Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
- 33 - 
şəklində  təbiətən  xas  olan  potensial  mənəvi  kamilliyi,  müqəddəslik  duyğusunu 
aktivləşdirməsə, canlandırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çevir-
məsə – təkcə kənar bilikləri öyrənməklə kifayətlənsə – insan bəlkə bilikli ola bilər, 
lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz. 
Mənəvi  kamilləşmə  yolunun,  İnsanlaşma  yolunun  yeganə  böyük  bələdçisi 
olan  fəlsəfi  təfəkkür  tərzinə  necə  yiyələnmək  olar?  Necə  etmək  olar  ki,  uşaqlara 
fitrən  xas  olan  fəlsəfi  düşüncə  qabiliyyəti,  mahiyyətə  varmaq,  cəsarətli  suallar 
vermək  cəhdləri  standart,  normal  təfəkkür  qəliblərinə  salınaraq  sıradan  çıxmasın, 
yaşlı nəslin təslimçi və praqmatik düşüncəsi uşaqların üsyankar idrak qanadlarını 
qırmasın?  Gənclərimizin  təlim-tərbiyəsini  bu  istiqamətdə  necə  yenidən  qura 
bilərik? Min illər boyu ata-babalarımızdan bizə həm də genetik olaraq miras qalmış 
böyük  mənəvi  sərvətləri  kənardan  öyrənməklə  yanaşı,  öz  daxilimizdə  necə  aşkar 
edə  bilərik?  Özümüz  mənən  yüksəlmədən  övladlarımızın  tərbiyəsini  «müasir 
tələblər səviyyəsində» necə qura bilərik? 
Bircə  şeyi  nəzərə  almaq  lazımdır  ki,  bu  gün  Avropada  aşkar  şəkildə  etiraf 
olunsa  da,  olunmasa  da  onların  qazandığı  nailiyyətlərdə  fəlsəfi  düşüncə  tərzinin 
rolu  böyük  olmuşdur.  Təsadüfi  deyil  ki,  hələ  Siseron  fəlsəfəni  xeyirxahlığın 
bələdçisi, həyat müəllimi adlandırırdı. Bütövlükdə antik sivilizasiya fəlsəfi düşüncə 
üzərində  qərar  tutmuşdu.  Avropanın  ikinci  böyük  inkişaf  dövrü,  renessans  da 
fəlsəfi düşüncəyə qayıdışdan başlanır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-
mənəvi dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq dəyərlər sistemi 
də,  demokratiya,  insan  haqları,  beynəlxalq  hüquq  normaları  da  fransız  maarifçi 
filosoflarından, Con Lokdan, Kantdan qidalanır. Bu gün biz bu dəyərlər sistemini 
Avropadan  hazır  şəkildə  götürməyə  çalışırıq.  Bu  yaxşıdır.  Lakin  öz  fəlsəfi  fikir 
qaynaqlarımıza  qayıtmaqla  biz  həmin  dəyərlər  sisteminə  təfəkkürün  təbii  inkişaf 
yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi 
arasında müşahidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götürülmüş 
olar. 
Fəlsəfi  düşüncə tərzi  fərdi-mənəvi  inkişaf  üçün,  insanın  kamilləşməsi  üçün 
nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət 
üçün,  dövlət  quruculuğu  üçün,  ictimai-siyasi  və  sosial-mədəni  təşkilatlanma  üçün 
bir o qədər vacibdir. 
Ölkə  miqyasında  subyekt  kimi  ayrı-ayrı  fərdlər  deyil,  dövlət  çıxış  edir. 
Başqa  sözlə,  dövlət  sadəcə  müəyyən  inzibati  funksiyaları  həyata  keçirən  siyasi 
qurum olmayıb, həm də düşünən, öz fəaliyyətini müəyyən bir ideya əsasında quran 
və  bu  ideyanın  müəllifi,  daşıyıcısı  və  icraçısı  olan  bir  qurumdur.  Yəni,  dövlət 
sadəcə siyasi subyekt olmayıb, həm də fəlsəfi subyektdir. Xalqın, millətin strateji 
inkişaf konsepsiyasının hazırlanması, milli maraqların beynəlxalq miqyasda təmsil 
olunması  və  qorunması,  bundan  öncə  isə  milli  maraqların  məhz  nədən  ibarət 


 
- 34 - 
olduğunun müəyyənləşdirilməsi bu fəlsəfi subyektin əsas funksiyalarıdır. 
Bütün  ölkələrdə  dövlətin  müxtəlif  sahələrdəki  mövqeyini,  vəzifələrini  mü-
əyyən  edən,  onun  ideya  təminatçısı  olan  xüsusi  qurumlarla  (strateji  inkişaf  ins-
titutları və s.) yanaşı, nisbi müstəqil fəlsəfi tədqiqatların aşkar və qeyri-aşkar milli 
dövlətçilik  yönümü  daşıması  və  nəticə  etibarı  ilə  bütün  xalqın  intellektual 
potensialının  da  bu  məqsədə  xidmət  etdiyi  şəksizdir.  Lakin  bu  xidmət  təşkil 
olunmalıdır. Məhz  buna  görədir  ki,  milli fəlsəfi  fikrin  dövlətçiliyə  xidmət  etməsi 
əslində  ictimai  təşkilatlanma  dərəcəsindən  asılıdır.  Avropa  ölkələrində  bu  proses 
artıq ictimai şüur səviyyəsində öz əksini taparaq qeyri-aşkar müstəviyə keçmişdir. 
Azərbaycan  da  Avropalaşma  prosesində  bu  yolu  keçməlidir.  Lakin  biz  bu  yolu 
kiminsə  yedəyində,  başqalarının  ideyasını,  buyruğunu  sadəcə  yerinə  yetirməklə 
yox, bu ideyanı özününküləşdirməklə, daha doğrusu, «Avropa evi» ideyasının milli 
ideya  ilə  vəhdətinə  nail  olmaqla  keçmək  istəyirik.  Birlik,  vəhdət  proseslərin 
sonunda,  icra  mərhələsində  deyil,  ideya  təməlində,  fəlsəfi  məfkurə  səviyyəsində 
əldə  edilməlidir.  Bu  baxımdan,  sivilizasiyaların  qarşılıqlı  özünüdərki,  Şərq  və 
Qərbin özünəməxsusluğu və sintezi, düşüncə tərzləri arasındakı eyniyyət və fərqin 
üzə çıxarılması çox önəmlidir. 
 
Dünya  zaman-zaman  yeniləşir  və  yeni  dünya  məntiqini  açmaq  və  ahəngini 
duymaq  üçün  dünyaya  yeni  baxışlar  sistemi  formalaşır,  yeni  fəlsəfi  təlimlər 
yaranır.  
İstər iqtisadi, istər sosial, istərsə də idåoloji sahələrdəki yeniləşmə  meylləri 
bir  tərəfdən  öz  fəlsəfi izahını  gözləyir,  digər  tərəfdən  də  ciddi  elmi-fəlsəfi  zÿmèn 
olmadan, bu yeniləşmələrin uğurla həyata keçirilməsi sadəcə olaraq mümkün deyil. 
Fəlsəfə yalnız o zaman öz başlıca məqsədinə və metoduna sadiq qalmış olur 
ki,  o,  yaradıcı  xarakter  daşısın,  zamanla  ayaqlaşsın  və  onu  qabaqlaya  bilsin.  Əks 
təqdirdə,  ictimai  şüur  ictimai  varlıqla  əlaqəli  olduğu  üçün,  real  həyatdakı 
təbəddülatlar  fəlsəfəyə  də  sirayət  edir.  İctimai  həyatda  canlanma  baş  verən  kimi, 
fəlsəfə  də  ehkam  çərçivəsindən  kənara  çıxaraq  bu  canlanmanı,  bu  yeniləşmə 
prosesini əks etdirmək və proãnozlaşdırmaq mövqeyinə keçir və fəlsəfəyə yenidən 
yaradıcılıq ab-havası gəlir. O, özünə qayıdır. 
Lakin özünə qayıtmaq istəyən fəlsəfə, ilk baxışda nə qədər təəccüblü görün-
sə də, ictimai  mühitin müqavimətinə rast gəlir. Məsələ burasındadır ki, neçə illər 
ərzində fəlsəfənin öz həqiqi mövqeyindən uzaqlaşması onun nüfuzunun itməsi ilə 
nəticələnib. Fəlsəfə haqqında səhv təsəvvür yaranıb və qurunun oduna yaş da yan-
malı  olub.  Fəlsəfi  təfəkkür  publisistik  düşüncə  və  siyasi  demaqoqiya  tərəfindən 
sıxışdırılıb.  
Müasir mərhələdə bütün qüvvələr cəmiyyətin yenidən qurulması (lakin hansı 
ideya  əsasında?)  uğrunda  mübarizəyə  qoşulduğu  bir  vaxtda,  sözdən  işə  keçmək, 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə