Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   25   26   27   28   29   30   31   32   33

Babəkə, Cavanşirə, hər hansı nağıl qəhramanına bənzədirdi. 
«Atmm» adı da milli idi:  Qırat, Alapaça və s.
E1  meydam  xalqm  tamaşa,  yığmcaq  yeri  idi.  Burada 
kəndirbaz, kosa-kosa, m üxtəlif bayramlar, xanbəzəmə, pəh- 
ləvan oyunları keçirilərdi.
Meydanlarm ətrafmda, damlann, divarlarm və ya burada 
olan qarağac, narbənd, tut və çinar ağaclarmm kölgələrində 
öz yerləri vardı məhəllə ağsaqqalarmm. Onlar bu meydanlarm 
daimi  iştirakçıları  idilər.  Yastı  daşlardan,  qısa  ya  uzun 
tirlərdən  düzəldilmiş  xüsusi  yerlərdə  əyləşər,  oyunİara 
tamaşa edərdilər. Onu da xatırlayıram ki, ilin soyuq vaxtlarmda 
daş  üstə  oturmazdılar,  «daş  yeldi,  xəstəlikdi»-  deyərdilər. 
Kişilərdən  fərqlİ  olaraq  yaşh  qadmlar  qonşularm  birinin 
həyətində  və  ya  məhəllə  meydanımn  az  hərəkətli  olan  bir 
yerİndə oturub söhbətləşərdilər. Hər qadmm kiçik döşəkçəsi 
var idi.  Döşəkçəsini  götürdüsə  deməli  o  harasa gedəsi  idi. 
Beləcə  davam  edərdi  qadm-qadma  söhbətlər.  Bir  şey  də 
maraqh idi. Qadmlar elə-belə quru söhbət etməzdilər. Kimisi 
teşidə yun əyirər, kimi corab, əlcək toxuyar, kimi yun didər 
və s.
Kiçiklərin, oyunçularm işinə yaşhlar qarışmazdı. Çünkİ 
meydan özü hər şeyi öyrədirdi. Balacalar özündən böyüklərdən 
öyrənə-öyrənə  gələrdilər  bu  meydanİara.  Oyunda  səhv  et- 
səydilər  sonra  düzəldilərdi.  DəcəL  cığal  oyunçular  oyuna 
şuluq  qatardılar.  Bəzən  arada  savaş  çıxardı.  Ətrafdakı 
ağsaqqallardan biri kimliyini bilmədiyi uşaqlara «bir qülaqbur- 
ması» verərdi,  bununla da məsələ bitərdi. Atalar çox qarış- 
masalar  da  bəzən  analar  işə  müdaxilə  edərdilər.  Amma 
ətrafdakılar, xüsusən qonşular:  «Uşaqla-uşağm arasma gir- 
məzlər.  Bu  gün  savaşarlar,  sabah  barışarlar»-  deyib,  aranı 
sakitləşdirərdilər.
102


Uşaq  oyunlan  yaş  dövrünə  görə  fərqlənirdi.  Evdə, 
həyətdə  oğlanlar  qızlarla  birgə  «Qəcəmədaş»,  «Beş  daş», 
«GizIən-parc», «lağ-lağ», «Ciqerəqatma» və s. oynayardılar. 
Meydan  oyunlarma  gəlincə  qızlar  onda  iştirak  etməzdilər. 
Bir  qayda  olaraq  meydan  oyunlan  10-12  yaşmdan  sonra 
oynanılardı.  Bu vaxtdan,  bəzən  daha erkən yaşlarda  qızlar 
özləri  oyunlar  təşkil  edərdilər.  Əgər  oğlanlarm  oyununda 
daha çox hərəkətlilik,  güc üstünlük təşkil  edirdisə,  qızlarm 
oyunlarmda  evdarlıq,  gəlincik  düzəltmə,  «Qəcəmədaş», 
«Beş  daş»,  «Dom-dom»,  «YeIləncək»,  «Fincan-fmcan», 
«Bənövşə»,  «Gizlən-parc»  və  s.  bu  kimi  oyunlar  geniş 
yayılmışdı. Hələ erkən yaşlardan qızlar gəlincik düzəltmək, 
nənni  (beşik)  asmaq  öyrənir,  «XaIa-xala»,  «Evcik-evcik» 
oynayırdılar.  Bu  oyunlarda  isə  qonaq  qəbul  etmə,  xörək 
bişirmək,  uşağa  qulluq  və  s.  əsas  yer  tuturdu.  Nisbətən 
yuxarı  yaşlı  qızlar  oğlanlara  qoşulub  oynayanda  onları 
məzəmmət edərdilər. Eyni vəziyyət qızlara qoşulub oynayan 
oğlanlara aid idi. Belələri «qız kimi», «qızbibi» adlandırılırdı.
Oyunlarda  qaydalara  ciddi  əməl  olunurdu.  Güclünün 
zəifı  incitməsi yol verilməz idi.  Hər kəs  Öz tay-tuşu ilə oy- 
nayardı. Yaşlı uşaqlar kiçiklərə nəzarət edərdilər. Kollektiv 
oyunlarda  dəstə  marağı  əsas  idi.  Dəstələrə  isə  daha  aktiv, 
bacanqlı olanlar rəhbərlik edərdilər. Uşaqlar arasmda qovğa, 
dalaş  olanda  «birə  bir  deyibləo)  prinsipi  hakim  idi.  Bu 
məsələdə  yaş  fərqi  və  fıziki  inkişafa  da  xüsusi  diqqət 
verirdilər.  Uşaqlar  aralarmdakı  mübahisəni  özləri  həll 
edərdilər. EIə uşaqlar olurdu ki, onlan oyuna buraxmırdılar. 
Belələri «oyunpozan»,  «dəcəl (cığal)»,  «davakar» və s.  ad- 
lanırdılar.  O  dövr  üçün  bu  bir tərbiyə  vasitəsi  idi.  Uşaqlar 
arasmda oğurluq bağışlanmaz günah sayılırdı. Yoldaşlanmn 
hər  hansı  bir  əşyasını,  aşığmı  oğurlayan  uşağı  oyuna  qat-
103


mazdılar.  Onu  görən  kimi  uşaqlarm  hamısı  bir  ağızdan: 
«Oğurçu,  oğurçu» və ya  «oğurçu  bəndə,  gəlmə  bu  kəndə» 
deyib qışqırardılar. Bəli, bu böyük tənbih idi.
Dəstənin  sirrini,  gizli  adları  digərlərinə  bildirmək 
olmazdı.  Belələri  «satqm»,  «şeytan»  adlandınlardı.  Onlar 
gələn kimi «danışmaym, içimizdə şeytan var», açıq şəkildə 
«sən şeytansan» deyib oyuna buraxmazdılar. Bu fıkir bütün 
kənd üçün hakim idi. Özünü təklənmiş hiss edən, kollektivdən 
qopmuş  birinin söz verib,  ən müqəddəs saydığma and  içib, 
əməlindən əl çəkməkdən özgə çarəsi qalmırdı. Bu bir tövbə 
idi,  el  tövbəsi.
Oyun zamanı gücsüzün, zəifm qəlbinə dəymək, kiminsə 
qüsurunu üzə vurmaq günah sayılırdı.
Uşaqlar arasmda məhəllə və həbə  (mərkəz) təsübü var 
idi.  Böyük  kəndlərdə  bir  məhəllənin  uşağı  az  halda  digər 
məhəllənin  meydanma gedərdi,  orada  oyun  oynayardı.  Bu 
məsələdə qonaqlar müstəsna idi.  Əksinə,  onlarm oynaması 
müsbət  cəhət  kimi  qiymətləndirilirdi.  Meydanı,  həbənİ 
qorumaqdan,  məhəllənin  qeyrətini  çəkməkdən,  buradakı 
oyunlarda qalib gəlməkdən başlayırdı vətən sevgisi, yurdun, 
torpağm  müdafiəsi,  ar,  namus,  böyük,  kiçik  məsələbri. 
Meydanlar təkcə oyun mərkəzi deyildi. Burada həll olunurdu 
bir  sıra  məsələlər,  el  şənlikləri,  buradan  almırdı  bütün 
məlumatlar.  Böyük  kiçikliyindən  asıh  olaraq  meydanlar 
sənətkarlıq  və  ticarət  mərkəzləri  idi.  Lazım  gələndə  bir 
yerdə dairə çəkib onu da meydan adlandırardılar. Meydanlar 
ictimai  yerlər,  əyləncə  mərkəzi,  el  səhnəsi  idi.  Burada 
aşıqlar deyişər, bağlaşar, bir-birinin sazım alar, pəhləvanlar 
meydan sulayar, özlərinə qənim axtarar, biri digərinin kürək- 
lərini yerə vurardılar.  Ətrafa, divarlann, evlərin üstünə top- 
lanmış insanlar alqış deyərdilər. Ay! «Kitabi-Dədə Qorqud»da
104


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə