Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   10   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

HUMA YUN MUĞAMININ NOT YAZILARI. Humayun muğamını instru­

mental  şəkildə  N.  Məmmədov  tarzən  Əhməd  Bakıxanovun  ifasından 

(1962), A.Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota 

yazmışdır.  Bu  muğam  əsasında  bəstəkarlar  müxtəlif janrlı  əsərlər,  o 

cümlədən Tofiq Bakıxanov “Humayun” simfonik muğamını yaratmışdır.

HÜSEYNİ. Yaxın Şərq xalqları musiqisinin 12 əsas muğamından on birincisi, 

“Rast” və “Mahur-Hindi” dəstgahlarında “Üşşaq” ilə “Vilayəti” şöbələri 

arasında  oxunan  şöbə.

HÜZZAN.  “Segah” dəstgahında “Məğlub” ilə “Hasar” şöbələri arasında və 

“Çahargah” dəstgahında “Həzin” ilə “Hodi” şöbələri arasında ifa olunan 

kiçik  muğam  guşəsi.



26

• • •


XALQ M USİQİ ALƏTLƏRİ. Xalq tərəfindən yaradılan və xalq məişətində 

geniş  yayılmış  musiqi  alətləri.  Həm  xalq  ifaçılığmda,  həm  professional 

musiqidə  istifadə  olunur; həm də musiqi həvəskarları  tərəfindən çalınır. 

Xalq  musiqi  alətləri  səsləndirmə  və  quruluşuna  görə  simli,  nəfəsli  və 

zərb  alətlərinə  bölünür.

Azərbaycan xalq musiqi alətləri:  simli - tar,  saz, ud,  qanun,  kamança və 

s.;  nəfəsli  -  zurna,  balaban,  ney, tütək  və  s.;  zərb  alətləri  -  nağara,  qoşa 

nağara,  dəf,  qaval  və s.

XALQ M AHNISI. Vokal musiqi janrı. Xalq mahnıları qədim dövrlərdən 

bəri  yaranaraq,  şifahi  surətdə  -  yaddaş  vasitəsilə  nəsildən-nəslə  keçmiş 

və  təkmilləşərək,  dəyişilərək  müxtəlif variantlarda  müasir  dövrə  gəlib 

çatmışdır.

Xalq  mahnılarının  sözlərinin  və  musiqisinin  müəllifləri,  əsasən  məlum 

deyil.  Çox  zaman  bu  mahnılar  insanların  hiss  və  duyğularının  ifadəsi 

olaraq  yaranır.  Xalq  m ahnısı  xalqın  arzu  və  düşüncələrini,  onun 

dünyagörüşünü,  həyat  tərzini  və  məişətini,  əmək  prosesini,  adət  və 

ənənələrini,  mərasimlərini  əks  etdirir.

N övləri:  Əmək  m ahnıları  -  əkinçiliklə,  m aldarlıqla,  sağıcılıqla, 

xalçaçılıqla və  digər xalq sənət  növləri  ilə  bağlı  mahnılar.

Mərasim mahnıları - mövsüm (təqvim) mərasimləri ilə (məsələn, Novruz 

mərasimləri,  toy  və  matəm  mərasimləri  ilə)  bağlı  mahnılar.

Məişət  m ahnıları  -  beşik  m ahnıları:  (laylay,  ninni,  oxşama),  uşaq 

mahnıları,  lirik  mahnılar,  yumoristik  və  satirik  mahnılar.

Tarixi mahnılar - xalq qəhrəmanları və tarixi hadisələrlə bağlı mahnılar.

XANƏNDƏ.  Bu  ad,  adətən,  muğamat  sənətinə  kamil  surətdə  yiyələnmiş 

nəğməkara  aid  edilir.  Bir  qayda  olaraq  o,  xanəndə-sazəndə  dəstəsində 

(üçlük  ansamblında)  həm  də  dəfçi  vəzifəsini  daşıyır.

27

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

XANƏNDƏ VƏ SAZƏNDƏ DƏSTƏSİ.  Şifahi ənənəli professional musiqi­

nin  -  muğamın  yaradıcıları  və  ifaçıları  olan  peşəkar  sənətkarlar. 

M uğam lar  xanəndələr  və  xalq  çalğı  alətləri  ifaçıları  tərəfindən  ifa 

olunaraq  yaradılır.  Xanəndə  və  sazəndələr  -  xalq  çalğı  alətləri  ifaçıları 

muğam  sənətinin  ənənələrini  sədaqətlə  qoruyaraq  sonrakı  nəsillərə 

ötürməklə  yanaşı,  həm  də  onları  inkişaf etdirir,  zənginləşdirirlər.  (Bax: 

M uğam,  muğam  ansam blı,  muğam  üçlüyü).  Ü.Hacıbəyli  yazırdı: 

“Xanəndə  və  sazəndə  dəstəsi  əksər  ovqat  üç  nəfərdən  ibarət  olar  ki, 

onlardan  biri  oxuyar,  təğənni  edər,  digəri tar və üçüncüsü isə  kamança 

çalar.  Bu  dəstənin  əhli  b ü tü n   m uğam   və  dəstgahları  lazım ınca 

bilməlidirlər;  baxüsus  xanəndə  bir  çox  şeir,  qəzəl  və  təsniflər  hifzində 

saxlamalıdır.

Tarçalan  dəxi  dəstgahların  yollarını  yaxşıca  bilməlidir  ki,  xanəndəyə 

“rəhbər”lik etsin, yəni xanəndə bir guşəni oxuduqdan sonra onun dalınca 

gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanm 

dalınca gedir. Xanəndə gözəl səsə malik olub, ustadanə təğənni etməkdən 

əlavə  bir  də  zərb  alətindən  olan  qavalı  da  ustalıqla  çala  bilməyə 

borcludur ki,  rəng və  təsniflərə  keçdikdə  bəhr tuta  bilsin”.

XARİC (oxumaq, çalmaq). Pərdəyə dəqiq surətdə düşə bilməmək nəticəsində 

istənilən səsi lazım gəldiyindən artıq dərəcədə ya zil, ya da bəm oxumaq 

(çalmaq).  Xaric  oxumaq  çox  zaman  nəğməkarın  eşitmə  qabiliyyətinin 

zəif olması,  ya  da  avazın  düzgün  qurulmaması  nəticəsində  baş  verir.

XARİC SEGAH.  Mayəsi  “O rta Segah” mayəsindən bir kvarta aşağı olan 

muğam.

XARRAT QULUNUN MƏKTƏBİ. Qarabağ muğam ifaçılığı sənətinin tari­



xində  mühüm  rolu  olmuş  muğam  bilicisi  X arrat  Qulunun  yaratdığı 

muğam tədrisi ocağı. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb, 

əsasən, dini məqsədlərə xidmət etmişdir.  X arrat Qulu dini mərasimlərdə 

(məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi  olan gəncləri öz 

məktəbinə cəlb edir,  onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. 

İnkar  olunmaz  bir  faktdır  ki,  bu  məktəb  sonradan  muğam  tədris  edən 

musiqi  məktəblərinin  təşkilində  nümunə  olmuşdur.

X arrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam 

sənətinin  inkişafında  mühüm  rol  oynamış,  bir  sıra  ustad  sənətkarların 

yetişməsinə  səbəb  olmuşdur.  Qarabağın  ən  görkəmli  xanəndələri  Hacı 

Hüsü,  Məşədi  İsi,  Dəli  İsmayıl,  Şahnaz  Abbas,  Əbdülbağı  Zülalov 

(B ülbülcan),  K eştazlı  H əşim ,  K eçəçioğlu  M əhəm m əd,  C abbar 

Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. 

Beləliklə,  X arrat  Q ulunun  m əktəbinə  Q arab ağ   muğam  ifaçılığı 

məktəbinin  inkişaf tarixində  mühüm  bir  mərhələ  kimi  baxmaq  olar. 

Xarrat  Qulunun vəfatından  sonra  Şuşada musiqi məktəbində muğamın



28

tədrisi işini  Kor Xəlifə adlı  musiqiçi,  daha  sonra  Molla  İbrahim  davam 

etdirərək  yeni  musiqiçilər  nəslini  yetişdirdi.

XAVƏRAN.  1.  “R ast” dəstgahında  “Xocəstə”  ilə  “Ə raq” şöbələri arasın­

dakı  guşə;

“Bayatı-Şiraz” dəstgahında “Bayatı-İsfahan” ilə “Üzzal” arasındakı şöbə; 

İran  musiqisində:  “M ahur”  dəstgahında  “Xarəzmi”  ilə  “Nişanpurək” 

arasında yerləşən şöbə.

XOCƏSTƏ (f.:  bəxtiyar, uğurlu, mübarək).  “R ast” və  “M ahur”  dəstgah- 

la rın d a   “V ila y əti”  şöbəsindən  so n ra  gələn,  m elodik  cəhətdən 

m uğam lardakı  “Şikəsteyi-Fars”  adlı  mərkəz  şöbənin  eyni  olan  və 

muğamat  kökündə  dominanta  (beşinci  pillə)  mövqeyini  tutan  mühüm 

bir şöbə.

XUN.  Tar muğam  ifaçılığında çalğı üsulu.  Tarzənin vurduğu mizrablardan 

sonra  tarın  qolunun  geriyə  dartılması  və  ya  silkələndirilməsi  sayəsində 

səsin  titrəyişinin  uzadılmasından  ibarətdir.  Bunun  nəticəsində  muğam 

musiqisində  gözəl  bədii  effekt  yaradılır,  musiqinin  təsirliliyi  artırılır. 

İnstrumental  muğam  ifaçılığında  bu  üsuldan  geniş  istifadə  olunur.



29

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə