Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
- 65 - 
Azərbaycanda bu sahədə yazan və ən azı böyük maarifçilik missiyası yerinə yetirən 
ilk müəlliflərdən biri hesab etmək olar.  
Nizami  özünəməxsus  dahiyanə  bir  fəhmlə  fəlsəfə  tarixinə  bir  tarix  kimi 
deyil,  məhz  bir  fəlsəfə  kimi  yanaşır.  Belə  ki,  müxtəlif  dövrlərdə  fərqli  ölkələrdə 
yaşamış böyük filosoflar tarixi və coğrafi sədləri aşaraq bir stol arxasında oturur, 
daha doğrusu, vahid hökmdarın dövrəsinə toplaşırlar. «Fikrin, ideyanın zamanı və 
məkanı yoxdur», – mövqeyindən çıxış edən Nizami məclisə tarixin qaranlıqlarında 
qalanları  deyil,  bütün  zamanlar  üçün  nur  mənbəyi  olanları  toplayır  və  özü  də 
onlarla  bir  məclisdə  əyləşir.  Məclisə  yeddi  filosof  çağırılmışdır.  İkisi  isə  ev 
sahibləridir. Hökm sahibi, qılınc tutan İsgəndər və söz sahibi, qələm tutan Nizami. 
Əslində  bütün  deyilənlər  Nizaminin  öz  fikir  süzgəcindən  keçib  qələmə  alınır.  O, 
özündən  əvvəl  yaşayanların  mövqeyini  sonrakı  zamanların  bilikləri  ilə 
zənginləşdirir və yeni arqumentlər əlavə edir. Məsələn, Falesin (Nizamidə «Valis») 
«hər  şey  sudan  yaranmışdır»  fikrini  inkişaf  etdirərək  və  təkmilləşdirərək  digər 
aqreqat  hallarının  sudan  necə  törəyə  biləyəcəyinin  elmi-bədii  tərənnümünü  verir; 
su seyrələndə/ od və hava, qatılaşanda torpaq yaranır: 
 
 
Mən də ərz eləyim: dünyaya təməl, 
Məncə, su olmuşdur hər şeydən əvvəl. 
Qızğın hərəkətdən və çaxnaşmadan, 
O yerə çatdı ki, od oldu əyan. 
İldırım buxardan ayırdı odu, 
Bundan rütubətli hava doğuldu. 
Suyun qatılığı getdikcə artdı, 
Həmin qatılıq da yeri yaratdı.
1
 
 
  Daha  sonra  Nizami  suyun  ilkinliyini  isbat  etmək  üçün  «nütfə»  ilə  bağlı 
misal gətirir ki,
2
 bunun da «Qurani-Kərim»in təsiri ilə deyildiyinə şübhə yoxdur.
3
 
Beləliklə,  Falesin  mövqeyi  sonrakı  dövrlərin  biliklərindən  də  istifadə  etməklə 
arqumentləşdirilir.  Eyni  sözləri  Nizaminin,  digər  filosofların  təlimlərinə 
münasibətilə bağlı da demək olar.  
  Bir şey şəksizdir ki, burada Nizaminin fəlsəfə tarixçisi kimi, yoxsa yaradıcı 
filosof kimimi çıxış etdiyini ayırmaq çox çətindir.  
  Fəlsəfə  tarixi  məsələləri  Füzulinin  də  yaradıcılığında  mühüm  yer  tutur. 
Füzuli  də  elmi-fəlsəfi  əsərlərində  təkcə  müsəlman  filosoflarının  yaradıcılığına 
                                                 
1
  Nizami Gəncəvi. İsgəndərnamə. B., Çaşıoğlu, 2004, səh. 396. 
2
 Yenə orada, səh. 397. 
3
 Bax: məsələn, Qurani-Kərim: Ən-Nəhl surəsi, 4-cü ayə;  yaxud ət-Tariq surəsi, 6-cı 
ayə və s.   


 
- 66 - 
deyil,  həm  də  qədim  yunan  filosoflarına  müraciət  etmiş  və  onlardan  iqtibaslar 
gətirmişdir.  Nizaminin  «İqbalnamə»sində  Falesin  dilindən  deyilən  fikirlərə 
Füzulinin  «Mətləül-Etiqad»  əsərində  də  rast  gəlirik:  «İlk  ünsür  sudan  ibarətdir, 
suyun hər bir şəklə düşmək qabiliyyəti olduğuna görə onun sıxlaşıb-bərkiməsindən 
yer  (incələşməsindən)  od  və  hava  əmələ  gəlmişdir.  Göy  isə  odun  tüstüsündən 
törənmişdir».
1
  Füzuli  özü  də  bu  fikrə  tərəfdar  çıxır  və  Qurani-Kərimin  Hud 
surəsindən 7-ci ayəni misal gətirir: «Onun ərşi su üzərində idi».  
  Füzuli  Pifaqordan,  Heraklitdən,  Demokritdən,  Platondan  da  misallar 
gətirmiş və özünə doğma  olan «varlığın səbəbi məhəbbətdir» (Heraklit) ideyasını 
önə çəkmişdir.  
  Füzuli  yunan  filosoflarından  iqtibas  gətirməklə  kifayətlənmir,  onları  mü-
əyyən  bir  ideyanın  izahı  üçün,  məqsədyönlü  surətdə  yada  salır.  Məhəmməd  pey-
ğəmbərə  istinadla  söylədiyi  və  özünün  də  bütün  yaradıcılığı  boyu  önə  çəkdiyi 
«Tanrının ilk yaratdığı şey ağıldır» fikrini qədim yunan filosoflarının əsərlərində də 
arayaraq, bunu xüsusilə vurğulayır. Pifaqora istinadən əvvəlcə ağıl ilə ruhun, sonra 
digər  şeylərin  yaradıldığını  iddia  edir.  Füzulinin  mövqeyindən  yanaşıldıqda 
Aristotel də fəal əqlin hər şeydən öncə olduğunu qəbul edir: «Ağıl öz mahiyyətini 
və  səbəbiyyətini  xatırlamış  (kursiv  mənimdir  –  S.X.)  və  bu  xatırlamadan  şeylər 
nəşət etmişdir».
2
  
  Diqqətlə  yanaşıldıqda  Füzuli  yunan  filosoflarının  fikirlərinə  müraciətdə 
çox  vaxt  sərbəstlik  göstərir.  Nizami  kimi,  o  da  yeri  gələndə  öz  fikrini  başqasının 
vasitəsi  ilə  deyir.  Məsələn,  yuxarıda  Aristotelə  istinadən  dediyi  fikirdə  xatırlama 
aktı yaradıcılıq üçün əsas kimi verilir. Qədim Şərqin dualist mənbələrinə istinadla 
yazdığı  fikirdə  də  ilk  mənbə  olan  müdrik  nur  (Sührəvərdidə:  Nur  əl-Ənvər)  özü 
haqqında  düşünərkən  bu  düşüncədən    varlığın  iki  əsası  olan  işıq  və  qaranlıq 
yaranmışdır.
3
    Daha  sonra  Heraklitə  istinadən  dediyi  fikrə  görə,  İlk  ünsürün 
təsəvvüründən ruh və əql yaranmışdır.
4
  Fəlsəfə tarixindən məlum olduğuna görə, 
iradə  və  təsəvvürün  dünyanın  əsası  kimi  götürülməsi  Şopenhauerə  məxsusdur. 
Maraqlıdır ki, Füzuli də eyni mövqedən çıxış edir; nəyi isə xatırlamaq, düşünmək, 
təsəvvür  etmək  onun  yaranışı,  hissi  mövcudluğu  üçün  şərt  olur.  «Nəyinsə 
yaranması üçün onu istəmək, lap çox istəmək lazımdır» fikri İsa peyğəmbərdə də 
vardır.
5
  «İstəmək»  isə  bir  tərəfdən,  iradi  akt  olsa  da,  digər  tərəfdən,  sevgi, 
məhəbbətdir. «Varlığın səbəbi məhəbbətdir» qənaətinə Füzuli fikrin məhz yuxarıda 
göstərdiyimiz təkamül yolu ilə gəlib çıxmışdır. 
                                                 
1
 M.Füzuli. Əsərləri, 5-ci cild, Bakı, «Elm», 1985, səh.94. 
2
 Yenə orada, səh.94-95. 
3
 Yenə orada, səh.95. 
4
 Yenə orada. 
5
 İncil. Əhdi Cədid. Stokholm, Bibliya Tərcümə İnstitutu, 1993. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə