Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix23.11.2017
ölçüsü5,03 Kb.
#12131
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Sosial fəlsəfə 
 
 
73 
Şpenqlerdən  də  öncə,  1885-ci  ildə  Türk  məfkurəsinin  aparıcı  simalarından 
biri İsmail Qaspiralı “Avropa mədəniyyətinə eleştirel bir bakış” adlı əsərin-
də yazırdı: “Avropa medeniyyeti veya ki diğer tabir ile xristian medeniyyeti 
adı ile bilinen  yaşam biçimi bütün insanlık için umumi bir medeniyyet mi? 
Uluslar ve zamanlar için genel bir kural mı? Bütün insanlara ait ahlakın, an-
layışın, düşünce ve aklın son sözü meyve-i neticesi bu medeniyyet mi? ...”
1
  
Hələ o vaxt qoyulan bu sualın birmənalı cavabı indi də verilməmişdir. 
Bir mədəniyyət,  yoxsa fərqli mədəniyyətlər? Bəs onda bölgünü aparmaq ü-
çün meyarlar nədən ibarət olmalıdır? 
 
Dil və dinin rolu milli kültürün inkişafı üçün nə qədər önəmli olsa da, 
mədəniyyət (sivilizasiya) üçün aparıcı rol oynayan amillər başqadır. Bu, ilk 
növbədə məntiq, intellektdir. Insan irqindən və etnik mənsubiyyətindən asılı 
olmadan, eyni  universal  məntiq  qaydaları ilə düşünür. Bu başqa  məsələ ki, 
fərdlərin toplum halında necə birləşməsindən, necə təşkilatlanmasından asılı 
olaraq,  intellektual  qabiliyyətin  realizasiyası  müxtəlif  bölgələrdə  müxtəlif 
templə həyata  keçir.  Amma prosesin istiqaməti  hər  yerdə eynidir.  Müxtəlif 
bölgələrdə  insanın  əqli  potensialının  ancaq  realizasiya  dərəcəsi  fərqli  olur. 
Deməli, lokal sivilizasiyalar əslində keyfiyyətcə yox, dərəcə, səviyyə etiba-
rilə və zahiri  cəhətlərinə görə fərqlənirlər.  Lakin  ümumbəşəri prosesin isti-
qaməti  elədir  ki,  onlar  hamısı  toplanaraq  vahid  ümumbəşəri  bir  hadisənin 
ayrı-ayrı bölgələrdəki surətləri, yaşantıları kimi mövcud olur. Yəni eyni bir 
proses inkişaf tempinə görə irəlidə və geridə olmasından asılı olaraq, müxtə-
lif bölgələrdə müxtəlif mərtəbələrə qədər qalxmış olur.  
 
Kültür  və  mədəniyyət  anlayışlarının  çox  vaxt  qarışıq  salınması  ilk 
növbədə onunla bağlıdır ki, bu iki hadisənin fərqi eyni müstəvi üzərində ax-
tarılır.  Anlayışların  məzmununun,  “həcminin”  kəsişən  dairələr  kimi  gös-
                                                 
1
 Gaspiralı İ. Avropa mədəniyyətinə eleştirel bir bakış // Seçilmiş eserleri: II. Fikri 
eserleri. İstanbul, Ötükən, 2005, s. 160.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
74 
tərilməsi  bir  model  olaraq  özünü  doğrultmur.  Çünki  bu  hadisələrin  fərqini 
ikiölçülü məkanda, eyni müstəvi üzərində göstərmək mümkün deyil. Kültür 
yaradıcılıq  prosesini  əhatə  etmədiyinə  görə,  ictimai  tərəqqini  də  əks  etdirə 
bilmir.  Bu  baxımdan,  kültür  bir  növ  bu  prosesin duraqları,  toplumun  həyat 
tərzinə nüfuz etmiş, oturuşmuş halları, pillələri kimi də dəyərləndirilə bilər. 
 Mədəniyyət (sivilizasiya) isə məhz  yaradıcılıq sayəsində mümkün o-
lan  ictimai  tərəqqini  ifadə  etdiyi  üçün,  onun  səviyyəsi  üçüncü  koordinat 
oxunda, vertikal xətt üzərində göstərilməlidir. Əgər biz bu modeli piramida 
şəklində qursaq, kültür müəyyən qalınlığı olmaqla piramidanın oturacağında 
qərar tutar. Piramidanın alt oturacağı müəyyən bir cəmiyyəti – xalqı, etnosu 
bütövlükdə  əhatə  edir:  bura  əsasən  məişət  kültürü  aiddir.  İxtisaslaşmış 
fəaliyyət  sahələrinə  aid  kültür  səviyyəsi  isə  piramidanın  yuxarı  oturacaq-
larına uyğun gəlir.  
İnkişafı  təmin  edən  yaradıcılıq  prosesləri – intellektual enerjinin  icti-
mailəşməsi sayəsində gedən proses piramidanın bir tili ilə, din də ehtiva o-
lunmaqla mənəvi-əxlaqi proseslərin ictimai tərəqqisi digər tillə, və nəhayət, 
cəmiyyətin  təşkilinin  optimallaşması 
sayəsində  əldə  olunan  tərəqqi  sxemdə 
üçüncü tillə göstərilə bilər. Bir növ sa-
cayağı yerləşən bu üç til ictimai tərəq-
qinin  yaradıcı  ön  cəbhəsini  üzərində 
daşıyır. 
Bəzi  yanaşmalara  görə,  siviliza-
siya 
inkişafın 
mədəniyyətdən 
(kültürdən)  sonrakı  pilləsidir.  Yəni 
ənənəvi  cəmiyyətlərdə  ancaq  mə-
dəniyyət  olub,  sivilizasiya  isə  sənayeləşmə  dövründən  sonra  yaranıbmış... 
Mədəniyyətin hər bir sivilizasiyanın özəyi, alt qatı kimi anlaşılması, habelə 
mədəniyyət  və  sivilizasiyanın  bu  cür  pillələnməsi  struktur  baxımından 
gerçəyə  uyğun  görünsə  də,  zaman  ardıcıllığı  baxımından  qüsurludur.  Yəni 


Sosial fəlsəfə 
 
 
75 
mədəniyyət  zaman  oxunda  sivilizasiyanın  təməlinə  deyil,  sonucuna  daha 
çox uyğundur.  
Digər tərəfdən, belə yanaşma sivilizasiyanın ancaq müasir Qərb hadi-
səsi kimi qəbul olunmasının nəticəsidir. Onaqədərki dövrlərdə isə guya an-
caq mədəniyyət var imiş. Halbuki, hər hansı bir bölgədə sivilizasiyanın for-
malaşması  həmin  bölgədə  insanın  və  cəmiyyətin  formalaşması  ilə  bahəm 
həyata keçir. Sivilizasiyanın mahiyyəti, müəyyən təxminiliklə də olsa, məhz 
“ictimai tərəqqi” anlayışında ifadə olunur. Əksinə, mədəniyyətin  yaranması 
və  formalaşması  bizim  modeldə  sivilizasiyanın  oturuşmuş,  bütün  cəmiyyət 
tərəfindən  mənimsənilmiş  bir  məqamı,  aşağı  mərhələsi,  “piramidanın  otu-
racağı” kimi çıxış edir.  
Mədəniyyət və sivilizasiyanın dialektikası insan və cəmiyyətin dialek-
tikası  kontekstində  ortaya  çıxır.  Əlbəttə,  insansız  cəmiyyət  mümkün  deyil, 
lakin insanın özü də ictimailəşmə, cəmiyyətləşmə sayəsində formalaşır. Bu 
prinsip  marksizmin  başlıca  müddəalarından  biri  olmaqla  yanaşı,  təkcə  for-
masiyalar təlimi üçün deyil, həm də sivilizasiyalar təlimi üçün keçərlidir.  
A.Toynbi  və  S.Hantington  tərəfindən  irəli  sürüldüyü  güman  edilən 
mədəniyyətlərin çatışması (toqquşması) məsələsi də ilk dəfə məhz Ə.Ağaoğ-
lunun  kitabında  qoyulmuşdur:  “Bu  gün  Asiya  cəmiyyətləriin  hamısna  bir 
baxınız;  hər  tərəfdə  içəridə  iki  axının  bir-birilə  mücadiləsini  görərsiniz. 
Məhəlli, əski ənənələrə dayanan mədəniyyətlə Avropa mədəniyyəti tərəfdar-
ları  çarpışırlar,  bir  ölüm-dirim  mübarizəsi  gedir”.  Biz  diqqəti  belə  bir  incə 
məqama  yönəltmək  istəyirik  ki,  Ə.Ağaoğlunda  çarpışma  heç  də  müəyyən 
qütb  olaraq  Qərb  ilə  Şərq  arasında  deyil,  məhz  Asiya  ölkələrinin  öz  da-
xilində:  avropalaşmaq  istəyənlərlə,  mühafizəkarlar  arasında  gedir.  Necə  ki, 
çağdaş Türkiyədə də batıyönlülərlə islamçılar arasında dialoqdan daha çox, 
bir qütbləşmə müşahidə olunmaqdadır.  
Həm də ölkədaxili qütbləşmə ancaq Asiya ölkələrinə aid deyil. İndi ö-
zünü  Qərbə  aid  edən  ölkələrdə  də  bir  zamanlar  daxili  Şərq-Qərb  çatışması 
dövrün  ruhunu,  ab-havasını  səciyyələndirən  və  gələcək  inkişaf  yolunu  mü-


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə