Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

instrumental  şəkildə  “  Rast”  muğamını  rus musiqişünası V.Krivonosov 

nota yazmışdır. İkinci not yazısı isə bəstəkar Tofiq Quliyevə məxsusdur. 

Bu  not  yazısı  “R ast”  muğam  dəstgahının  vokal-instrumental  şəkilini 

əks  etdirir  və  Zülfü  Adıgözəlovun  və  Q urban  Primovun  ifasından 

yazılmışdır.

1960-cı  illərdə  bəstəkar  N ərim an  M əm m ədovun  tarzən  Əhməd 

Bakıxanovun  ifasından  nota  yazdığı  instrum ental  m uğam lar  çap 

olunmuşdur: “Bayatı-Şiraz” və “Şur” (1962), “Rast” və “Şahnaz” (1963), 

“Çahargah”  və  “Humayun”  (1962),  “Segah-Zabul”  və “Rahab”  (1965). 

N .Məmmədovun  1970-ci illərdə vokal-instrumental şəkildə nota yazdığı 

“Ç ahargah”  (1970)  muğamı  xanəndə  Yaqub  Məmmədovun,  “R ast” 

(1978) muğamı Hacıbaba Hüseynovun ifaçılıq təfsirinə uyğundur.  2000- 

ci illərdə muğamların not yazıları kamança ifaçısı, sənətşünaslıq namizədi 

A rif Əsədullayev  tərəfindən  tarzən  Elxan  Mirzəfərovun  ifasında  nota 

salınıb  çap edilmişdir:  “Bayatı-Şiraz”  və  “Humayun”  (2003),  “Rast”  və 

“Çahargah”  (2005),  “Şüştər”,  “Şur”,  “Zabul  Segah”  (2006).  Muğam- 

dəstgahlarla  yanaşı,  muğamın  digər janrlarına  aid  nümunələr  də  nota 

yazılıb  çap  olunmuşdur:  S.Rüstəmov.  “Azərbaycan  xalq  rəngləri”  (I 

dəftər -  1954, II dəftər -  1956), Ə.Bakıxanov.  “Azərbaycan xalq rəngləri” 

(1964),  “A zərbaycan  ritm ik  m u ğ am ları”  (1968),  R .Z öhrabov. 

“Azərbaycan  təsnifləri”  (1983),  “Azərbaycan  zərbi  muğamları”  (1986), 

“Zərbi  muğamlar”  (2004),  E.Mansurov  və  A.Kərimov.  “Azərbaycan 

dəraməd və rəngləri”  (1984),  “Azərbaycan diringi və rəngləri”  (1986).

MUĞAM OPERASI. XX əsrin əvvəllərində Azərbaycanda meydana gəlmiş 

orijinal  opera  ja n rı  Üzeyir  H acıbəylinin  yaradıcılığında  təşəkkül 

tapm ışdır.  Onun  muğam  sənətinə  əsaslanaraq  yaratdığı  “Leyli  və 

Məcnun”  (1908)  operası  ilə  Azərbaycanda  və  Şərqdə  opera  sənətinin 

əsası  qoyulmuşdur.  Bu  əsərin  tamaşaya  qoyulması  musiqi  teatrının 

y aranm asına  səbəb  olm uş,  A zərbaycanda  bəstəkarlıq  sənətinin 

bünövrəsini  qoymuşdur.

Bu  hadisə  muğam   ifaçılığı  sənətinin  hüdudlarını  genişləndirmiş, 

xanəndələrin  opera  səhnəsinə  çıxmasına  təkan  vermişdir.  Ü.Hacıbəyli 

həmçinin “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas 

və  Xurşid  Banu”  (1912),  “Əsli  və  Kərəm”  (1912),  “Harun  və  Leyla”

(1915) operalarının müəllifidir. Ü.Hacıbəylinin yaradıcılıq təcrübəsindən 

bəhrələnən  digər  b əstək a rlar  da  m uğam   o p eraları  yaratm ışlar: 

Z.Hacıbəyovun  “Aşıq  Qərib”  (1916),  M.Maqomayevin  “Şah  İsmayıl”

(1916) operaları bu janrın maraqlı nümunələridir.  Bu ənənə XX əsrin II 

yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir:  Ş.Axundovanın 

“Gəlin  qayası”,  C.Cahangirovun  “Xanəndənin  taleyi”  operaları  bu 

qəbildəndir.  Y.M ustafayevin  “V a q if’,  V.Adıgözəlovun  “N atəvan” 

operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq 

üçün  əsərin  musiqi  məzmununda  muğamlardan  istifadə  edilmişdir.



48

MUĞAMIN SƏS  YAZILARI.  Muğamların qrammofon vallarında ilk  səs 

yazıları  1900-cu  illərdən  başlayaraq  meydana  gəlmişdir.  1906-cı  ildə 

“Qrammofon”  şirkətinin  dəvətilə  Riqa  şəhərində  Şərq  musiqi  tarixində 

ilk  dəfə  olaraq,  C abbar  Q aryağdıoğlunun  səsi  qram m ofon  valına 

yazılmışdır.  Ondan sonra Ələsgər Abdullayev,  Seyid  Mirbabayev, İslam 

Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Məcid 

Behbudov,  Seyid Şuşinski və bir çox başqa xanəndələr  1906-1915-ci illər 

ərzində  “Qrammofon”,  “Sport-Rekord”,  “Pate”  şirkətləri  tərəfindən 

Riqa,  Varşava,  Peterburq,  Kiyev,  Moskva,  Tiflis  şəhərlərinə  dəvət 

olunm uş  və  onların  səsləri  qram m ofon  vallarına  yazılmışdır.  Bu 

xanəndələri  əksər  hallarda  tarzən  Qurban  Primov  və  kamançaçı  Saşa 

Oqanezaşvili müşayiət etmişlər. Sonrakı illərdə “Noqin zavodu”, “1905”, 

“Melodiya”  səsyazma  şirkətləri  tərəfindən  xanəndələrin  qrammofon 

valları  kütləvi  tirajla  buraxılmışdır.

M uğamların  səsyazılarının  daha  bir  mərhələsi  ADK-nın  nəzdində 

Bülbülün  rəhbərlik  etdiyi  Elmi-tədqiqat  Musiqi  Kabineti  tərəfindən 

həyata keçirilmişdir. Burada Cabbar Qaryağdıoğlu və başqa xanəndələrin 

ifasından  xalq  mahnıları  və  təsniflər,  muğamlar  fonovalikə  yazılmış  və 

onların  bir  hissəsi  nota  köçürülm üşdür  (Bülbülün  ev-muzeyində 

saxlanılır).  Müasir  dövrdə  muğam ifaçılarının  səsyazıları  kütləvi  tirajla 

Azərbaycanda  və  xarici  ölkələrdə  CD-DVD  formatında  buraxılır. 

Qədim  qrammofon  valları  milli  musiqi  xəzinəsinin  ən  dəyərli  sərvəti 

kimi  Azərbaycan  Dövlət  Səsyazıları  Arxivində,  Ü.Hacıbəylinin  ev- 

muzeyində  və  Azərbaycan  Dövlət  Musiqi  Mədəniyyəti  Muzeyinin 

fondlarında saxlanılır.  Qədim qrammofon vallarının bir hissəsi  “Musiqi 

Dünyası” jurnalının  yaradıcı  qrupu  tərəfindən  rəqəmsal  şəkildə  bərpa 

olunm uşdur.  Q ram m ofon  valların ın   k ata lo q u   “A zərbaycan 

diskoqrafiyası  (1900-1940)”  adlı  internet  saytına  yerləşdirilmişdir  və 

həmin  kataloq  çox  böyük  həcmdə  informasiyanı  əhatə  edir.  Bundan 

başqa,  «Musiqi  Dünyası»nın  yaradıcı  qrupu  tərəfindən  Almaniya  və 

Fransa  respublikalarının  Azərbaycandakı  səfirliklərilə  birgə  «Qədim 

qrammofon  vallarının  bərpası»  (1900-1940)  layihəsi  həyata  keçirilərək 

(2003-2005), görkəmli xanəndələrin səsyazılarından ibarət 450 CD - disk 

formatında muzeylərə və Dövlət Səsyazıları Arxivinə təqdim olunmuşdur. 

Azərbaycan  Diskoqrafıyasmın  elektron  kataloqu: 



MUYƏ. “Zabul Segah” dəstgahında “Mayeyi-Zabul” ilə “Manəndi-Müxalif ’ 

şöbələri  arasında  ifa  olunan  guşə.

MÜBƏRRlQƏ.  1.  ‘ ‘Zabul” və  “R ahab” dəstgahlarında  “Şikəsteyi-Fars” ilə 

“Əraq”  arasında,  yerləşən şöbə;

2.  İran musiqisində:  “Rast-Pəncgah”  dəstgahında  “Qaraçə” ilə  “Nəhib” 

arasında  ya  da  “Bayatı-Əcəm”  ilə  “Qaraçə”  arasındakı  şöbə.

49

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə