Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
- 39 - 
ki, bununla biz əslində son məqsədi qurban vermiş olmuruqmu? 
Cəmiyyət  həddindən  artıq  mücərrədləşdirilir  və  əslində  insanın  əksliyinə 
çevrilirdi.  Halbuki  sosialist  inqilabının  əsas  məqsədlərindən  biri  məhz  bu  əksliyi 
aradan  qaldırmaq,  bir  tərəfdən  şəxsi  mənafelərin ictimai  mənafeyə,  digər tərəfdən 
də ictimai mənafeyin şəxsi mənafelərə uyğunluğunu təmin etmək idi. Lakin təəssüf 
ki,  mövcud  sosial-iqtisadi  münasibətlərin  strukturunda  bu  ikinci  istiqamət  arxa 
plana keçmiş, insanın cəmiyyət qarşısındakı məsuliyyətindən gen-bol söhbət getdiyi 
halda, cəmiyyətin insan qarşısında məsuliyyət daşıması yaddan çıxmışdı. 
Əgər  insan  müstəqil  mənəvi  sərvət  kimi  deyil,  yalnız  cəmiyyətin  bir  üzvü, 
hissəsi  kimi  yada  düşürsə,  deməli  obyektiv  ictimai  həyat  mənəvi  insandan  və  ya 
insan  mənəviyyatından  “azad  edilir”.  Unudulur  ki,  mənəvi  komponentdən  “azad 
edilmiş” sosial gerçəklik daha fəlsəfənin predmeti ola bilməz. Çünki hər hansı bir 
problem yalnız o zaman fəlsəfèlik səviyyəsinə qalxır ki, o, insan taleyi ilə bağlanır, 
mənəviyyat prizmasından keçirilir. Fərddən kənarda, fərdi mənəviyyatdan kənaräa 
götürülən ictimai problemlər fəlsəfəsinin yox, sosiologiyanın predmetinə daxildir. 
Biz bu fərqi nəzərə almadığımıza görə və xüsusi fənlərdən biri olan sosiologiyanın 
problemlərini fəlsəfəyə daxil elədiyimizə görə, fəlsəfənin predmeti əsassız surətdə 
genişləndirilmiş, meyar itmişdir. Nəticədə fəlsəfəyə dəxli var, ya yox, ictimai hə-
yatdan  bəhs  edən  istənilən  yazı  fəlsəfi  əsər  kimi  qiymətlənldirilmiş,  bu  əsərlərə 
görə  müvafiq  olmayan  elmi  dərəcələr  verilmişdir.  Publisistikadan  tutmuş  konkret 
faktiki  materialın  empirik  təhlilinə  qədər  hər  nə  varsa  fəlsəfə  adlandırılmış  və 
“filosofların”  sayı  əsl  fəlsəfədən  heç  xəbəri  olmayan  adamlar  hesabına  günü-
gündən  aròmışdır.  Belə  düşünmək  olar  ki,  bu  əsərlər  heç  olmasa  empirik 
sosiologiyanın  inkişafı  üçün  əhəmiyyətə  malikdir.  Lakin  məsələ  burasındadır  ki, 
sovet dövründə yazûëàí «fəlsəfi» əsərlərin əksəriyyəti fəlsəfèlik tələblərindən uzaq 
olduğu  kimi,  elmilik  tələblərindən  də  uzaq  olmuşdur.  Rəsmi    məlumatlarla  əsl 
vəziyyət  arasında  uçurum  yarandığından  cəmiyyətşünaslıq  sahəsində  yazılan 
əsərlər  həyatın  özünü  yox,  saxta  statistikanı  əks  etdirirdi.  Empirik  sosioloji 
tədqiqatlar  aparmaq  məsləhət  bilinmirdi  və  ona  görə  də  bizdə  fəlsəfə  ilə  yanaşı 
sosiologiya  elmi  də  çərçivəyə  salınmışdı.  Lakin  bu  çərçivə  daxilində  aparılan 
“tədqiqatlar” əsl tədqiqatdan çox uzaq olsalar da, onların bir “üstünlüyü” var idi. Bu da 
həmin işləri yazmaq üçün heç bir tədqiqatın lazım olmaması, xüsusi zəhmət çəkmədən 
“bol məhsul” vermək imkanı idi. 
Fəlsəfi  ümumiləşdirmələr  yalnız  o  zaman  mümkün  ola  bilər  ki,  əvvəlcə 
empirik və elmi-nəzəri səviyyədə tədqiqatlar aparılmış olsun. Yalnız bundan sonra 
həmin  problemlər  fəlsəfi  kontekstə  daxil  edilə  bilər.  Lakin  heç  empirik 
tədqiqatların  da  aparılmadığı  bir  şəraitdə  nəyin  fəlsəfi  ümumiləşdirilməsindən 
söhbət gedə bilər? 
Bax, belə bir şəraitdə, elmi tədqiqatların yerini psevdotədqiqatlar tutduğu bir 


 
- 40 - 
zamanda,  əsl  fəlsəfi  fikir  də  “aktual  mövzulardakı”  psevdofəlsəfə  tərəfindən 
sıxışdırılırdı. (Təəssüf ki, bu meyl indi də davam etməkdədir). 
Belə düşünmək olar ki, həmin dövrdə əsl fəlsəfə daha çox dərəcədə fəlsəfə 
tarixi timsalında saxlana bilərdi. Mərkəzdə, doğrudan da, dünya fəlsəfə klassikləri 
rus  dilinə  tərcümə  olunur,  fəlsəfə  tarixinin  şərhinə  geniş  yer  verilirdi.  Nə  qədər 
paradoksal  görünsə  də,  qadağanlar  daha  çox  dərəcədə  Qərb  idealist  fəlsəfəsinə 
deyil,  rus  idealist  fəlsəfəsinə  –  Vl.Solovyov,  N.A.Áerdyayev  kimi    klassiklərə 
tətbiq edilirdi. Bu, əslində milli fəlsəfi fikri tarixi yaddaşdan silmək təşəbbüsü idi. 
Respublikamızda isə proletkultçuluq meyli, manqurtlaşdırma təäbirləri özünün zir-
vəsinə qalxmışdı. Xalq özünün hətta mütərəqqi fəlsəfi fikrindən ayrı düşmüş, milli 
fəlsəfə  tarixinin  yerini  ictimai-siyasi  və  demokratik  fikir  tarixi  tutmuşdu.  Birinci 
qaranlıqda qaldığından çoxları hələ indi də fəlsəfəni ya maarifçilik və didaktika ilə, 
ya  inqilabi-demokratik  fikirlə,  ya  da  hətta  siéasi  publisistika  ilə  qarışıq  salırlar. 
Nəticədə Azərbaycan fəlsəfi fikir tarixinin hüdudları genişləndirilir və burada an-
caq əsl  fəlsəfəyə  yer  qalmır.  Səbəblərindən  biri budur  ki,  əsl fəlsəfəni şərh  etmək 
təbliğatçılıqla  elmi  dərəcə  almış  rəsmi  fəlsəfəçilərin  intellektual  imkanı 
xaricindədir.  Deməli,  bugünkü  fəlsəfəmizdəki  vəziyyət  keçmişdəki    fəlsəfi 
fikrimizin də üzə çıxmasına mane olur. Bu sahədəki tək-tük həqiqi tədqiqatlar isə 
“aktual mövzulardakı” cild-cild kitablar arasında itib-batır. 
Ancaq  marksizm  fəlsəfəsini  əzbərləyənlər,  heç  ona  da  yaradıcı  və  tənqidi 
şəkildə  yanaşa  bilməyənlər  bu  təlimin  dünya  fəlsəfi  fikri  ilə  əlaqəsini,  ümumi 
cəhətlərini görə bilmir, ondan kənarda nə varsa hamısına qara eynəkdən baxırdılar. 
Burada  Aristotelin  məşhur  fikri  yada  düşür:  “Nadanlar  ancaq  fərqi,  müdriklər  isə 
həm  də  vəhdət  və  ümumiliyi  görürlər”.  Xalq  hikməti  və  klassik  fəlsəfənin,  o 
cümlədən Şərq klassik fəlsəfəsinin çox mühüm ümumilikləri var və hər hansı fəl-
səfi təlim də yalnız bu ümumi fonda daha aydın dərk edilə bilər. Milli fəlsəfi fikirlə 
əlaqələndirilmədikdə, milli mədəniyyətdən ayrı düşdükdə heç bir təlimin canlı təsir 
gücü ola bilməz. 
 
 
 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə