Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
- 52 - 
yaddan çıxır, insan arxa plana keçir və təhsil bir növ özü özünün  məqsədinə çev-
rildiyindən pedaqogika da ənənəvi təhsil prosesinin həndəvərindən kənara çıxa bil-
mir.  
Biz Qərb pedaqoji fikrinin nailiyyətlərini öyrənərkən onların hansı fəlsəfi tə-
limlərə  istinad  etdiklərini  yaddan  çıxara  bilmərik.  Məsələn,  diqqəti  C.Dyuinin 
praqmatik fəlsəfəsindən doğan bir mövqeyə yönəldək. O yazır: «Təhsilin məqsədi 
ola  bilməz,  insanların  –  valideynlərin,  pedaqoqların  və  s.  məqsədi  olur»
1
.  Amma 
bizim  yazdığımız  əsər  məhz  təhsilin  məqsədi  haqqındadır.  Ziddiyyətli  görün-
mürmü? Bəli, ziddiyyət var, özü də birbaşa məsələnin qoyuluşu ilə bağlı.  
Sovet  dövründə  biz  həmişə  praqmatizmi  tənqid  etmişik.  Hər  şeydə 
kimlərinsə  marağını  axtarmağa  ehtiyac  hiss  etməmişik.  Belə  bir  mövqedən  çıxış 
etmişik  ki,  elm  də,  təhsil  də,  incəsənət  də  ictimai  sərvətlərdir  və  ali  dəyərlər 
sisteminə mənsubdur. Onların lazım olub-olmadığını müzakirə etmək ağlımıza da 
gəlməyib. Vay bunu şübhə altına alanların halına… Təhsil yaxşı şeydir, vəssalam. 
Biz onu necə varsa, eləcə də qəbul edirik və bir gerçək ictimai proses olaraq onun 
öz daxili məntiqindən və inkişaf qanunauyğuluğundan çıxış etməyə çalışırıq. Və bu 
istiqamət bizi də öz dalınca aparır. İnsan özü, onun konkret maraqları yaddan çıxır.  
Bəli,  harada  isə,  nə  vaxt  isə  təhsil  kimi  başa  düşülən  və  təhsil  adı  altında 
formalaşmış  bir  ictimai  proses  pozitiv  bir  hadisə  kimi  yaranmış  (yaradılmış)  və 
insanların  maraqlarının  təmin  olunmasına  xidmət  etmişdir.  Lakin  dünya  ancaq 
İnsan-Təhsil  münasibətləri  sistemindən  ibarət  deyil.  Cəmiyyətdə  başqa  dəyərlər 
sistemi  də  vardır  və  insanın  maraqları  konkret  bir  ictimai  situasiya  ilə  bağlı, 
konkret  bir  bölgədə  dəyişə  bilər.  Təhsil  isə  beynəlmiləlləşə-beynəlmiləlləşə,  milli 
ictimai gerçəkliyin konkret məzmunundan uzaqlaşa-uzaqlaşa (kiminsə dediyi kimi, 
qloballaşma  elə  buradan  başlayır)  öz  məxsusi  məzmununu,  problematikasını  və 
guya  zaman  və  məkandan  asılı  olmayan,  konkret  ictimai  mühitdən  asılı  olmayan 
hansı isə ali məqsədini formalaşdırır.  
Biz – keçmiş sovet insanları hələ bu gün də öz şəxsi maraqlarımızı hansı isə 
abstraksiyalara  qurban  verməyə  hazır  olan  insanlar  –  burada  qəbahətli  heç  nə 
görmürük.  Con  Dyui  isə  görür.  Amerikanı  Amerika  edən,  güclü,  qüdrətli,  möh-
təşəm  edən  həmişə  məhz  insan  amilinin  ön  plana  çəkilməsi  olmuşdur.  Təhsilə 
münasibətdə  də  belədir.  İnsanlar  təhsil  üçün  yox,  təhsil  insanlar  üçündür.  Və  o 
konkret insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. 
Biz  təhsilşünaslıq  problemlərinin  əhəmiyyətini  vurğulamaqla,  heç  də 
pedaqogikanın  və  pedaqoqların  rolunu  azaltmaq  fikrində  deyilik.  Əksinə, 
pedaqogikanın az-çox dərəcədə inkişaf etdiyini və Azərbaycan elmində ona kifayət 
qədər  geniş  yer  verildiyini,  təhsilşünaslığın  isə  çox  geri  qaldığını,  bu  sahədə 
                                                 
1
 Göstərilən əsər, səh.104. 


 
- 53 - 
sistemli  tədqiqatların  aparılmadığını  nəzərə  çarpdırmaq  istəyirik.  Bizcə, 
Azərbaycanda  təzəcə  yaranmaqda  olan  təhsilşünaslıq  qarşısında  maneələr 
götürülməli,  onun  inkişafı  üçün  geniş  meydan  açılmalıdır.  Pedaqoqlar  da  yeni 
yaranan bu sahəyə qısqanclıqla yanaşmamalı və onu ənənəvi pedaqogika çərçivəsi 
ilə  məhdudlaşdırmaq  mövqeyindən  əl  çəkməlidirlər.  (Bir  fəlsəfə  tədqiqatçısı 
olaraq,  mənim  üçün  daha  maraqlı  və  daha  prestijli  olan  fəlsəfi  problemlərdən 
ayrılmaq  bahasına  təhsilşünaslıqla  bağlı  tədqiqat  aparmağımın  səbəbi  bu  sahədə 
mövcud  olan  boşluğu  qismən  də  olsa  doldurmaq,  təhsil  sahəsində  aparılmalı  olan 
islahatlara  düzgün  yön,  metodoloji  dəstək  vermək  istəyidir.  Habelə,  gələcəkdə 
məhz  bu  sahədə  ixtisaslaşmalı  olan,  sistemli  tədqiqatlar  aparmaq  istəyən  gənclər 
üçün yol açılmasına da ehtiyac vardır. Əks təqdirdə, bu aktual sahələrə meyl edən 
gənclər  pedaqogika  sahəsində  avtoritet  sayılan  və  böyük  mövqelər  tutmuş 
konservativ qüvvələrin bariyerini keçə bilməzlər. Bəli, kim isə konserativ daiələrin 
zərbəsini  öz  üzərinə  götürməlidir,  yoxsa  biz  nəsillərin  təbii  əvəzlənməsini  və  ya 
Qərbdə  təhsil  alıb  gələnlərin  sayəsində  prioritetin  tədricən  dəyişməsini  gözləsək, 
buna  çox  vaxt  gedər  və  təhsil  islahatı  adı  altında  yalnız  formaca  dəyişmiş, 
mahiyyəti isə əvvəlki kimi qalmış yeniləşmə görüntüsü həyata keçirilər.) 
Biz,  bir  tərəfdən,  təhsil  islahatları  keçirmək,  Avropa  təhsil  məkanına  daxil 
olmaq,  bu  sahədə  Qərb  dəyərlərini  mənimsəmək  təşəbbüsləri  göstərir,  digər 
tərəfdən də, köhnə sovet pedaqogikasını az qala ehkama çeviririk. Güman edirik ki, 
Təhsil  Nazirliyinin  də  islahat  keçirərkən  xarici  mütəxəssislərin  rəyinə  üstünlük 
vermək, islahatı onların ideya rəhbərliyi altında aparmaq cəhdləri sovet pediqogi-
kasından  və  kommunist  tərbiyə  sistemindən  sözdə  deyil,  işdə  azad  olmaq  ar-
zusundan  irəli  gəlir.  Biz  Təhsil  Nazirliyinin,  görünür,  çarəsizlikdən  atdığı  bu 
addımların  motivini  başa  düşürük.  Bu  sahədə  dəyişiklik  doğrudan  da  lazımdır. 
Lakin hansı yolla? Bir qütbdən o biri qütbə keçmək, məxsusi olaraq islahatın nəzəri 
əsaslarını  işləmək  məqsədilə  yaradılmış  Təhsil  Problemləri  İnstitutunun  yönünü 
dəyişmək və təhsilşünaslığa istiqamətləndirməkdənsə, «siz öz işinizlə məşğul olun, 
biz  xaricilərin  ideyası  ilə  işləyəcəyik»  mövqeyini  də  dəstəkləyə  bilmərik.  Bizcə, 
islahata  bu  islahatın  nəzəri  əsaslandırılmasından  başlanmalıdır.  Təhsilşünaslığı 
inkişaf etdirmədən təhsildə aparılan reformanın uğuruna necə inanmaq olar ?  
Təhsil  sahəsində  hər  hansı  bir  dəyişiklik  yüz  ölçülüb  bir  biçilməlidir. Təh-
silin  daxili  inkişaf  məntiqindən  və  məqsədindən  irəli  gəlməyən,  sadəcə  islahat 
görüntüsü  yaratmaq  üçün  aparılan  islahat  təhsilə  ən  böyük  zərbədir.  Təhsilin 
məqsədinin konkretləşdirilməsi, hər bir şəxsin, millətin və bütövlükdə ölkənin inki-
şafında təhsilin rolunun müəyyən edilməsi isə çox mürəkkəb məsələdir və xüsusi 
elmi-fəlsəfi tədqiqat tələb edir.  
Yeni  cəmiyyətə  keçidin  tələblərindən  doğan  islahat  zərurəti  və  onun  istiqa-
mətləri nə köhnə inzibati idarəetmə sisteminin, nə də ənənəvi pedaqoji fikrin nü-


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə