Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   39   40   41   42   43   44   45   46   47

 
- 95 - 
«Özünü  dərk  et»,  -  deyən  Sokrat  da,  «mənəm  həqq,  həqq  məndədir»,  -  deyən 
Həllac  da,  «quyuya  su  tökməklə,  sulu  olmaz»,  –  deyən  dədələr  də  fani  dünyanın 
tərəf-müqabili kimi könül evini, mənəvi aləmi qəbul etmişlər.  
«Bu dünya»ya alternativin insanın iç aləmində axtarılması heç də «o dünya» 
ideyasının  inkarı  kimi  anlaşılmamalıdır.  Sadəcə  olaraq,  əzəli-əbədi  olan  «o 
dünya»nın  əzəli-əbədi  olan  mənəvi  aləmlə,  ruhla  ilişgisini  anlamağa  təşəbbüs 
göstərilməlidir. 
Sonsuzluğu ehtiva edəndə, kainata qovuşanda, nəhayətsiz, əzəli, əbədi dün-
yaya  qovuşanda,  ölümdən  sonrakı  ölməz  həyatı  da  öz  həyatına  əlavə  edəndə, 
mümkünsüzlüklər hamısı mümkün olanda... həyatın ecazkarlığı, ülviliyi artır, insan 
özünü əzəli-əbədi hesab edir, hadisələr içərisində itib-batmır, nəfsin torundan çıxır, 
yüksəlir, cılız, cari, cismani, keçici, fani həyatdan uzaqlaşaraq onun fövqündə dur-
maq, mənəviləşmək, ideallaşmaq, Allaha qovuşmaq əzmində olur! 
İnsanın qəlbi ülvi, müqəddəs bir duyğu ilə dolur, böyük Allaha pərəstiş edər-
kən, özü də qanad açır, ucalır, mənəvi dünyanın sirli-soraqlı, dərin qatlarını ehtiva 
edir.  
Fərd öz həyatı, öz hərəkətləri ilə ancaq özünü təmsil etdiyini və əgər görən, 
bilən  varsa  –  qanun  qarşısında,  əgər  görən,  bilən  yoxdursa  ancaq  öz  vicdanı 
qarşısında  cavabdeh  olduğunu  zənn  edirsə  o,  ən  azı  eqoistdir;  bu,  onun  fərdi 
miqyasdan milli və ümumbəşəri miqyasa çıxa bilməməsinin nəticəsidir.   
İnsan  hər  bir  məqamda  özündən  başqa  ailəsini,  elini-obasını,  millətini, 
dövlətini təmsil edir, insanlığı – bəşəriyyəti təmsil edir.  
Tək özü qarşısında deyil, tək dövlət, qanun qarşısında deyil, həm də milləti 
təmsil  etməklə  millət  qarşısında,  insanlığı  təmsil  etməklə  bütün  bəşəriyyət 
qarşısında məsuliyyət daşıyır.  
Daha  böyük  miqyasda  və  daha  böyük  ümumilik  dərəcəsində  isə  insan  öz 
hərəkətləri ilə Allah qarşısında məsuliyyət daşıyır.  
Dini  hiss  –  insanın  Allah  qarşısında  məsuliyyət  hissi  mərhələ-mərhələ:  ailə 
qarşısında,  millət  qarşısında,  bəşəriyyət  qarşısında  məsuliyyət  hisslərinin  davamı 
kimi ortaya çıxdıqda bu daha sadəcə hiss yox, dərk olunmuş, zəka ilə qovuşmuş bir 
hissdir.   
Tək dinlər yox, bütün əxlaqlar da yaxşılığa qarşı minnətdarlıq hissini zəruri 
hal, norma sayır.  
Kimsə əl tutanda, yaxşılıq edəndə çalışırıq ki, fürsət düşən kimi əvəzini çıx-
aq, ya da bu mümkün deyilsə, heç olmasa sözlə öz minnətdarlığımızı bildirək... 
Bəli, insan ona edilən hər kiçik yaxşılığın ünvanını axtarır,  öz təşəkkürünü 
bildirməyə  ehtiyac  duyur.  Lakin  bütövlükdə  həyat  üçün,  bu  dünyanın  bütün 
gözəllikləri üçün, dərk etmək, sevmək, sevilmək, quruculuq, yaradıcılıq sevincləri 
üçün kimə təşəkkür etmək lazımdır? 


 
- 96 - 
İnsan  dünyanın  ahəngi,  gözəlliyi,  qanunauyğunluğu  və  bu  qanunların 
dərkedilənliyi üçün Allaha minnətdarlığını bildirir və dini ayinlərin əksəriyyəti də 
bu minnətdarlığın ifadə edilməsidir.  
Lakin  maraqlı  budur  ki,  islam  dinindəki  bütün  ayinlərin  icrası  –  Allaha 
minnətdarlıq proseduraları elə qurulub ki, onlar insanın özü üçün, onun sağlamlığı 
üçün,  onun  daxili  mənəvi  sakitliyi  üçün  də  şərt  olur.  Allaha  dua  edən,  dinin 
qoyduğu  qaydalar  çərçivəsində  fəaliyyət  göstərəí  èíñàí  həm  də  öz  sağlamlığına, 
fiziki və mənəvi kamilliyinə xidmət edir.  
İnsan Xaliq qarşısında əyilir, ona bəxş edilmiş bütün qabiliyyətlərə və gözəl-
liklərə  görə  böyük  yaradana  minnətdarlığını  bildirir  və  bununla  mənən  yüksəlir, 
ucalır, öz nəfsi və başqaları qarşısında əyilməz olur. Təbiətdə, həyatda heç kimdən 
asılı  olmadan  mövcud  olan  ahəngi,  gözəlliyi  görmək,  duymaq  və  bunäàí  ìÿìíóí 
qalmaq, minnətdar olmaq ÿñëèíäÿ onları öz daxilinə köçürmək, həmin gözəllikdən, 
ahəngdən  mayalanmaq  deməkdir.  Əslində  bu  dünyanın  özündə  də  səni  öyrədən, 
sənin  xexirxahın  olan  insanlara,  müəllimlərə,  ustadlara  münasibətdə  minnətdarlıq 
və pərəstiş duyğusu insanı kiçiltmir, əksinə yüksəldir. Əks təqdirdə insan, nankor 
bir eqoistə çevrilə bilər. Təmbehə layiq olan isə, riyakarlıq və təmənnalı əyilmədir 
ki, bunlar nə dini hisslə, nə insani ləyaqətlə bir araya sığmır.      
Kənarda,  başqalarında  yaxşı  olanları  görməyən,  duymayan,  qiymət-
ləndirməyənlər  bu  yaxşılıqlardan  məhrum  olanlardır. 
Èíñàí  þçöíäÿ  ÿí  àçû  ðöøåéì 
ùàëûíäà îëìàéàíû áàøãàñûíäà äà ýþðÿ áèëìèð. 
Daxilən  gözəl  olmağın  bir  yolu  var:  o  da  xaricdəki  gözəlliyi  duymaq,  ona 
heyran olmaq, ona qovuşmaqdır.  
Áþéöêëÿðÿ  ùþðìÿò  èíñàíûí  þçöíÿ  ùþðìÿò  îëóíìàñûíûí  ÿñàñûíû  ãîéóð. 
Ìöäðèêëèê, ýözəllik və ahəng qarşısında diz çökməyənlər zor və hiylə qarşısında diz 
çökürlər.  Böyük  Allah  qarşısında  əyilməyənlər  cismani  qüvvələr  qarşısında 
əyilməyə  məhkumdurlar.  Àëëàùà  ñÿæäÿ  åòìÿê,  Àëëàù  ãàðøûñûíäà  ÿéèëìÿê
 
ùàäèñÿëÿð äöíéàñûíäà ÿéèëìÿçëèéèí òÿìÿë äàøûäûð. 
Dini hissdən kənarda din yoxdur. Dinin sosial infrastrukturu hələ din deyil. 
Din – mənəviyyat hadisəsidir. 
Dinin mahiyyəti dini hisslə – Allaha inamla bağlıdır. 
Mütləqə inam yolu nisbi inamlardan keçir. 
Məhdud miqyaslı, cılız hissiyatlı, ümumiyyətlə inam hissindən məhrum olan 
adamda Allaha inam da ola bilməz. 
Mütləqə  sevgi  yolu  nisbi  sevgilərdən  keçir.  Sevgi  hissindən  məhrum  olan 
adam dindar ola bilməz. 
Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. 
İnsanın öz həyatında, fərdi mənəviyyatında müqəddəs heç bir şey yoxdursa, 
ali,  ülvi,  toxunulmaz  heç  bir  şey  yoxdursa  –  dini  müqəddəslik  duyğusu  da 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə