Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

QƏRAİ.  “Rast” muğam dəstgahında “Əraq” və “Pəncgah” dan sonra gələn 

şöbə. Muğamın zilindən bəminə - mayəyə doğru enmək “Qərai” şöbəsinə 

xasdır.  “Rast”  ailəsinə  daxil  olan  digər  muğam  dəstgahlarında  da  eyni 

əhəmiyyətə  malikdir.

QƏRRƏ.  Muğam guşəsi.

QƏSİDƏ.  Böyük  həcmli musiqi  -  şeir forması.  Məzmunundan  asılı  olaraq 

əsas  etibarilə üç bitkin fəsilə bölünür:  nəsib  -  təriflənən gözəl haqqında 

xatirə, vəsf - vüsal ümidi ilə gedilən yolun təsviri, qəsd - əsərin əsas hissəsi. 

B urada  ya  müəyyən  bir  şəxs  alqışlanır,  mədh  edilir,  ya  da  qəsidə 

müəllifinin  öz  keçmiş  həyatındakı  xoş  günlər  yad  edilir.  Məzmunu  ilə 

əlaqədar  olaraq  hər  fəslin  özünə müvafiq  musiqisi  olur.

QƏZƏL. Fortepiano müşayiəti ilə avaz üçün bəstələnən musiqili poetik əsər. 

Azərbaycan  musiqi  sənətində  bu  yeni  janrın  ilk  klassik  nümunəsi 

Ü.Hacıbəylinin  Nizami  Gəncəvinin  sözlərinə  bəstələdiyi  “Sənsiz”  və 

“Sevgili  canan”  qəzəlləridir.

QOŞA  QAFİYƏ.  Dörd misradan  (rübai)  ibarət  olan hər bəndə  bir-iki  söz 

əlavə  etmək  yolu  ilə  şeirin  inkişafını  təmin  edən  üsullardan  biri.

QOŞA-NAĞARA.  Bir-birinə bağlı bir cüt nağaradan ibarət zərbli musiqi 

aləti.  Nağaralar,  adətən  gildən  (bişmiş  palçıqdan)  hazırlanır,  üzərinə 

heyvan  dərisi çəkilir və  bir cüt  kiçik çubuqla  vurularaq səsləndirilir.

QRAMMOFON  (yun.:  gramma  -  yazı  +  phone  -  səs).  Qrammofon  valına 

yazılm ış  səsi  m exaniki  qu ru lu şlarla  yenidən  səsləndirən  aparat. 

Qrammofon işləyən zaman fırlanan val üzərindəki spiral cığırda hərəkət 

edən  qrammofon  iynəsi  ucunun  mexaniki  rəqsləri  membrana  ötürülür 

və oradan alınan  səs  rəqsləri  ruporla gücləndirilir.

Qrammofondan və xüsusilə onun yığcam variantı olan patefondan XX- 

ci  əsrin  ortalarına  kimi  istifadə  edilmişdir.  Sonralar  daha  təkmilləşmiş 

cihazlar  -  elektrik valoxudanı  və  elektrofon  meydana  gəlmişdir.

QRAMMOFON VALI.  Səthindəki spiral cığırlara səs yazılmış disk.  Qram­

mofon  valı  sintetik  materialdan  hazırlanır,  qrammofon,  elektrofon  və 

s. aparatlar vasitəsilə oxudulur. Monofonik (cığırında bir səs kanalı olan) 

və  stereofonik  (cığırında  iki  səs  kanalı  olan)  növləri  var.  Beynəlxalq 

standartlarda  diametrinə  görə  üç  ölçüdə  qəbul  olunmuşdur:  17,5  sm 

(valın  hər  üzü  6  dəqiqə  oxuyur);  25  sm  (18  dəqiqə);  30  sm  (28  dəqiqə). 

Mexaniki yazma və  səsləndirmə prinsipi ilk dəfə fransız şairi, musiqiçisi 

və  alimi  Ş.Kro  (1842-1888)  tərəfindən  kəşf edilmişdir.

38

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  bir  sıra  ölkələrin  səhmdar 

cəmiyyətləri  tərəfindən  qrammofon  valları  fabriki  təşkil  olunmuş  və 

səsyazma  sənayesi  inkişaf etməyə  başlamışdır.  “Qrammofon”,  “Sport- 

R ekord”,  “Premyer-Rekord”,  “Pate”,  “Ekstrafon”,  “Nogin  zavodu” 

fəaliyyət  göstərm işdir.  1901-1902-ci  illərdən  başlayaraq,  Riqada 

“Qrammofon” ingilis səhmdar cəmiyyəti tərəfindən məşhur Azərbaycan 

xanəndələrindən Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi 

Məmməd  Fərzəliyev,  islam  Abdullayev,  Əbdülbaği  Zülalov,  Məcid 

Behbudov,  Seyid  Mirbabayev,  Ələsgər  Abdullayev  və  başqalarının  səsi 

yazılmış  qrammofon  valları  buraxılmışdır.

1908-1912-ci  illərdə  Cabbar  Qaryağdıoğlu,  Qurban  Primov  və  Saşa 

Oqanezaşvilidən  ibarət trio Varşavada bir neçə dəfə qastrol  səfərlərində 

olarkən “ Sport-Rekord” firması onların çıxışlarını qrammofon vallarına 

yazmışdır.  1916-cı ildə Kiyevdəki “Ekstrafon” şirkəti Üzeyir Hacıbəylinin 

“Leyli  və  M əcnun”  operasını  vala  yazmışdır.  1957-ci  ildə  yaranan 

“M elo d iy a”  firm ası  da  keçmiş  Sovet  İttifa q ın d a   böyük  tirajla 

qram m ofon  v alları  istehsal  etm işdir.  Bu  firm ada  A zərbaycan 

bəstəkarlarının əsərləri ilə yanaşı, bir çox görkəmli ifaçıların da səsyazıları 

kütləvi tirajla buraxılmışdır. Azərbaycan bəstəkarlarından Q.Qarayevin, 

F.Əmirovun  əsərləri  ABŞ-da,  YUNESKO  xətti  ilə  tarzən  Bəhram 

Mansurovun ifasında Azərbaycan muğamları Hollandiyada qrammofon 

valına  yazılmışdır.

f

39

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 

,

LAD. M üxtəlif yüksəklikdə yerləşən səslərin bir-birinə tərəf meyil edərək, 



eyni  zamanda  bir  sabit  səs  -  tonika  ətrafında  birləşməsi;  o  cümlədən, 

həmin  səsdən  qurulan  interval  və  ya  akkord  (adətən  tonika  üşsəslisi) 

ətrafında  cəmlənməsi.

Ladı  əmələ  gətirən səslər pillə  adlanır və tonikadan  (I pillə) başlayaraq, 

yuxarıya  doğru  artan  sıra  ilə  rum  rəqəmləri  ilə  işarə  olunur.  Ladın  hər 

bir  pilləsi müəyyən  funksiya  (vəzifə)  daşıyır.

Ladlar  bir-birindən  səs  sırasının  quruluşuna  görə  fərqlənir,  yəni  səslər 

arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr 

arasındakı  qarşılıqlı  münasibət  ladın  səs  sırasının  quruluşunu müəyyən 

edən amildir. Bu, ladın quruluş formulu adlanır. Hər bir lad özünəməxsus 

adla  adlandırılır.

LADTONALLIQ.  Eyni vaxtda ladın və onun tonikasının (mayəsinin) təyin 

olunması.  Məs.,  C-dur;  lya  minor;  do  rast,  sol  şur və  s.

LAL BARMAQ. Simli musiqi alətlərində mizrabın və ya yayın iştirakı olma­

dan  simin  səsləndirilməsi.

LAL PƏRDƏ. Simli musiqi alətlərinin qoluna çəkilmiş əsas pərdələrin arasın­

dakı  əlavə pərdələr.

LƏHN  (ər.)  -  səs,  səda,  motiv,  ton,  melodiya.  Ləhn  bir-biri  ilə mehriban 

münasibətdə  olmaq  sayəsində  yaradılan  xoş  təranədir.

LtRlK, LİRİKA (yun .: lira sözündən). Bədii ədəbiyyatın üç növündən (epik, 

lirika,  dramatik)  biridir.  Lirikada  qəhrəmanın  daxili  aləmi,  fərdi  hiss  - 

həyəcanları  əks  olunur.

Musiqidə  əsas  lirik  janrlar  romans,  mahnı,  instrumental  miniatürdür. 

Lirik  opera,  lirik  kantata  və  simfoniyalar  da  olur.



40

MAANİ.  “Şur”  kökündə  zərbi muğam.

M AHUR. A zərbaycan klassik musiqisində  “M ahur”,  “Şur”,  “Əşiran”, 

“Dilkəş”, “Dügah”, “Zəng-Şötör”, “Hicaz”, “Mavərrənnəhr”, “Şahnaz”, 

“Hacı  Yuni”.

M A H U R -H İN D İ.  Muğam  dəstgahı.  “R a st”  muğam  ailəsinə  daxildir. 

Məcmusu: “Bərdaşt”, “Mayəyi-Mahur”,“Üşşaq”, “Hüseyni”, “Vilayəti”, 

“Şikəsteyi-fars”, “Əraq”, “Qərai” şöbə və guşələrindən ibarətdir.“Mahur- 

hindi” şöbə tərkibinə görə “Rast” muğamına uyğun olsa da, xarakterinə 

görə  fərqlənir  və  coşğun,  əzəmətli,  ehtiraslı  səslənməyə  malik  guşələr 

üzərində  qurulur.

MAHURİ-MÜHƏYYƏR  (ər.:  mühəyyər,  heyrətə  gətirən).  Muğam guşə­

si.  “M ahur”  muğamında  “Əraq”  şöbəsindən  sonra  ifa  olunub.

МАКАМ  (ər.:  məkan,  yer).  Yaxın və Orta  Şərq xalqlarının şifahi ənənəli 

professional  m usiqisinin  əsasını  təşkil  edən  sistem.  Şərq  musiqi 

mədəniyyətində  “m akam ”  termini  bir  neçə  məna  daşıyır:  sarayda 

musiqiçinin  çıxışı  üçün  ayrılan  yer,  pərdə,  simli musiqi  alətinin  qrifində 

barmağın  tutduğu  mövqe,  səs-strukturu,  modus,  məqam  səs  sırası, 

melodiya  tipi,  melodik  model,  musiqinin  inkişaf  prinsipi,  universal 

variasiya prinsipi və ya monodiyanın inkişafı, janr, improvizasiya modeli, 

bədii  yaradıcılıq  qanunları.

МАКОМ.  Özbəkistan  və Tacikistan xalqlarında  şifahi ənənəli professional 

musiqi anlayışı.  Makom termini  bir neçə məna kəsb edir.  Xüsusi fəlsəfi, 

sosial-etik və ya lirik-psixoloji konsepsiyanı təmsil edən melodiya - model.

12  lad,  var  :  “Üşşaq”,  “Navo”,  “Busəlik”  (Əbu  Səlik),  “Rast”,  “İrok”,  , 

“İsfahan”,  “Zirəfkənd”,  “Buzurq”,  “Zəngulə”,  “Rəhəvi”,  “Hüseyni”,  1



41

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə