Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix23.11.2017
ölçüsü5,03 Kb.
#12131
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
76 
əyyən edən əsas hadisələrdən biri olmuşdur. Axı, Ellin sivilizasiyasının çök-
məsi  təkcə  xarici  təsirlər  hesabına  deyil,  ilk  növbədə  sivilizasiyadaxili  ça-
tışma hesabına baş vermişdir. Belə ki, mahiyyəti etibarı ilə Şərq hadisəsi o-
lan xristianlıq qəbul olunduqdan sonra antik sivilizasiyanın dəyərləri ilə yeni 
əqidə və həyat tərzi arasındakı ziddiyyət bu çöküşün ən əsas səbəblərindən 
biridir. 
 
Eləcə də on əsr davam edən və sivilizasiyanın qarşısını alan bu çə-
kişmə  müəyyən  bir  formada  həllini  tapdıqdan  sonra,  yəni  elm  xristianlığın 
buxovundan  və  dövlətlər  Kilsənin  hakimiyyətindən  azad  olduqdan  sonra, 
yeni  bir  sivilizasiya  –  indi  Qərb  sivilizasiyası  adlandırılan  hadisə  pərvəriş 
tapdı.  Yəni  həlledici  olan  daxili  ziddiyyətlərdir.  Və  Şərq-Qərb  bölgüsü  də, 
çatışması da bölgələr arasında deyil, bölgələrin öz daxilində aparılmalıdır.  
Bəs  Hantiqtonun  bəhs  etdiyi  “çatışma”  hansı  tərəflər  arasındadır?  İlk 
baxışda elə bir fərq  yoxdur:  söhbət  yenə də Qərb sivilizasiyasının  digər si-
vilizasiyalarla çatışmasından gedir. Amma hansı miqyas və hansı formatda? 
Əslində ölkələrin daxilində  gedən bir proses  indi ölkələr və bütöv  bölgələr 
arasında  gedirmiş  kimi  təqdim  olunur.  Bu  bölgüdə  sivilizasiyanın  dəyər-
lərini  müstəqil  surətdə  mənimsəmək  yolunu  tutmuş  Şərq  ölkələri  də  bəri 
başdan guya Qərbə alternativ olan qarşı tərəfdə yer alır. Yəni onlara Qərb si-
vilizasiyasının daşıyıcıları kimi  yanaşılmır. Niyə? Məgər Qərb bu ölkələrin 
sivilizasiya yolunu tutmasına tərəfdar deyilmi?  
Bax, bu məqamda Qərbin əsl mövqeyi ortaya çıxır. Bu mövqeyə görə, 
qeyri-Qərb ölkələri sivilizasiyanın məhsullarını Qərbdən hazır şəkildə alma-
lı (yəqin ki, təbii və mənəvi sərvətlər hesabına), amma özləri sivilizasiya ya-
ratmaq, sivilizasiyaya malik bir ölkə olmaq iddiasına düşməməlidirlər. Yəni 
hansı  isə  raket,  süni  peyk,  qırıcı  təyyarə,  hətta  atom  reaktoru  Qərb  öl-
kələrindən  hazır  şəkildə  alına  bilər,  amma  onların  istehsalına  çalışmaq  üs-
tüörtülü şəkildə məqsədəuyğun sayılmır. 
 
Bu  cür  münasibətin  metodoloji  əsası  isə
 
yenə  də  ümumbəşəri  sivili-
zasiyanın  ideoloji  cəbhədə  Qərb  tərəfindən  özününküləşdirilmiş  olması  və 
Şərq ölkələrinin də bu gizli, üstüörtülü, ideoloji manevrlə bir növ razılaşmış 


Sosial fəlsəfə 
 
 
77 
olmasıdır.  Halbuki,  hər  bir  xalq  o  zaman  millətləşə  bilər  ki,  o,  sivilizasiya 
quruculuğunu  öz  gücü  ilə  həyata  keçirmiş  olsun.  Bu  yol  isə  genişmiqyaslı 
maarifçilik və dünyəvi təhsil sistemindən keçir.  
Həm Azərbaycanda, həm də Türkiyədə belə bir fikir geniş yayılmışdır 
ki,  biz  öz  mənəviyyatımızı,  mədəni-mənəvi  dəyərlərimizi  qorumağa  çalış-
malı,  Qərbdən  isə  ancaq  onların  elmi-texniki  dəyərlərini,  müasir  texno-
logiyaları  götürməliyik.  Bu,  ilk  baxışda  çox  optimal  bir  variantdır,  amma 
eyni  zamanda,  çox  sadəlövh  fikirdir.  Əslində  bunu  o  zaman  etmək  olar  ki, 
söz sahibi sən özün olasan. Yəni nəyi vermək və nəyi almaq məsələsini də 
özün  müəyyənləşdirəsən.  Halbuki  baxılan  halda  qüvvətlər  nisbəti  Qərbin 
xeyrinə olduğuna görə, verən də, alan da Qərb özüdür. Yəni o bizə nəyi ver-
mək istəyirsə, onu da verir və bizdən nəyi almaq istəyirsə onu da alır. Elmi-
texniki  sahədə  aldıqlarımızın  bədəlini,  sən  demə,  mənəviyyatımızla  ödə-
yirmişik.  
 İndi  gəlin,  məsələyə  Qərbin  gözü  ilə  baxaq  və  anlamağa  çalışaq  ki, 
Qərb üçün nə daha sərfəlidir? Bəli, bizim mədəni-mənəvi dəyərlərimiz, da-
yanıqlı  ailə  münasibətləri  bir  üstünlükdür  və  Qərb  bunun  qiymətini  bilir. 
Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru transfer etmir. O həm 
də televiziya verilişlərinin məzmununa və internet vasitəsilə ötürülən infor-
masiyanın çeşidinə də ya birbaşa,  ya dolayısıyla təsir edir. Qərb bizim ma-
raq  dairəmizi  də,  zəif  cəhətlərimizi  də  bizdən  daha  yaxşı  bilir.  Çünki  bizi 
kənardan və məqsədyönlü surətdə seyr edir.  
Bizcə, “sivilizasiya”nın konsepsiyasını hazırlayan Qərb ideoloqları aş-
kar  və  ya  qeyri-aşkar  şəkildə  məsələni  elmi  məcradan  çıxararaq  ideoloji 
məcraya  salmış  və  bir  qədər  də  fikirlərin  manipulyasiyasına  nail  olmuşlar. 
Ona  görə  də  hər  şeydən  əvvəl,  məsələnin  qoyuluşu  və  anlayışlar  özü  ye-
nidən nəzərdən keçirilməlidir.  A.Toynbi  sanki mədəniyyətlərin  gerçək tari-
xindən çıxış etmiş, ilk baxışda induktiv metodla mükəmməl bir sivilizasiya 
konsepsiyası  ortaya  qoymuşdur.  Onun  yazdığı  tarixlə  və  apardığı  ümu-
miləşdirmələrlə tanış olanlar burada çox müxtəlif xalqların qədim köklərini 


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
78 
və sivilizasiya quruculuğunda iştiraklarını görə bilərlər. Tək türklərdən baş-
qa.  Necə  olubsa,  türklərin  qədim  varlığı  “yaddan  çıxmış”,  ancaq  Osmanlı 
dövründə  hansı  isə  “köçəri  xalqın  oturaq  xalqları  idarə  etmələrindən”  bəhs 
edilmişdir.
1
 Halbuki,  böyük  rus  alimi  Lev  Qumilyov  sivilizasiyanan  təmə-
lini qoyan xalqlar içərisində türklərin rolunu xüsusi qeyd edir.
2
 Yaxud Mir-
cea  Eliade  göstərir  ki,  dünyanın  ən  qədim  və  fərqli,  orijinal  mədəniyyət-
lərindən biri də qədim türklərə məxsus şaman mədəniyyətidir.
3
  
Müasir  dövrdə  yalnız  türklər  deyil,  bütün  qeyri-Qərb  xalqları  eyni 
problemlə  üzləşirlər.  Özlərininin  yarımçıq  qalmış  sivilizasiyalarını  inkişaf 
etdirə  bələrlərmi?  Yəni  bugünlərini  öz  keçmişlərinin  davamı  kimi  qura  bi-
lərlərmi Yoxsa artıq irəli çıxmış xalqlardan sadəcə məhsullarını, sonuclarını 
hazır şəkildə transfermi etməlidilər?  
Başqasından  hazır  məhsulları  satın  almaq  və  ya  onları  təqlid  etmək 
yolu  ilə  nə  “sivil  olmaq”,  nə  də  millətləşmək  mümkündür.  Maləsəf, 
“yarışda”  nisbətən  geri  qalmış  xalqlar  (ölkələr)  indi  sivilizasiyaya  yiyəl-
ənmək  prosesində  müstəqil  qala  bilmirlər.  Çünki  qloballaşma  şəraitində  i-
rəlidə olanların təsirinə məruz qalmamaq, artıq hazır olan texnoloji məhsul-
ları  yenidən  ixtira  və  istehsal  etməkdənsə,  daha  asan  satınalma  şirnik-
lənməsindən  yaxa  qurtarmaq  həm  iqtisadi,  həm  ideoloji,  həm  də  psixoloji 
baxımdan çox çətindir. Son vaxtlar böyük Qərb dövlətlərinin sivilizasiya es-
tafetində  nisbətən  geri  qalmış  ölkələrin  daxili  işlərinə  qarışması  açıq-aşkar 
şəkildə dünya miqyasında gedən ümumbəşəri sivilizasiyalaşma prosesini də 
əngəlləyir. Nəticədə həmin ölkələr üçün millətləşmə prosesi də əngəllənmiş 
olur. 
Əslində, keçən əsrin əvvəllərində müasirləşmə ilə bir növ sinonim  o-
lan millətləşmə indi haçalanmış və müasirləşmə daha çox dərəcədə kosmo-
polit  təfəkkürlə,  milli  məfkurə  isə  dinçiliklə  ittifaqa  girmişdir.  XVII-XVIII 
                                                 
1
 Тойнби A.Дж. Исследование истории: Возникновение, рост и распад 
цивилизаций. М., АСТ: АСТ Москва, 2009, с. 657.  
2
 Л.Н.Гумилев. Древние тюрки. М., Кристалл, 2003 
3
 Mircea Eliade. Shamanism: Archaic Techniques of Ecstasy. Princeton, 1951 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə