Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

qalmış,  özgə  sözlə  desək  ipə-sapa  düzülməmiş  nə  qədər 
yazılar var.  Hərdən düşünürəırı,  neçə ki,  ömür aman verib, 
onları  işbyib  nəşr  etdiriməliyəm.  Bu  yazıda  milli-mənəvi 
dəyərlərimizdə  xüsüsi  yer  tutan,  uşaqlarm  ənənəvi  tər- 
biyəsində,  fıziki  inkişafmda ciddi rol  oynayan, yaşiı nəslin 
yaddaşmı  təzələyən  bir  məsələdən-oyun  və  əyləncəİərin 
keçirildiyi meydandan bəhs etmək nİyyətindəyik. Çoxlarmm 
admı eşitdiyi, mahiyyətinin duymadığı meydan məMumundan. 
O meydandan ki,  tarixin alt qatmda yaranıb.
Ulu  Daş  çağmdan  başlanır  türk  yurdu  Naxçıvanm 
nağılı, söyləntisi, hələ qələmə almmamış çox sayda rəvayətləri. 
Bu yurdda hər şey meydandan keçərdi-söz meydanı, hünər 
meydanı,  namus,  ar  meydam.  Nə  qədər  meydan  var  idi?! 
Bu  yurdun  özü  bir  meydan  idi.  Bütün  məsələlər  bu  mey- 
danlarda  həll  edilərdi,  kənardan  gətirilən  meyvə-tərəvəz, 
digər mallar da onlarda satılardı. Uşaqlar alverçİIərin dahca 
qaçıb,  uca  səslə  yem işsatan,  armudsatan  gəldiyini  car 
edərdilər.  Onlarm  da  öz  maraqİarı,  nə  isə  almaq  istəkləri
4
var idi.  Əyinlərində  bir  qədəh tuman və ya aşırmah  şalvar 
olan,  isti günəşin  altmda yanıb  yaxıİmış  bu  oğlan uşaqları 
öz  aləmlərində  idilər.  Böyük kəndlərdə  hər  məhəllənin  öz 
meydanı  vardı.  Bir  baş  meydan  da  var  idi-kənd  meydanı. 
Bəzən məhəİlənin və ya məscidin adı ilə tanmaxdı bu mey- 
danlar.  Meydanm  özünəməxsus  qanunu  mövcud  idi.  Ora 
daha  çox  yaşhiar,  m üxtəlif  oyunlar  oynayan  uşaqlar  to- 
piaşardılar.  Onİarm ən sıx vaxtı çöl-tarla işləri azalanda idi. 
EIə  ki,  təsərrüfat  işləri  başladı  m eydanlar  yaşlılara  və 
uşaqlara  qalardı.  İşini  bitkən  bura  gələrdi,  dərdləşib  söh- 
bətləşərdi.  Yaşiılar  meydana  nəzarət  edərdilər.  Əmək  qa- 
biliyyəti  olan  kişilər  ora  çox  gəldikdə  ağsaqqaİİar  onları 
məzəmmətləyər  və  deyərdilər:  «Sənin  işin-gücün  yoxdur, 
96


nə  avaralanırsan?  Get  işinin  dalınca».  Maraqhdır  ki,  eyni 
münasibət  məktəbli  uşaqlara  da  aid  idi.  Yaşlılar  onlardan 
da soruşardılar: «Sən dərslərini oxumusan?». Bəzən uşaqları 
sual-cavaba tutardılar. Umumiyyətlə ailələrdə bu məsələlərə 
xüsusi  diqqət verİIərdi.  Bir qayda  olaraq  oyunlar uşaqlarm 
boş vaxtllannda keçirilərdi. Sonralai' meydanın bu xüsusiyyəti 
itdi.  Onlarm  bir  çoxu  ordakılarm  dili  ilə  desək  «vaxt 
öldürmək»  yerinə  çevrildi.  Keçmişdə  meydanlar  hamıya, 
daha  çox  yaşhlara,  hətta  ailəli  cavan  oğlanlara  aid  idi.  O 
dövrdə  bizim  əmi,  dayı  deyib yenilməz,  qorxmaz,  hər şeyi 
bilən saydığımız bu mərdİər m üxtəlif oyunlar oynayardılar. 
Meydanlarda «QaIaşənki»j  «Cızığa salma»,  «Şöküdü», hər 
bölgədə  m üxtəlif adlarla  bilinən  aşıq  oyunlan  xüsusi  yer 
tuturdu. Min illərdi ki, oynanırdı bu oyunlar. Qədim yaşayış 
məskənlərindən  aşkar  edilmiş  çoxlu  aşıq  nümunələri  bu 
oyunun İlk Tunc dövründən,  bəlkə ondan ə w ə l də bəlli ol- 
duğunu göstərir. Aşıq oyunlan mövqe tutma. strateji, taktiki 
müdafiə, hücum kiıni davam edərdi. «Kitabi-Dədə Qorqud»da 
da  belə  idi,  XX  yüzilliyin  60-cı  illərində  də.  Ozgə  sözlə 
desək,  aşıq  oyunları  ən  azı  beş  min  il  bu  ənənə  mövcud 
olmuş, nəsillərdən-nəsillərə ötürülərək yaşadılmışdır. «Kitabi- 
Dədə Qorqud»da Buğac meydanda aşıq oynayarkən buğanı 
öldürüb  Buğac  admı  ahr(16,  s.36).  O  təkcə  Buğac  admı 
almır. Bir anda aşıq oynamaqdan bəyhyə keçir, hakimiyyət 
qazanu-.  Oğuz  bəyləri  yığm aq  olub  el  ağsaqqah  Dədə 
Qorqudu  çağırırlar  ki,  gəhb  ona yeni  görəv,  status  versin, 
«sənin aşıq oynaman bitmişdir, ərlik, ərənlik, bəylik, igidlik 
məqamm başlamışdır» desin.
Hey Dirsə Xan!  Oğlana bəylik vergil,
Təxt vergİI-ərdəmhdir!
Boynu uzm bədəvi at vergil,


Binər olsun, hünərlidir!
Ağ ayıldan tümən qoyun vergil,- 
Bu oğlana şişlik olsun, ərdəmlidir!
Qaytabandan qızıl dəvə vergil bu oğlana,
Yüklət olsun, hünərlidir!
Altun başlu ban ev vergil bu oğlana,,
Kölgə olsun, ərdəmlidir!
Çigin quşlu cübbə ton vergil bu  oğlana,
Geyər olsun,  hünərlidir!  (16. s.36).
Beləcə, yeni hakimi>^ət,  idarə üsulu yarandı,  bir bəy 
də taxt sahibi oldu. Könlüm istər ki, bu kiçik bədii hissədə 
olan  mənaya  bir  az  yer  ayınm .  Allahım!  Bu  millət  nə 
qədər zəngindir.  Cəmisi  bir neçə  sətirdən  ibarət  olan  nü- 
munədə  nələr  yoxdur?!  Bəylik  vermək,  idarə  sisteminə 
m alik  olmaq,  bir  statusdan  digərinə  keçmək,  sərbəst 
məşğuliyyət  sahələri-maldarlıq  (qoyunçuluq)  yaratmaq, 
bədəvi  ata,  ticarətin,  yükdaşımanm   inkişafı üçün  dəvəyə 
malik  olmaq,  yeni  el,  oba  qurmaq,  idarəçilik  üçün saray, 
nəhayət  türkün  hakim iyyət  fəmzi,  tamğası  olan  quşlu 
cübbə vermək.  Oğuz igidlərinə, alpanlarma diqqət versək 
onlarm özlərinə məxsus qiyafələri, atları var: A1 məxmuri 
şaivarh,  atı  bəhri  qotazı  Q aragünə  oğlu  Qarabudaq, 
qurqupma  quşaqh,  qulağı  altun  küpəli  Qazlıq  qoca  oğlu 
bəy Yegnək, altmış ərkəc dərisindən kürk eləsə, topuqlarmı 
örtməyən,  altı  ökəc  dərisinən  külah  etsə  qulaqlarım  Ört- 
miyən,  at  ağızh A ruz  və  s.  Bəylər  geyimləri,  qiyafələri, 
atları  iİə  tanınardılar.  H ər  şey  meydanda  həll  olardı.  Bu 
meydan  min  illər  mövcud  olmuşdu,  aşıq  da  həmin  aşıq 
idi:  Qurğuşunlu  səqqə,  zelaf,  sürtuk  (sürtülmüş),  cünük, 
duruşqul,  məməli,  yaşıl,  qırmızı,  sarı,  hər  cür  boyaqh 
aşıqlar.  Onlar da oynadı, biz də,  ustad  Şəhriyar da:
98


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə