Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
- 24 - 
Milli fəlsəfi fikrimizin tarixi aspektləri, qaynaqları öyrənilməli və yeni nəslə 
çatdırılmalıdır. Lakin təəssüflənməli haldır ki, çox vaxt bu qaynaqlar milli fəlsəfi 
fikirlə eyniləşdirilir, qarışıq salınır. Halbuki, müasir Azərbaycan fəlsəfi fikrinin bu 
qaynaqlarla əlaqəsi heç də həmişə adekvat deyil. İlk növbədə, ona görə ki, fəlsəfi 
fikir tarixi müasir milli fəlsəfəni müəyyən etmir, əksinə, fəlsəfə tarixində bizə aid 
olan, milli olan ünsürləri müəyyənləşdirmək üçün müasir milli fikirdən çıxış etmək 
lazımdır.  
XX əsrdə Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin öyrənilməsi sahəsində 
xeyli  iş  görülmüşdür.  Əsası  Heydər  Hüseynov  tərəfindən  qoyulan  «Azərbaycan 
fəlsəfə  tarixi»  məktəbi  bu  gün  də  davam  etməkdədir.  Məhz  Heydər  Hüseynov 
ictimai-siyasi  fikrin  və  klassik  Azərbaycan  ədəbiyyatının  fəlsəfi  prizmadan 
öyrənilməsinin  əsasını  qoymuş  və  «XIX  əsrin  Azərbaycan  ictimai-siyasi  fikir 
tarixi»  adlı  sanballı  monoqrafiyasında  fəlsəfi  fikir  tariximizi  peşəkar  səviyyədə 
tədqiq  etmişdir.  Sonralar  professor  Camal  Mustafayev  Nizami  Gəncəvinin, 
professor  Ənvər  Əhmədov  A.Bakıxanovun,  akademik  Fuad  Qasımzadə  M.Fizuli-
nin, professor Şeydabəy Məmmədov M.F.Axundovun, Azərbaycan EA-nın müxbir 
üzvü Zakir Məmmədov Bəhmənyarın, Sührəvərdinin, professor Zümrüd Quluzadə 
Nəiminin,  Nəsiminin,  professor  İzzət  Rüstəmov  Həsən  bəy  Zərdabinin  fəlsəfi 
görüşlərini  daha  geniş  araşdırmaqla  Azərbaycan  fəlsəfə  tarixinin  öyrənilməsində 
böyük  xidmətlər  göstərmişlər.  Bu  sahədə  habelə  Ə.Zəkuyevin,  Z.Göyüşovun, 
Ş.Cəfərovun, S.Rzaquluzadənin və s. tədqiqatçılarımızın böyük əməyi olmuşdur.  
Lakin ayrı-ayrılıqda bu və  ya digər alimin, ictimai-siyasi fikir sahibinin, fi-
losofun əsərlərinin şərhi bütövlükdə milli-fəlsəfi fikir haqqında təsəvvür yaratmır. 
Bu  tədqiqatların  toplusu  da  milli-fəlsəfi  fikrin  spesifikasını  aydınlaşdırmaq  üçün 
kifayət  deyil.  Ona  görə  ki,  milli-fəlsəfi  fikir  ayrı-ayrı  dövrlərdə  yaşamış  və 
milliyyətcə azərbaycanlı olan şəxslərin, onlar filosof olsalar belə, fiKirləri kimi ba-
şa düşülə bilməz. Əvvəla, orta əsrlərdə, ümumiyyətlə islam fəlsəfəsi daxili tamlığa 
malik bir sistem kimi yayılmışdır ki, o dövrün Azərbaycan fəlsəfi fikri də daha çox 
dərəcədə onun tərkib hissələrindən biridir.  
Milli-fəlsəfi  fikir  müəllifin  etnik-milli  mənsubiyyətindən  daha  çox  fəlsəfi 
konsepsiyanın milli düşüncə tərzinə adekvatlığı ilə səciyyələnir.  
Milli-fəlsəfi fikir anlayışının məğzində millətin düşüncə tərzi, milli mentali-
tet,  milli  ideallar  və  bu  ideallara  çatmaq  uğrunda  mübarizənin  ideya  əsasları 
dayanır.  Keçmişimizdən  bizə  miras  qalmış  ən  böyük  sərvət  fəlsəfi  traktatlardan 
öncə yeni nəslin özüdür. Müasir azərbaycanlı milli fəlsəfi fikrin genetik daşıyıcısı-
dır. Fəlsəfə elmdən fərqli olaraq heç də biliklər sistemi olmayıb, insanın dünyaya 
baxışının  müəyyən  üsulu,  dünyanın  modelləşdirilməsi,  insanla  dünya  arasında, 
millətlə dünya arasında körpüdür.  
Milli-fəlsəfi fikir milli ruhun nəzəri-konseptual şərhidir. Ən əsas məsələ mil-


 
- 25 - 
li  ruhun  özünün  mövcudluğudur.  Elə  xalqlar  vardır  ki,  onların  nümayəndələri 
fəlsəfi  traktatlar  yazır,  lakin  onları  səciyyələndirən,  özəlləşdirən,  fərqləndirən  ruh 
yoxdur. Onlar çoxdan başqa ruhlara qatışıb, onların içində itib-batıblar. Başqasına 
qatılmaq, başqasında itmək heç də ilk baxışdan göründüyü kimi pis şey deyil. Bu, 
çoxlarının əqibətidir. Bütün kiçiklərin aqibətidir. 
Bu  böyük  dünyada,  böyük  xalqların  yaşadığı  dünyada,  böyük  tarixlər 
yaradan və böyük nəzəriyyələr yaradan xalqlarla birgə yaşayıb onlara qatılmamaq, 
fərqli qalmaq asan məsələ deyildir.  
Digər tərəfdən də, sual olunur ki, fərqlənmək lazımdırmı?  
Son vaxtlar, xüsusilə müstəqillik əldə etdikdən sonra tez-tez sual olunur ki, 
«biz kimik?» və «bizim milli birliyimiz vardırmı?».  
Müasir  azərbaycanlı  üçün  kim  ideal  ola  bilər?  Bəhmənyar,  Fizuli,  yoxsa 
Koroğlu?  Səməd  Vurğun,  Yusif  Məmmədəliyev,  yoxsa  Həzi  Aslanov?  Əlbəttə, 
kimsə  deyə  bilər  ki,  müxtəlif  sahələrdən  olan  adamları  müqayisə  etmək  düzgün 
deyil. Haqlı fikirdir və bizim məqsədimiz heç də onları müqayisə etmək deyil. Əsas 
məsələ  bundan  ibarətdir  ki,  xalqın  məhz  hansı  sahədən  olan  böyük  şəxsiyyətlərə 
daha  çox  rəğbət  bəsləməsi  onun  milli  təfəkkürünün  və  duyğu  dünyasının  struktu-
runda hansı sahəyə meylin güclü olduğunu aşkar etməyə imkan verir. Məlik-Məm-
mədin, Dədə Qorqudun, Koroğlunun timsalında tərbiyə almış gənclik, Nizaminin, 
Füzulinin, Vaqifin timsalında tərbiyə almış gənclikdən nə ilə fərqlənir? Bəs bunlar 
vəhdətdə götürüldükdə necə? Bəs muğamatın, sazın təsiri nə dərəcədədir? Məhz belə 
bir təsir dairəsi ola bilsin ki, bizi bir ingilisdən, rusdan fərqləndirə bilər. Lakin onların 
da  Şekspiri,  Bayronu,  yaxud  Puşkini,  Tolstoyu  vardır.  Onların  da  Robin  Qudu,  Kral 
Arturu, yaxud İvan Qroznısı, İlya Murometsi, Suvorovu vardır.  
Önəmli  olan  odur  ki,  hər hansı  millətin formalaşmasında  fəlsəfənin,  elmin, 
şerin-sənətinmi,  yoxsa  ticarətin,  yaxud  müharibələrinmi  rolu  böyük  olmuşdur? 
Milli nağıllar, dastanlar, laylalar, mahnılar insanlara nəyi daha çox təlqin etmişdir? 
Sevgini, şəfqəti, yaxud cəsurluğu, qəhrəmanlığı, yoxsa tədbiri, hiyləni? 
Hər bir millətin qəhrəmanlıq eposu da, sevgi dastanları da vardır, milli Həm-
zəsi  də,  milli  Koroğlusu  da  vardır,  satqını  da,  hiyləgəri  də,  qəhrəmanı  da  vardır. 
Lakin  Həmzələri  müdrik  sayanlar  kimdir,  ona  nifrət  edənlər  kimdir?  Əsl  sual 
bundan ibarətdir ki, milli şüurun strukturunda onların nisbi payı nə qədərdir? Fərdi 
millətçi şüurdan fərqli olaraq, statistik orta göstərici necədir?  
Milli  mentalitet  də,  milli  şüur  da,  hətta  milli-fəlsəfi  fikir  də  bütün  bu 
göstəricilərdən  asılı  olaraq  formalaşır.  Hər  şey  fərdi və  sosial  idealın  yönümü  ilə 
müəyyənləşir. Başqa cür ola da bilməz. Çünki həyatın mənasını arayan fəlsəfə bu 
mənanı milli idealın fövqündə tapa bilməz. 
Digər tərəfdən, hər hansı bir xalqın keçmişini əks etdirən fəlsəfi fikir tarixi 
ilə həmin xalqın müasir düşüncə tərzi və milli idealı arasında tam bir uyğunsuzluq 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə