Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
- 26 - 
da  ola  bilər;  müasir  millətin  öz  tarixi  sələflərinə  nisbətən  irəli  getməsi,  tənəzzülə 
uğraması, ya da başqa təsirlərə məruz qalması nəticəsində. Antik fəlsəfi fikri orta 
əsrlərdə yunanlar deyil, ərəblər, yeni dövrdə isə almanlar yaşatdılar. Deməli, fəlsəfi 
fikir  nisbi  müstəqilliyə  malikdir  və  hər  hansı  bir  xalqdan,  millətdən  ayrılaraq, 
başqaları tərəfindən əxz olunmaq və davam etdirilmək və hətta, sosial ideala, həyat 
normasına çevrilmək imkanına malikdir.  
Müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları deyil. Bütün digər 
millətlərin  həm  elmi-fəlsəfi  yaradıcılığı,  həm  də  sivilizasiyanın  inkişafına  olan 
digər töhfələri ümumiyyətlə bəşəriyyətin istifadəsinə vermişdir. Ona görə də, tarix 
boyu ümumbəşəri fikir və mədəniyyət xəzinəsinə çox şey verib, indi onlar az faydala-
nanlar  olduğu  kimi,  tarixi  keçmişdə  xidmətləri  az  olmasına  baxmayaraq,  indi  bu 
ümumi xəzinədən hamıdan çox faydalananlar da vardır. 
Burada  çox  maraqlı  bir  məqamla  rastlaşırıq.  Milli  mentalitetdə  nəyə  isə 
yiyələnməyə,  mənimsəməyə,  yoxsa  verməyə,  xidmət  göstərməyə  daha  çox 
meyllilik bu məsələdə də, ümumxalq, ümummillət səviyyəsində özünü göstərir. Əl 
tutmaq,  kömək  etmək,  xidmət  göstərmək  istəyənlər  özlərinin indi  nə  qədər  geridə 
qaldıqlarını  unudaraq,  yenə  də  başqalarına  qarşı  səxavət  və  qonaqpərvərlik  nü-
mayiş etdirməyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan bu keyfiyyət 
ümummilli  miqyasda,  xüsusən  dövlətçilik  mövqeyindən  yanaşdıqda  çox  mənfi 
nəticələrə gətirir.  
Halbuki,  öyrənməyin,  mənimsəməyin  də  öz  texnologiyası  var.  Bu  özü  bir 
mədəniyyətdir  və  ona  yiyələnmədən  müasir  qloballaşma  şəraitində  ancaq  ziyan 
çəkmək olar. 
Bəli,  qloballaşma  şəraitində  milli-mənəvi  dəyərlərimiz  həqiqətən  böyük 
təhlükələrlə  üzləşir  və  milli-fəlsəfi  fikrə  istinad  etmədən,  milli  ideologiyanın  for-
malaşmasını təmin etmədən və milli-sosial özünüqoruma şüuru formalaşdırmadan 
bu təhlükədən xilas olmaq çox çətindir. 
Müasir  dövrdə  bütün  dünya  xalqlarının  fəlsəfi  fikrinin  strukturunda  Qərb 
fəlsəfəsi  üstün  yer  tutur.  Qloballaşma,  qərbləşmə  heç  də  sadəcə  olaraq  Qərb 
texnikasının, Qərb investisiyasının ekspansiyası ilə məhdudlaşmayıb, həm də Qərb 
fəlsəfəsinin,  siyasi  düşüncə  tərzinin  təcavüzü  ilə  səciyyələnir.  Bir  əli  ilə 
müasirlikdən,  Qərbdən  möhkəm-möhkəm  yapışanlar  o  biri  əlində  Bəhmənyarın, 
Nəsiminin ideyalarını saxlamağa çalışırlar. Lakin həyat yolunu seçərkən fəaliyyət 
proqramını müəyyənləşdirərkən aktiv düşüncə tərzi olaraq məhz birinci əlindəkini 
seçməli  olurlar.  Çünki  formaca  və  bəlkə  həm  də  məzmunca  arxaikləşmiş  Şərq 
fəlsəfi  fikri  bizi  əhatə  edən  texnogen  dünyasında  kara  gəlmir.  Biz  o  biri 
əlimizdəkini ancaq bir rəmz kimi, bir ekzotika kimi saxlayırıq.  
Əgər saxlayırıqsa!?                                
Bəs  çıxış  yolu  nədədir?  Milli-mənəvi  dəyərlərimizi  bir  rəmz  edərək  real 


 
- 27 - 
proseslərə  formal  surətdə  əlavə  etmək,  yoxsa  milliliklə  müasirliyin  məzmun 
müstəvisində vəhdətinə nail olmaq?! 
 
* * * 
 
Poeziya  da,  şifahi  xalq  ədəbiyyatı  da,  mahnılarımız  da,  epik  düşüncə  və 
siyasi təfəkkür də – dillə sıx surətdə bağlıdır. Dil ümumiliyi həmin dildə yaradılmış 
mədəni  sərvətlərin  də  ümumiliyinə,  bədii-estetik  düşüncənin  də  vəhdətinə  səbəb 
olur. Təsadüfi  deyildir  ki, türk  xalqları  öz  mədəniyyətləri,  ədəbiyyatları  ilə də  sıx 
surətdə bağlıdırlar. Bir sıra hallarda eyni bədii-estetik abidələrə malikdirlər. “Dədə 
Qorqud”, “Koroğlu”, aşıq ədəbiyyatı və s. buna misal ola bilər.  
Dil  nə  qədər  böyük  rol  oynasa  da,  milli  birliyin  yeganə  göstəricisi  deyil. 
Burada təfəkkür tərzi, ictimai şüurun səviyyəsi, adət-ənənə, dini etiqad, həyat tərzi 
mədəni-mənəvi  abidələrin,  xüsusən  yazılı  ədəbiyyatın,  fəlsəfi  fikrin  siyasi  və 
iqtisadi təfəkkür mədəniyyətlərinin də nəzərə alınması lazımdır.  
  Coğrafi  şərait,  iqlim  və  relyeflə  bağlı  həyat  tərzində  özünü  göstərən 
xüsusiyyətlər və bunlardan irəli gələn rituallar, mərasimlər, bayramlar və s. də az 
əhəmiyyətli deyil.   
  Əslində  həyat  tərzinin,  zövqün,  bədii-estetik,  hətta  mifik  və  fantastik 
düşüncənin, müqəddəslik duyğusunun, düşüncədə rasionallığın dərəcəsinin, kütləvi 
tədbirlərin,  etnik  xüsusiyyətlərin,  ənənəvi  geyimlərin,  musiqilərin,  rəqslərin  – 
bütün  bunların  qərarlaşması,  ənənəviləşməsi  və  ictimai  şüurla  vəhdəti  ərazi  ilə, 
iqlim şəraiti ilə, üstün təsərrüfat növləri ilə, texnoloji inkişaf səviyyəsi ilə də bağ-
lıdır. Lakin coğrafi amil, ərazi də, etnogenez də milli müəyyənlik məsələsində əsas 
kimi götürülə bilməz. Ziya Göyalpın dediyi kimi, millilik müasir vəziyyətə görə və 
ilk növbədə kültür və mədəniyyət ümumiliyi əsasında təyin edilməlidir.
1
  
Düşüncə  tərzi,  mənəvi  mədəniyyət,  əxlaqi  normalar  bütövlükdə  nisbi 
müstəqilliyə  malik  olduğu  üçün  bir  ərazidən  başqa  əraziyə  keçdikdə  insanlar 
əvvəlki  maddi  mühitin  təsiri  ilə  formalaşmış  mənəvi  keyfiyyətləri,  bayramları, 
ritualları  və  s.  özləri  ilə  daşıyırlar  ki,  bu  da  maddi  mühitlə  mənəvi  keyfiyyətlər 
arasında uyğunsuzluqlar yarada bilir.  
  Din  coğrafi  bölgələrdən  asılı  olmadan  yayılır  və  hamı  üçün  eyni  olan 
ehkamların,  ayinlərin  ümumiləşdirici  rolu  özünü  göstərir.  Şəriət  də  ərazidən  asılı 
olmadan əsasən saxlanılır.  
Dil də insanlar bir yerdən başqa yerə köçərkən o saat yaddan çıxmır və uzun 
bir dövr ərzində lokal mühitlərdə, ailələrdə saxlanmaqda davam edir. Başqa ölkəyə 
köçmüş insanlar üçün rəsmi dil, işlək dil dəyişsə də, ana dili məhz mədəni-mənəvi 
                                                 
1
 Ziya Göyalp. Türkçülüyün əsasları. B., Maarif, 1991, səh. 33 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə