Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
- 46 - 
Təhsil sistemləri  öz  sosial strukturundan, cəmiyyətlə əlaqə  xüsusiyyətlərin-
dən başqa, həm də və ilk növbədə öz məramı ilə fərqlənirlər. Hər şey insanlara nəyi 
öyrətməkdən  və  bundan  daha  çox  hansı  düşüncə  tərzini,  hansı  təfəkkür  üsulunu 
formalaşdırmaqdan asılıdır. Şərq və Qərb təhsilini fərqləndirən cəhətlərdən biri də 
burada təlimin hansı dünyagörüşünə əsaslanmasıdır.  
Biz dini məktəblərlə (yaxud dinin aparıcı rol oynadığı məktəblərlə) dünyəvi 
məktəblər  arasındakı  nisbəti  Şərq  və  Qərb  təhsil  sistemləri  arasındakı  nisbətlə 
eyniləşdirmək istəmirik. Lakin burada həqiqətən müəyyən paralellər vardır. 
İnsan  dünyanı  dərk  etməyə  özü  ilə  dünya  arasındakı  münasibətin  ay-
dınlaşdırılmasından,  insanın  həyatda  yeri  və  həyatın  mənası  haqqında  düşün-
cələrdən, mikrokosmla makrokosm arasındakı nisbətin öyrənilməsindən, bir sözlə, 
dünyaya  dini,  yaxud  fəlsəfi  baxışdan  başlayır.  Ona  görə  də,  ilk  dövrlərdə  bütün 
elmi biliklərin rüşeymləri bir tam halında olan mifoloji təfəkkürün, daha sonra isə 
dini və fəlsəfi konsepsiyaların tərkibinə daxil olmuşdur. Sonrakı dövrlərdə koqnitiv 
biliklər praktik biliklərlə birləşərək tədricən dini və fəlsəfi kontekstdən azad olmuş, 
müstəqil elm sahələri formalaşmışdır.  
İnsan idrakının keçdiyi tarixi mərhələlər, elmin inkişafında  gedən proseslər 
təhsil sisteminin də inkişaf tarixinə təsir göstərmişdir. Belə ki, dünyəvi təhsil ancaq 
təbiət  elmlərinin  müstəqil  fənn  kimi  formalaşdığı  dövrdən  sonra  mümkün 
olmuşdur.  Lakin  elm  fəlsəfədən  ayrıldıqdan  sonra  bir  sıra  ölkələrdə  hələ  uzun 
müddət  ənənəvi  təhsil  sistemi  saxlanmışdır.  Xüsusən  dini  məktəblərdə  təbii-elmi 
biliklər  ya  tədris  olunmamış,  ya  da  dini  konsepsiyaya  daxil  edilmişdir.  Ona  görə 
də,  belə  məktəblərdə  eksperimental  bazaya,  laboratoriyalara,  ümumən  yaradıcı 
axtarışlara yer verilməmişdir.  
Əlamətdar haldır ki, orta əsrlərdə dünyəvi təhsilə keçid istiqamətində ilk ad-
dım  islam  şərqində  səlcuqların  hakimiyyəti  dövründə  atılmışdır.  Alp  Arslanın 
hakimiyyəti illərində onun vəziri Nizamülmülkün təşəbbüsü ilə bütün iri şəhərlərdə 
«Nizamiyyə»  mədrəsələri  açıldı
1
.  1067-ci  ildə  açılmış  Bağdad  Nizamiyyə 
mədrəsəsi  əslində  orta  əsrlərin  ilk  universiteti  sayıla  bilər.  Hətta  şah  özü  əsas 
məqsədin qorunmasına nəzarət edir, müəyyən kənaraçıxmalar, təriqətçilik təzahür-
ləri  olduqda  onu  aradan  qaldırmaq  üçün  göstərişlər  verirdi.  Professor  R.Sultanov 
türk  tarixçisi  Osman  Turana  istinadən  yazır:  «Məlikşah  Bağdaddakı  Nizamiyyə 
mədrəsəsinin  rəisi  Əbu  İshaq  Şiraziyə  göndərdiyi  məktubda  yazırdı:  «Nizamiyyə 
mədrəsəsi məzhəb münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür».
2
   
                                                 
1
 Nizamülmülk. Siyasətnamə. Bakı, Elm, 1987, səh. 8. 
2
  R.Sultanov.  Nizamülmülkün  həyat  və  yaradıcılığı  haqqında.  –  Nizamülmülk. 
Siyasətnamə,  səh.  13;  Osman  Turan.  Səlcuqlar  tarixi  və  türk  islam  mədəniyyəti.  Ankara, 
1965, səh. 233.   


 
- 47 - 
Nəzərə alınmalıdır ki, elmlərin dini və fəlsəfi konseptual sistemlərlə müna-
sibəti sadəcə tarixi proses deyil. Tarixin müxtəlif dövrlərindən gələn ənənələr mü-
asir təhsil sistemində qismən sıradan çıxsa da, qismən müasir strukturda özünə yer 
edib  saxlanmışdır.  Nəticədə,  bəzi  ölkələrdə,  bəzi  təhsil  müəssisələrində  təbii  elmi 
biliklər  elmin  öz  məntiqinə  uyğun  şəkildə,  elmi  dünyagörüşü  kontekstində  deyil, 
yenə də dini və ya fəlsəfi kontekstdə, hətta bu və ya digər ideologiyanın təsiri al-
tında tədris olunur.   
Təhsil sistemləri məzmun baxımından elm və praktika, elm və fəlsəfə, elm 
və din arasındakı münasibətin xarakterinə, məntiqə, yoxsa inama  əsaslanmalarına 
görə fərqlənirlər. Bu baxımdan, təhsilin inkişafı elmin inkişaf yolu ilə sıx surətdə 
bağlıdır.  
Elm tarixinin tədqiqi göstərir ki, elmin praktik məqsədlərə xidmət edən sis-
tem kimi formalaşması, əsasən XVII-XVIII əsrlərə təsadüf edir. Yaranmaqda olan 
kapitalizm  cəmiyyəti  sənayeni  inkişaf  etdirmək  məqsədilə  elmdən  istifadə 
olunmasına  təkan  verir.  Elmin  inkişaf  etdirilməsində  daha  təkcə  elm  adamları 
deyil,  həm  də  istehsal  müəssisələrinin  sahibkarları  və  onların  mənafeyini  müdafiə 
edən dövlət özü maraqlı olur. Təhsil də bu məqsədə xidmət edir.  
Cəmiyyət  elmi  məhz  onun  praktik  istifadə imkanlarına  görə  inkişaf  etdirir, 
bu məqsədlə müxtəlif sosial institutlar fəaliyyət göstərməyə başlayır. Elm getdikcə 
daha  çox  dərəcədə  fərdi  hadisədən  və  ya  kiçik  qruplar  miqyasından  böyük  sosial 
sistemlər miqyasına keçir, ümumcəmiyyət hadisəsinə çevrilir. 
Təhsil də getdikcə kütləviləşir və müxtəlif xalqların milli mentalitet fərqlə-
rinə baxmayaraq, vahid standartlar əsasında həyata keçirilir. Qloballaşma siyasi və 
iqtisadi  aspektlərlə  kifayətlənməyərək,  gənc  nəslin  dünyagörüşünün,  zövqlər  və 
mədəni  meyarlar  sisteminin  də  ortaq  məxrəcə  gətirilməsini  və  gələcəkdə  bütün 
millətlərin mədəni-mənəvi maraq dairələrinin yaxınlaşmasını nəzərdə tutur.  
Orta əsrlərdə Avropada təfəkkür tərzi və təhsilin məqsəd və  vəzifələri Şərq 
düşüncəsinə uyğun gəlirdi. O dövrdə təhsilin kilsə ilə əlaqəsi çox güclü idi. Yəni 
Qərb  fenomeni  əslində  Avropa  ilə  –  coğrafi  amillə  bağlı  olmayıb,  kapitalizm 
cəmiyyətinin məhsuludur.   
Qərb təfəkkürü və ona uyğun qurulmuş təhsil sistemləri öz metodoloji əsa-
sını F.Bekondan götürür. Onun tərəfindən əsası qoyulan empirizm fəlsəfəsinə görə, 
hər cür elmi bilik yalnız təcrübə yolu ilə, praktikadan əldə edilə bilər.  
Antik  dövrdə  və  Orta  əsrlərdə  təcrübəyə  olan  böyük  etinasızlıq-dan  sonra 
ona  belə  xüsusi  diqqət  verilməsi,  əlbəttə,  təqdirəlayiq  hadisə  idi.  Lakin  təbiəti  və 
cəmiyyəti öyrənmək və dəyişdirmək vəzifəsi çox vaxt insanın öz mənəvi aləminin 
təkmilləşdirilməsi vəzifəsini sıxışdırıb çıxarırdı. Nəticədə təhsil sistemində də ifrat 
praktisizm, ifrat Qərbçilik meylləri güclənirdi.  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə