Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
- 61 - 
 
Aristotelin  məşhur  «poeziya  fəlsəfəyə  tarixdən  daha  yaxındır»,  daha  dəqiqi 
«poeziya tarixdən daha fəlsəfi və daha ciddidir» fikri
1
 poeziyadakı fəlsəfəliyi ifadə 
etməkdən  daha  çox  tarixdəki  «fəlsəfəsizliyi»  (anti-fəlsəfi  mahiyyəti)  ifadə  edir. 
Belə ki, tarix və fəlsəfə insan təfəkkürünün diametral əks qütblərində qərar tutur və 
bütün  digər  düşüncə  formaları  bu  iki  qütb  arasındakı  spektrin  müxtəlif 
məqamlarından ibarətdir. 
Artıq  baş  vermiş  hadisə  ancaq  tarixdə  qala  bilər.  Mahiyyətlər,  ideyalar  isə 
əbədidir.  Fəlsəfi  təlimlərin  də  tarixdə  qalması,  yaxud  tarixin  sədlərini  keçərək 
çağdaş  fikir  dünyasında  aktuallığını  saxlaması,  bu  təlimlərin  nə  dərəcədə  həqiqi 
mahiyyətlər,  ideyalar  üzərində  qurulmasından  asılıdır.  Başqa  sözlə,  fəlsəfi  təlim 
həqiqətən fəlsəfidirsə o heç də tarixdə qalmayaraq həmişə müasir olur.  
Məşhur  fəlsəfə  tarixçisi  Kuno  Fişer  də  diqqəti  fəlsəfə  ilə  tarix  arasındakı 
əksliyə yönəldir. O, «Fəlsəfə tarixi elm kimi» adlı əsərində fəlsəfə tarixinin hətta 
mümkünlüyünü belə şübhə altına alır: «Tarix və fəlsəfə anlayışları arasında belə bir 
əkslik  vardır:  tarix  hadisələrin  zamana  görə  varisliyi  olmadan  təsəvvür  edilə 
bilməz, fəlsəfə isə həqiqətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam 
uyğunluq  halında  olan  təsəvvürdən  ibarətdir.  Burada  iki  imkan  vardır:  təsəvvür 
şeyə  ya  uyğundur,  ya  da  uyğun  deyil.  Birinci  halda  təsəvvür  həqiqi,  ikinci  halda 
yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə etmir və 
deməli onun tarixi də yoxdur».
2
 
Əgər  biz  «fəlsəfə»  anlayışını  onun  bütün  tarix  boyu  keçdiyi  təkamül 
kontekstində  araşdırmalı  olsaq,  müxtəlif  dövrlərdə  müxtəlif  lokal  elmi-mədəni 
mühitlərdə  bu  anlayışın  xeyli  dərəcədə  fərqli  mənaları  ifadə  etdiyini  və  bu 
mənaların  zaman  oxunda düzülüşünün  hansı  isə  ardıcıllığı,  qanunauyğunluğu  əks 
etdirmədiyini və beləliklə, müntəzəm təkamüldən danışmağın qeyri-mümkün oldu-
ğunu görərik. 
Lakin bu fərqli anlamların geniş spektrində bütün dövrlərin və elmi-mədəni 
mühitlərin, bütün düşüncə tərzləri və elmi paradiqmaların sərhədlərini keçərək bu 
günə  qədər  gəlib  çıxmış  parlaq  zirvələr  vardır  ki,  onlar  bu  dəyişkənlikdə  və 
müxtəliflikdə  bir növ oriyentir rolunu oynamaqla fəlsəfi fikrin bir ana xətti oldu-
ğunu və əsrlərin öz arasında bu zirvələrdən keçən vahid ideya xətti ilə bağlandığını 
göstərir. Bu zirvələr böyük fəlsəfə klassiklərinin əsərləridir.  
Piramidanın aşağısı nə qədər geniş sahəni əhatə etsə də, zirvəyə yaxınlaşdıq-
ca  müxtəliflik  aradan  götürülür  və  bütün  böyük  klassiklərin  eyni  problemlər 
                                                 
1
  Aristotel.  Poetika.  (Poeziya  sənəti  haqqında.  –  tərcüməçi  Aslan  Aslanovdur).  B., 
Azərnəşr, 1974, səh. 63. 
2
  Куно  Фишер.  История  философии  как  наука  //  История  Новые  философии; 
Декарт: Его жизнь, сочинения и учение. – СПб.: Мифрил, 1994, стр.4. 


 
- 62 - 
ətrafında və əslində həm də eyni bir dildə yazdığı ortaya çıxır. Və ancaq zirvələrin 
müqayisəli təhlili fəlsəfi fikrin nisbi müstəqil bir inkişaf yolu keçdiyini sübut edir.  
Fəlsəfənin  əsas  problematikasını  və  fəlsəfi  fikrin  mahiyyətini  müəyyənləş-
dirmək  üçün  ən  düzgün  yol  fəlsəfə  tarixinin  izlənməsi  deyil,  insan  təfəkkürünün 
müasir  mərhələdəki  strukturunda  onun  nisbi  yerinin  təyin  olunmasıdır.  Başqa 
sözlə, fəlsəfənin özünəməxsusluğu elm, din, incəsənət, əxlaq, siyasət, hüquq və s. 
şüur formaları ilə müqayisədə müəyyənləşdirilməlidir. Və ancaq müasir baxımdan, 
məhz  fəlsəfi  fikir  kimi  dəyərləndirilməli  olan  sahənin  meyarları  ayırd  edildikdən 
sonra  əvvəlki  tarixi  mərhələlərdə  həmin  bu  şüur  formalarının  qarşılıqlı  nisbəti 
haqqında  fikir  yürütmək  olar.  Ancaq  belə  yanaşdıqda,  məsələn,  orta  əsrlərdə 
fəlsəfəyə aid edilən bir mövzunun və ya əsərin müasir anlamda əslində ilahiyyata, 
yaxud elmə, siyasətşünaslığa aid olduğu aşkara çıxır. 
(Müasir dövrdə fəlsəfi problem kimi qoyulan bir məsələnin tarix boyu hansı 
formalarda qoyulduğu və hansı kontekstlərdə öyrənildiyi də araşdırıla bilər.)  
Beləliklə, fəlsəfənin mahiyyəti də, predmeti də, əsas problemləri də ilk növ-
bədə onun keçdiyi tarixi inkişaf yolundan deyil, müasir insanın müasir düşüncə və 
fəaliyyət mexanizminin strukturundan intixab edilməlidir.  
 
Tarix hadisələrin baş verdiyi dövrdə onların iştirakçısı və şahidləri tərəfindən 
qələmə  alınmış  səlnamələr,  təsvirçi  mətnlər,  arxiv  materialları  əsasında  sonrakı 
dövrlərdə yaradılan versiyalar və sistemli şərhlərdən yaranır.  
Tarix elm və fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin arasında çox 
geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir. Aristotelin 
yuxarıda iqtibas gətirdiyimiz «poeziya fəlsəfəyə tarixdən daha yaxındır» fikri də bu 
kontekstdə daha çox aydın olur.  
Əvvəla, tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir.  
İkincisi, tarixçi bilavasitə özünün deyil, başqalarının şahidliyi əsasında, müx-
təlif mənbələrdən aldığı informasiyaların təhlili əsasında model qurur, şərh verir.  
Üçüncüsü,  tarixçi  hər  bir  dövrdə  hadisələrin  mümkün  gedişat  variantları 
imkanlar içərisindən ancaq birinin, gerçəkləşmiş, həyata keçmiş variantın təsvirini 
verir. (İmkan mahiyyətə, gerçəklik isə hadisəyə uyğun gəlir).  
Dördüncüsü,  tarixçinin  düşüncə  tərzi,  təfəkkür  üslubu  hadisələr  dövründə 
yaşayan və onları təsvir edən şəxslərin düşüncə tərzi və təfəkkür üslubundan fərqli 
olduğundan  tarix  bəzənə-bəzənə,  «düzənlənə-düzənlənə»  gedir.  Başqa  sözlə, 
təfəkkürün  inkişafı  keçmişdə  qalmış  hadisələrin  özünə  təsir  edə  bilməsə  də, 
təsvirinə, şərhinə təsir göstərir.  
 
Fəlsəfə  hadisələri  deyil,  mahiyyəti  əks  etdirdiyindən  onun  tədqiqat  obyekti 
zaman-məkan  müəyyənliyinə  malik  deyil.  Keçmişdə  deyilmiş  fəlsəfi  bir  fikir,  həm 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə