Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
- 54 - 
mayəndələri tərəfindən müəyyənləşdirilə bilməz. Daha doğrusu, islahat aparılmalı 
olduğunu  hamı  deyir.  Yerində  saymamaq  üçün  nəyi  isə  dəyişmək,  bir  başqasına 
bənzətmək, «qabaqcıl təcrübələri mənimsəmək», modern görünmək xatirinə islahat 
aparmaq  bir  şeydir,  ictimai  inkişafın,  yeni  iqtisadi  münasibətlərə  keçidin  daxili 
məntiqindən  doğan  zəruri  islahat  başqa  şeydir.  Bu  zərurətin  məhz  nədən  idarət 
olduğunu bilmədikdə isə islahat naminə islahat yaranır.   
Zəruri islahat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün isə əvvəlcə 
nəzəri tədqiqatlar aparılmalıdır. Bu iş isə təkcə pedaqoji elmlər çərçivəsinə sığmır. 
Digər tərəfdən, pedaqogikanın yeni dövrün tələblərinə uyğunlaşması onun ancaq öz 
hüdudları  daxilində  inkişafı  ilə  mümkün  deyil.  Bu  sahədə  paradiqmaların 
dəyişməsi fəlsəfədə və bütövlükdə ictimai şüurda baş verən dəyişikliklərlə bağlıdır.  
Elmi  idrak  metoldları  daim  inkişaf  edir  və  bu  sahədəki  yeniliklərin  təlim 
sahəsinə  transferi  üçün  fəlsəfə  ilə  əlaqə  heç  vaxt  kəsilməməlidir.  Fəlsəfə  həm  də 
hər bir cəmiyyətdə dəyərlər və meyarlar sistemini öyrəndiyindən tərbiyənin müasir 
dövrün tələblərinə uyğun təşkili üçün əvvəlcə çağdaş fəlsəfi fikrə bələd olmaq tələb 
olunur.  Pedaqogika  əsasən  necə  öyrətmək  sualına  cavab  verir.  Lakin  öyrətmə 
prosesinin məntiqi-idraki və psixoloji aspektləri də vardır ki, bunlar pedaqogikanın 
predmetindən kənara çıxır.  
Təhsilə yalnız milli və ya yalnız ümumbəşəri hadisə kimi yanaşmaq olmaz. 
Təhsilin mahiyyətindən irəli gələn və bütün dövrlər və ölkələr üçün qorunub saxla-
nan  əsas  prinsiplərlə  yanaşı,  konkret  dövrün,  konkret  ictimai  situasiyanın  və 
konkret  milli  gerçəkliyin,  milli  düşüncə  tərzinin  xüsusiyyətləri  də  mütləq  nəzərə 
alınmalıdır. Təhsil özü sosial institut olmaqla yanaşı, həm də və daha çox dərəcədə 
ictimai  şüurun  inkişafını  təmin  etdiyi,  onun  strukturunun özünəməxsusluğunu qoruyub 
saxladığı üçün ictimai həyatın və milli məfkurənin ayrılmaz tərkib hissəsidir. Təhsil 
həm də milli ruhun inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. 
Azərbaycanda  təhsil  necə  olmalıdır?    Onun  qarşısında  ümumbəşəri  vəzifə-
lərlə  yanaşı  çağdaş  ictimai-siyasi  gerçəklikdən  və  milli  ruhun  üzləşdiyi  konkret 
problemlərdən  irəli  gələn  nə  kimi  vəzifələr  durur?  Tamamilə  fərqli  inkişaf 
səviyyəsində  olan  və  öz  milli-ictimai  problematikasına  görə  də  bizdən  köklü 
surətdə  fərqlənən  ölkələrin  təhsil  sistemi  bizim  ictimai  gerçəkliyə  transfer  olunsa 
cücərib-bitərmi?  Bitsə də, görəsən, nə bitər?  
1807-ci ildə, bütün Almaniya Fransa istilası altında olanda alçaldılmış, təhqir 
olunmuş,  ruhdan  düşmüş  və  biganəliyə  qapılmış  alman  xalqını  özünə  qaytarmaq, 
ona  inam  və  ruh  vermək  üçün  böyük  alman  filosofu  İ.Fixte  «Alman  xalqına 
müraciətlə»  çıxış  etmişdi.  Müraciətin  əsas  ideyası,  məqsədi  bütün  alman  xalqını 
səfərbər etmək idi. Lakin maraqlıdır ki, söhbət hərbi səfərbərlikdən getmirdi. Fixte 
alman  ruhunu  yenidən  yüksəltmək  və  bu  biabırçı  vəziyyətdən  xilas  olmaq  üçün 
çıxış yolunu yeni milli təhsil sisteminin qurulmasında görürdü.   


 
- 55 - 
Bütün  dünya  xalqlarının  tarixi  göstərir  ki,  istər  hərbi,  istər  siyasi  və  ya 
iqtisadi  müstəvidə  böhran  keçirdikdən  sonra  yeni  inkişaf  potensialı  əldə  etmək, 
milli  gücü  səfərbər  etmək  üçün  ən  mühüm  vasitə  insanların  şüurunun  yenidən 
yönəldilməsidir  ki,  bu  da  ilk  növbədə  təhsil  sistemindəki  islahatlar  vasitəsi  ilə 
həyata  keçirilir.  Lakin  köhnə  təhsil sisteminin  içərisində  yeni düşüncə,  yeni  məf-
kurə, məhz yeni dövrün tələblərinə uyğun islahatı həyata keçirə biləcək yeni insan-
lar necə tapıla bilər?   
Yenə də hər şey gələcəyin planlaşdırılmasına, gələcək isə öz növbəsində in-
kişaf  strategiyasının  əsasında  duran  milli  mahiyyətə,  bu  mahiyytəin  ifadəsi  olan 
maraqlar sistemnə əsaslanır. Bütün bunlar fəlsəfi yanaşma tələb edir. Ağıllı xalqlar 
kiçik planları böyük planların tərkib hissəsi olaraq qururlar. Elm üçün ayrı, sənaye 
üçün  ayrı,  mədəniyyət  üçün  ayrı  planlar  qurub  bütün  bunları  yenə  də  müstəqil 
şəkildə  politoloqlar  tərəfindən  qurulmuş  dövlət  siyasəti  ilə  uzlaşdırmaq  qeyri-
mümkündür. Müxtəlif sahələrin vahid ortaq məxrəcə gətirilməsi sistemli yanaşma 
tələb edir. Lakin sistemin öyrənilməsi hissələrin cəmlənməsi kimi həyata keçmir. 
Bunun üçün dialektik təfəkkür, sintetik mühakimə, fəlsəfi təhlil tələb olunur. 
Təsadüfi deyildir ki, Yasuxiro Nakasone 80-ci illərdə Yaponiyanın baş nazir 
vəzifəsində çalışarkən məhz təhsil sistemində reforma aparılmasını strateji inkişa-
fın mühüm istiqaməti hesab edirdi. «Nədən başlamaq?» sualına isə Nakasone belə 
cavab  verir:  «Reformanın  fəlsəfi-ideoloji  prinsiplərindən  başlamaq  lazımdır. 
Əvvəlcə karkası qurmadan bina tikmək olmaz.»
1
 «Başına gələn başmaqçı olar», – 
deyirlər.  Yaponiyada  keçirilən  təhsil  reformasının  yekunları  barədə  danışarkən 
Nakasone onun yarımçıq həyata keçirildiyini vurğulayaraq yazır: «O dövrün təhsil 
reformasının yarımçıqlığının səbəbi aydın konsepsiyanın olmaması, daha dəqiq de-
sək, konsepsiyanın fəlsəfi-ideoloji yöndən məhrum olması idi»
2

Təhsilin  fəlsəfi  ideoloji  əsasları  nədir?  Milli  təhsil  sistemi  nədir  və  onun 
dünya təhsil sistemi ilə nisbətini necə təsəvvür etmək olar?        
Dünya təhsil sisteminin ümumi tendensiyaları və ayrı-ayrı qabaqcıl ölkələrin 
məxsusi təhsil praktikası əsasında formalaşmış elmi-nəzəri təhsilşünaslıq baxımın-
dan  təhsilin  struktur  pillələri  haqqında,  onun  ümumi,  invariant  xüsusiyyətləri  və 
müxtəlif  konkret  təzahürləri,  forma  rəngarəngliyi  haqqında  elmi  təsəvvürlərə 
istinad  etmədən,  hər  hansı  bir  ölkədə  təhsil  sisteminin  optimal  təşkilindən  danış-
maq mümkün deyil.  
Bizə elə gəlir ki, Azərbaycanda təhsilşünaslıq bir elmi istiqamət kimi forma-
laşdıqca təhsil sahəsində aparılan islahatlar da təsadüfi mülahizələrə və subyektiv 
amillərə deyil, ictimai zərurət prinsipinə, fəlsəfi bazisə əsaslanacaqdır. 
                                                 
1
 Я.Накасонэ. Государственная стратегия Японии в XXI веке. М. 2001, стр.189. 
2
 Yenə orada, səh. 188. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə