Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
- 80 - 
«kütləvi  mədəniyyətin»  təsiri  altında    başqa  istiqamətdə,  başqa  ruhda  tərbiyə 
olunurlar.  Hansı  təsir  daha  güclüdür?  Daha  doğrusu,  məktəblərimiz,  məqsədli 
tərbiyə  prosesi  mühitin  qeyri-aşkar  tərbiyəsini  kompensasiya  edə  bilirmi?    Bu 
kənar  təsiri  neytrallaşdırmaq  üçün  tərbiyənin  məzmununda  nə  kimi  yeniliklər 
edilir?  
Ənənəvi  tərbiyə  formalarının  səmərəsini  azaldan,  onu  sıxışdıran  hadisələr-
dən biri də qloballaşmadır. İndi daha heç bir xalq öz milli mənəvi mühiti ilə məh-
dudlaşa bilmir, istəsə də, istəməsə də kənardan mədəni-mənəvi müdaxilələrə məruz 
qalır. Nəzərə alınmalıdır ki, qloballaşmanın əsas silahı texnikadır. Əsasən Qərbdə 
icad  edilən  və  bütün  dünyaya  ixrac  olunan  yeni  texnika  və  texnologiyalar  özü  ilə 
bərabər  fərqli  ideologiya,  fərqli  mədəniyyət  və  fərqli  mənəviyyat  da  gətirir.  Bu 
prosesləri dərindən araşdırmadan, gənc nəslin formalaşmasında məqsədyönlü milli 
tərbiyədən  heç  də  az  rol  oynamayan  bu  yeni  amilləri  nəzərə  almadan  prosesi 
nəzarətdə saxlamaq mümkün deyildir.  
  Ona görə də, biz bu bölmədə diqqəti ən çox mədəni-mənəvi mühitin elmi-
texniki  və  intellektual  inkişaf  kontekstində  hansı  istiqamətdə  dəyişildiyini 
müəyyənləşdirməyə və tərbiyə prosesində bu yeni ictimai şəraitin təsirlərini nəzərə 
almağa çalışmışıq. 
 
Nəsihətlər, tövsiyələr üzərində qurulmuş tərbiyə sistemi ancaq ənənəvi mühit 
üçün  faydalı  ola  bilər;  o  da  əgər  vərdişə  çevrilərsə.  Standartdankənar,  ekstremal 
vəziyyətlərdə  məhz  həmin  vəziyyətə  uyğun  optimal  qərar  çıxarmaq  üçün  mənəvi 
prinsipləri dövlətçilik  təfəkkürü  və  ixtisas  maraqları  ilə  eyni  müstəviyə  gətirmək, 
çıxarılacaq  qərarın  strukturana  daxil  etmək  üçün  ən  əsas  amil  sərbəst  düşüncə, 
yaradıcı  təfəkkürdür.  Ayrı-ayrılıqda  mənəvi  prinsipləri  bilmək,  müəyyən  bir 
ixtisasa yiyələnmək, siyasi və hüquqi bilikləri mənimsəmək olar: lakin ən başlıcası, 
hər  bir  şəraitdə  onları  əlaqələndirmək,  optimal  sintezini  yaratmaqdır.  Bu  isə  hər 
adama müyəssər omlur. Belə bir əlaqə hiss və ya vərdiş səviyyəsində deyil, ancaq 
təfəkkür səviyyəsində yarana bilər. Ona görə də, Qərb dünyası hələ XVIII əsrdən 
təfəkkür tərbiyəsini ön plana çəkir. Con Lokk özünün məşhur «Zəkanın tərbiyəsi» 
və «Təlim haqqında» əsərlərində təlimin əsas vəzifəsi kimi təfəkkürün tərbiyəsini 
irəli  sürürdü.  Bu  ideyanın  irəli  sürülməsində  xronoloji  baxımdan  yenə  də  Şərq 
irəlidədir. Yəni bu fikri də İbn Sina Con Lokkdan səkkiz əsr əvvəl irəli sürmüş və 
vərdişə  çevrilmiş  zəkanı  «bilikli  qüvvə»,  yaxud  «maddi  zəka»  adlandırmışdır.
1
 
Lakin əsas o deyildir ki, hansı ideya ilk dəfə hansı xalqın nümayəndəsi tərəfindən 
irəli  sürülmüşdür.  Əsas  odur  ki,  bu  ideyanı  ilk  dəfə hansı  xalq tətbiq  etmişdir və 
indi də tətbiq edir.   
                                                 
1
 Ибн Сина. Избранные философские произведения. М. Наука. 1980, стр.319. 


 
- 81 - 
  Ənənəvi  cəmiyyətdə,  orta  əsrlərdə  formalaşmış  dəyərlər  sistemi  sənaye 
inqilabından  sonra  daha  yüksək  dərəcədə  təşkilatlanmış  və  yeni  məzmun  kəsb 
etmiş  cəmiyyətlərdə  özünü  doğrultmur,  daha  doğrusu  yetərli  deyil.  Bəs  yeni 
texnogen  mühitdə,  informasiya  cəmiyyətində,  ixtisas  biliklərinin  maksimum 
diferensiallaşdığı bir şəraitdə əməli fəaliyyətin mənəvi prinsiplərlə uzlaşdırılmasına 
dair nə kimi normativlər, pedaqoji prinsiplər vardır? 
Bizcə,  müasir  şəraitdə  tərbiyə  məsələlərinə  mədəniyyət  kontekstində  baxıl-
masına böyük ehtiyac vardır.

 Və hər şey təkcə davranış mədəniyyəti ilə bitmir. Biz 
tərbiyə  problemini  həm  də  siyasi  mədəniyyət,  hüquqi  mədəniyyət,  idarəetmə 
mədəniyyəti  və  ən  başlıcası,  təfəkkür  mədəniyyəti  konteksində  araşdırmalıyıq. 
Digər tərəfdən, söz yox mühitictimailəşmiş nümunə daha təsirlidir. Müəyyən bir 
ideyanın  əməli  daşıyıcısı  olan  mühit  və  insanın  bu  mühitlə  əks  əlaqəsi  isə  elə 
mədəniyyətdir. Başqa sözlə, mədəniyyətin fərdi proyeksiyası da var. Amma onun 
mahiyyəti  yalnız  ictimai  prizmadan  keçdikdə,  insan-mühit  münasibətləri  şəklində 
təcəssüm olunduqda üzə çıxır.  
 
İnsanı sadəcə öz öhdəsinə buraxmaq, düşdüyü mühitdəki axınlarla təkbətək 
qoymaq  olmaz.  Çünki  belə  mübarizədə  ancaq  çox  böyük  zəka  və  iradə  sahibləri 
qalib gələ bilər. Əksəriyyətin isə böyük ideyaların təsir dairəsindən çıxmaq və cari 
proseslərin və meyllərin cazibəsindən qurtula bilmək üçün daimi bir köməyə, isti-
qamətləndirilməyə, yaddaşın, mənəvi öhdəliklərin və inamın müntəzəm iştirakının 
təmin edilməsinə böyük ehtiyacı var. 
İnsanın  hər  dəfə  özündən  asılı  olmadan  qatıldığı  cari  hadisələrdən,  onların 
hissi-mənəvi  axarından  ayrılaraq  özünə  qayıtmasına,  ali  məqsədə,  ilkin  böyük 
ideyaya, ilahi başlanğıca qayıtmasına bir təkan lazımdır. Onu seçim qarşısında tək-
tənha  buraxmaq,  uzun  müddət  heyvani  nəfsin  (daxili  şeytanın)  və  ya  nəfsanə 
ictimai mühitin (xarici şeytanın) ixtiyarında qoymaq olmaz. İnsan hətta məcburiy-
yət üzündən, ictimai zəruri bir akt kimi cari hadisələrə qatılırsa, o, həmin mühitdə 
tamamilə itib-batmamalı, bir ayağı ilə böyük dünyada dayanmalıdır... 
İnsan hətta haqq-ədalət yolunu bilsə də, haqqı nahaqdan seçmək iqtidarında 
olsa  da,  papağını  qarşısına  qoyaraq  haqq-hesab  aparmaq  üçün  macal  tapmaya  da 
bilər, axın onu qarşısına qatıb apara bilər.  
Bir  dəfə  haqqı  dərk  etmək  azdır.  Çünki  insan  əslində  müxtəlif  mənəvi-
psixoloji  səviyyələrdə,  qatlarda  olarkən  onun  müqavimət  gücü  və  iradəsi  də 
müxtəlif  olur.  İnsanın  daxil  olduğu  hadisələrin,  proseslərin  cazibə  qüvvəsi  də 
                                                 

  Bu  məsələ  ilə  əlaqədar  Azərbayjanlı  kulturoloq  Fuad  Məmmədovun  kitabları  və 
fəaliyyəti bu istiqamətdə atılan uğurlu addım hesab edilə bilər. Nəzərə alsaq ki, bizim elmi 
və ictimai gerçəklikdə tərbiyənin kulturoloji aspekti ən az işıqlandırılmış sahələrdən biridir, 
bu fəaliyyətin dəyəri daha da artmış olar. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə