Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

DƏF  (iti.:  tamburino).  Zərb  aləti.  Bir üzünə  dəri çəkilmiş  taxta  dairədən 

ibarətdir.  Dairəyə  kiçik metal  lövhəciklər  birləşdirilir.

DƏRAMƏD. Muğamın əvvəlində ifa olunan kiçik instrumental müqəddimə.

DƏSTGAH  (ər.,  f.:  dəst  -  komplekt  +  gah  -  mövqe,  məqam,  məkan). 

Müəyyən  muğam  tərkibinə  daxil  olan  bütün  şaxələr,  şöbələr,  guşələr, 

rədiflər,  rənglər və  təsniflərin küll halında,  məntiqi  inkişaf qaydası üzrə 

mütəşəkkil  məcmusu.

Muğam  dəstgahlar  bunlardır:

“Rast”


“M ahur-Hindi”

“Orta-M ahur”

“Bayatı-Qacar”

“Şur”


“Segah”

“Zabul  Segah”

“Mirzə-Hüseyn  Segahı”

“Şüştər”


“Çahargah”

“Bayatı-Şiraz”

“H umayun”

“R ahab”


DƏŞTİ (ər.  dəşt - çöl, səhra).  1.  “Şur” dəstgahının əsas şöbələrindən biri;  2. 

“Gileyi”,  “Gəbri”,  “Bayatı-kürd”,  “Nəhib”,  “Qərai”,  “Məsnəvi-nur”  və 

“Şah  Xətai”  şöbələrindən  ibarət  muğam  (“Şur”  kökündə).

18

DİLKƏŞ (f.: cazibəli, xoşagələn, valehedici). Muğam şöbəsi.  “Şahnaz” kiçik 

həcmli  muğamının  ikinci  (bəm)  şöbəsi:  “Şahnaz”  ilə  “Şəddi-şahnaz” 

arasında  ifa  olunur.  Dinləyicidə  dərin  lirik  təsir  oyandırdığına  görə 

xanəndələr  çox  vaxt  “R ast”  və  “M ahur”  muğamlarında  “Vilayəti” 

şöbəsini  “Dilkəş”lə  əvəz edirlər.

DİLRÜBA (f.: - füsünkar, məftun edən). “Bayatı-Şiraz”  dəstgahında sonun­

cu  şöbə  (mayəyə  enmək  üçün).

DİRİJOR  (fr.:  diriger  -  rəhbərlik  etmək,  idarə  etmək).  Ansambl  (orkestr, 

xor,  opera  və  s.)  musiqisinin  öyrənilməsinə  və  ifasına  rəhbərlik  edən 

şəxs;  ifa  olunan  əsərin bədii təfsiri  dirijora məxsusdur.

DİRİNGİ. Azərbaycan  şifahi ənənəli professional musiqisində instrumental 

musiqi janrı,  rəngin  bir  növü.  Xalq  musiqi  ifaçılığında  rəqs  xarakterli 

rəngləri  diringi  adlandırırlar.  Diringilərin  musiqi  məzmununun  əsasını 

rəqs  melodiyaları  təşkil  edir.

DUET  (aim.:  Duett,  lat.:  duo  -  iki  sözündəndir).  İki  ifaçıdan  -  müğənni  və 

ya çalğıçıdan ibarət ansambl. İki ifaçı üçün bəstələnmiş əsər; hər ifaçının 

məxsusi  partiyası  olur.

DUETTİNO.  Kiçik  həcmli  duet.

DULOGİYA (lat.:  duo  - iki,  yun.:  logos - məfhum,  təlim,  anlayış).  Eyni bir 

mövzu  ətrafında  birləşmiş  iki  müstəqil  hissədən  ibarət  əsər.  Hissələr 

dramaturji  süjet  xəttinə  görə  bağlı  olmayıb,  bir-birindən  fərqlənir  və 

ayrı-ayrılıqda  da  ifa  olunur.

F.Əmirovun  “Şur”  və  “Kürd  Ovşarı”  simfonik  muğamları  dulogiya 

əmələ  gətirir.

DÜGAH.  1.“Bayatı-Qacar”,  “Ruh-ül-ərvah”,  “Mavərənnəhr”,

“Hüseyni”,  “Şikəsteyi-fars”,  “Dilrüba”,”Əraq”,  “Zəng-şötör” və “Rak” 

şöbələrindən  ibarət  dəstgah.

DÜTAR.  İki  simli  saza  bənzəyən  dartımlı  musiqi  aləti.

19

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 

ƏBÜLÇƏP.  Muğam  şöbəsi.  “Bayatı-Şiraz”  muğamında  ifa  olunan  guşə.

ƏFŞARI  (ovşarı).  1.  “Şur”  kökündə  olan zərbi muğamlardan biri;

2.  Aşıq  yaradıcılığında  “Şur”  kökündə  vokal  -  instrumental  musiqi 

forması.  Əsas  ölçüsü  zərbi  muğamda  olduğu  kimi  2/4-dir.  Melodik  və 

ritmik  cəhətdən  divani  formasına çox  oxşayır;

3.  İran musiqisində “Şur” dəstgahına mənsub şöbələrdən biri.  Tərkibinə 

“Camədəran”,  “Bayatı-race”,  “Muyə”,  “Şikəstə”,  “Nəhib”,  “Qərai”, 

“Məsnəvi”  və  “Şah Xətai”  şöbələri  daxildir.

ƏMİRİ.  “Rahab”,  “Şüştər”  muğamlarının  başlanğıcında  ifa  olunan  kiçik 

şöbə.

ƏRAQ.  1  .Yaxın  və  O rta  Şərq  xalqları  klassik  musiqisinin  əsasını  təşkil 



edən  12  muğamdan  beşincisi;

2.  “ R a s t” ,  “Segah” ,  “M ah u r-h in d i”  və  “R ə h a b ”  dəstgahlarm m  

kulminasiya  nöqtəsini  (bax:  Ovc)  özündə  əks  etdirən  və  öz  bədii  təsir 

qüvvəsi  etibarilə  adları  yuxarıda  qeyd  olunan  dəstgahların  olduqca 

gümrah və əzəmətli səslənən əsas  şöbəsi.

ƏRUZ VƏZNİ. Şərq (o cümlədən, Azərb.) klassik şeirinin əsasını təşkil edən 

vəzn.  Əruz ilk dəfə VII - VIII əsrlərdə Bəsrə şəhərində ərəb şairi və alimi 

Xəlil  ibn  Əhməd  tərəfindən  yaradılmış  və  sistemə  salınmışdır.

Əruz vəzninin  19 bəhri var: təvil, kamil, səri, münsərih, mütəqarib, rəcəz, 

rəməl,  həzəc,  mədid,  bəsit,  vafir,  xəfif,  müzare,  müqtəzəb,  müctəs, 

mütədarik  (sadalanan  16  bəhr  ərəb  şeirində  işlədilir),  cədid,  qərib  (bu 

bəhrlər  əruzdan  istifadə  edən  başqa  xalqlar  tərəfindən  yaradılmışdır). 

Azərbaycan  şeirində  bu  bəhrlərdən  çoxuna  təsadüf  olunur.  Klassik

20

Azərbaycan  şairlərindən  Nizami,  Xaqani,  Füzuli,  Seyid  Əzim,  Sabir  və 

b.  əruz vəznində çox dəyərli əsərlər yaratmışlar.

ƏRGƏNUN.  Klavişli  üfləmə  musiqi  aləti.

ƏSAS PİLLƏLƏR.  Majorda və minorda  I,  IV və V pillələr (tonika,  ondan 

kv in ta  aşağı  yerləşən  su b d o m in an ta  və  kv in ta  yuxarı  yerləşən 

dominanta).  Bu  pillələrdə  qurulan  akkordlar  ladlarm  major-minor 

sistemində  mühüm  əhəmiyyət  kəsb  edir.

ƏSAS TON.  1. Tersiya quruluşlu akkordun sıx düzülüşündə aşağıda birinci 

yerləşən səs.  Başqa sözlə, akkordun priması.

2.  Harmonik həm  sədalar şkalasında ən  aşağı və aydın  səs.

ƏSƏR.  1.  Bəstəkar  tərəfindən  yaradılan musiqi.  2.  Musiqi əsəri  (lat.  opus). 

Hər  bir  bəstəkar  yaratdığı  əsərləri  adətən  ardıcıllıqla  nömrələyir:  məs., 

op.l;  op.2  və  s.  Bəzən  bir  nömrə  ilə eyni vaxtda  yaranmış  bir  neçə  əsər 

işarə  olunur.

ƏŞİRAN (hərf,  qohum - əqrəba,  dost - aşna).  1.  “Orta  M ahur”,  “R ahab” 

dəstgahmda “Əraq” şöbəsindən sonra, “Nəva” dəstgahında “Zəng-şötör” 

şöbəsindən  əvvəl  duran şöbə;

2.  Ərəb  musiqisində  “Əşiran”  (ikinci  pərdəsi  yarımton  alçalmış  lya- 

minor),  “Əcəm-əşiran” (ikinci və beşinci pərdələri yarımton alçalmış lya- 

minor)  və  “Müqabil-əşiran”  adlanan  məqamların  səsdüzümü.

21

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə