Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   39   40   41   42   43   44   45   46   47

 
- 97 - 
olmayacaq. 
Bir  sözlə,  dini  hisslər  ancaq  dinè  məktəblər,  ruhani  iíñòèòóòó,  məscidlər 
vasitəsilə  deyil,  bütövlükdə  tərbiyə  (ailə  tərbiyəsi,  dünyəvi  məktəb  tərbiyəsi,  elm 
və  incəsənətin  təsiri,  nəhayət,  fəlsəfə)  vasitəsilə  formalaşır.  Daha  doğrusu, 
sonuncuların yaratdığı yüksək mənəvi platforma olmasa, ancaq dinin təbliği ilə dini 
hissləri təlqin etmək çox çətin məsələdir. 
Din insandan Allaha doğru aparan yolu işıqlandırmalı, bu yolun istiqamətini 
göstərən mayak olmalıdır. Nə zaman ki, din bu missiyanı unudub başqa iddialara 
düşür –  o daha artıq din olmur. 
Müasir  dövrdə  daha  çox  dərəcədə  din  adını  mənimsəmiş  psevdodinlər 
fəaliyyət  göstərir.  Həqiqi  din  təzahürlərinə  çox  nadir  hallarda  rast  gəlmək  olur. 
Daha  doğrusu,  həqiqi  din  əslində  çox  vaxt  din  pərdəsi  altında  deyil,  insani 
keyfiyyət kimi təzahür edir. 
Din  müasir  şüur  səviyyəsində,  elmi  idrak  kateqoriyaları  və  metodları 
müstəvisində  nəzərdən  keçirildikdə,  xüsusən  ona  çoxölçülü  bir  hadisə  kimi 
baxıldıqda və  onun sosial rakursu ilə mənəvi rakursu fərqləndirildikdə bizə “din” 
adı altında təqdim olunan mərasimlər toplusunun həqiqi dindən nə dərəcədə fərqli 
olduğu aşkara çıxır. 
Sosial  prizmadan  baxdıqda  dinin  mahiyyəti  görünə  bilməz  və  ona  görə  də 
ictimai bir hadisə kimi din əslində çox sönük görünür. 
Ancaq fərdi mənəvi aləmi işıqlandıran və ancaq  mənəviyyat  prizmasından 
baxdıqda üzə çıxa bilən həqiqi din, mərkəzində müqəddəslik duyğusu dayanan dini 
mahiyyət ictimai həyatda konkret hadisələrlə təzahür edir və təəssüf ki, çox vaxt bu 
hadisələr, təzahürlər dini mahiyyəti əvəz etmək, onun yerini tutmaq iddiasına düşür.   
İslam iki istiqamədə qurulub: 
1.  İnsandan Allaha – müqəddəslik duyğusu. 
2. Allahdan insana: necə yaşamağın konkret yolları (sosial rakurs, şəriət). 
İndi çox vaxt birinci unudulur və ancaq ikincidən söhbət gedir. Ali hisslərsiz, 
inamsız şəriət isə hələ din də deyil. İctimai hadisəyə çevrilmiş din artıq din deyil.    
Din kimi təqdim olunan hər hansı bir formada təşkilatlanmış və fərdi-mənəvi 
varlıqların  fövqündə  duran  ictimai  hadisə  əslində  yeni  mahiyyət  daşıyır.  Fərdi 
«mən» və onun strukturuna daxil olan dini hiss hər hansı bir maddiliyin təzadı,  əks 
qütbü olmaqla hər hansı bir maddi vasitəyə qatıla bilməz.  
Əsil din bir ümumi olmaqla fərdi «mən»lərdə yaşayır. Lakin onların toplusu 
deyil.  Əl-əxsus  fərdlərin  toplusu  ola  bilməz.  «Dini  icmalar»,  «dini  idarələr»  və 
hətta  «dini  dövlətlər»  şəklində  təqdim  olunan  ictimai  hadisələr  əslində  yalnız 
insanların  dini  hissinə  istinad  edən  və  mahiyyətcə  dinlə  adekvatlığı  olmayan 
hadisələrdir. Dini hiss isə müxtəlif insanlarda müxtəlif dərəcələrdə təzahür edən və 
insan mənəviyyatının təbiətlə, kainatla, dünya ilə təmas məqamını əks etdirən, son-


 
- 98 - 
lunun  sonsuza  ötüb-keçənin,  faninin  əbədi,  mütləq  olana  münasibətidir.  Bu  cür 
yanaşıldıqda mahiyyətcə ancaq bir dindən söhbət gedə bilər. 
Bəs onda müxtəlif dinlər nədir? Eyni mahiyyət niyə başqa-başqa formalarda 
təzahür edir? Bu müxtəliflik içərisində mahiyyət eyniliyi saxlanılırmı?  
Deyirlər ki, bütün insanlar Adəm və Həvvanın övladlarıdır. Deməli, hamısı 
eyni kökdən olmaqla qohumdurlar. Lakin bu eyni kökdən olanlar getdikcə müxtə-
lifləşərək  biri-birinə  qarşı  çıxır  və  düşmənçilik  yaranır.  Müxtəlif  dinlər  də  eyni 
mahiyyətin  konkret  təzahürləri  olmalarına  baxmayaraq,  bəzən  biri-birinə  düşmən 
kəsilirlər. Əslində burada biz «din» sözünü mahiyyət yox, təzahürün ifadəsi üçün 
istifadə etdik. Çünki, müxtəlif dinlər, əslində dini hiss səviyyəsində yox, bu hissin 
nəqli ifadələrinin və bu ifadələrin ictimai səviyyədə maddiləşmiş formalarıdır.  
Məhz  hissiyatın  sözlərlə  ifadə  edilməsi,  nəql  olunması,  heç  şübhəsiz, 
hissiyatın  özünə  tam  adekvat  olmur.  Hiss  ilə  anlayış  arasındakı  məsafə  hər  bir 
fərdin yaşadığı mühit, mənsub olduğu xalqın mifologiyası, şifahi ədəbiyyatı, həyat 
tərzi  və  ənənələrinə  uyğun  surətdə  rənglənir,  doldurulur.  Artıq  hekayət  şəklində, 
hədislər  şəklində  üzə  çıxan  «kitablar»,  «dini  əsərlər»  heç  də  insan  –    dünya 
münasibətinin, dini hissin rəngsiz, boyasız ifadəsi olmayıb, milli koloritlə, ictimai 
şüurla  və  onun  müxtəlif  formalarının  təsiri  ilə  cilalanmış,  boyanmışdır.  Eyni 
mahiyyət  müxtəlif  təzahürlərdə  üzə  çıxdığından,  bəzən  qarşıdurmalar  üçün  də 
«əsas»  yaranır.  Halbuki,  əsil  məqsəd  insan  fikrinin  hədis  və  hekayətlər  səviy-
yəsindən  elmi  anlayışlar  səviyyəsinə  yüksəlməsi  və  yenidən  mahiyyətə,  kökə 
qayıdaraq  bu  mahiyyətin,  bu  eyniyyətin  nəzəri  konseptual  dərkidir.  Məqsəd  bu 
müxtəlifliyin əsasında dayanan eyniyyətin, alt qatdakı mənanın üzə çıxarılmasıdır. 
Əsrlər boyu insan fikri bu istiqamətdə axtarışlar aparmış, insan – dünya münasibət-
lərinin  nəzəri  ifadəsi  olan  böyük  fəlsəfi  təlimlər  yaradılmış  və  hadisədən  ma-
hiyyətə, hissiyatdan təlimə aparan neçə-neçə yollar kəşf edilmişdir.  
Yer  üzündə  çoxlu  sayda  dinlər,  təriqətlər  yayılmışdır  və  bunlar  çox  vaxt 
qarşı-qarşıya  qoyulur,  düşmənçilik  həddinə  çatırlar.  Çünki  mahiyyəti  yox, 
təzahürləri, əlamətləri ön plana çəkirlər.  
Aristotel  deyir  ki,  nadanlar  ancaq  fərqi  görə  bilirlər,  əsas  mətləb  isə 
ümumiliyi, eyniyyəti vəhdəti görməkdən ibarətdir.  
Məqsəd  Allahı  duymaqdır.  İnsana  müqəddəslik  duyğusu,  haqqı  nahaqdan 
ayırmaq qabiliyyəti aşılamaqdır. 
Məqsəd haqqı bulmaqdır.  
Bütün  peyğəmbərlər  və  bütün  müqəddəs  kitablar  ilk  növbədə  bir  böyük 
ideyanı - Allah ideyasını təqdim və təbliğ ebirlər.  
Müqəddəs kitablar haqqdan xəbər verir. İnsanın öz əqli və təcrübəsi ilə əldə 
etdiyi nisbi biliklərdən fərqli olaraq müqəddəs kitablar haqqı, həqiqəti ifadə edirlər. 
Lakin  insan əqli  müqəddəs  kitabLardakı  bütün  hikmətləri  mənimsəməkdə  acizdir. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə