Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 

• •


İFAÇI. Dirijor, müğənni, pianoçu, skripkaçı və digər musiqi çilərə verilən 

ad.  Bu adı daşıyanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə 

dinləyicilərə  çatdırmaq  istədiyi  əhvali-ruhiyyəni,  ideya  və  düşüncələri 

əks etdirirlər.

İQA. Ərəb musiqi səslərinin müəyyən nizam və qaydaya uyğun növbələnməsi. 

İqa musiqinin təşəkkülünü təmin edən  əsas  ifadə  vasitələrindən biridir. 

Melodiyanın  ən  kiçik  ifadəli  rüşeymi  olan  hər  bir  musiqi  cümləsi,  hər 

bir  m usiqi  intonasiyası  öz  daxilində  m ütləq  müəyyən  uyğunluq, 

mütənasiblik və müntəzəmliyə malik olmalıdır ki,  bunu da vaxt,  zaman 

ərzində  təmin  edən  iqadır.

İM PROVİZASİYA (iti.:  improvisazione, lat.:  improvisus - qəfildən, göz­

lənilmədən, qeyri-müntəsir).  Bir havanın ifa olunaraq inkişaf etdirilməsi, 

zənginləşdirilməsi.  Bu,  xalq  musiqi  yaradıcılığının  əsas  xüsusiyyətidir. 

Professional musiqidə improvizasiya  sənətinin  geniş  yayıldığı dövrlərdə 

bəstəkarlar verilən melodiyanı improvizə edərək, virtuoz xarakterli pyeslər 

yaratmışlar.  Muğam  sənətində  improvizasiya  əsas  rol  oynayır.

İNSTRUMENTAL MUĞAM. Muğamın  hər hansı bir alətdə (tar, kaman­

ça,  ud,  qanun,  balaban  və  s.)  solo  ifası  ilə  bağlı  meydana  gəlmiş  növü. 

M uğam ın  in stru m en tal  ifası  h a q q ın d a   m əlu m atlara  o rta   əsr 

mənbələrində rast gəlinir. Böyük alim, musiqişünas Səfıəddin Urməvinin 

virtuoz ud  ifaçısı  olduğu məlumdur.  Bununla  belə,  ifaçılıq təcrübəsində 

instrumental  muğamların  tətbiqi  XIX  əsrdə  yaşayıb  yaratmış  böyük 

tarzən,  Azərbaycan  tarının  yaradıcısı  kimi  tarixə  düşmüş  Mirzə  Sadıq 

Əsəd  oğlunun  adı  ilə  əlaqələndirilir.



30

İNTONASİYA  (lat.:  intonare  -  ucadan  söyləmək,  bərkdən  danışmaq). 

Musiqi  əsərinin  ifaçı  tərəfindən  səsləndirilən  zaman  müstəqil  ifadə 

əhəmiyyətinə  malik  ən  kiçik  hissəciyi;

Musiqinin  hərəkət  prosesində  səslərin  yüksəklik  münasibəti;

Oxuma  və  çalma  zamanı  musiqi  səslərinin  ifaçılıq  keyfiyyəti; 

intonasiya musiqi səslərinin düzgün və ya xaric ifası;  sabit intonasiya və 

ya  qeyri-sabit  intonasiya;

Melodik  ibarə  -  motivə  bərabər  qurum.

İSFAHAN (İsfahani). Yaxın və  Orta Şərq xalqları klassik musiqisinin əsasını 

təşkil  edən  12  muğamdan  biri.

31

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



_

• • •


KABlLİ.  “Mahur-Hindi”  kökündə  zərbli  muğam  (bax:  Heyratı).

KAMAN  (iti.:  arco).  Azərbaycan  zərbli  musiqi  aləti.  Simli  alətlərdə 

səsçıxarma vasitəsi kimi simlər üzərində sürüşdürülür.

KAMANÇA.  Simli musiqi aləti.  Çanağı kürəvi,  qolu pərdəsiz, membranası 

(üzü) balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Ağac 

çubuğa (yay) bağlanmış bir çəngə at tükünün tutamı simləri səsləndirir. 

Kamança  əvvəllər  3  simli  olmuş,  hazırda  4  simlidir.

Kamança  ən  qədim  Azərbaycan  musiqi  alətlərindən  biridir.

KAMİL.  Klassik  Şərq musiqisində çox təsadüf edilən  bəhrlərdən  biri.

KAMİLEŞİTMƏ (qabiliyyəti; iti.: absolutus - mükəmməl). Eşitməklə müəy- 

yənetmə  və  səsin  dəqiq  yüksəkliyini  özün  üçün  təyinetmə  qabiliyyəti. 

Kamileşitmənin  mövcudluğu  musiqiçi  üçün  vacib  deyil,  lakin,  adətən, 

onun  professional  inkişafına  kömək  edir.

KAR.  Qədim  musiqi  kitablarının  bəzisində  dəstgahlar  tərkibinə  daxil  olan 

guşələrin  adı.  Musiqidən  bəhs  edilən  başqa  risalələrdə  də  kar  sözünə 

təsadüf edilir.

Övliya  Çələbi öz  “Səyahətnamə”sində xanəndə dərviş Ömər Gülşəninin 

nəğməkarlıq  sənətini  alqışlayaraq  yazır  ki,  o,  “Segah”  məqamında  nə 

qədər  “Kar”,  “Nəqş”,  “Səvt”,  “Zikr”,  “Zəcəl”,  “Təsnifat”,  “Qollar”, 

“Şərqiyyat”,  “Ərəsəfıyyat”  varsa,  hamısını böyük məharətlə  ifa edirdi.

KEREŞMƏ. İran musiqisində “M ahur” və “Çahargah” dəstgahının başlanğı­

cında  ifa  olunan  kiçik  guşə.



32

KEY-XOSROVANİ.  Muğamın  şöbələrindən  biri.

KEŞİŞOĞLU. Zərbi muğamlarda (“Maani-Osmanlı”) melodiyaların pərdə- 

pərdə  zilə  qaldırılması  ilə  əlaqədar olaraq ifa olunan  guşə.

KƏRƏMİ. Ənənəvi aşıq havası.’’Əsli və Kərəm” dastanı ilə bağlıdır. Xanən­

dəlik  təcrübəsində  zərbi  muğam  kimi  ifa  olunur,  “Bayatı-Qacar”  və  ya 

“Segah”  köklüdür.

KƏRIM-ABADİ.  “Çahargah”  muğamının  “Mənsuriyyə”dən  əvvəldə  olan

şöbəsi.

KƏRKÜKİ. Azərbaycan klassik musiqisində “Rast”, “Çahargah” və “Nəva” 



dəstgahlarının  tərkibində  olan  əsas  şöbələrdən  biri.

KƏSMƏ  ŞİKƏSTƏ.  Azərbaycan  zərbi  muğamı.  İnstrumental  müşayiət 

zamanı bəzi musiqi cümlələri bir növ qırıq-qırıq ifa olunduğundan kəsmə 

adlandırılmışdır.  Melodik  cəhətdən  şikəstənin  başqa  növlərindən  az  da 

olsa,  fərqlənir.  Vokal hissəsi  olduqca  lirik  səslənir.

KOOS.  Azərbaycan  zərbli musiqi  aləti.

KLASSİK  (lat.:  classicus  -  nümunəvi).  Əsərləri,  fikirləri  istənilən  zaman 

kəsiyində  aktual  olan  şəxsiyyətlər  nəzərdə  tutulur.  Geniş  mənada: 

ümumxalq  şöhrəti,  nüfuzu  qazanmış,  mədəniyyət  və  elm  xəzinəsini 

zənginləşdirən əsərlər yaratmış yazıçı, rəssam, musiqiçi, alim. Bu söz bədii 

əsərlərə də şamil edilir.

KÖK.  Pillələrin  tezliyə  görə  nisbəti.  Riyazi  kəmiyyətlərlə  göstərilir.  12 

səsli  bərabər  temperasiyalı  kök  qəbul  olunmuşdur.

Səs ucalığı etalonu olan kamertonun köklənmə tezliyi. Musiqi alətlərində 

geniş  mənada  səsdüzümü,  dar  mənada  açıq  simlərin  interval  nisbəti, 

nəfəsli musiqi alətlərinin qəbul olunmuş not yazısı ilə real səslənməsinin 

ucalıq  nisbəti  kimi  başa  düşülür.  Azərbaycan  musiqisində  muğamların 

əsasını  təşkil edən məqamlar müəyyən kökdə verilir.  Başqa  sözlə desək, 

hər  bir  muğam  özünəməxsus  kökdə  ifa  olunur.

KULMİNASİYA (lat.: culmen - zirvə). Musiqi əsərində və ya onun nisbətən 

tam am lanm ış  hissəsində  inkişafın  yüksək  nöqtəsi,  zirvəsidir. 

Kulminasiyanın  yaranmasında  bütün musiqi  ifadə vasitələri  iştirak  edir 

və  bu,  dinamikanın,  ştrixin  dəyişməsi,  diapazonun  yüksəlməsi  və  s. 

vasitələrlə  əldə  edilir.  Muğam  -  dəstgahlarda  musiqi  tədricən  inkişaf 

etdirilərək  kulminasiyaya  -  zilə  çatdırılır.

33

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə