Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix23.11.2017
ölçüsü5,03 Kb.
#12131
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
66 
Məqalədə  müasir  türk  fəlsəfəsinin  gənc  xanım  nümayəndəsi  Könül 
Bünyadzadənin  əsas  fəlsəfi  görüşləri  təhlil  edilmişdir.  Burada  gənc 
müəllifin  irrasional  təfəkkür,  ən  yeni  İslam  fəlsəfəsi  və  gənclik  fəlsəfəsi 
haqqındakı  düşüncələrinə  xüsusi  diqqət  ayrılmışdır.  Bünyadzadənin  bir 
tərəfdən  Qərb  və  ümumdünya  düşüncəsi  ilə  irtibat  quraraq,  digər  tərəfdən 
isə  İslam  mütəfəkkirləri  ilə  əlaqələri  qoparmadan  milli  bir  fəlsəfə  qurma 
təşəbbüsü yüksək qiymətləndirilir. 
Məqalədə irrasional fəlsəfələrin və təmsilcilərinin tanıdılması Bünyad-
zadənin  xidmətlərindən  biri  kimi  göstərilir.  Belə  ki,  Qərb  fəlsəfə  tarixində 
bu  istiqamətdə  əhəmiyyətli  addımlar  atıldığı  və  dəyərli  əsərlər  yazıldığı 
halda Şərqdə bu barədə ciddi boşluqlar vardır. Bünyadzadə bu mövzuda ilk 
dəfə  əsər  yazan  və  öz  əsəri  ilə  belə  bir  xidmətə  imza  atan  düşünür  olaraq 
dəyərləndirilir.  
 
Açar  sözlər:
  Könül  Bünyadzadə,  Türk  düşüncəsi,  İslam  fəlsəfəsi, 
Şərq-Qərb.  
 
 Suleyman Hayri BOLAY 
 
Konul Bunyadzade:  
a woman representative of contemporary philosophy 
(abstract) 
 
The basic philosophical  ideas of Konul Bunyadzade, a woman repre-
sentative  of  modern  Turkish  thought  are  analyzed  in  this  article.  Here  is 
attributed  a  special  attention  to  the  young  author's  views  on  irrational 
contemplation,  newest  Islamic  philosophy  and  philosophy  of  youth. 
Likewise  Bunyadzadeh’s  initiative  in  order  to  establishe  a  national 
philosophy by providing contacts with the Western and world thought, and 
without breaking relations with Muslim scholars is approved. 


Fəlsəfə tarixi və müasirlərimiz 
 
 
67 
In  the  article,  the  presentation  of  irrational  philosophies  and  their 
representatives are presented as one of the services of Bunyadzade. Namely, 
in  spite  of  the  important  steps  and  valuable  works  in  this  direction  in  the 
history  of  the  Western  philosophy,  there  is  a  big  gap  in  this  regard  in  the 
East. Bunyadzadeh is assessed as a thinker who has written a book on this 
issue for first time and signed such a service by her work. 
 
Keywords
: Konul Bunyadzade, Turkish thought, Islamic philosophy, 
East-West. 


 
 
68 
 
 
 
 
Sosial fəlsəfə 
 
  
Azərbaycan və Türkiyə türkcəsinə  
“Kültür”, “Mədəniyyət” və “Sivilizasiya”
 
 
 
 
Səlahəddin Xəlilov 
 
 
Türk  dilində  “mədəniyyət”  kimi  qəbul  olunmuş  və  indi  “sivilizasiya-
nın” sinonimi kimi istifadə olunan bu söz İsmayıl Qaspiralının (1851-1914) 
və Əhməd Ağaoğlunun (1869-1939) vaxtında daha çox sinkretik mənada iş-
lənmiş,  həm  “sivilizasiya”,  həm  də  “kültür”ü  bir  yerdə  əhatə  etmişdir.  Bu 
gün  Azərbaycan  türkcəsində  “mədəniyyət”  sözünün  “sivilizasiya” 
mənasından  daha  çox,  “kültür”  mənasında  işlənməsi  də  təsadüfi  deyil.  Bu, 
bir tərəfdən, Ə.Ağaoğlunun “mədəniyyət” anlayışını cəmiyyətin durumu və 
həyat  tərzi  mənalarında  işlətməsindən  irəli  gəlir.  Digər  tərəfdən,  din  və 
əxlaqın  sivilizasiyaya,  yoxsa  kültürə  aid  olması  kimi  mübahisəli  məsələlər 
bizdəki “mədəniyyət” termini ilə sanki aradan qalxmış olur. Lakin problem 
üstüörtülü  qalır.  Ziya  Gökalpda  terminlər  ayrılsa  da,  bu  iki  hadisənin 
mahiyyət fərqi açılmamış qalır. Yeri gəlmişkən, A.Toynbi də “sivilizasiya” 
anlayışını  məhz  Ə.Ağaoğluda  olduğu  kimi,  sinkretik  şəkildə  işlədir  və 
müxtəlif mədəniyyətlər konsepsiyasından çıxış edir.  
Əhməd  Ağaoğlu  Toynbidən  xeyli  əvvəl  (1919)  yazdığı  “Üç  mədə-
niyyət”  əsərində  buddizm,  xristianlıq  və  islama  uyğun  olan  mədəniyyətləri 
(sivilizasiyaları)  nəzərdə  tuturdu.  Amma  o,  dinlərə  görə  bölgü  aparsa  da, 


Sosial fəlsəfə 
 
 
69 
sivilizasiyanın  əsas  mənbəyini,  hərəkətverici  qüvvələrini  dinlə  bağlamır  və 
haqlı  olaraq  ictimai  təşkilatlanma  formalarının  təhlilindən  çıxış  edir,  sivil 
dəyərlərin ailədən dövlətə qədər bütün  ictimai  və ictimai-siyasi təsisatlarda 
necə  təzahür  etdiyini  və  necə  paylandığını  araşdırırdı.
1
 A.  Toybinin  yanaş-
ması  da  çox  az  fərqlənir.  Ümumiyyətlə,  onun  bir  çox  ideyaları  konseptual 
baxımdan  Ə.Ağaoğlunun  “Üç  mədəniyyət”  kitabındakı  ideyaları  sanki  tək-
rar  edir.  Sadəcə  olaraq  üç  əvəzinə  iyirmi  bir  mədəniyyət  sadalanır.  Amma 
bu  sadalanma  şərti,  təxmini  və xeyli  dərəcədə  subyektiv  xarakter  daşımaq-
dan əlavə, bəlli bir ideya-siyasi kursun tarixə transformasiyasından ibarətdir. 
Yaxşı ki, bu cəhət türk müəlliflərinin də diqqətindən kənarda qalmamışdır.
2
 
Bizcə,  sivilizasiyaları  sadalamaqdan  öncə  bu  anlayışın  öz  mahiyyəti, 
struktur və məzmunu aydınlaşdırılmalıdır. Diqqətlə yanaşdıqda, elmi-fəlsəfi 
ədəbiyyatda sivilizasiya anlayışının iki fərqli mənada işlədildiyi aydın olur. 
Öncədən  sivilizasiyalara  məhz  lokal  sivilizasiyalar  kimi  yanaşan  tədqi-
qatçılar  bu  müxtəlifliyin  kökünü  də  təkcə  intellektual  inkişaf  səviyyəsində, 
biliklərin  və  qabiliyyətlərin  fərqli  səviyyələrində  deyil,  dillərin,  dinlərin, 
adət-ənənələrin, mənəvi mədəniyyətlərin fərqində axtarmışlar. Əslində intel-
lektual  inkişaf  bütün  xalqlar  və  bölgələr  üçün  eyni  olduğundan,  hamı  eyni 
məntiqi mexanizmlərlə düşündüyündən fərqin məhz dildə, dində və mənəvi 
mədəniyyətdə axtarılması daha ağlabatan görünürdü. Ona görə də əksər təd-
qiqatçılar  məhz  bu  cəhətləri  ön  plana  çəkmişdir.  Yəqin  bu  səbəbdən  də  A. 
Toynbiyə görə, “sivilizasiyaların üslubu onların dinindən irəli gəlir... din si-
vilizasiyalar üçün onları meydana  gətirən və 3000 ildən artıq onlara dəstək 
olan həyat mənbəyi idi...”.
3
 S. Hantinqton da din amilinə istinad edir, amma 
o, sivilizasiyanın ilkin mənbəyi və aparıcı qüvvələri sırasına dili də əlavə e-
dir.  Onun  fikrinə  görə,  “istənilən  mədəniyyət  və  ya  sivilizasiyanın  (kursiv 
                                                 
1
 Ağaoğlu Ə. Üç mədəniyyət. B., “Mütərcim”, 2006, s. 101 - 117. 
2
 Bax, məsələn: Canan İ. Arnold J.Toynbee ve eserleri haqqında // Arnold Toynbee. 
Tarihçi açısından din. İstanbul, Ufuk Kitapları, 2008, s. 19. 
3
 Диалог Тойнби — Икеда. Человек должен выбрать сам. М.: ЛЕАН, 1998, с. 369. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə