Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
- 22 - 
ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı iki fərqli məzmun yükünə ma-
likdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, 
ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir.  
İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Və milliyyətin-
dən asılı olmadan bütün insanlar üçün ümumi, zəruri olan cəhətlər vardır. «Etnik-
milli»  anlamı  müxtəlif  qrupların  insanlarını  fərqləndirən  cəhətləri  əhatə  etdiyinə 
görə məzmunca kAsıbdır, solğundur. Sözün geniş mənasında «milli» anlamı isə hər 
bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur.  
İnsanı  səciyyələndirən  keyfiyyətlərdən  çoxu,  onun  maddi  ehtiyacları,  intel-
lekti,  bilik  və  əməli  vərdişləri  ümumbəşəri  səciyyə  daşıyır.  Əsrlər  boyu  əvvəlki 
nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün 
insanlar  üçün  ünvanlanmışdır.  Lakin  bu  və  ya  digər millətə  mənsub  olan  adamlar 
müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-
milli  xüsusiyyətlərə  aiddir.  Milli  dildən fərqli  olaraq riyaziyyatın  dili,  kompüterin 
dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar 
da millətlər kimi qruplaşıb öz aralarında ünsiyyətə girirlər.  
Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik 
normaları  yaranır  və  onlar  hətta  «etik»  birliklərə  nisbətən  daha  dayanıqlı  ola 
bilərlər.  Xüsusən,  qloballaşma  şəraitində  internet  və  s.-nin  açdığı  məkan  məh-
dudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil 
ki,  çalxalanıb  yeni  strukturlar  kəsb  etməsi  olduqca  əlamətdar  proseslərdir  və 
bunlara biganə qalmaq olmaz. 
Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da yenidən dəyərləndirilmə-
sinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməli-
dir. Ona görə də, yenidən «fərdi Mən», «milli Mən» və «ümumbəşəri Mən» anlayış-
larına qayıtmaq, «milli» anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur.   
Milli  fəlsəfi  fikir  dünyanın  bir  insanla  münasibətini,  bir  insanın  dünyaya 
şəxsi,  fərdi  münasibətini  əks  etdirməkdən  fərqli  olaraq  milli  Mənlə  dünya 
arasındakı  münasibəti  ifadə  edir.  «Milli  Mən»  «fərdi  Mən»dən  və  «ümumbəşəri 
Mən»dən fərqli olduğu kimi onun dünyaya münasibəti də fərqlidir.  
Bəs dünya milli Mən prizmasından necə görünür?  
Əlbəttə,  əsl  böyük  fəlsəfə fərdi  Mənlə  dünya  arasındakı  münasibəti əks  et-
dirir. Belə ki, fərdi Mən ümumbəşəri  milli Mənləri ehtiva etmək imkanına malik 
olduğundan, daha zəngindir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. 
Ayrı-ayrı  fərdlərin  özünüdərk  yolu  milli  və  ümumbəşəri  özünüdərklərin  ancaq 
müəyyən  elementlərini  ehtiva  edir.  Daha  doğrusu,  fərdi  özünüdərkdə  duyğu 
komponenti,  intuitiv  komponent,  irrasional  komponent  daha  böyük  sahəni  əhatə 
edir. Rasionallaşmış  məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha 
zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasionallaşmış hissənin faizinə görə 


 
- 23 - 
geri  qalır.  Ümumbəşəri  şüur,  ümumbəşəri  özünüdərk  əsrlər  boyu  insanların 
dünyaya  münasibətinin  rasionallaşmış  ifadəsidir.  Burada  duyğudan,  emosiyadan 
(xatirədən,  nisgildən  və  s.)  daha  çox  koqnitiv  biliklər  əhatə  olunur.  Lakin  insanın 
dünya haqqındakı bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz 
ən  ümumi  biliklər  əsasında,  ən  ümumi  qanunların  dərki  sayəsində  dünyanın 
ümumiləşmiş mənzərəsini yaratmağa çalışır.     
Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq 
filosoflar  dünyanı  bir  insan  meyarı  ilə,  insan  prizmasından,  ümumbəşəri  dəyərlər 
mövqeyindən  dərk  etməyə  çalışır  və  dünyanın,  insan–dünya  münasibətlərinin 
müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar.  
Lakin insan öz milli və fərdi prizmalarından dünyaya münasibətini bildirirsə 
burada  da  ümumiləşdirmək  üçün  yararlı  olan  rasional  biliklər  toplanır.  Hər  bir 
fərdin  öz  dünyası  olduğu  kimi  öz  fəlsəfəsi  də  var.  Müxtəlif  fərdlərin  fəlsəfəsini 
yığıb,  vahid  ortaq  məxrəcə  gətirmək  mümkün  deyil.  Daha  doğrusu,  fəlsəfənin 
özünə məxsus toplanma qaydaları vardır. Bu qaydalar elmi biliklərin toplanması və 
sənət əsərlərinin, bədii təəssuratların toplanmasından fərqlidir.  
Millətin fəlsəfi fikri  onun hər bir  üzvünün  fəlsəfi fikrindən  toplanmayaraq, 
milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk 
baryerini  keçmiş  olan  tək-tək  şəxsiyyətlərin  –  filosofların  fəlsəfi  konsepsiyaların-
dan, bu konsepsiyaların şəbəkəsindən ibarət olur.  
Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional məqamlarından azad 
olmuş  rasional  biliklər  toplusu  fəlsəfi  duyumun,  insanın  dünyaya  münasibət 
mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat 
rasionallaşdıqca  kasadlaşır,  solğunlaşır  və  informasiyanın  çox  cüzi  hissəsi  sax-
lanılmış  olur.  Lakin  idrak  prosesi  də  elmi  səviyyədə  bununla  səciyyələnir  ki, 
burada  birinci  fokus  məsafəsindəki  rasional  biliklər  ayrı,  ikinci  fokus 
məsafəsindəki rasional biliklər ayrı və sair və s. yığılaraq sonradan toplana bilirlər. 
Və  toplanmadan  alınan  mənzərə  hər  biri  ayrılıqda  solğun  olan  informasiyaları 
gücləndirir, yenidən mürəkkəb ierarxik bir strukturun rasional obrazı yaranır. Bu-
rada bir növ interferensiyaya uyğun tamamlama gedir. 
Milli fəlsəfi fikir dedikdə, ilk növbədə, hər bir ölkənin görkəmli filosofları, 
onların əsərləri yada düşür. Belə bir fikir formalaşıb ki, müasir dövrdə milli fəlsəfi 
fikrin  formalaşması  və  təbliği  üçün  əsas  vəzifə  fəlsəfə  tariximizin  öyrənilməsi  və 
tədris edilməsidir. Bu məqsədlə Bəhmənyarın, Nizaminin, Ş.Sührəverdinin, Şəbüs-
tərinin,  Nəiminin,  Nəsiminin,  Fizulinin,  nisbətən  yeni  dövrdə  A.Bakıxanovun, 
M.F.Axundovun,  Mirzə  Kazım  bəyin  fəlsəfə  əsərlərini  və  ya  bədii 
yaradıcılıqlarındakı  fəlsəfi  fikirləri  öyrənmək,  nəşr  etmək,  yaymaq  vəzifəsi  ön 
plana  çəkilir.  Bizcə,  bütün  bunlar,  əlbəttə,  lazımdır.  Lakin,  ilk  növbədə,  məhz 
fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından.  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə