstəvidə 
həyata keçməlidir. Çünki allaha ancaq inanmaq, onu ancaq müqəddəslik duyğusu 
ilə  dərk  etmək  olar.  Təfəkkür,  məntiq,  Rasional  idrak  burada  acizdir.  Cavid  bu 
ideyanı «Xəyyam»a girişdə – minacat səsi ilə belə ifadə edir:  
 
                                                 
1
 Cəfər Cabbarlı.  Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh.316. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə