Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
- 69 - 
 
 
 
 
 
 
 
 
FƏLSƏFƏ TƏRBİYƏ VƏ ÖZÜNÜTƏRBİYƏ  
VASİTƏSİ KİMİ  
 
 
Din və əxlaq inama əsaslanmaqla 
vasitəsiz bilik olsalar da, hər halda yenə də 
tərbiyə və təhsillə vasitələnirlər. 
Hegel  
 
«Tərbiyə»  dedikdə,  elə  anlayışın  özündəcə  fəal  tərəf  olan  subyektin  – 
tərbiyəçinin,  müəllimin  aktual  iştirakı  nəzərdə  tutulur.  Yəni  kim  isə,  kimi  isə 
tərbiyə  etməlidir,  onu  müəyyən  normalara,  ədəb-ərkan  qaydalarına,  davranış  tər-
zinə  dəvət  etməlidir.  Bunun  üçün  isə  əvvəlcə  həmin  normaların,  meyarlar  siste-
minin ilkin müəyyənliyi tələb olunur. 
Lakin  intellektual,  əxlaqi  və  mənəvi  dəyərlər  sisteminin  bütün  dövrlər  və 
bütün  xalqlar  üçün  standart  forması  və  normativləri  yoxdur.  Yəni  əvvəlcə  tərbiyə 
verənin özünün meyar seçdiyi və təlqin etdiyi dəyərlər sistemi düzgün seçilməlidir. 
Bu  isə  artıq  tərbiyə  prosesinin  miqyasından  kənara  çıxır  və  pedaqogikanın  deyil, 
fəlsəfənin  predmetinə  daxildir.  Təsadüfi  deyildir  ki,  bəzi  müəlliflər  pedaqogikanı 
fəlsəfənin tətbiq sahələrindən biri hesab edir.
1
   
Təlim və tərbiyə ilə bağlı problemlər, anlayışlar, kateqoriyalar hər bir dövrdə 
fəlsəfənin  qalxmış  olduğu  yeni  inkişaf  səviyyəsindən  bir  də  nəzərdən  keçi-
rilməlidir.  Fəlsəfənin  və  psixologiyanın  açdığı  yeni imkanlar  bütövlükdə  düşüncə 
tərzini  dəyişməklə  insanın  mənəvi-intellektual  inkişafının  da  yenidən  nəzərdən 
keçirilməsini tələb edir. İstər-istəməz bir sıra suallar yenidən aktuallaşır.  
Əvvəla, kim isə tərbiyə vermək haqqını necə qazanır? Sadəcə müəllim və ya 
tərbiyəçi  kursunu  (bakalavrdan  tutmuş  elmlər  doktoru  dərəcəsinədək)  bitirib 
müvafiq  diplom  almaqlamı?  Yoxsa  doğrudandamı  o  indiki  gəncliyin  necə  olmalı 
                                                 
1
  Bax,  məsələn:  С.И.Гессен.  Основы  педагогики.  Введение  в  прикладную 
философию. М., 1995. 


 
- 70 - 
olduğunu bilir və üstəlik buna necə nail olmağın da yollarını bilir?  
Həm də nəzərə alınmalıdır ki, bu bilgilərdən birincisi fəlsəfənin, ikincisi isə 
pedaqogikanın  predmetinə  aiddir.  Deməli,  tərbiyəçi  bu  fənlərin  hər  ikisini 
mükəmməl bilməlidir. Fəaliyyətinin nəticəsini yoxlamaq və düzəlişlər etmək üçün 
üstəgəl  eksperimental  psixologiyanı  da  mənimsəməlidir.  Yəni  tərbiyəçi  olmaq 
missiyası məsuliyyətli olduğu qədər də böyük bilik və hazırlıq tələb edir. Müəllim 
isə  üstəlik  müəyyən  bir  fənni  də  yüksək  səviyyədə  mənimsəməli  və  üstəlik  onu 
başqalarına  mənimsətməyin  yollarını  da  bilməlidir.  Həm  də  sadəcə  bilmək  azdır. 
Bunun  üçün  böyük  entuziazm,  böyük  daxili  emosional  enerji  lazımdır.  Maraq-
andırmaq, heyrətləndirmək, sevdirmək səriştəsi lazımdır. Bəli, müəllimlik zirvəsinə 
qalxmaq  bütün  bu labirintlərdən  keçməyi  intellektual səviyyənin  və  mənəviyyatın 
yüksək  zirvəsini  fəth  etməyi  tələb  edir.  Bax,  buna  görə  də,  müəllim  adı  ucadır, 
mənəviyyat və idrak yolunun zirvəsində qərar tutur. Lakin rəsmi təhsil müəssisə-
lərimizin müəllim diplomu verdiyi şəxslər bu zirvənin heç olmasa ətəyinə qədəm 
qoya bilirlərmi? Bəs, bu müəllimləri hazırlamalı olan ali məktəb müəllimləri necə. 
Onların elmi dərəcəsinə alim-pedaqoq statusuna imza atanlar necə.  
İkincisi,  «tərbiyə  vermək»  nə  deməkdir;  «tərbiyə  olunan»  tərəfin  müəyyən 
bir  standarta,  normaya  sadəcə  dəvət  edilməsi,  yönəldilməsi,  yoxsa  onun  bu  nor-
maya həqiqətən uyğunlaşdığına əminliklə bitən bir fəaliyyət?  
Belə bir əminlik necə yarana bilər? Təbiət elmləri cismin təsirdən əvvəlki və 
sonrakı vəziyyətini xüsusi cihazlarla ölçür və prosesin istiqamətini təyin edə bilir. 
Bəs,  pedaqogika?  Burada  belə  bir  ölçmə  imkanı  olmadığı  üçün  müəyyən  bir 
tərbiyəvi  təsirin  gözlənilən  nəticə  verəcəyini  ancaq  güman  etmək  olar.  Axı,  tər-
biyəçi  nəinki  təsirdən  sonra,  təsirdən  əvvəldə  öyrəncinin  mənəvi-psixoloji  du-
rumunu bilmir. Özü də hər gün bu durum tamamilə başqa səbəblərdən dəyişmiş ola 
bilər.  Hətta  təmasda  olduğumuz  məqamda  uşağın  könlündən,  fikrindən  nələr 
keçdiyin  necə  bilmək  olar?  Con  Kabat-Zinn  insanın  mənəvi-psixik  halını 
araşdıraraq yazır: «Əql həmişə fəaliyyətdədir; çox vaxt ya keçmişin xatirələrində, 
ya da gələcəyin xəyallarında olduğu halda, nadir hallarda indiki zamana yönəlir».
1
 
Başqa  sözlə,  insanın  cisminin  yox,  diqqətinin,  fikrinin  harada  olması  əsasdır.  Nə 
etməsindən daha çox, hansı motivlə etməsi, ürəyindən nə keçməsi önəmlidir.  Əbu 
Turxanın  dediyi  kimi,  «fikrin-zikrin  haradadırsa,  sən  də  oradasan».  Nə  barədə 
fikirləşməsi  insanın    təkcə  əqlini  yox,  ürəyini,  könlünü  də  nişan  verir.  Zikr  isə 
əqidədən  xəbər  verir.  Əgər  insan  əqidəlidirsə,  inamı  varsa,  tərbiyə  prosesində  bu 
mütləq  nəzərə  alınmalıdır.  Digər  tərəfdən,  dini  inamı  olan  adama  təsir  edən  bir 
dəlil,  fikir,  ya  hədis  dinsizə  heç  təsir  etməyə  də  bilər.  Ona  görə  də,  tərbiyəçi 
                                                 
1
  Исцеляющие  эмоции.  Беседы  с  Далай-Ламой  об  осознанности,  эмоциях  и 
здоровье. Нижний Новгород. 2004. стр.114. 


 
- 71 - 
qarşıdakını  öyrətməzdən  əvvəl,  onu  öyrənməlidir.  İnsanı  öyrənmək  isə  hansı  isə 
elmi və ya peşəni öyrənməkdən qat-qat çətindir.  
Bir sözlə, uşaq taxta parçası deyil ki, onu yonub nə isə düzəldəsən. O hələ ilk 
yaranışdan  proqramlaşdırılmış  bir  sistemdir.  Gələcəkdə  nə  olacağı,  necə  olacağı 
təkcə  düşdüyü  mühitdən  və  tərbiyədən  yox,  həm  də  onun  fitri  payından  asılıdır. 
Əgər dibindən qaynamırsa, «quyuya su tökməklə sulu olmaz». 
Uşaq özü fəal başlanğıcdır. Onu təbii varlıq kimi bir çox keyfiyyətlər səciy-
yələndirir  ki,  bunlardan  biri  də  temperametrdir.  «Temperament  şəxsiyyətin 
formalaşması  prosesində  bir  növ  xammal  kimi  çıxış  edir».
1
  Uşaq  bir  tərəfdən  öz 
daxili genetik  meylləri, digər tərəfdən də, yaşadığı mühitin çox müxtəlif, al-əlvan 
təsirləri  ilə  formalaşır.  Müəllim,  tərbiyəçi  hər  bir  konkret  uşaq  üçün  bu  prosesin 
xüsusiyyətlərini  bilmədən,  ona  müdaxilə  edə  bilməz.  Daha  doğrusu,  bu  mü-
daxilənin hansı istiqamətdə təsir edəcəyini müəyyənləşdirmək olmaz.  Hətta cansız 
aləmdə bir zərrəciyin başqa zərrəciyə təsirinin nəticələri birqiymətli ölçülə bilmir. 
Daha doğrusu, bu, prinsipcə mümkün deyil. Çünki qeyri-müəyyənlik prinsipi var. 
Çünki  güman  olunduğu  kimi,  zərrəciyin  də  iradəsi  ola  bilər.  Bəs  iradəsinə  şübhə 
etmədiyimiz canlı insanlara təsirin istiqamətini  müəyənləşdirmək mümkündürmü? 
Ümumiyyətlə mümkün ola bilərmi?  
 
«Tərbiyə  etmək»,  yoxsa  insana  özünü,  təbiəti  və  cəmiyyəti  dərk  etməkdə 
yardımçı olmaq?! İnsanın düzgün həyat yolu seçməsi, xoşbəxt olması,  öz həyat və 
fəaliyyəti ilə başqalarının xoşbəxtliyinə mane olmaması üçün ilk növbədə yüksək 
mənəvi-intellektual səviyyə tələb olunur. Bütün konkret hallar üçün yarayan hazır 
həyat  reseptləri  ola  bilməz.  Hər  bir  situasiya  başqasından  nə  ilə  isə  seçilir.  Ona 
görə  də,  hər  bir  məqamda  qərarı  şəxs  özü  çıxarmalıdır.  Bunun  üçün  isə  geniş 
dünyagörüşü,  əqidə  müəyyənliyi  və  əxlaqi-mənəvi  dəyərlər  sisteminin 
mənimsənilməsi tələb olunur. 
Heç də bütün insanların fəaliyyəti nəzəri təfəkkür süzgəcindən keçirilmir və 
elmi prinsiplər əsasında ölçülüb-biçilmir. Gündəlik həyatda insanı idarə edən onun 
nəfsidir.  Nəfs  isə  heyvani  hisslərdən  ali  duyğularadək,  instinktdən  əqlədək  bütöv 
bir spektri əhatə edir. Təsadüfi deyildir ki, Ş.Sührəvərdinin idrak təlimində «heyva-
ni nəfs» və  «düşüncəli nəfs» arasında zövq pilləsi də dayanır ki, bu da əsasən es-
tetik  hissləri  ehtiva  edir.  Aralıq  pillələrə  həmçinin  qavrayış  və  hafizə  də  daxildir. 
Atalar  sözləri,  hikmətli  fikirlər,  aforizmlər,  hətta  etika  və  hüquq  sahələrini  əhatə 
edən müddəalar anlama və hafizə səviyyəsində mənimsənilir. Lakin insanın nələri 
isə bilməsi hələ bunlara əməl edəcəyinə zəmanət vermir. İnsanın hansı vəziyyətdə 
                                                 
1
 Кэлвин С. Холл, Гарднер Линдсей. Теория личности. М., 1997,      стр. 410. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə