Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

\ j  MÜGƏNNl.  Nəğməkar,  xanəndə,  avaz  ilə  oxuyan.

MÜXALİF. “Çahargah” dəstgahında “H asar” ilə “Məğlub” arasındakı şöbə.

MÜHƏYYƏR.  “M ahur”  dəstgahında  “Əraq”  şöbəsindən  sonra ifa  olunan 

parça.


50

• • •


NAĞARA.  Zərb  musiqi  aləti.

NEHOFT  (f.:  gizli,  məxfi).  İran  musiqisində  “Nəva”  dəstgahında  “Həzin” 

ilə  “Qəveşt”  arasında  yerləşən muğam şöbəsi.

NEY  (f. 

qarğı,  qamış).  Ney  ən  qədim  Azərbaycan  musiqi  alətlərindən 

biridir.  Ağacdan,  qamışdan,  ya  da  bürüncdən  hazırlanan  üfləmə  musiqi 

aləti.  Düz  silindr  şəklində,  60-70  sm  uzunluqda  lülədən  ibarətdir.  Ucunda 

heç  bir  müştük  və  ya  dilçək  olmur.  Yalnız  lülənin  aşağı  tərəfində  bir  neçə 

(3-6)  dəlik  açılır  ki,  bu  da  səslərin  müxtəlif ucalıqda  olduğunu  təmin  edir. 

Neyin  səsi  olduqca  məlahətli,  zərif və  təsirlidir.

NEY-DAVUD.  İran  musiqisində  “Humayun”  dəstgahında  “Bidad”  ilə 

“Bavi”  arasında  bulunan  muğam  şöbəsi.

NƏFİR.  Nəfəsli  musiqi  aləti.  Qədim  dövrdə  “H um ayun”  dəstgahında 

“Mureh”  ilə  “Camədəran”  arasında  ifa  olunub.

N ƏFİR-FƏRƏNG.  Ş ərq  m usiqisində  ;  “R ast-P əncgah”  dəstgahında 

“M üəttər”  şöbəsindən  “  N ovruz-Ə rəbə”  keçmək  üçün  çalınan  kiçik 

instrumental  epizod.

NƏĞMƏ. Qədim musiqidə  muğam mənasında, avazın tonu, mahnı, təranə, 

poetik surətlə musiqi obrazını üzvi surətdə birləşdirən vokal musiqi sənətinin 

ən sadə və ən geniş yayılmış forması.  Dəstgahlarda bəzi  şöbə intonasiyaları 

əsasında  olan  vokal-instrumental  epizod.

NƏHAVƏND.  Muğam  guşəsi.



51

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

NƏXCİRKAN.  Orta  əsrlərdə muğam şöbələrindən  biri.

NƏSTƏRl.  “ Nəva”  dəstgahının  son muğam şöbəsi.

NƏVA.  1. Yaxın Şərq xalqları klassik musiqisində 12 əsas muğamdan ikincisi;

2.  Azərbaycan  klassik  musiqisində:  “Nəva”,  “N işapur”,  “Dəraməd- 

Şahnaz”,  “Busəlik”,  “Hüseyni”,  “Məsihi”,  “Şahnaz”,  “Hacı  Yuni”, 

“Bayatı-Kürd”, “Azərbaycan”, “Əşiran”, “Zəng-Şötör”, “Kərkuki”, “Şah 

Xətai”, “Əfşari” və “Şikəsteyi-Şirvan” şöbə və guşələrindən ibarət dəstgah;

3. İran musiqisində: “Mayəyi-Nəva”, “Gərdaniyyə”, “Qəveşt”, “Nəhoft”, 

“B ayatı-Race”,  “H əzin”,  “Əraq”,  “Ü şşaq” ,  “N işapurək”,  “Mülk- 

H üseyni”,  “X ocəstə”,  “R ah ab ”,  “Zəm ineyi-Hüseyn” ,  “H üseyni”, 

“Busəlik”,’’Məsihi”,  “Taqdis”  ya  da  “Təxt-Kavus”,  “Əşiran”,  “Nizir- 

Səğir”, “Firuz-Binəva” və “Nəstəri” şöbə və guşələrindən ibarət dəstgah.

NƏVAYİ.  1.  “Nəva”  kökündə,  ya  da  “Nəva”  üslubunda çalınan  hər hansı 

bir musiqi  parçası;

2.  Əmir  Əlişir  Nəvai  şərəfmə  tərtib  olunan  mahnı.

NƏVAYİ-NİŞAPUR.  “Nəva”  dəstgahının  ikinci  adı.

NlİRİZ.  Şərq  xalqları musiqisində:  “M ahur”  dəstgahında  “Nişapurək”  ilə 

“Dilkəş”  şöbələri  arasında;  “Rast”  dəstgahında“Üşşaq”  ilə  “Bayatı- 

Əcəm”  arasında  şöbə.

NİMRUZ.  Muğam  şöbələrindən  biri.

NİŞAPUR.  “Nəva”  dəstgahında  birinci  şöbə.

NİŞAPURƏK.  “Nəva”  dəstgahında  guşə.

NİŞİBİ-FƏRAZ (f., hərf. - eniş, yoxuş). “Bayatı-Şiraz” dəstgahında “Bayatı- 

Isfahan”dan  əvvəl  ifa  olunan  bağlayıcı  şöbə.

NOT (lat.  nota - işarə,  qeyd).  Ayrı-ayrı musiqi səslərinin işarəsi; qaralanmış 

şəkildə  və  ya  boş  oval  şəklində  yazılır,  müxtəlif işarələr  əlavə  olunur. 

Notun qrafik təsviri səsin uzunluğunu,  onun beşxətli not sətrindəki yeri 

-  səsin  yüksəkliyini  bildirir.

NOT SƏTİRLƏRİ. Beş paralel horizontal düz xətdən ibarət sətir.  Üzərində 

notlar  yazılır,  xətlər  aşağıdan  yuxarı  sayılır,  səsin  yüksəkliyini  təyin 

etməyə  xidmət  edir.

Not sətrində notlar a) xətlərin üzərində; b) xətlərin arasında; c) yuxarıdakı 

xəttin  üstündə;  d)  aşağıdakı  xəttin  altında  yazılır.  Eyni  zamanda,  not



52

sətrindən yuxarıda və aşağıda yazılan əlavə xətlərdən də istifadə olunur. 

Not  sətrində  yazılmış  notların  adı  və  onların  hansı  oktavaya  mənsub 

olması sətrin başlanğıcında qoyulan açar işarəsi ilə təyin olunur, yazılmış 

səslərin yüksəkliyini dəqiqləşdirmək üçün alliterasiya işarələri tətbiq edilir.

NOVRUZ-BAYATI.  Yaxın Şərq xalqları klassik musiqisində 24 şöbədən 

biri.

NOVRUZ-BÜZÜRG.  Muğam  şöbələrindən  biri.



NOVRUZİ-RƏVƏNDƏ.  Rast  muğam dəstgahının müqəddiməsi  “Bərdaşt- 

R ast”  şöbəsinin  ikinci  adı.  Farsca  Novruz  -  “yeni  gün”,  Rəvəndə  - 

“gedişə  başlanması”  deməkdir.

NOVRUZ-SƏBA.  Yaxın Şərq xalqları klassik musiqisində 24 şöbədən biri.

NOVRUZ-XARA. Yaxın Şərq xalqları klassik musiqisində 24 şöbədən biri.

NUZHƏ. Səfıəddin Urməvinin icad etdiyi simli musiqi aləti. Zahiri görünüşü 

cəngə  bənzəyir,  81  simi  vardır.  Bu  simlərdən  hər  üçünün  eyni  ucalıqda 

(unison)  köklənmiş  olduğunu  nəzərə  alsaq,  nüzhə  musiqi  alətində  27 

müxtəlif səs  əldə  edildiyi  məlumdur.

53

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə