Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
- 28 - 
irsin açarı kimi qorunub saxlanılır.  
  Coğrafi  məkan  dəyişilir,  siyasi  məkan  dəyişilir,  vətəndaşlıq  dəyişilir, 
ixtisas, təsərrüfat fəaliyyəti, rasional düşüncə, peşə vərdişləri və s. – bütün bunlar 
dəyişilir,  mənəviyyat  isə  uzun  müddət  sabit  qalır.  İnsan  yaşadığı  yeni  ictimai 
mühitin  əxlaq  normalarına,  yeni  meyarlara, ilk  növbədə  hüquq  normalarına  riayət 
etmək məcburiyyətində qalır. İctimai münasibətlərdə bir cür, özü ilə ünsiyyətdə isə 
başqa cür olur. Qürbət eldə beyinin tələbləri ilə qəlbin tələbləri, rasional düşüncə 
ilə  hissiyyat  arasında  yaranan  uyğunsuzluq,  daxili  mənəvi  mühitlə,  xarici  ictimai 
mühitin  tələbləri  arasındakı  mücadilə  insanın  tam  xoşbəxt  olmasına  mane  olur. 
İnsan  özü  ilə  bir  nisgil,  vətən  həsrəti  daşıyır.  Hüquqi-siyasi  vətənlə  milli-mənəvi 
vətən  arasındakı  fərq  insanı  ikiləşmək,  özgələşmək  təhlükəsi  qarşısında  qoyur. 
Lakin  insan  xarici  ölkədə  də  yaşasa,  əgər  o,  öz  daxili  mənəvi  mühitini  qoruyub 
saxlayıbsa,  bu  mühitin  böyük  miqyaslı  proobrazı  ilə  –  Böyük  Vətənlə  əlaqə 
saxlamaq,  vətənə  xidmət  etmək  imkanı  bu  faciəni  kompensasiya  etməyə,  dəf 
etməyə şərait yaradır. 


 
- 29 - 
 
 
 
 
 
 
 
 
FƏLSƏFƏ:  
HUMANİTAR, İDEOLOCİ VƏ EVRİSTİK  
ASPEKTLƏR 
 
 
Son  illərdə  ölkəmizdə  fəlsəfi  fikir  elə  bil  ki,  yenidən  doğulur  və  bu  yeni 
nəfəsin  səbəbi,  heç  şübhəsiz,  yeni  əsrdə  və  ya  yeni  minillikdə  deyil,  müstəqillik 
amilində  axtarılmalıdır. 
Lakin  nə  qədər  təəccüblü  olsa  da,  müstəqilliyin  ilk  illərində  fəlsəfi  fikirdə 
inkişaf  əvəzinə,  bir  tənəzzül  və  durğunluq  müşahidə  olunmağa  başladı. 
İqtisadiyyatda,  elmdə,  təhsildə  azadlıqdan  sui-istifadə,  qərarlaşmış  strukturların 
dağıdılması halları fəlsəfədən də yan ötmədi. Bir sıra başqa istiqamətlərdə olduğu 
kimi,  fəlsəfə  də  də  konturları  görünməyən  bir  azadlıq  dəryasına  qərq  oldu.  Uzun 
illər ərzində fikirləri məngənədə saxlayan, yaradıcı fantaziyaya meydan verməyən 
ideoloji qəliblər sındırıldıqdan sonra azad və nəhayətsiz fikir dünyasına qədəm qo-
yarkən keçirdiyimiz sevinc hissləri tezliklə dibi görünməyən, sərhədləri müəyyən-
ləşməmiş bu nəhayətsizliyin doğurduğu əsrarəngiz bir qorxu ilə müşayiət olundu. 
Həmişə nədənsə yapışmağa məcbur olan, divarları özünə bələdçi seçən kor adam 
sərhədsiz, geniş meydanda oriyentiri itirdiyi kimi, azadlığa çıxmış fəlsəfi fikir də 
büdrəməmək üçün yenidən köhnə qəliblərin qırıntılarından yapışmağa çalışdı. 
Müasir  Azərbaycanda  fəlsəfənin  inkişafı  üçün,  bir  tərəfdən  Qərb  fəlsəfi 
fikrinin  açdığı  geniş  asfalt  yolla  getmək,  digər  tərəfdən,  əsasən  qonşu  müsəlman 
ölkələrindən  daxil  olan  dini  fəlsəfi  biliklərə  yiyələnmək  kimi  əlavə  imkanlar 
açılmışdır.  Üçüncü  bir  yol  isə  kommunist  ideologiyasından  əl  çəkmiş  Rusiya  ilə 
elmi-fəlsəfi  əlaqələri  bərpa  etməkdən  ibarətdir  ki,  əhalinin  rus  dilini  bilməsi  və 
rusdilli  fəlsəfi  kitabların  və  dövrü  mətbuatın  Azərbaycanda  geniş  yayılması  bu 
yolun imkanlarını xeyli artırır. 
Lakin biz ona görə müstəqillik əldə etməmişik ki, yenə də kimləri isə təqlid 
edək.  Azərbaycan  fəlsəfi  fikrinin  öz  siması,  öz  problematikası,  öz  dəst-xətti 
olmalıdır.  Mütləq  ruha  gedən  yol  milli  ruhdan  keçməlidir.  Lakin  bunun  üçün 
əvvəlcə milli özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miqyasda yerinə 


 
- 30 - 
yetirilməsi milli fəlsəfi fikrin inkişafından kənarda mümkün deyil. 
Cəmiyyət boşluğu sevmir və yaranmış sosial-idraki vakuum həqiqi fəlsəfi fi-
kirlə  dolana  qədər  bura  çoxlu  psevdofəlsəfələr,  saxta  «tədqiqatlar»  daxil  oldu. 
Azərbaycan  elminin  strukturunda  fəlsəfə  üçün  ayrılmış  yeri  tutmaq,  kvotaya 
yiyələnmək üçün müxtəlif çeşidli cəhdlər göstərildi. Bu sahədə yazılan dissertasiya 
işlərini və kitabları nəzərdən keçirsək yaranmış real vəziyyəti daha aydın təsəvvür 
edə bilərik. Qərbə pəncərə açılmasına baxmayaraq, dil baryeri hələ də qaldığından 
Qərbi  Avropanın  fəlsəfi  həyatına  daxil  olmaq  bir  yana  dursun,  müvafiq  fəlsəfi 
ədəbiyyatın orijinaldan tərcüməsinə də hələ ki, rast gəlinmir. 
Azərbaycanlı filosofların, şübhəsiz, planetin hər bir sakini kimi ümumbəşəri 
ideyaların,  dünya  fəlsəfi  fikrinin  inkişafında  iştirak  etməyə,  beynəlxalq  fəlsəfi 
ictimaiyyətin  birgə  tədqiqatlarına  qoşulmağa  mənəvi  haqları  vardır.  Lakin  bunun 
üçün  əvvəlcə  müvafiq  elmi-fəlsəfi  mühit  yaranmalıdır.  Əgər  biz  həqiqətən  Qərb 
dəyərlərinə,  o  cümlədən  Qərb  fəlsəfi  fikrinə  yiyələnmək  istəyiriksə,  fəlsəfə 
klassiklərinin  əsərləri  Azərbaycan  dilinə  tərcümə  olunmalı  və  onların  şərhi  və 
təhlili istiqamətində tədqiqatlar aparılmalıdır. 
Düzdür,  dəqiq  elmlər  sahəsində  Azərbaycan  alimləri  dünya  elmində  gedən 
proseslərə, qismən də olsa, qatıla bilirlər. Çünki riyaziyyat və təbiətşünaslıq bütün 
dünyada eynidir. Hər bir xalqın, hər bir ölkənin öz riyaziyyatı, öz elmi ola bilməz 
və qapılar hamı üçün açıqdır. Burada dil baryeri də xeyli zəifdir; çünki riyazi dil və 
elmi terminologiya universal olduğundan, dəqiq elmlərdə tərcümələr daha adekvat 
olur.  Fəlsəfədə  isə  problematika  fərqi  ilə,  milli  mentalitet  fərqi  ilə  yanaşı,  dil 
baryeri də olduqca mühüm bir amilə çevrilir. Fəlsəfəyə azca da olsa bələd olanlar 
dilin  nə  dərcədə  ağır  olduğunu,  yəqin  ki,  bilirlər.  İnsanlar,  hətta  öz  dilində  də 
fəlsəfənin mürəkkəb üslubuna uyğunlaşmaqda çətinlik çəkirlər. Belə olduğu halda, 
milli fəlsəfə tədqiqatçılarının dünya fəlsəfi fikrinin inkişaf prosesinə qatılması xeyli 
çətinləşmiş olur. 
Lakin çətinlik bundan ibarət deyil. Ümumi fəlsəfi problemlərlə yanaşı, milli 
fəlsəfi  problemlər  də  vardır  ki,  onların  ümumbəşəri  bilik  kontekstində  tədqiqi  ilə 
biz özümüz məşğul olmasaq, heç kim məşğul olmayacaq. Yəni fəlsəfədə riyaziyyat 
və təbiətşünaslıqdan fərqli olaraq, müəyyən avtonomluq da vardır. Bu hal daha çox 
dərəcədə  artıq  fəlsəfədən  ayrılaraq  nisbi  müstəqillik  əldə  etmiş  konkret  fəlsəfi 
elmlər  sahələrində,  sosiologiyada,  politologiyada,  fəlsəfə  tarixində  və  s.  özünü 
göstərir. 
Fəlsəfi  biliklər  sisteminin  öyrədilməsi,  əslində  gərək  zaman  oxunda,  tarixi 
müstəvidə  həyata  keçirilsin.  Əvvəla,  insanlar  ümumiyyətlə  mədəniyyət  tarixinin 
tərkib  hissəsi  kimi  dünya  fəlsəfi  fikrinin  korifeyləri  haqqında  məlumata  malik 
olmalıdırlar.  Necə  ki,  hər  bir  ziyalı  musiqiçi  olmasa  da  –  Bethoven,  Çaykovski, 
Ü.Hacıbəyov  haqqında,  rəssam  olmasa  da  –  Rafael,  Rembrant, Van  Gog,  Pikasso 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə