Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
- 82 - 
müxtəlif olur. (Söhbət həmin hadisələrin əsasında dayanan ideyanın və ya ictimai-
nəfsani duyğunun gücündən və cazibəsindən gedir).  
İnsana  onun  nə  vaxtsa  təmasda olduğu,  şüurlu  surətdə  icrasına  qatıldığı  ali 
məqsədlə, böyük ideya ilə yanaşı həmişə fərqli istiqamətlərdə də təsirlər vardır və 
onların  mühiti  daha  yaxın  olduqda  təsirləri  də  daha  güclü  olur.  Belə  hallarda 
mühitin yaxınlığı həlledici rol oynaya bilər. 
Müəyyən istiqamətdəki təsirin səmərəsi o zaman çox olar ki, davamlı olsun, 
müntəzəm olsun və vaxtaşırı olaraq cari situasiyalardakı təsirlərə müqavimət gös-
tərmək  üçün  insanı  böyük  ideyaya  qaytarmaq  təşəbbüsü  göstərilsin.  Fasilələrin 
müddəti fərqli ideya və əhvalın yönəminin «fokusunu» dəyişməsi üçün tələb olu-
nan  vaxtdan  çox  olmamalıdır.  Məsələn,  namaz  qılmaq  insanın  cari  həyatda  qa-
tıldığı hadisələrin yaratdığı hissi təsirlərdən xilas olmaq üçün, onların böyük ideya 
meyarı ilə dəyərləndirilməsi, ali hisslər süzgəcindən keçirilməsi üçün bir təkan, bir 
köməkdir.  
İnsanlar heç də hamısı öz ideyalarının maddi təcəssümü ilə məşğul olmurlar. 
Əksəriyyət kənar bir ideyanın, ictimailəşmiş və ya başqasına məxsus olan, başqası 
tərəfindən diqtə olunan bir ideyanın maddi təcəssüm zəncirində bir halqa kimi çıxış 
edirlər.  Bu  modeli  sadə  şəkildə  ideyanın  bilavasitə  çoxlu  sayda  insanlara 
ötürülməsi  və  ya  bir  iyerarxiya  halında,  ideyanın  parçalanaraq  hissə-hissə 
çatdırılması şəklində təsəvvür edə bilərik.  
İctimai  həyatın  bütün  sahələrində  biz  ideyalar  və  onların  maddi  təcəs-
sümündə müxtəlif nisbətlərin şahidi oluruq. Məsələn, dövlət quruculuğu sahəsində 
avtoritar və demokratik hakimiyyətlərin fərqləri bu cür yanaşma kontekstində çox 
aydın  görünür.  Təbiətdə  səbəbiyyət  zəncirinin  müxtəlif  halqalarından  hər  biri 
əslində başqa  bir zəncirlə kəsişmədən mövcud ola bilmədiyi üçün, biz dünyadakı 
qanunauyğunluqları idealizasiya halında dərk etməyə çalışırıq.  
Bəli,  insanların  əksəriyyəti  ideya  müəllifi  yox,  icraçılardır.  Lakin  hər  bir 
insan böyük miqyaslı ictimai proseslərdə icraçı olsa da, özünəməxsus bir miqyasda 
ideya  müəllifi  kimi  çıxış  edir.  Öz  ailəsi  ilə  bağlı,  öz  şəxsi  həyatı  ilə  bağlı  planlar 
cızır və onların həyata keçirilməsində bəzən üçüncü tərəflərin iştirakından istifadə 
edir.  «Sən  saydığını  say,  gör  fələk  nə  sayır».  Sən  hansı  isə  kiçik  miqyaslı  bir 
ideyanı həyata keçirərkən, özünün də xəbərin olmadan başqa bir ideyanın icraçısı 
kimi çıxış etmiş olursan.  
Hər bir insan, bir tərəfdən öz həyatını özü qurur, digər tərəfdən özündən asılı 
olmayan hadisələr burulğanında naməlum hərəkətlərə qatılır.  
İnsan–mühit  münasibətlərində  subyekt  və  obyektin  yeri  müntəzəm  surətdə 
dəyişir.  Gah  insan  özünün  hansı  isə  ideyasına,  hansı  isə  planına  uyğun  olan 
hərəkətlər  edir  və  mühitin  də  müvafiq  cür  dəyişməsinə  səbəb  olur,  gah  da  mühit 
hansı isə ideyaya və ya plana uyğun surətdə dəyişilir və insana da təsir edir. İkinci 


 
- 83 - 
halda  söhbət  mühiti  idarə  edən  və  ondan  yüksəkdə  duran  bir  ideyadan  gedir. 
Mühitin  daxilindəki  insanlar  mühitdən  və  əslində  onun  əsasında  duran  ideyadan 
asılı olur. Bu  ideya hansı isə dini əqidə, milli ideologiya, dövlətin strateji inkişaf 
konsepsiyası,  Konstitusiyası,  qanunları  ola  bilər.  Avtoritar  rejimdə  bu  ideya  dövlət 
başçısının və ya müəyyən bir şəhərin, rayonun, idarənin başçısının iradəsi ola bilər.  
Elə  anlar  da  vardır  ki,  nə  insan  mühit  daxilində  müəyyən  bir  ideya  ilə 
fəaliyyət  göstərir,  nə  də  mühit  hansı  isə  fövqəlideyanın  təsiri  altında  olur.  Yəni 
insanın da hərəkəti məqsədsiz, plansız, xaotik ola bilər. Mühit də hansı isə ideyaya, 
qanuna,  hüquq  normalarına,  adət-ənənəyə  əsaslanmadıqda  bir  xaos,  bir  burulğan 
kimi ola bilər.  
Təbiət özü böyük bir mühitdir. Lakin təbiətin öz qanunları var və burada hər 
şey  müəyyən  qayda  əsasında  həyata  keçir.  Yəni  təbiətin  arxasında  fövqəlideya 
dayanır. 
Bəs  «ikinci  təbiətin»,  cəmiyyətin  əsasında  nə  kimi  bir  ideya  dayanır?  Axı, 
insan  üçün  mühit  tək  təbiətdən  ibarət  olmayıb,  üstəgəl  «ikinci  təbiət»,  cəmiyyət 
(ictimai  münasibətlər)  və  sosial-mənəvi  mühit  olmaqla  daha  mürəkkəb  bir 
sistemdir.  Burada  həm  təbiəti,  həm  də  cəmiyyəti  yönəldən  fövqəlideyadan  başqa, 
çoxlu sayda kiçikli-böyüklü insan ideyaları mövcuddur ki, onlar da mühitin ideya 
xəritəsini daha al-əlvan edir.  
Dünyanın  xəritəsində  müxtəlif  dövlətlər  vardır  və  onların  hər  birinin  öz 
ideoloji  sistemi,  Konstitusiyası,  qanunlar  toplusu,  adət-ənənələri  mövcuddur. 
Onların hər birində müəyyən nizamnamə əsasnamə və iş planları əsasında fəaliyyət 
göstərən  müəssisələr  və  təşkilatlar  vardır.  Hər  bir  müəssisə  və  təşkilatda  çalışan 
insanların öz mikromühitləri və hər bir mikromühit daxilində, ailə daxilində hər bir 
insanın öz şəxsi həyatı və ideyaları vardır.  
Dünyanın  bütövlükdə  nə  kimi  bir  ideyaya  əsaslanması  və  nə  kimi  bir 
iradənin  maddi  təzahürü  olması  haqqında  mülahizə  yürütmədən,  hər  bir  insan  və 
onun  konkret  mühiti  arasında  əlaqənin  daha  hansı  iradi  aktlardan  asılı  olduğunu 
aydınlaşdırmağa çalışaq. 
İlk sual doğuran budur ki, insan öz şəxsi ideyası və iradəsindən asılı olmadan 
müəyyən  mühit  daxilində  yaşayarkən,  yəni  özünü  sadəcə  mühitin  dalğalarına 
atarkən,  mühitin  iradəsinə  tabe  olarkən,  «palaza  bürünüb  elnən  sürünərkən» 
həqiqətənmi  xaosda  yaşayır,  yoxsa  başqa  bir  qaydanı,  ideyanı  özü  də  bilmədən 
qəbul edir? 
İnsanın fəaliyyət dünyası həmişə ideyaya söykənir. Hər kəs ya özünün, ya da 
başqalarının  fikrini,  ideyasını  həyata  keçirərkən  əməlinin  nəticəsinin  məqsədə, 
ideyaya adekvatlığını yoxlaya-yoxlaya addımlar atır. Yəni böyük ideya parçalanır, 
pillələnir  və  ona  çatmaq  yolunda  atılmalı  olan  addımların  əsasında  duran  kiçik 
ideyalar, kiçik məqsədlər ortaya çıxır. Bəzən də tərsinə olur. Adamların çoxu kiçik 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə