Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
- 76 - 
Bəli, hərəsi bir havaya köklənmiş müxtəlif biçimli Şərq adamlarından vahid 
layihə əsasında bütöv bir sistem yaratmağın çətinliyi Şərq adamının dəyərini aşağı 
salır. Lakin digər tərəfdən, Qərb adamının vahid bir ideyanın (konstitusiya, hüquq, 
formal məntiq və s.) qəlibindən çıxmış standart kərpic olması Şərqlinin nəzərində 
bir çatışmazlıqdır. 
Bəlkə ənənəviliyin təcəssümü olan Şərq adamlarının obrazını da elə standart 
kərpiclər daha yaxşı ifadə edə bilər? Xeyr. Bütün məsələ də burasındadır ki, kərpic 
obrazı  standartlığına  görə  seçilməmişdir.  Onlar  müxtəlif  ölçülərdə  və  formalarda 
ola bilərlər. Əsas əlamət onun düzgün həndəsi formada olması, daha doğrusu, bir-
birini tamamlaya bilməsi, üst-üstə yığıla bilməsidir. 
Çay  daşları  isə,  əksinə,  bir-birinə  bənzəsə  də,  eyni  ölçüdə  olsalar  da  məhz 
əyri, sferik səthə görə üst-üstə yığılma üçün əlverişli deyildir. Onların hər birinin 
müstəqil  kamillik  əzmi  (idealı)  sferikliyə  gətirir.  Çünki  kürə,  Aristotelin  qeyd 
etdiyi  kimi,  ən  mükəmməl  formadır.  Özündə  qapanan,  özü  bir  kamil  sistem  olan, 
başqalarını inkar edən asket obrazıdır. Kub, paralelepiped, prizma və s. isə üst-üstə 
yığılaraq  müxtəlif  kombinasiyalar  yaratmaq  üçün  daha  əlverişlidir.  Buradakı 
müxtəlif  hissələrin hər  biri  müəyyən  bir  tamın  hissəsi  olduğunu  dərk  edir.  Və  öz 
mahiyyətini  özündə  yox,  həmin  tamda  axtarır.  Burada  insan  özünü  cəmiyyətdə 
tapır. 
Şərqdə  isə hər bir insan özünü cəmiyyətdən daha çox, özündə və ailəsində 
tapır. İnsanlar daha böyük tamın hissəsi olmaq üçün hazır deyillər. Digər insanlarla 
münasibət şəxsi münasibət müstəvisində, iki tərəfin əlaqəsi kimi qurulur. İnsanlar 
bu  şəxsi  münasibətləri  ümummilli,  ümumictimai  maraqlar  kontekstinə  salmır, 
dövlətçilik  mövqeyindən  çıxış  etmirlər.  Belə  münasibətlər  şəbəkəsi  hüquq 
normalarına yox, daha çox dərəcədə əxlaq və ənənəyə söykənir.  
Burada hər bir insan özü üçün lokal ictimai mühit yaratmalı və öz azadlığını 
bu mühitdaxili münasibətlər çərçivəsində ifadə etməlidir.  
Lakin  bütün  məsələ  də  elə  burasındadır  ki,  Qərb  dünyasında  insanlara, 
fərdlərə  hüquq  və  azadlıq,  sərbəst  yaradıcılıq  imkanları,  azad  rəqabət  şansı  məhz 
cəmiyyət  vasitəsilə,  dövlətin,  cəmiyyətin  əli  ilə  verilir.  Azad  ola  bilmək  üçün 
əvvəlcə  azadlığın  bir  qismindən  imtina  etməli,  digər  insanlarla  kompromisə 
gəlməli, birgə  fəaliyyət düsturunu qəbul etməli, özünü dövlətdən  və cəmiyyətdən 
asılı vəziyyətə salmalısan. Əvəzində dövlət və cəmiyyət də sənin qalan azadlığını, 
hüquqla məhdudlaşmayan azadlığını mühafizə edir.  
İstənilən  cəmiyyətdə,  istənilən  mühitdə  heç  kim  mütləq  azadlığa  malik  ola 
bilməz.  Hegelin  dediyi  kimi,  azadlıq  dərk  olunmuş  zərurətdir.  Əsas  məsələ  bu 
zərurətin hüdudlarını optimal şəkildə müəyyənləşdirməkdən ibarətdir. Karl Yaspers 
yazır ki, liberalizm, azadlıq və şəxslərin həyatının rəngarəngliyi – Qərb ənənəsinin 
böyüklüyüdür.  (K.Yaspers  bu  mövqeyi  həm  də  Maks  Veberin  mövqeyi  kimi 


 
- 77 - 
təqdim edir.)
1
 
İctimai  normalara,  hüquq  qaydalarına  hamılıqla  əməl  olunduqda  hər  bir 
adam öz fəaliyyətinin azadlıq çərçivəsini müəyyənləşdirmək imkanı qazanır. Yəni, 
qanunla  məhdudlaşdırılmayan  hər  şey  azaddır.  Şərqdə  isə  qanuna,  hüquqi 
normalara mülayim münasibət ilk baxışda fərdi azadlıq dərəcəsinin daha yüksək ol-
ması görüntüsünü yaratsa da, əslində, azad fəaliyyət meydanı şəxsi münasibətlərin və 
adət-ənənənin qoyduğu əlavə məhdudiyyətlərlə xeyli sıxışdırılır. Başqası üçün qanun iş-
ləmədikdə  bu  sənin  də  azadlığını  məhdudlaşdırmış  olur.  Lap  az  sayda  adamların  da 
azadlıq  dərəcəsinin  artması  və  ictimai  normadan  kənara  çıxması,  zərurət  sferasındakı 
qeyri-müəyyənlik,  əksəriyyətin  azadlıq  dairəsini  də  hədsiz  dərəcədə  məhdudlaşdırmış 
olur. 
Burada saxlanma qanunu işləmir.  
Qərbdə  insanların  fərdiliyi,  azadlığı  peşə  fəaliyyətində,  yaradıcı  əməkdə, 
iqtisadiyyatda,  elmdə  özünü  göstərirsə,  və  əksinə,  ictimai  həyatda,  hüquq 
müstəvisində  hamı  eyni  prinsiplərə  əməl  edirsə,  Şərqdə  azadlıq  iddiası  çox  vaxt 
məhz hüquq normalarına münasibətdə özünü göstərir. 
Qərbdə fərdi azadlıq dövlət və cəmiyyətlə vasitələnmiş olur. Fərdi iradənin 
özü ictimai şüura söykənir.    
Dövlət və cəmiyyətlə vasitələnmiş fərdi azadlıqlar!  
Müasir  dövrdə  Qərb  idrakın,  özünüdərkin  elə  məqamına  çatıb  ki,  özünü 
şüurlu surətdə idarə edə bilir. Ona görə də, bir böyrəyi çatmırsa və ya xəstədirsə, 
onu  sağlam  bədənlərdən  transfer  edir.  Eləcə  də  sağlam  ruh  çatmırsa,  mənəviyyat 
böhranı varsa,  bu problemi yüksək  mənəviyyatlı cəmiyyətlər hesabına həll etmək 
təşəbbüsü  göstərir.  Lakin  mənəviyyat  böyrək  deyil  ki,  onu  kəsib  götürəsən.  Onu 
kopiyalamaq  da  mümkündür.  Bu  mənada  Qərb  dünyası  Şərqdən  nə  isə  götürürsə, 
buna heç bir etiraz ola bilməz. Lakin öz xəstə mənəviyyatını Şərqə transfer edirsə, 
o, artıq yolverilməz haldır. 
Özlərinin yaxşı hesab etdiklərini başqalarına da rəva görmək normal bir hal-
dır. Lakin başqalarına bunu güclə qəbul etdirmək cəhdləri insan azadlığı haqqında 
idealların beynəlxalq miqyasda artıq öz əksliyinə çevrilməsindən xəbər verir.  
Bəli,  bu  gün  Qərb  bizə  azadlıq,  insan  hüquqları  və  demokratik  dəyərlər 
transfer etmək istəyir. Biz bunu prinsipcə qəbul etsək də, rəsmən buna razılıq ver-
sək  də,  bu  ideyaların  reallaşması  bir  çox  çətinliklərlə  qarşılanır.  Ən  əsas  maneə 
ictimai şüurdur. Tərbiyə sisteminin özünün fərqli istiqamətdə olmasıdır. Buna görə 
yeni  təhsil  sisteminə  keçidin  əsasında  yeni  tərbiyə  sisteminə  keçid  dayanmalıdır. 
Lakin əvvəlcə bunun mahiyyətini dərk etmək lazımdır. 
                                                 
1
  Bax:  К.Ясперс.  Философская  автобиография.  -  Западная  философия:  итоги 
тысятилетия, Бишкек, 1997, стр. 80. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə