Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

;  MUĞAM LAYİHƏLƏRİ. Heydər Əliyev Fondunun yaratdığı irəli sürdüyü 

və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan 

“Muğam İrs”, “Muğam - Dəstgah”, “Muğam Ensiklopediyası”, “Muğam 

-  Antologiya”,  “Muğam dünyası”,  “Muğam mərkəzi”  layihələri  bu gün 

uğurla  həyata  keçirilməkdədir.

Bu  layihələrin  özünəməxsusluğu  onların  sırf muğam  aləminə,  muğam 

fenomeninə  həsr  olunması  ilə  bağlıdır,  onlar  Azərbaycan  muğam 

sənətinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə,  hərtərəfli 

surətdə öyrənilməsinə və təbliğinə xidmət edir. Səsyazılarını, elektron və 

çap  nəşrlərini  özündə  ehtiva  edən  bu  layihələrdə  dünyam iqyaslı 

tədbirlərin,  beynəlxalq  festivalların  və  müsabiqələrin  keçirilməsi  də 

nəzərdə  tutulur.

MUĞAM MƏCLİSLƏRİ. Azərbaycan mədəniyyət tarixində mövcud olmuş 

xanəndə və sazəndələrdən, muğam bilicilərindən ibarət yığıncaq, dərnək. 

XIX  əsrin II yarısında  Bakı,  Şamaxı,  Şuşa kimi  iri mədəni mərkəzlərdə 

müxtəlif  şəxslər  -  görkəmli  şair  və  musiqiçilər,  mədəniyyət  hamiləri  - 

m esenatlar,  eləcə  də  zadəganlar  tərəfindən  saraylarda  və  kübar 

salonlarında  “musiqi məclisləri” təşkil olunurdu.  Bu musiqi məclislərini 

bəzən  “musiqi  dərnəyi”  və  ya  “musiqi  salonu”  da  adlandırırdılar. 

Şuşada  “Nəvvabın  məclisi” ,  Şamaxıda  “M ahmud  ağanın  dərnəyi” , 

Bakıda isə “Məşədi Məlik Mansurovun salonu” musiqi məclislərindəndir. 

Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə,  sənətkarlıq məktəbinə 

çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə 

və hətta kəndlərdə yayılır,  buradakı musiqisevərlər tərəfindən də xüsusi 

muğam  məclisləri  təşkil  olunurdu.

“M UĞAM  M Ə R K Ə Zİ” LAYİHƏSİ.  H eydər Əliyev  Fondu tərəfindən 

irəli sürülən muğam layihələrindən biri. Layinənin məqsədi Azərbaycanda 

muğam  mərkəzinin  yaradılmasından  ibarətdir.  Mərkəz  eyni  zamanda 

muğamla  bağlı  bütün  layihələrin  fəaliyyətini  əlaqələndirən  bir  qurum 

kimi  nəzərdə  tutulur.

MUĞAM MÜSABİQƏLƏRİ. Muğam ifaçılarının yarışı. Müxtəlif təşkilatlar 

tərəfindən müxtəlif yaş səviyyələrində  təşkil  olunur.  Ayrı-ayrı  görkəmli 

muğam  ustadlarına  həsr  olunmuş  müsabiqələr və gənc istedadların  üzə 

çıxarılması məqsədi  ilə müsabiqələr keçirilir:  Sadıqcan  adma müsabiqə, 

Cabbar Qaryağdıoğlu adma müsabiqə,  Üzeyir Hacıbəylinin  100  illiyinə 

həsr  olunmuş  müsabiqə,  Əhsən  Dadaşov  adma  müsabiqə.  Məktəblilər 

arasında  muğam  müsabiqələrinin  keçirilməsi  də  ənənəvi  hal  almışdır.

MUĞAM  ÜÇLÜYÜ. Üç ifaçıdan - xanəndə (və qavalçı), tarzən və kamança- 

çalandan ibarət  ənənəvi muğam  ansamblı.  Xanəndə və sazəndə  dəstəsi.



46

MUĞAMIN  NOT  YAZILARI.  Muğam şifahi ənənəli professional musiqi 

növü  kimi  eşitmə  yolu  ilə  qavranılaraq,  yaddaş  vasitəsilə  müəllimdən 

şagirdə,  bir  ifaçıdan  digərinə  ötürülmüşdür.  Orta  əsrlərdə  Səfiəddin 

Urməvinin  icad  etdiyi  not  yazı  sistemi  (əbcəd)  Şərqdə  musiqi  alimləri 

tərəfin d ən   geniş  tə tb iq   olunm uş,  bu  sistem lə  S.U rm əvinin, 

Ə.Marağayinin və b. yaratdıqları musiqi əsərləri yazıya alınaraq, qorunub 

saxlanmışdır.

XX əsrdə universal Avropa not yazı sisteminin Azərbaycan musiqisində 

tə tb iq i  nəticəsində  1930-cu  illərdən  sonra  yetişən  bəstəkar  və 

musiqişünaslar  tərəfindən  muğam  dəstgahları,  zərbi  muğamlar,  təsnif 

və  rənglər  nota  salınıb  çap  olunmuşdur.  Azərbaycan  şifahi  ənənəli 

musiqisinin  ilk  nümunələri  -  xalq mahnı  və  rəqs melodiyaları  hələ XIX 

əsrin  II  yarısından  başlayaraq,  rus  etnoqrafçıları  -  P .V ostrikov, 

M.P.Polonski  və  b.  tərəfindən  nota  yazılıb  müxtəlif jurnallarında  nəşr 

olunm uşdur.  A zərbaycanda  ilk  dəfə  olaraq ,  1927-ci  ildə  isə 

Ü.Hacıbəylinin və M.Maqomayevin nota yazıb işlədikləri “Azərbaycan 

türk  el  nəğmələri”  məcmuəsi çap  olunmuşdur.

A zərbaycanda  ilk  dəfə  muğamın  nota  köçürülməsi  işi  ilə  Müslüm 

M aqomayev  məşğul  olmuşdur.  O,  1928-ci  ildə  Q urban  Primovun 

ifasından  «Rast»  muğamını  nota  salmışdır.  Həmin  not  yazısı  çap 

olunm am ışdır  (AMEA-nm  Füzuli  adm a  Əlyazmalar  İnstitutunda 

saxlanılır).  Muğamların  nota  yazılması  sahəsində  Niyazinin  xidmətləri 

qeyd edilməlidir. «Rast» və «Şur» dəstgahları vokal-instrumental şəkildə 

C a b b a r  Q aryağdıoğlunun  ifasın d an   nota  yazılm ış,  lakin  çap 

olunmamışdır  (Niyazinin  ev-muzeyi).  1932-ci  ildə  ADK-nın  nəzdində 

Bülbülün  rəhbərliyi  ilə  yaranmış  Elmi-  tədqiqat  Musiqi  Kabinetinin 

əməkdaşları tərəfindən də muğamların notlaşdırılması sahəsində mühüm 

işlər  görülmüşdür.  1936-cı  ildə  nəşr  olunmuş  ilk  not  yazıları  -  Tofiq 

Q uliyevin  «R ast»  «Zabul»,  Z ak ir  B ağırovun  «D ügah»  muğam 

dəstgahları  tarzən  Mansur  Mansurovun  ifasından  nota  yazılmışdır  və

L.  R udolfun  harmonizasiyasında,  yəni  fortepiano  üçün  işləməsində 

təqdim edilmişdir. Qara Qarayev tərəfindən Qurban Primovun ifasından 

nota  yazılmış  «Şur»  muğamı  muğam  melodiyalarını  olduğu  kimi,  heç 

bir  işlənmə  elementlərinə  yol  verməyərək,  dəqiq  əks  etdirir  (əlyazması 

AMEA-nm  Memarlıq  və  İncəsənət  İnstitutunun  arxivində  saxlanılır, 

inv.Ne 94). Bu əlyazmasının yalnız bir hissəsi - “Mayə” şöbəsi V.Belyaye- 

vin  «Oçerki  istorii  muzıkı  narodov  SSSR»  (“SSRİ  xalqlarının  musiqi 

tarixinə  dair  oçerklər”)  kitabında  nümunə  kimi  təqdim  edilmişdir). 

Bundan  başqa,  1930-cu  illərin  sonunda  F.Əmirov  xanəndə  Bilal 

Yəhyanın  ifasından  “Rast”,  “Şur”,  “Segah”  muğamlarının  şöbələrini;

M.  İsmayılov  xanəndə  Əlizöhrabın  ifasından  təsnifləri  nota  yazmışdır. 

V.Belyayevin  adı  çəkilən  kitabında  Qurban  Primovun  ifasından  nota 

salınmış  “Rast”  muğamının daha iki not yazısı verilmişdir.  Birincisini -



47

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə