Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
- 78 - 
Bir var, kənardan verilən tövsiyələr, bir də var, özünüdərk və daxildən gələn 
istəklərin səviyyəsi, daxili nəzarətin olub-olmaması. İnsan o zaman həqiqətən xoş-
bəxt olar ki, o, məhz özünü realizasiya edir. Hər bir varlıq kimi insanın da təbiəti 
vardır. Bu, obyektiv bir mahiyyətdir. Dünyada təbiət qanunları olduğu kimi, fəzilət 
qanunları da vardır. «Təbii hüquqlar» da əslində bu qanunların tərkib hissəsidir. 
Nə  qədər  paradoksal  görünsə  də,  Qərb  fəlsəfəsində  «təbii  qanunlar»  kon-
sepsiyasının  müəlliflərindən  biri  Con  Lokkdur.  Həmin  Con  Lokk  ki,  sovet  pe-
daqogikası ondan yalnız «ağ lövhə» təlimini götürə bilmişdir. Guya insanın öz təbii 
başlanğıcı,  təbii  meylləri  nəzərə  alınmaya  da  bilər.  Hər  şey  tərbiyədən,  tərbiyə 
verənlərdən  asılı  imiş.  Lakin  bu,  Con  Lokk  təliminin  bayağılaşdırılmış,  vulqar 
formasıdır.  «Ağ  lövhə»  təlimi  ancaq  biliklərə  aiddir.  Yəni  insan  anadangəlmə 
biliklərə  malik  deyil.  Lakin  bu,  bilikləri  mənimsəmək  potensialı,  duymaq-
qavramaq qabiliyyəti, instinktlər, heyvani nəfs, hətta əqli potensial belə əvvəlcədən 
verilmişdir. Və hər bir fərdi «tərbiyə etməzdən» əvvəl, onun təbii  keyfiyyətlərini, 
özünəməxsus cəhətlərini öyrənmək lazımdır. Yəni tərbiyə öyrətməkdən yox, öyrən-
məkdən başlanır. Özü də təkcə insanın yox, bütövlükdə təbiətin, kainatın öyrənil-
məsindən.  Belə  ki,  mənəvi  qanunlar  həm  insan,  həm  də  dünya  miqyasında 
bərqərardır.  
Təsadüfi  deyildir  ki,  məhz  həmin  Con  Lokk  «insan  təbiəti»ni  də  «təbiətin 
təbiəti»nə aid edir. Təbii qanunları insana, onun mənəvi dünyasına şamil etməklə 
«tale» anlayışını da qəbul edir. Con Lokk Hippokrata istinadla yazır ki, hər bir şey 
öz  taleyini  yaşayır  və  ən  kiçik  və  ən  böyük  varlıq  da  onun  üçün  müəyyənləşmiş 
qanundan  kənara  çıxmır.  İnsan  da  istisna  deyil.  O  öz  təbiətinə  uyğun  davranış 
üsullarına malikdir.
1
  
Tale  qabaqcadan  müəyyənləşibsə,  insanı  necə  istəsən,  elə  də  tərbiyə  etmək 
mümkündürmü?  «Tərbiyəçinin» əsas funksiyası məhz bu taleyi oxumaqdan ibarət 
olmamalıdırmı?  Onun  funksiyası  insanın  təbii-potensial  imkanlarını  aşkara 
çıxarmaq və ancaq onların realizasiyasına yardımçı olmaq deyilmi? Yoxsa, bəlkə 
kimdən  nə  istəsən  düzəltmək  mümkündür?  Fərdi  təbii  imkanları  nəzərə  almağın 
vacibliyini anlasaydılar, bəzi naşı pedaqoqlar və təhsil qurucuları qəhrəman olmaq 
üçün  yaranandan  «buyruq  qulu»,  alim  olmaq  üçün  yarananlardan  şair,  şair  olmaq 
üçün 
yarananlardan 
isə  mühəndis  hazırlamaq  məsuliyyətini  üzərlərinə 
götürməzdilər.  (İndi  bizdə  ixtisas  seçilməsi  ancaq  «istək»  əsasındadır.  Bu  istəyin 
yönəldilməsi, təbii istedad yönümünün müəyyənləşdirilməsi və ona bu istiqamətdə 
peşəkar tövsiyələr verilməsi işi isə təşkil olunmamışdır. Halbuki, millətin ən böyük 
potensialı  fərdlərin  təbii-intellektual  və  mənəvi  potensialının  düzgün  yö-
nəldilməsindən asılıdır). 
                                                 
1
 Джон  Локк. Сочинения в трех томах, т. 3 М., Мысль, 1988, стр. 7 . 


 
- 79 - 
Əlbəttə, Con Lokk Hippokratın tale haqqında fikirlərini mütləqləşdirmir. O, 
ictimai mühit və tərbiyəçilər üçün də yer qoyur: «Biz demirik ki, bu təbiət qanunu 
bizim  ürəyimizdə  cədvəl  şəklində  yazılmışdır  və  onu  oxumaq  olar».
1
  Daha  sonra 
Con  Lokk  insana  təbiətən  verilmiş  qabiliyyətlərin  düzgün  istifadə  olunmasından, 
insanın ictimai həyatda təbii potensialının çox olduğu istiqamətə yönəldilməsindən 
danışır. 
2
 
 
Əlbəttə, hər bir xalqın adət-ənənəsi, əsrlər boyu formalaşmış əxlaqi-mənəvi 
dəyərlər  sistemi  vardır.  Xalq  pedaqogikasına  üstünlük  verənlər  gənc  nəslə  ilk 
növbədə  məhz  milli  dəyərlər  sistemini  mənimsətməyi  tövsiyə  edirlər;  bu  halda 
milli zövq,  milli əxlaq, adət, ənənə ön plana çıxır. Lakin sənaye inqilabı və elmi-
texiniki  tərəqqi  şəraitində  xalq  pedaqogikası  nə  dərəcədə  yetərlidir?  İnsanlararası 
münasibətlər, davranış formaları ictimai-iqtisadi həyatın fövqündə, «dibçəkdə» qo-
runub  saxlana  bilməz.  Yeni  texnoloji  sistemlər  iş  şəraitini  dəyişməklə  yanaşı 
məişətə, təhsilə və istənilən birgəyaşayış sahələrinə müdaxilə edir və canlı insani 
münasibətlərin texnika ilə vasitələnməsinə səbəb olur. Belə bir şəraitdə yeni mühitə 
daha  çox  adekvat  olan  müasirlik  amillərini  ənənəvi  əxlaqi  dəyərlərlə 
uyğunlaşdırmağa imkan verən yeni tərbiyə sisteminə keçid zərurəti yaranır. Qərbdə 
rasionalizm  və  ona  alternativ  olan  modernist  və  postmodernist  cərəyanlar  yeni 
insan  tərbiyəsinin  əsasında  dayanır.  Rasioanlizmə  alternativ  axtarmaq  cəhdləri  də 
məhz Qərb cəmiyyəti üçün səciyyəvidir. Postmodernist təmayüllər üçün isə Şərqdə 
obyektiv zəmin yoxdur. Lakin, bununla belə, müasir görünmək istəyənlər insanlar 
Qərb incəsənətini, Qərb düşüncə tərzini mənimsəməyə çalışır. Televiziya və inter-
net  də  bu  sahədə  mühüm  rol  oynayır.  Nəticədə  rasionalizmin  yüksək  dərəcədə 
inkişaf  etdiyi  Qərb  ölkələrində  yaranmış  alternativ  düşüncə  tərzi  axtarışları, 
böhrandan  xilas  cəhdləri  zəminində  yaranmış  «yeni  kütləvi  mədəniyyət»  bizə 
transfer olunur. Gənclik bu «müasirliyi» qəbul etməyə çalışır. Halbuki, əsl müasir-
lik inkişafın zəruri mərhələsi kimi obyektiv surətdə, təbii yolla yaranmalıdır. 
İndi  Azərbaycanda  mədəni-mənəvi  mühit  yekcins  deyil,  o,  bir  tərəfdən, 
milli-əxlaqi  dəyərlərə,  digər  tərəfdən,  Qərbdən  transfer  olunmuş  «kütləvi 
mədəniyyət»dən,  habelə  müasir  texniki  inkişafın  həyat  tərzindəki  obyektiv  izlə-
rindən təşkil olunmuşdur. Həm də burada sintezdən daha çox, qarışıq, eklektik bir 
cəm vardır. Tərbiyə sisteminin strukturu da buna bənzərdir. Daha doğrusu, burada 
sistemdən daha çox, qarşıdurmadan, gizli mübarizədən söhbət gedə bilər. Gəncləri-
miz,  bir  tərəfdən  gerçəkliklə  uzlaşmayan  konservativ  təlimlər  vasitəsilə  sovet 
stilində, «milli ruhda», digər tərəfdən, Qərbdən transfer olunan «modern mühitin», 
                                                 
1
 Yenə orada, səh. 9 
2
 Yenə orada, səh. 10 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə