Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
- 44 - 
Şərq  adamı  üçün  ən  böyük  ideal  Allah  tərəfindən  bərqərar  olmuş  dünya 
ahəngini  duymaq,  mənimsəmək  və  ona  uyğunlaşmaqdır.  Dünya  Allahın  yaratdığı 
dünyadır.  Qərb  adamı  isə  daha  çox  dərəcədə  özünün  yaratdığı  dünya  ilə,  ikinci 
təbiətlə  uyğunlaşmaq  haqqında  düşünür.  O,  əvvəlki  insan  nəslinin  yaratdığı  və 
miras qoyduğu maşın dünyası, ictimai normalar və işarələr sistemi ilə üz-üzə, iç-içə 
yaşamaq  məcburiyyətindədir.  Ona  görə  də,  Allah  ideyası,  sevgi  ilə,  vəcdlə  əldə 
olunan  ali  həqiqət  axtarışı  təhsildən  kənar  edilmiş,  dünyəvi  təhsil  sistemi 
yaradılmışdır.  Dünyəvi  təhsil  daha  artıq  mütləq  həqiqəti,  ilahi  qüdrətin  sirlərini 
deyil, insan idrakının predmeti və həm də məhsulu olan hadisələr dünyasını, maddi 
dünyanı  öyrənir.  Şərq  isə  ideal  dünyanın,  müqəddəslik  duyğusunun,  kamilliyin 
axtarışında olduğu üçün, qarşısına insana hiss üzvləri ilə bəlli olan bu fani dünyanı 
öyrənmək məqsədini qoymur. Deməli, nəinki üsullar, məqsədlər də fərqlidir.  
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu 
və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada bizimkinə nis-
bətən xeyli az informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühaki-
mə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırı-
lır. Səbəbi isə   budur ki, onlar «cansız biliyin» inkişafa xidmət etmədiyini çoxdan 
bilirlər.  
Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir; ya yeni biliklə-
rin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində 
tətbiq  olunur.  Cansız  bilik isə  başqalarının təfəkkürünün  məhsulu  olmaqla, ancaq 
nitq qəlibinə salındıqdan sonra – hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı 
yox, bir hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi dəyərə malik olur.  
Biliyin  yaradıcı  səciyyə  daşıması  üçün  onun  elə  bil  ki,  yenidən  kəşf 
olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı 
düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və 
əməli fəaliyyət üçün təməl olur. 
Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün metodo-
loji əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, 
insanların başqaları tərəfindən müəyyən edilmiş qaydalar əsasında yaşamağa vərdiş 
etməsi,  kənardan  göstəriş  gözləməsi  sərbəst  düşüncədən  qorxmağın,  fikir 
tənbəlliyinin nəticəsidir. Kant «Maariflənmə nədir, – sualına cavab» əsərində yazır: 
«Maariflənmə – insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz 
təqsiri  üzündən  qalmış  olur…  Öz  təqsiri  üzündən  qeyri-yetkinliyin  səbəbi  dü-
şüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən 
istifadə  etmək  üçün  qətiyyətin  və  qeyrətin  çatışmazlığıdır.  Sapere  aude!  –  Öz 
ağlından  istifadə etməyə  qeyrətin  olsun!  –  Maariflənmənin  devizi  belədir.»
1
  Bəli, 
                                                 
1
 
И.Кант. Сочинения, том 8. М., 1994, стр. 29.
 


 
- 45 - 
Qərbi  Qərb  edən,  ona  sivilizasiyanın  önündə  getmək  imkanı  yaradan  düşüncənin 
ətalətdən və passivlikdən xilas olması hər kəsə öz ağlı ilə çalışmaq imkanının yara-
dılmasıdır. İnsanın öz düşüncəsinin məhsulu olan biliklə başqasından hazır şəkildə 
alınan biliyin fərqləndirilməsidir. Kant demişkən: «Əgər əvəzimə düşünən kitabım 
varsa… onda mənim düşünməyimə nə ehtiyac var; qoy bu ən cansıxıcı işlə mənim 
əvəzimə başqaları məşğul olsunlar»
1
.  
Şərqdə isə fikir tənbəlliyi daha dərin kök salmışdır. Burada biliyə diferensial 
münasibət  heç  vaxt  hakim  düşüncə  tərzinə  çevrilməmişdir.  Bilik  həmişə  vəsf 
olunmuş, şəninə təriflər deyilmiş, şerlər qoşulmuşdur. Lakin hansı bilik, nə qədər 
bilik, – fərqinə varılmamışdır. Burada biz biliklərin sahələr üzrə fərqləndirilməsini 
nəzərdə  tutmuruq.  Burada  biz  biliyin  çoxpilləli  və  mürəkkəb  idrak  prosesindəki 
məqamını nəzərdə tuturuq.  
Bu  prosesdə  iştirak  edən  canlı  bilik  bir  şeydir,  ondan  kənarda,  passiv 
hafizədə saxlanan, artıq yerbəyer edilmiş və Şərq ənənəsinə uyğun olaraq bər-bə-
zəkli don geydirilmiş, naxışlanmış bilik başqa bir şeydir. İdrak prosesindən kənarda 
müstəqil dəyər kimi təqdim olunan bilik bütün bər-bəzəyinə baxmayaraq, cansız və 
ölüdür. O, donundan çıxıb münbit idrak mühitinə düşməsə cücərməz. Təhsilin məq-
sədi  məhz  bu  münbit  mühiti  yaratmaqdır.  Məqsəd  bilikləri  tələbəyə  hazır  şəkildə 
vermək yox, onun şəxsi düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil dü-
şüncələr üçün əsas yaratmaqdır. 
Qeyd etmək lazımdır ki, Şərqdə və Qərbdə təhsilin xüsusiyyətlərindən ancaq 
tarixi aspektdə və mahiyyət səviyyəsində danışmaq mümkündür, çünki müasir real 
həyatda təhsilin xalis Şərq və xalis Qərb modellərinə rast gəlmək  mümkün deyil. 
İndiki dövrdə ənənəvi Şərq təhsili xalis şəkildə demək olar ki, heç yerdə qalmamış-
dır.  İndi  ən  klassik  Şərq  Ölkələri  sayılan  dövlətlərdə  də  təhsil  sistemi  Qərb  təh-
silinin  güclü  təsirinə  məruz  qalmış,  necə  deyərlər,  «müasirləşmişdir».  Qərb 
ölkələrində  isə  təhsil  lap  əvvəldən  Şərq  təhsil  üsulu  ilə  sintez  halında 
yarandığından burada da xalis Qərb modelindən danışmaq mümkün deyil. Xüsusilə 
nəzərə alsaq ki, antik dövr istisna olunmaqla Avropa ölkələrində  ənənəvi təhsilin 
əsası kilsələr tərəfindən qoyulmuşdur, onda müasir mənada Qərb təhsil sistemindən 
ancaq  Yeni  dövrdən  –  kapitalizm  cəmiyyətinin  formalaşdığı  vaxtdan  başlayaraq 
danışmaq  mümkündür.  Çünki  dinlə  bağlı  olan  və  onun  təsiri  ilə  meydana  çıxan 
hadisələrin  hamısı  mahiyyəti  etibarı  ilə  Şərq  hadisələridir.  Əsasında  Avestanın, 
Bibliyanın,  upanişadların,  yaxud  Quranın  öyrədilməsi  dayanan  və  yaşadığımız 
dünya haqqında bilikləri də ancaq bu kitablarla hüdudlandıran dini təhsildən fərqli 
olaraq dünyəvi təhsil ancaq hissi və məntiqi idrakla əldə edilən, praktik həyat üçün 
gərəkli olan biliklər sistemini öyrədir.  
                                                 
1
 
Yenə orada
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə