Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

edilmiş kitab və məqaİələrdə tapmışdır. Bir sıra müəlliflərin 
də  etiraf  etdikİəri  kimi  ailə  və  uşaq  məsələsi  sahəsində 
apardığımız işlər Azərbaycan etnoqrafıyası üçün ilkinlərdən 
biri  idi.  Çox təəssüf ki,  onlarm müəyyən hissələrini  ayrıca 
olaraq nəşr etdinnədik. Allah qoysa, müqayisə məqsədi  ilə 
son  30  ilə  aid  m ateriallar  toplayıb  kitab  halm da  nəşr 
etdirməyi nəzərdə tutunıq. Uzunmüddətlimüşahidələrimiz, 
toplanmış çol materiallan sübut adir ki, XX yüzilliyin ikinci 
yansmdan  başlayaraq  uşaqlann  ənənəvi  tərbiyəsi  ailədə 
onlarm sayı məsələlərində müəyyən problemlər yaranmağa 
başlandh  Bu  hal  son  dövrlərdə  daha  da  kəskin  xarakter 
almışdır. Unudulmamalıdır ki, ailədə uşaqlarm sayı, onların 
milli ruhdatərbiyəsi  fərdilikdən çox sosial məsələdir. Özgə 
sözlə  desək  ailə  və  uşaqlar  dövlətin  himayəsində  olduğu 
üçün  rəsmi  dövlət problemidir.  Çünki,  uşaqlar  bir  ölkənin 
gələcəyinin, millili kimliyinin karantıdır.
Bütün  bunlan  nəzərə  alaraq  biz  problemlə  əlaqəli 
müəyyən aktual məqamlara diqqət yetirməyi qarşıya məqsəd 
qoyduq. Məsələni aktuallaşdıran şərtlərdən biri də son dövr- 
lərdə  m üxtəlif yollarla məişətimizə  yad  elementlərin  daxil 
olmasıdır. Bəzən qloballaşma. “mədəniləşmə”, müasirləşmə 
və s.  bu kimi adlarla ailə-məişət münasibətlərimizdə trans- 
formasiyalar,  daha  dəqiq  desək  yadların  düşüncə  tərzinə 
meyillilik artır.
Araşdırmaİar göstərir ki, tarixi inkişafda xalq özünütər- 
biyə,  tərbiyə  və  qarşılıqlı  tərbiyə  sahəsində  böyük  təcrübə 
əldə etməklə tərbiyənin m üxtəlif prinsiplərini hazırlamışdır. 
Xalq  tərbiyə  məsələlərində  heç  bir  yazılı  məlumatdan, 
kiminsə  irəli sürdüyü nəzəriyyə,  üsul və digər vasitələrdən 
istifadə etməmişdir. Bunun özəyi, aparıcısı adətlər, yasaqİar, 
inamlar və  s.  cəhətlər  olmuşdur.  Nəsillərdən  keçib  gəlmiş
89


etnosun xüsusiyyətlərini Özündə cəmləşdinnəklə tam sintez 
oiunmuş  xalq  tərbiyə  prinsipində  yığcamlıq  və  konkretlik 
daha  çox  nəzərə  çarpır.  Ənənəvi  tərbiyə  üsulunun  əsas 
cəhəti onun ümumxalq xarakteri daşımasıdır.
Cəmiyyətin və  dövlətin  Özəyi  olmaq  etibar ilə  ailə  bir 
sıra  funksiyalan  yerinə  yetirməlidir  ki,  bunlardan  ikisi 
birbaşa  uşaqlarla  bağlıdır:  1.  Ailənin  uşaq  (nəsil)  artırma 
funksiyası; 2. Ailədə uşaqlarm tərbiyəsi.
Çox qədim zamanlardan Azərbaycan türklərində uşaqlaım 
ənənəvi  tərbiyəsi  məsələsinə  xüsusi  diqqət  verilmişdir. 
Uşaqlarm  fıziki  inkişafmda  bir sıra  amiliərlə  yanaşı,  milli 
uşaq oyunlan, m üxtəiifyanşlar (güləş, at çapma), təsərrüfat 
fəaliyyəti,  qızlar  üçün  evdarlıq  başhca  rol  oynamışdır. 
Həmin  oyunlar,  yarışlar  və  təsərrüfat  fəaliyyəti  uşaqlarm 
yaş  xüsusiyyətinə  uyğun  olaraq həyata  keçirilmişdir.  Milli 
tərbiyə  məsələlərində  uşaqlann  cinsə  görə  fərqlənməsi 
mövcud olmuşdur.
Uşaqlann əraək tərbiyəsinə erkən yaşlardan başlayırdılar. 
Hələ 3-5 yaşlarmda onlara kiçik işlər gördürməyə, müəyyən 
şeyləri aparıb-gətirməyə öyrədirdilər. Həmin dövrdən başla- 
yaraq uşaqiara çox ciddi  yanaşır,  onlara m üxtəlif vərdişlər 
aşılayırdılar.  Umumi  davramş  qaydaları;  süfrə  başmda  ot- 
urmaq,  oyunlarda  İştirak  etmək,  yaxşmı  pisdən  seçmək, 
qohumları tanımaq, sərbəst soyunub-geyinmək, yuyuımıaq, 
düzgün danışmaq və s.  öyrədilirdi. Bu mərhələdə uşaqların 
tərbiyəsində əsas rolu ailə oynasa da, uşağm digər uşaqlarla 
ilkin  şüurlu  münasibəti  onlarda yoldaşhq,  dostluq,  kollek- 
tivçilik  (xüsusən  ojoanlarda)  ruhları  aşılayırdı.  Bu  yaşda 
uşaqlarm cinsə görə fərqlənməsi nəzərə çarpmırdı.
6-7  yaşmdan  başlayaraq  oğlan  və  qız  uşaqlarmm  tər- 
biyəsində fərqlər yaranır. Qızlarm tərbiyəsi ilə ayrıca məşğul
90


olmağa oğlanlara nisbətən tez başlanırdı.  Qızlar kiçik bacı- 
qardaşlanna baxır, yüngül qablarda su gətirir, həyəti süpürür, 
süfrənin hazırlanması və s. bu kimi işİərdə analarma kömək 
edirdilər.  Sonrakı  yaş  mərhələsində  qızlara  paltar  yumaq, 
xörək hazırlamaq, yamaq qoymaq  (tikiş tikmək),  müəyyən 
qadağan sistemləri, «yaşmma» adəti öyrədilməyə başlanırdı. 
Onlar çöİ-tarla işlərində, mal-qaranm sağıhb əmizdirilməsində 
iştirak edirdilər.
10-14  yaş mərhələsində  qızlar m üxtəlif işləri müstəqil 
yerinə  yetirm əyə  başlayırdılar.  Yaşlılardan  soruşmadan 
yemək hazırlayır,  evi yığışdınr, heyvan sağmağı, süd məh- 
sullan  hazırlamağı  Öyrənirdilər.  Bütün  bu  işlər  ümumi 
şəkildə  «biş-düş»  adlanırdı.  Bu  yaşda  qızlar  toxuculuq, 
təndir yandırmaq, çörək yapmaq (bişirmək), və s. ilə məşğul 
olurdular.  Bu  işlər  çoxlu  q ü w ə   tələb  etdiyindən  qonşu  və 
qohumlar  bir-birlərinə  kömək  edirdilər.  Qız  uşaqlarımn 
fıziki,  əmək  tərbiyəsindən  çox  əxlaq  tərbiyəsinə  xüsusi 
diqqət verilirdi. Onlara məclisdə, ailədə özünü necə aparmaq, 
yaşh  nəslə  münasibət,  qonaq  qarşılayıb-yola  salmaq  və  s. 
öyrədirdilər. Qızm hərtərəfli fonnalaşmasım «qızlar bulağmdan 
su  içmək»  lə  əlaqləndirirdilər.  Qızlar  haqqmda  tez-tez 
deyilən «qoy qızlar bulağmdan su içsin gör nə qız oIacaq?» 
ifadəsi də bununla bağhdır. Bu belə izah olunur: Keçmişdə 
buİağa getmək ən çox qız uşaqlarının və gəlinlərin işi hesab 
edilirdi.  Onlar  orada  qab,  paltar  yuyar,  su  gətirərdilər. 
Burada  qızların  söhbət  məclisi  olardı.  Kiçik  yaşlı  qızlar 
onlara  yaxm   getməzdilər.  Bulağa  gedən  qız  geyiminə, 
səliqəsinə xüsusi  diqqət yetirirdi.  Belə  qızlar həddi-buluğa 
çatmış hesab edilirdi. Naxçıvanda ən yaxşı qızlar haqqmda 
indi  də  deyirlər:  «Biş-düş,  yer-yurd  bilən,  ədəb-ərknalı, 
abır-həyalı,  sünbülündən  su  daman  qızdır».  Bu  ifadələr
91


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə