Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

İnanırıq ki,  «İzahlı muğam lüğəti»ndə muğama aid terminlərin şərhi, 

X IX -X X   əsrlərdə  yaşayıb-yaratm ış  m uğam   ifaçılarının  fo to ları  və 

o n la rın   səs  kolleksiyası  m uğam sevərlərin  b ö y ü k   m arağ ın a  səbəb 

o la c a q d ır.  Q eyd  etm ək   la z ım d ır  ki,  son  d ö v rlə rd ə   m illi  m usiqi 

kulturologiyası  sahəsində  bizim  təqdim  etdiyimiz  səpkidə,  yəni  ayrıca 

çap olunmuş şəkildə muğam lüğəti mövcud deyil. Təqdim olunan layihədə 

m uğam   m ədəniyyətinin  əsas  m eyarları  nəzərə  alınm ışdır.  Layihədə 

əhəmiyyətli  mənbələrdən,  o  cümlədən  dahi  bəstəkarımız Ü.Hacıbəylinin 

“A zərb ay ca n   xalq  m u siq isin in   ə s a s la n ” ,  Ə .B ədəlbəylinin  “ İzahlı 

m o n o q rafik   lü ğ ət” ,  A .Ə liverdibəyovun  “R əsm li  m usiqi  ta rix i”  və 

H.Əliyev  Fondunun  Prezidenti  M ehriban  xanım  Əliyevanın  rəhbərliyi 

ilə həyata keçirilən  “M uğam ensiklopediyası” kimi qiymətli mənbələrdən 

istifad ə  o lu n m u şd u r.  L ay ih ən in   ideyasının  əsasını  m uğam ın  həm 

term inoloji  izahı,  həm  də  m uğam ların  m usiqi  təcəssüm ü  təşkil  edir. 

“İz a h lı  m uğam   lü ğ ə ti”nin  h a z ırla n m a sı  A zərb ay ca n   m usiqisində 

te rm in ş ü n a s lıq   sah əsin d ə  m ö v cu d   o la n   b ö y ü k   b ir  b o şlu ğ u n  

d o ld u ru lm asın a  doğru  yönələn  əhəm iyyətli  add ım lard an   biri  kimi 

qiymətləndirilə  bilər.

“İzahlı  muğam  lüğəti”nin  əsas  m əziyyətlərindən  biri  də  burada 

muğam  dünyası  haqqında  dolğun  təsəvvür  yaradan  mətbu  məqalələrin 

yer  alması,  muğam  term inlərinin  Azərbaycan  dili  ilə  yanaşı,  ilk  dəfə 

olaraq  ingilis  dilində  izahlarının  verilməsidir.  Layihənin  Azərbaycan 

və  ingilis  dillərində həyata  keçirilməsi  bu  lüğətin  dünya  səviyyəsinə  çıxa 

bilməsinə  əlverişli  zəmin  yaradır.

6

AĞI.  Ağlaşma  zamanı  avazla  oxunan  nisgilli  sözlər.

ALƏT.  Musiqi aləti.  Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi 

qurğu. Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə 

görə  fərqlənir.  Simli musiqi  alətləri  -  simlərin  səsləndirilməsi  üsullarına 

görə  növlərə  bölünür:  kamanlı  alətlər  -  skripka,  alt  (viola),  violonçel, 

kontrabas;  dartımlı  alətlər  -  arfa;  mizrablı  alətlər,  zərbli  alətlər. 

Azərbaycan  xalq  musiqi  alətləri:  simli  alətlər:  tar,  saz,  ud,  tənbur 

(mizrablı alətlər); kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər); 

səntur (simli-zərbi alət) və s.  nəfəs alətləri:  zurna, tütək, ney, balaban və 

s.; zərb  alətləri:  nağara, qoşa nağara,  qaval,  dəf və s.

ALƏTŞÜNASLIQ.  Musiqi  alətlərinin  quruluşunu,  texniki  xüsusiyyətlərini 

və  ifaçılıq  imkanlarını  öyrənən  elm.

ALT MİZRAB. Mizrabla çalınan simli musiqi alətlərində (tar, saz, ud) çalğı 

üsulu. Bəzən buna “tərs mizrab” da deyilir. Mizrabın sim üzərinə aşağıdan 

yuxarı  vurulmasından  ibarətdir.  Çox  vaxt  notlar  üzərində  V  işarəsi  ilə 

qeyd  edilir.

ANSAMBL (fr.:ensemble -  birgə,  birlikdə).  İki və daha artıq musiqiçidən 

ibarət olan,  birgə musiqi əsərini ifa edən qrup.  Musiqiçilərin sayma görə 

ansambl duet, trio (terset),  kvartet, sekstet,  septet,  oktet, nonet,  desimet 

ola  bilər;  ansambl  termini,  həmçinin,  xor  və  orkestrlərə  də  aid  edilir. 

Azərbaycan  milli  musiqi  ifaçılığında  muğam  ansamblları,  xalq  çalğı 

alətləri  ansamblları  əsas  yer  tutur.  Muğam  ansamblına  “xanəndə  və 

sazəndə dəstəsi” və yaxud “muğam üçlüyü” deyilir. Bu ansambl xanəndə, 

tarzən  və  kamança  çalanlardan  ibarətdir.  Bəzən  muğam  ansamblına 

nağara  və  balaban  da  əlavə  edilir.  Xalq  çalğı  alətləri  ansamblı  xalq



7

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

ifaçılığında  istifadə  olunan  simli (tar,  kamança,  saz,  qanun,  ud),  nəfəsli 

(zurna,  balaban, ney), zərb (nağara, qoşa nağara) alətlərindən ibarətdir.

ARAÇALĞI.  Xalq musiqisində  istifadə  olunan  termin;  vokal-instrumental 

musiqi janrlarında - zərbi muğamlarda, təsnif və mahnılarda bəndlərarası 

instrumental  ifa.

ARAZBARI.  “Şur”  kökündə  olan  zərbli  muğamlardan  biri.  Ölçüsü  3/4- 

dür.  Solo  və xorla  oxunur.  Poetik mətni  xalq  bayatılarından  ibarətdir. 

Hər  bəndin  sonunda  “ay  zalım”  sözləri  təkrarlanır.  Aşıq  havası  kimi 

ustad  aşıqların  irsinə  daxildir.  Ü.Hacıbəylinin  “Leyli  və  M əcnun” 

operasının V şəklinin əvvəlində “Arazbarı” zərbi muğamının instrumental 

melodiyasından  orkestr  epizodunda  istifadə  olunmuşdur.  Sonralar 

bəstəkarlar  tərəfindən  müstəqil  orkestr pyesi  kimi  işlənilmişdir.

AŞIQ-GUŞ (və ya aşiqi-qoş; mənası:  “aşiqlərin söhbəti”).  “Zabul Segah” 

dəstgahının  son guşəsi.

AŞIX.  Simli musiqi  alətinin  qolunda  simlərin  sarıldığı  balaca paya.

AVAZ.  1.  Musiqinin nəğməkar səsi ilə ifa edilməsi (f.: avazi-bəm - aşağı səs, 

bas);


2.  Müasir vokal - instrumental musiqidə nəğməkar partiyasına  aid  olan 

not  sətri;

3.  Səs,  səda.

AVAZAT.  Şərq klassik musiqisində məlum  12 muğamdan (Üşşaq, Nəva, 

Busəlik,  Rast,  Əraq,  İsfahan,  Zirəfkənd,  Büzürg,  Zəngulə,  Rəvahi, 

Hüseyni, Hicaz)  əlavə 6 dəstgahm (Qəveşt, Gərdaniyyə, Səlmək, Novruzi, 

Mayə,  Şahnaz)  məcmusu.

AVAZİ-NAQİS.  Muğam şöbəsinin sonunda ifa olunan cümlə, tamamlayıcı 

kiçik  instrumental  epizod.

AVAZI XOŞ  ULU MUĞAM.  Konsert layihəsi.

AVAZƏ.  Mahnı.

AVAZƏXAN.  Müğənni.

AYAQ ETMƏ. Musiqi mətləbini qurtarıb başlanğıc kökünə (mayəyə) qayıt­

maq  prosesi;  kökünə  qayıtmaq.  Muğam dəstgahının  sonunda  “mayəyə 

ayaqetmə” bir qədər geniş olur və koda tipli musiqi qurumunu əmələ gətirir.

8

AZƏRBAYCAN. “Rast”, “Şur”, “Çahargah” dəstgahlarmm tərkibində olan 

şöbələrdən  biri,  xalq  rəqsi,  “Bayatı-Kürd”  və  “Şahnaz”  muğamlarının 

tərkibində  ifa  olunan  son  şöbə.

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ANSANBLI. Müxtəlif xalq 

çalğı  alətlərindən  təşkil  olunmuş  ansambl:  tərkibinə  simli  (tar,  ud,  saz, 

kamança, qanun), nəfəsli (zurna, balaban, tütək) və zərbli (nağara, qoşa 

nağara,  şaxşax  və  s.)  musiqi  alətləri  qrupları  daxildir.  M üxtəlif 

ansambllarda  bu  qruplardakı  alətlərin  sayı  dəyişilə  bilər.  Xalq  çalğı 

alətləri  ansamblının  repertuarı  muğam,  təsnif,  rəng,  xalq  mahnı  və 

rəqslərindən ibarət olur. Xalq çalğı alətləri ansambllarının əsas xüsusiyyəti 

şifahi  ənənə  əsasında  (notsuz)  ifa  tərzindən  ibarətdir.  Respublikada 

kollektivlərin sayı çoxdur.  Onlardan Əhməd Bakıxanov adma xalq çalğı 

alətləri ansamblı, Baba Salahov adma “Araz” xalq çalğı alətləri ansamblı, 

Əhsən  D ad aşo v   adına  “X atirə”  xalq  çalğı  alətləri  ansam blı  və 

respublikamızın  müxtəlif şəhərlərində,  rayon  mərkəzlərində,  ali  və  orta 

ixtisas məktəblərinin, mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən 

ansambllar  qeyd  oluna  bilər.

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ. Tərkibi, əsasən, 

xalq  çalğı  alətlərindən  ibarət  olan,  notla  çalan  musiqi  kollektivi. 

Orkestrin partitura sxeminə: nəfəsli alətlər-balabanlar (I,II,III,IV), tütək, 

zurna,  klarnet,  qoboy,  fleyta; zərb alətləri  -  qaval,  nağara, qoşa  nağara; 

simli  -  kamanlı  alətlər  -  kamança,  kontrabas;  simli  -  mizrablı  alətlər  - 

tar  (I,II,U l),  saz  (I,II),  qanun,  bas  -  tar  (dütar  -bas),  ud,  fortepiano 

daxildir.  İlk  dəfə  bu  orkestri  Üzeyir  Hacıbəyli  (1931)  yaratmışdır.  Bu 

orkestr  üçün ilk  əsərləri də (“Çahargah”  və “Şur”  fantaziyaları)  Üzeyir 

bəy  yazmışdır.  Sonralar  bu  orkestrə  qoboy,  fortepiano  və  başqa alətlər 

daxil  edilib.

AZƏRBAYSAN XALQ M USİQİSİNİN ƏSASLARI.  Ü.Hacıbəylinin 

Azərbaycan  lad-məqam  sisteminin  öyrənilməsinə  aid  sanballı  tədqiqat 

əsəri.  İlk  dəfə  1945-ci  ildə  Bakıda  çap  olunm uşdur.  M üəllif  bu 

tədqiqatların qayəsini belə səciyyələndirir: “Mənim bu əsərim Azərbaycan 

xalq  musiqisinin  əsas  cəhətlərini  öyrənmək  üçün  nəzəri  bir  vəsait  və 

Azərbaycan  ladları  əsasında  musiqi  yazan  bəstəkarlara  bir  yaradıcılıq 

köməyidir”.  Bu  monoqrafiya  pedaqoji  baxımdan  tədris  materialı  kimi 

də  qiymətlidir.  A rtıq  50  ildir  ki,  onun  əsasında  “Azərbaycan  xalq 

musiqisinin  əsaslan”  kursu  ADK-nın  bütün  fakültələrində,  həmçinin 

m usiqi  tex n ik u m ların d a  və  m usiqi  m əktəblərində  tədris  edilir. 

Monoqrafiya  indiyədək  Bakıda  dəfələrlə  nəşr  olunmuşdur:  1945  (rus 

dilində);  1957,1962,1965 (Azərb. dilində);  1985, 2010 (Azərb., rus, ingilis 

dillərində);  elektron  kitabı  kimi:   

(Azərb.,  rus,  ingilis  dillərində).



9

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə