Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
- 74 - 
Allaha itaət etmək və onun sözlərini çatdıran peyğəmbərin dediklərinə əməl 
etmək hələ o demək deyildir ki, insan özü düşünüb-daşınmadan, kor-koranə surətdə 
hər  hansı  bir  başqasının;  yaşca  böyük  olanın,  vəzifə  və  ya  var-dövlət  sahibinin 
buyruğuna da  qeyd-şərtsiz əməl etməlidir. İqtibas gətirdiyimiz ayədə sözünə itaət 
edilməsi  vacib  sayılan  şəxslər  ancaq  Allah  və  peyğəmbər  tərəfindən  buyrulmuş 
şəxslərdir ki, buraya  valideynlər və müəllimlər aid edilə bilər; o da ancaq bir şərtlə 
ki,  onların  dedikləri  Allah  kəlamına  zidd  olmasın.  Deməli  söhbət  əslində  yalnız 
Allaha itaətdən gedir. Əsrlər boyu din xadimləri bu ideyanı tədricən öz xeyirlərinə 
dəyişdirərək,  Allah  kəlamının  təfsir  səlahiyyətini  mənimsəmiş  və  bununla  da 
insanları  özlərinə  itaət  etdirməyə  çalışmışlar.  Bu  da  Allah  ilə  insanlar  arasında 
vasitəçilik institutu yaratmaqla, dinimizə xas olmayan bir cəhətdir. Görünür, itaətə 
çağırışın  səhv  anlaşıla  bilməsini  istisna  etmək  zərurətindəndir  ki,  Qurani-Kərimin 
başqa  bir  surəsində  bu  məsələ  daha  konkret  qoyulur:  «Sizin  Rəbbiniz  Mənəm. 
Buna görə də yalnız mənə ibadət edin».
1
   
İslam  bütün  insanları  Allah  qarşısında  bərabər  saydığına  görə,  bir  insanın 
başqa  bir  insana  itaət  etməsi  əslində  yasaqdır.  Tam  tərsinə,  xristianlıqda  kilsə  və 
din  xadimləri  Allah  ilə  insanlar  arasında  vasitəçilik  missiyasını rəsmən  üzərlərinə 
götürsələr də, bu missiyaya qarşı böyük bir etiraz dalğası da formalaşmışdı ki, bu 
da əsasən fərdi azadlıq uğrunda mübarizə kimi ortaya çıxmışdır. 
Təsadüfi deyildir ki, Qərbin ən böyük prioritetlərindən biri məhz azadlıq ide-
yasıdır.  Təkcə  fəaliyyətdə  yox,  həm  də  düşüncədə  azadlıq!  Özünü  realizasiya 
hüququ,  istədiyini  demək,  yazmaq,  mövqeyini  bildirmək  hüququ!  Biz  demirik  ki, 
Şərqdə  azadlıq  ruhu  olmamışdır.  Ancaq  ayrı-ayrı  təzahürlər  olmuş,  lakin  ictimai 
şüurda yaşaya bilməmiş, unudulmuşdur.  
Bu  gün  fərdlərin  hüquq  və  azadlıqlarından,  müstəqilliyindən,  fikir 
plüralizmindən,  siyasi  plüralizmdən  məhz  Qərb  dünyasında  danışılır.  Məhz  Qərb 
dünyası  artıq  neçə  əsrdir  ki,  ayrıca  götürülmüş  insanların  səadətini  və  xoşbəxt 
həyatını  dövlətin  və  cəmiyyətin  əsas  vəzifəsi  hesab  edir  və  bu  istiqamətdə 
məqsədyönlü  fəaliyyət  göstərir.  Şərq  ölkələri  isə  məhz  insan  hüquqlarının 
pozulması,  fərdi  azadlıqların  məhdudlaşdırılması,  hamının  bir  adamın  (padşahın, 
monarxın) iradəsindən  asılı  vəziyyətə  salınması  faktlarına  görə tənqid olunur. Və 
qloballaşmanın əsas pozitiv cəhətlərindən biri də bu ölkələrin sakinlərinə hüquq və 
azadlıq  gətirmək,  onlara  azad  iqtisadi  rəqabətdə  öz  güclərini  yoxlamaq  şansı 
verməkdən ibarətdir.  
Bəli, Qərbi səciyyələndirən məhz onların sivil, ictimai mahiyyətli olmasıdır. 
Şərqdə  isə  insanlar  daha  çox  öz  mənəvi  dünyaları  miqyasında  qapanır  və 
ictimailəşməyə  müqavimət  göstərirlər.  Belə  olan  halda  Şərqdə  fərdi  azadlıq  daha 
                                                 
1
 Qurani-Kərim. Əl-Ənbia surəsi. 92-ci ayə. 


 
- 75 - 
güclü deyilmi? Doğrudan da, paradoksaldır. 
Qərbdə insanların fəaliyyəti də vahid ictimai prinsiplər çərçivəsində həyata 
keçirildiyindən çoxlu sayda adamlar eyni bir ideyanın reallaşdırılmasına cəlb edilə 
bilirlər.  Ayrı-ayrı  insanlar  bütövlükdə  cəmiyyətin  hissələri  olurlar.  Bu  baxımdan, 
Şərqdə cəmiyyət insanların toplusu, Qərbdə isə insanlar cəmiyyətin hissələridir
Hissələrin  vahid  strukturda  birləşməsindən  bütöv  mükəmməl  bir  sistem  yaranır. 
Nəticədə Qərbdə cəmiyyət toplu yox, sistemdir. Şərqdə isə fərdi dünyalar bir-birinə 
bənzər  olsa  belə,  hər  biri  özündə  tamamlanan  sistem  olduğundan,  onları  üzvi 
surətdə birləşdirərək vahid dayanıqlı sistem yaratmaq olduqca çətindir.  
Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir. Adamlar bu mükəmməl 
strukturun  yaradılmasında  vasitədir.  Lakin  şüurlu  vasitələrdir.  Şərqdə  isə  insanlar 
kərpicdən  fərqli  olaraq,  müstəqil  və  orijinal  struktura  malik  mükəmməl  sənət 
abidələrini xatırlatdığından onlardan nə isə tikmək çox çətindir. Lakin qloballaşma 
gedir və Şərqdə də Qərbdəkinə bənzər böyük miqyaslı abidələr tikilməlidir. Şərqdə 
kərpiclər yoxdur. Ya çay daşları və daş-kəsək var, ya sal qayalar və sənət əsərinə 
çevrilmiş  unikal  abidələr  –  fərdi  fəaliyyətlər  var.  Şərqin  öz  kiçik  miqyaslı  fərdi 
abidələrini  çay  daşı  kimi  istifadə  etməyə  əli  gəlməsə  də,  qloballaşma  dalğaları 
ağına-bozuna  baxmır.  Güclü  sel  fərdi  özünəməxsusluqları  və  fərdi  istiqamətləri 
aradan  götürərək  hamını  eyni  səmtə  yönəldir,  güclü  sahə  onları  böyük  təzyiq 
altında yapışdırır, birləşdirir. Kiçik iradələr böyük güclü bir iradənin təsir dairəsinə 
düşərək  tərkisilah  olunur,  iradəsizləşir,  mənsizləşirlər.  Onlar  kərpic  kimi  rahatca 
üst-üstə düzülə bilmədiyindən və ölçüləri də uyarsız olduğundan birləşdirici amil, 
sahə, yapışqan çox güclü olmalıdır. 
Qərb  dünyası  müxtəlifliyin  vəhdəti  kimi  mövcuddur.  Orada  fərdi  iradələr 
məhv  edilmədən,  fərdlərin  öz  təşəbbüsü  ilə  əlaqələndirilir,  birləşdirilir.  Təkcə 
fərdlərə münasibətdə yox, etnik qruplara, kiçik millətlərə münasibətdə də mədəni-
mənəvi müstəvidə müxtəlifliyin saxlanılması mövqeyindən çıxış edən Qərb dünya-
sı  sosial-hüquqi  müstəvidə  eyniyyətin,  vəhdətin  tərəfdarıdır.  Lakin  bununla  belə, 
başqa  xalqlara  münasibətdə  hüquq  bərabərliyi  təlqin  edən  Qərb  «kütləvi 
mədəniyyət»  ixrac  etməklə  yeni  müstəqillik  əldə  etmiş  ölkələrin  müstəqil  mədəni-
mənəvi  simasının  yaranmasına  mane  olur.  Görünür,  belə  güman  olunur  ki,  mədəni-
mənəvi iradə qloballaşmaya doğru siyasi-hüquqi identifikasiya işinə mane ola bilər.     
Qloballaşma-qərbləşmə  şəraitində  etnik  qruplar,  kiçik  millətlər  də,  bax  be-
ləcə, hərəsi bir rəngə çalan çay daşları kimi qəlibə tökülərək betonlaşırlar. Fərdilik 
itir, müxtəliflik itir və dünən gözəllik sayılan özünəməxsusluq bu gün çatışmazlıq 
kimi ortaya çıxır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-beton kimi düz-
gün həndəsi biçimdə olmadığı üçün dəyərsizləşir, təhqirlərə məruz qalır. Onlar incə 
və  mürəkkəb  bir  strukturda  birləşərək  nə  isə  böyük  bir  şey  əmələ  gətirə 
bilmədiyindən, sadəcə böyük bir şeyin içərisinə qatılaraq itib-batırlar.  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə