Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

KÜRD-OVŞARI.  “Şur”  köklü  muğam.  “Şur”  dəstgahı  kökündə  zərbi 

muğam.  F ikrət  Ə m irovun  bəstələdiyi  eyni  adlı  m əşhur  simfonik 

muğamda  “Ovşarı”  zərbli  muğamı  ilə  yanaşı  “M aani”  (Osmanlı)  zərbi 

m uğam ından  da  geniş  istifadə  edilm işdir.  Əsər  “Ş u r”  simfonik 

muğamının  ibtidai  melodiyaları  ilə  tamamlanır  ki,  bu  da  hər  iki  əsər 

arasında  gözəl tematik  vəhdət  yaratmış  olur.

KÜRD-ŞAHNAZ.  “Şur”  köklü  muğam.

KÜRDİ.  Əsas  etibarilə  kamançada  ifa  olunan  lirik xarakterli musiqi  pyesi. 

“Bayatı-Kürd”  kökündə  olduğundan  “Kürdi”  adlandırılmışdır.



34

QAFQAZ HUMA YUNU. XX əsrin əvvəllərində Azərbaycan musiqi təcrübə­

sində  mövcud  olmuş  “Humayun”  muğamının  bir  növü.

QANON.  Ən  qədim  Azərbaycan  dartımlı,  simli  musiqi  alətlərindən  biri. 

Qanon  iki  tərəfi  müvazi  olmayan  dördbucaq  (trapesiya)  biçimdə  emal 

edilir. Gövdəsinin üst dekası iki hissəyə ayrılır: çox qismi çinar ağacından 

yonulmuş  nazik taxta ilə  örtülür,  açıq  hissəsinin üzərinə isə  dəri çəkilir. 

Taxta  dekası  üzərində  ulduz  şəklində  üç  böyük  dəlik  olur  ki,  bunlar 

dəri  membranla  birlikdə  qanonun  səs  rezonansını  artırır.  Qanona  hər 

səs  üçün  üç  sim  qoşulur.  Cəmisi  72  simi  olur.  Qanonun  diapazonu  üç 

oktavadan  böyükdür.

QANUN.  Simli musiqi  aləti.  Yaxın və Orta  Şərqdə geniş  yayılmışdır.  Azər­

baycan  şairləri  Nizaminin,  Füzulinin və b.  əsərlərində  bu alət  haqqında 

məlumat  verilmişdir.  Qanun  üzərində  naxışlı  üç  resonator  dəliyi  olan 

düzbucaqlı  trapesiya  formalı  yastı  taxtaqutudan  ibarətdir.  Qanunun 

üzünün  aşağı  hissəsinə çəkilmiş  dərinin üzərində xərək  yerləşir.  Xərəyin 

üstündən  24-25  üçləşdirilmiş  sim  keçir.  Qanunun  simləri  barmaqlara 

taxılmış  oymaqlara  bənzər metal mizrablarla  səsləndirilir.  Diapazonu  3 

oktava  yarımdır.  Qanunun  incə,  məlahətli  səsi  var.  Azərbaycan  Xalq 

Çalğı  Alətləri  ansamblının  və  orkestrinin  tərkibinə  daxildir.

QARABAĞ MUĞAM  MƏKTƏBİ.  Qarabağ bölgəsinin mərkəzi olan Şuşa 

şəhərində  təşəkkül  tapmış  və  Qarabağda  yaşayıb-yaradan  xanəndələri, 

xalq  çalğı  alətləri  ifaçılarını  -  sazəndələri,  muğam  ifaçılığı  ənənələrini 

özündə  cəmləşdirən  məktəb.  Qarabağ  muğam  ifaçılığı  məktəbi  məhz 

ayrı-ayrı  görkəmli  sənətkarların  adı  ilə  bağlı  olub,  onların  ifaçılıq 

üslubunu  yaşadan  və  davamçıları  tərəfindən  nəsildən-nəslə  ötürülən 

ənənələrdən yaranmışdır. Qarabağ muğam ifaçıları Azərbaycanın qədim

35

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

;; 


musiqi  ənənələrinin  inkişaf etdirilməsində  böyük  xidmət  göstərmişlər. 

Xanəndələr  və  instrum ental  ifaçılar  ənənəvi  şəkildə  muğam  ifaçılığı 

sənətinin  incəliklərini,  muğamları  nəsildən-nəslə  ötürərək  böyük  bir 

məktəb  yaratmağa  nail  olmuşlar.

Q arabağ  sənətkarlarının  neçə  nəsli  dəyişsə  də,  onların  yaratdıqları 

ənənələr  bu  gün  də  muğam  ifaçıları  tərəfindən  yaşadılmaqdadır.  Bu 

baxımdan Qarabağın görkəmli muğam ustadları Hacı Hüsü, Əbdülbaği 

Z ülalov,  C ab b ar  Q aryağdıoğlu,  Keçəçioğlu  M əhəmm əd,  İslam 

A bdullayev,  Seyid  Şuşinski,  Xan  Şuşinski  və  b.  öz  m əktəblərini 

yaratmışlar.  Qarabağ  musiqi  mədəniyyəti  tarixində  tədris  ocağı  kimi 

“muğam məktəbi” ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən 

yaradılmışdır (Bax: Xarrat Qulunun məktəbi). Xarrat Qulunun məktəbi 

Q arabağ  muğam  ifaçılığı  məktəbinin  inkişaf  tarixində  mühüm  bir 

mərhələ  olmuşdur.

X arrat  Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın 

tədrisi işini Kor Xəlifə  adlı musiqiçi,  daha  sonra  Molla İbrahim  davam 

etdirərək  yeni  musiqiçilər  nəslini  yetişdirdilər.  Şuşa  məktəblərində  də 

poeziyanın və musiqinin sirləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. 

Ona  görə  də  muğamı  və  şeiri  Qarabağın  sənətkarları,  xüsusən  də 

xanəndələri  və  instrum ental  muğam  ifaçıları  hələ  uşaq  yaşlarından 

dərindən  bilirdilər.

QARABAĞ MUĞAM MƏCLİSLƏRİ. Qarabağın muğam ifaçılığı sənətinin 

inkişafında XIX  əsrdə  fəaliyyət  göstərən  musiqi  məclislərinin  böyük və 

əhəmiyyətli  rolu  olmuşdur.  Musiqi  məclisləri  ziyafətlərdən  və  toy 

şənliklərindən  fərqlənirdi.

Bu  məclislərdə  ədəbiyyata,  rəssamlığa  və  musiqi  sənətinə  dair  maraqlı 

söhbətlər  aparılırdı.  Burada  şeir,  musiqi  və  sənətin  estetik  problemləri 

ətraflı müzakirə olunurdu.  Musiqi məclislərində birinci növbədə muğam 

ifaçılığına diqqət yetirilirdi.  Muğam dəstgahları təkmilləşdirilir, müxtəlif 

şöbə  və  guşələrlə  zənginləşdirilir,  yeni  yaradılan  təsnif  və  rənglər 

səsləndirilirdi.  Bəzən  musiqi  məclislərində  muğamı  bir  neçə  xanəndə 

oxuyar,  muğam  biliciləri  onların  haqqında  rəylərini  söyləyərdilər.

Şuşa musiqi məclisinin rəhbəri olan Mir Möhsün Nəvvab xanəndə Hacı 

Hüsünün yaxından iştirakı ilə “Xanəndələr məclisi” təşkil etmişdi. Onun 

musiqi  məclisi  X arrat  Qulunun  musiqi  məktəbindən  və  Xurşidbanu 

Natəvanın “Məclisi-üns”ündən sonra şəhərin mədəni həyatında müstəsna 

rol  oynamışdır.

Şuşa  m usiqi  m əclisləri  m illi  m usiqiçilərin,  m uğam   ifaçılarının 

yetişməsində müstəsna rol oynamış və Azərbaycan musiqisinin inkişafına 

təkan  vermişdir.

“QARABAĞ  XANƏNDƏLƏRİ” .  CD-albom.  Qarabağ  muğam  ifaçılığı 

məktəbinin  müxtəlif nəsillərinə  aid  24  xanəndənin  səsyazıları  olan  CD



36

disklərdən  və  çap  olunmuş  xanəndələrin  həyat  və  yaradıcılığı  ilə  bağlı 

məlumat və fotoları əhatə edən 5 dildə (Azərb., ing., rus, alman, fransız) 

albom dan  ibarətdir.  Layihənin  müəllifi  və  rəhbəri  YUNESKO  və 

İSESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevadır.  Layihənin 

k o o rd in a to ru   T ariyel  M əm m ədovdur.  Layihədə  A zərbaycan 

R espublikası  D övlət  Televiziya  və  Radio  V erilişləri  Şirkətinin, 

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin, Azərbaycan Dövlət 

Səsyazmalar  Arxivinin,  S.M ümtaz  adm a  Azərbaycan  Respublikası 

Ədəbiyyat  və  İncəsənət  Dövlət  Arxivinin,  Üzeyir  Hacıbəylinin  Ev- 

Muzeyinin,  Bülbülün  Xatirə  Muzeyinin  fondlarından,  F.Şuşinskinin, 

B.Mansurovun,  X.Şuşinskinin  şəxsi arxivlərindən  istifadə  olunmuşdur. 

Q arab ağ   xanəndələrinin  1903-1912  illərə  məxsus  qram m ofon 

vallarındakı səs yazılarının rəqəmsal bərpası “Musiqi dünyası” jurnalının 

yaradıcı  qrupu  tərəfindən  həyata  keçirilmişdir.

QARABAĞ ŞİKƏSTƏSİ. Segah muğam kökündə olan zərbi muğamlardan 

biri.  Musiqi ölçüsü 2/4-dir.  Dörd misradan ibarət hər bir bənddən sonra 

melodik cəhətdən müxtəlif olan araçalğı (instrumental epizod) ifa olunur.

QATAR.  1 .  Zil registrə (tonikası tarda ağ simin şah pərdəsi) əsaslanan kiçik 

bir  muğam.  Melodik  cəhətdən  “Mahur-Hindi”  dəstgahmdakı  “Əraq” 

şöbəsini  xatırlatsa  da,  ondan müəyyən  dərəcə fərqlənir;

2.  Klassik  musiqidə:  “Şur”  dəstgahında  “Bəstə-Nigar”  ilə  “Qərai” 

arasında  ifa  olunan  şöbə.

QATAR-BAYATI.  Kiçik həcmli muğam.  “Q atar”  muğamı  ilə  “Çoban 

B ayatı”sının  intonasiyalarının  birləşməsindən  əmələ  gəlmişdir.  Bu 

muğam  “Q atar”  dan  fərqli  olaraq,  “Çoban  Bayatı”sı  kadensiyaları  ilə 

tamamlanır.

QAVAL.  Zərbli musiqi aləti.  Eni 60-75 və diametri 350-450 mm (əvvəllərdə 

daha  çox)  olan  sağanağa  balıq dərisi çəkilir.  Sağanağın  içərisində xırda 

halqalar  (əvvəllərdə  çox  xırda  zınqırovlar)  yerləşdirilir  ki,  çalğı  vaxtı 

bunlar da  səslənsin.

Azərbaycanda ən qədim zamanlardan geniş intişar tapmış, qonşu ölkələrə 

də  yayılmışdır.

QAYNATMA. Xanəndənin ifasında müəyyən  bir notun  boğazda  trel tər­

zində  iti  surətlə  növbələnməsi.

QƏMƏNGİZ. “ Dəşti” muğamı daxilində olan bir dəstgahın son şöbələrindən 

biri.

QƏNA,  QİNA.  Oxuma  (vokal),  qənayi-rükban  -  karvan  mahnısı,  qənayi- 



к 

mütqan  -  sənətkar  mahnısı.



37

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə