Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

daşıyır bu uca yaradılış. Bəli, qadm ana. Ana olnıuş qadmlann 
ictimai  mövqeyi  daha  ucadır.  Ana  qadın  and  yeridir.  Hz. 
Peyğəmbərimizə  (s.ə.v.)  soruşurlar  ki,  öncə  kimə  etiram 
göstərək?-dedi:  «Anaya»,  bəs  sonra kimə? «Anaya»,  sonra 
cimə?  «Anaya» yalmz dördüncü dəfə soruşduqda «Ataya» 
cavabmı  verdi.  Bəli  İslam  Peyğəmbərinin  qadma,  anaya 
münasibəti  çox  yüksək  idi.  Heç  təsadüfu  deyil  ki,  Fəxri 
Kainat  insanm  arzusuna  çatmaq  İstədiyi  cənnətin  analarm 
ayaqları  altmda  olduğunu  söyləyir.  Yəni  ki,  kim  anasma 
daha  çox  əyilərsə  cənnətə  bir  o  qədər yaxmlaşmış  olacaq. 
Ərəbstanda Cahiliyyət  dövründə  ailədə və  cəmiyyətdə heç 
bir hüququ ohnayan,  körpə ikən  diri-diri torpağa bastuılan 
qızlar, kölə qadmlar islam dini nəticəsində ucalarm ucasma 
yüksəldilər. Müqəddəs kitabmıız Qurani-Kərim kişilərə qa- 
dmlarm haqqmı tanımağı  hökm edir:  «.. .Kişilərin qadmİar 
üzərindəki  haqları  kimi  qadm larm   da  kişilər  üzərində 
müəyyən hüquqları var...» (Bəqərə surəsi, ayə 228). İslamda 
qadm ucadır xüsusən ana-qadm. Tarixi məlumatlara, arxeoloji 
materiallara  söykənərək  demək  olar  ki,  ərəblərdən  fərqli 
olaraq türklərdə islamdan çox öncə qadmlar yüksək mövqeyə 
malik  olmuşlar.  Hər  şeydən  öncə  qadma  ana  kimi  böyük 
sayqı  göstərilmişdir.  Oğuzlarda  «Ana  haqqı  tanrı  haqqı» 
adlanır.  O,  ən yüksək məqamda dayanır.  Evi yağmalanmış 
Qazan xan düşmən  önünə  gəlib  deyir ki,  bütün  evimi,  əhl- 
əyalmn, mahmı dövlətimi gətirmişsən sənin olsun:
Qarıcıq aııam gətürüb  durursan, mərə kafu; 
anamı vergil mana.
Savaşmadan,  uruşmadan qayıdayım- geri dönəyim, 
gedəyim, bəllü bilgil dedi (16, s.48).
Qazan xan  hər şeyə,  hətta xammı Bm'Ia xatunun,  oğlu


Uruzun  düşm ən  əlində  qalm asına  razıdır,  təki  anasını 
qıırtarsm.
Oğuz bəyİəri ən çətin məqamda da xanımlarma yülcsək 
hörmətlə yanaşırlar.  Övladı  olmadığı üçün Bayandır xanm 
məclisində mənəvi cəhətdən təhqir edilmiş Dirsə xan evinə 
qayıdarkən xanımma  dərdini  bildirərək belə  müraciət edir.
Bəri gəlgil,  başım bəxti, evim təxti!
Evdən çıqıb yeriyəndə səlvi boyIum!(16, s.35)
Eyni münasibət digər oğuz bəyləri arasmda mövcuddur. 
Bir cəhəti xösusilə qeyd etməliyik ki, «Kitabi Dədə Qorqud»da 
ailələr  monoqom  olmaqla  təknikahlıhq  mövcuddur.  Yəni 
çoxarvadhhq  yoxdur.  Qadmlar  ərlərinə  daha  sadiqdirlər, 
onlarm uğnm da canlarmı fəda etməyə hazırdılar.  Bu isə iki 
cəhətdən  özünü  göstərməkdədir-  həyat  yoldaşı  və  döyüş 
yoldaşı kimi. Yəni həyat yoldaşı bir çox halda əri ilə  birgə 
döyüşə atıln: onun qorunmasmda, xilasm da iştirak edir.
Ailədə qadm fədakärhğmm ən böyük nümunəsinə DəH 
DomruIIa  bağh  boyda  rast  gəlirik.  Günah  işlədib  ölümlə 
üzləşmiş Dəli Domrula Əzrail təklif edir ki, canmm əvəzinə 
can  versə,  yəni  onun  əvəzindən  kimsə  ölməyə  razı  olsa 
onun  cam  bağışlanar.  Dəli  Domrul  ilk  öncə  atasma,  sonra 
anasma müraciət edir. Hər ikisi eyni cavabı verirlər:
Dünya şirin, can əziz!
Canımı qıya bilmən,  bəllü bilgil- dedilər?(16,  s.81-82)
Əksinə vidalaşmaq üçün yanma gəUb, «yad qızı halalmı» 
dediyi qadmı:
Sənin ol müxənnət anan- baban 
Bir canda nə var ki, sana qıymamışlar?
Ərş tamğ olsun, kürsi tanığ olsun,


Yer tanığ olsun, göy tanığ olsun,
Qadir- Tanrı tanıq olsun.
Mənim canım sənin camna qurban olsun!- dedi (16,  s83). 
Bəli, vəfalı qadin canmdan can bağışlamağa hazır olur.
Oğuz qadmı təkcə ana deyil o bir döyüşçü, qəhrəmandır. 
Heç təsadüf deyil ki,  oğuz igidbri  özünə qadm  axtararkən 
deyirlər ki,  «Mən yuxudeın  durmadan  o  durmuş  ola!  Qara 
quc  atma mimTiiş  oia,  baş  kəsə,  qan tökə»().  Bəli  ər mey- 
danmda qadm ər istəyirdilər. Banuçiçək Beyrəklə smasarkən, 
Selcanxatun Qanturallı ilə birgə düşmənə qarşı döyüşərkən, 
Burlaxatm Oğuz bəylərinin səfində Qazan xanı azad etmək 
üçün meydana atılarkən bunlan sübut etmişlər. Bu yetənək 
oğuz-  türk  qadmma tarixin  çox  uzaq  keçmişindən  gəlirdi. 
Iran şahı Kirin ordusunu məğlubiyyətə uğradıb, onu qanma 
qəltan edən Missaget hökmdarı Tomrisdən, ağh ilə İsgəndəri 
ram edən Bərdə hökmdarı Nüşabədən gəlirdi bu hünər: 
Məndə bir aslanam,  düşünsən bir az,
Aslanm erkəyi,  dişisi ohnaz.(23, s.212)
Nüşabəyə mənəvi cəhətədən yenilən İsgəndər deyir: 
Ey xammiar xanrmı  qadm,
Q üw ətdə erkəkdən ucadır adm (23, s.217)
Türkün  ulu  babaları  skif,  sarmat,  sak  qövmlərində, 
am azankalarda  qadm lar  daha  döyüşkən  idi.  Bu  haqda 
Heredot  yazır  ki,  skif-sarmat  qadmları  öz  ərİəri  ilə,  hətta 
təklikdə ova çıxır, hərbi yürüşlərdə iştirak edirlər. Evlənmə 
adətinə  gəlincə  düşmən  öldürüb,  baş  kəsməyən  qız  ərə 
gedə bilməzdi.(53, s.215-216) Diqqət versək bu adət «BCitabi 
Dədə  Qorqud»da  Oğuz  bəylərinin  axtardığı  qızlara  da 
xasdır. Atasma necə qıza evlənmək istədiyini bildirən Qan- 
turalh  deyir:  «Baba,  çün  məni  evərəyim  deirsən,  mana 
İayiq qız necə olur?” Qanturah aydır: “Baba, mən yerimdən
83


turmadm  ol  tumıış  ola!  Mən  qaraquc  atımabinmədin  ol 
binmiş  ola!  Mən  qanlu  kafər  elinə  varmadm  ol  varmış, 
mana baş gətürmüş ola!”-dedi  (16, s.85).
Mərkəzi  Asiya,  Sibir  və  Altay  türklərinin  yaşadıqlan 
ərazidə tədqiqat işləri aparan A.D. Qrac arxeoloji materiallara 
əsaslanaraq  S kif  dövründə  bu  ərazilərdə  qadmlarm  çox 
yüksək mövqeyə malik olduqlarmı göstərmişdir.(54, s.158- 
182)
Döyüşçü  qadmlarm  yüksək  mövqeyə  malik  olduğunu 
sübut edən faktlaraNaxçıvan ərazisində aparılmış arxeoloji 
qazmtılar zamanı da rast gəlinmişdir. 2004- cü ildə arxeoloq 
BəhİuI  İbrahim ovla  birlikdə  X araba  Gilanda,  Plovdağ 
adlanan ərazidəki qəbir abidələrində araşdmnalar apararkən 
döyüşçü (şahzadə) qadm məzarı aşkar edildi. Qəbirin böyük- 
lüyü, qadmm döyüş əsləhəsi, həmçinin m üxtəlif muncuqlar- 
dan, tuncdan olan bəzəkləri ilə birgə dəfni onun yüksək nü- 
flızundan xəbər verirdi. M ərhumun sol çiynindən içərisində 
ucluğu  dəvəgönü  və  çaxmaqdaşmdan düzəldilmiş  14  qarğ 
ox olan sadaq  asılmışdır.  Deməli, tarixiiiyi, ənənəvi müna- 
sibətləri  min  illər  boyu  qoruyub  saxlayan  türk  irqi  qadma 
həm döyüşçü, həm ana kimi yüksək qiymət vermişdir. Azər- 
baycan  türkünün  ər  və  arvad  haqqmda  dediyi  bir  ifadə  var: 
«Həyat yoIdaşı». Yəni həyatın bütün cəhətlərini bölüşənlər.
Qadmla  bağlı  bir  məsələyə  də  münasibət  bildirmək 
yerinə düşərdi- Ana südü məsələsi. Çox qədimdən ana südü 
uşağm  bəslənməsində  əsas  vasitə  hesab  edilmişdir.  İslam 
dinində  uşağm  ana  südü  iİə  bəslənməsinə  böyük  önəm 
verilmişdir: «Əmizdirməni tamamlamaq istəyən üçün analar 
uşaqlarmı  iki  il  tam  əmizdirərlər».  (Qurani  Kərim.  Bəqərə 
surəsi,  ayə  233) «Əgər  anlaşa  bilməsəniz  uşağı  başqa  bir 
qadm əmizdirəcəkdir».  (Talaq surəsi, ayə 6)
84


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə