Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
- 50 - 
aparılmış,  iri  həcmli  əsərlər  yazılmışdır.
1
  Bu  bölmənin  akademik-katibi 
V.V.Krayevskinin  yazdığı  kimi,  ingilis  dilli  ölkələrdə  (ABŞ,  Böyük  Britaniya, 
Kanada  və  s.)  bu  sahədəki  tədqiqatların  böyük  əksəriyyəti  təhsilin  fəlsəfəsi  adı 
altında  aparılır.  İkinci  dünya  müharibəsindən  sonra  ABŞ  və  Böyük  Britaniyada 
təhsil  fəlsəfəsi  cəmiyyətləri  təsis  olunmuş,  1990-cı  ildə  Londonda  keçirilən 
beynəlxalq  konfransda  «Təhsil  filosoflarının  beynəlxalq  assosiasiyası» 
yaradılmışdır.
2
 Düzdür, ixtisasca pedaqoq olan V.V.Krayevski ingilis dilli ölkələr-
dəkindən fərqli olaraq, bütün nəzəri pedaqogikanı təhsilin fəlsəfəsinə aid etməyin 
tərəfdarı deyil və bunları fərqləndirməyə çalışır. Lakin bu sahədə fəlsəfəsiz keçin-
məyin mümkün olmadığını da inkar etmir.
3
        
Artıq  bir  neçə  ildir  ki,  Sovetlərin  əsas  varisi  olan  Rusiyada  keçmiş  sovet 
pedaqogikasının  məhdudlaşdırıcı  monopolizmindən  xilas  olmaq  və  daha  geniş 
miqyaslı fənn olan təhsilşünaslığı inkişaf etdirmək cəhdləri göstərilir. Təhsilşünas-
lıqla  və  təhsilin  fəlsəfəsi ilə  bağlı  elmi  tədqiqatlar  aparılır  və  bu  mövzuda  böyük 
miqyaslı  əsərlər çap  olunur.
4
  Lakin  təəssüf  ki,  Azərbaycanda  sovet  pedaqoji  fikir 
ənənələrinə  daha  böyük  sədaqət  nümayiş  etdirilir  və  təhsilşünaslıq  sahəsində 
aparılan  tədqiqatlara  hələ  də  qısqanclıqla  yanaşılır.  Bu  sahədə  yazılmış  çox  az 
sayda əsərlərə
5
 də pedaqoji ictimaiyyət, yumşaq desək, kənardan baxır.  
Təhsilin  elmi-fəlsəfi  tədqiqi  birinci  növbədə  ona  konkret  ictimai  gerçəklik 
kontekstində  baxılmasını  və  sistemlilik  şərtinin  ödənilməsini  tələb  edir.  Belə  ki, 
təhsil  mürəkkəb  iyerarxik  struktura  malik  bir  sistemdir  və  hər  bir  struktur  səviy-
yəsində  elmi  təhlil  aparmaq  üçün  əvvəlcə  bu  səviyyələrin  qarşılıqlı  nisbəti,  yəni 
təhsilin makrostrukturu müəyyən edilməlidir. 
Təhsil  ideyası,  onun  mahiyyəti,  məqsədi  və  makrostrukturu  sahəsində 
mütəxəssislər isə yox dərəcəsindədir. Təhsil sisteminin heç bir rakursunda fəaliyyət 
elmi  yanaşmaya  əsaslanmır.  Sadəcə  olaraq,  belə  bir  elmi  yanaşmanın  özülü, 
konseptual  bazis  yoxdur.  Pedaqogika  süni  surətdə  fəlsəfədən  ayrılmış  və 
                                                 
1
  Гершунский  Б.С.  Философия  образования  для  ХХI  века.  (В  поисках  практико-
ориентированных  образовательных  концепций)  –  М.,  1998.  –  608  с.;  Ильинский  И
Образовательная революция. М., 2002. - 592 с. 
2
  Философия,  культура  и  образование  (материалы  «круглого  стола»)  –  Вопросы 
философии, 1999, № 3, сящ. 25-26.    
3
 Yenə orada, səh. 27. 
4
 Bax, məsələn: Нейматов Я.М. Образование в ХХI веке: тенденции и прогнозы. – М.: 
Алгоритм,  2002.  –  480с.;  Белозерцев  Е.И.  Образование:  историко-культурный  феномен. 
Курс  лекций.  –  «Юридический  центр  Пресс»,  Санкт-Петербург.  2004.  –  704  с.;  Гло-
бализация и конвергенция образования: технологический аспект.  М., 2004, – 540 с. və s. 
5
  Bax,  məsələn:  R.A.Ağamalıyev.  Azərbaycan  təhsili  XXI  əsrə  doğru:  idarəetmə, 
prioritetlər, islahatlar. Bakı, «Təhsil», 1998. – 376 s.; Şahlar Əsgərov. Təhsilimiz dünən, bu 
gün, sabah – Bakı, «Azərbaycan» nəşriyyatı, 2003, – 280 s. 


 
- 51 - 
metodoloji  təməldən  məhrum  olmuşdur.  Bunu  ağıllı  pedaqoqların  özü  də  etiraf 
edir.  Məsələn,  F.Paulsen  yazır:  «Pedaqogikanı  bir  elm  olaraq  fəlsəfədən  ayırmaq 
mümkün deyil. Psixologiyasız və etikasız o, öz təməlindən ayrı düşür. Bu fənlər də 
öz növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır» (Pedaqoqika. M., 
1913, s.7). Yaxud sovet pedaqoqu V.V.Krayevski yazır: «Fəlsəfə ilə əlaqə pedaqoji 
fikrin  inkişafının  və  pedaqoji  nəzəriyyənin  qurulmasının  zəruri  şərtidir.»
1

P.S.Qureviç  İqor  İlinskinin  «Təhsil  inqilabı»  kitabı  haqqındakı  rəydə  deyir: 
«Təhsilin  problemləri  bizi  mürəkkəb  fəlsəfi  düşüncələr  sisteminə  cəlb  edir.  Peda-
qogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, on-
ların müəllifləri təhsilə baxışlar kompleksini, fəlsəfi və psixoloji düşüncənin ümu-
mi  axarından  ayırırlar.  Ona  görə  də,  pedaqogika  tarixi  müxtəlif  didaktika  üsul-
larının sadalanmasından ibarət olur. Lakin, axı bu üsullar özü konkret bir dövrdə 
doğulmuşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər»
2
.  
Doğrudan da, istər insanın tərbiyəsi, istərsə də həyat üçün hazırlanması, bilik 
və  bacarıqlara  yiyələnməsi  məsələləri  insan  və  cəmiyyət,  insan  və  dünya 
problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq 
məhz  filosofların  əsərlərində  müraciət  edilmişdir.  Yeni  dövrə  qədər  tərbiyə 
məsələləri də,  didaktika problemləri də məhz filosoflar tərəfindən araşdırılmışdır. 
Pedaqogikanın nisbi müstəqil bir elm sahəsi kimi formalaşması ilk növbədə polyak 
filosofu Yan Amos Komenskinin, ingilis filosofu Con Lokkun və  fransız maarifçi-
filosofu Jan Jak Russonun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın «Pedaqogika haqqın-
da»,  «Maariflənmə  nədir?  –  sualına  cavab»,  «Antropoloji  didaktika»  əsərlərində, 
Hegelin  «Gimnaziya  direktorunun  çıxışları»,  «Universitetlərdə  fəlsəfənin  tədrisi», 
«Gimnaziyalarda  fəlsəfənin  tədrisi»  əsərləri  müasir  kurikulum  probleminin  meto-
doloji əsaslarını təşkil edir.  
Müasir  Qərb  pedaqoji  fikri  görkəmli  amerikan  filosofu,  praqmatizm  cərə-
yanının banilərindən biri Con Dyuinin yaradıcılığı, ilk növbədə  «Demokratiya və 
təhsil» əsəri ilə  bağlıdır
3
. Pedaqogikanın habelə antropologiya ilə, insanşünaslıqla 
sıx surətdə bağlı olduğu heç kimdə şübhə doğurmur. K.D.Uşinskinin «Pedaqoji an-
tropologiya» əsərinə ön sözdə dediyi kimi, əgər pedaqogika insanı hərtərəfli tərbiyə 
etmək istəyirsə, onda əvvəlcə onun özünü hərtərəfli öyrənməlidir.  
Lakin  təəssüf  ki,  təhsil  prosesinin  öz  içərisində  empirik  bazada  toplanan 
müşahidələrin  ümumiləşdirilməsindən  yaranan  qondarma  pedaqoji  «nəzəriyyələr» 
əslində tətbiqi fəlsəfənin bir sahəsi olan pedaqogikanın yerini tutmağa çalışır, psev-
dopedaqoji təlimlər meydana çıxır. Nəticədə pedaqoji fikrin həqiqi böyük missiyası 
                                                 
1
  Краевский  В.В.  Педагогика  между  философией  и  психологией  //  Педагогика. 
1994. № 6, с.25. 
2
 Вопросы философии. 2004 № 2, стр.181. 
3
 Bax: Дж.Дьюи. Демократия и образование: Пер. с англ. М. 2000. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə