Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

SOLİST (iti.:  solista).  Solo ifaçı; bir səs üçün və ya alət üçün yazılmış əsərin 

ifaçısı;  ansamblda  əsas,  daha  qabarıq  partiyanın  (bütün  əsərdə  və  ya 

onun  ayrılmış  hissələrində)  ifaçısı.

Muğam  ifaçılığında  solist  -  xanəndə  instrumental  ansamblın  -  sazəndə 

dəstəsinin  müşayiəti  ilə  çıxış  edir.

SOLO  (iti.:  solo,  lat.:  solus  -  tək,  tənha,  vahid).  Bir  ifaçının  müstəqil  çıxış 

etməsi. Ansamblda daha qabarıq və mühüm partiya. Muğam ifaçılığında 

muğamların  müxtəlif alətlərdə  solo  ifası  geniş  tətbiq  olunur.  Muğam 

ansam blında  xanəndənin  partiyası  solo  əhəmiyyətlidir,  ayrı-ayrı 

epizodlarda  tar  və kamança  alətlərinin  solosu  diqqətəlayiqdir.

SÜMSÜ.  Qarğıdan  düzəldilən  üfləmə  musiqi  aləti.



62

ŞAH XƏT At.  Azərbaycan musiqisində muğam şöbəsi;  aşıq harası.

ŞAH PƏRDƏ. Dartımlı simli musiqi alətlərinin (tar,  saz) qoluna bağlanmış 

pərdələrdən mərkəz mövqe tutan, adətən, açıq simdən bir oktava yuxarı 

səslənən pərdələr.

ŞAHNAZ. Kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstə­

qil  muğam  dəstgahı,  həm  də  muğam  şöbəsi  kimi  mövcud  olmuş  (Mir 

Möhsüm  Nəvvab.  “Vüzuhul-Ərqam”),  sonradan  kiçik  həcmli  muğama 

çevrilm işdir.  “ Ş ur”  muğam  ailəsinə  daxildir.T ərkibi  üç  şöbədən 

ibarətdir:”Şahnaz” ,  “Dilkəş” ,  “Zil-Şahnaz”  (“Şəddi-Şahnaz”).  Bu 

muğamın musiqisi coşğun, ehtiraslı, eyni zamanda, lirik, təsirli xarakter 

daşıyır.  O rta  əsrlərdə  Şərq  xalqlarının  musiqisində  6  avazdan  biri 

olmuşdur.

ŞAX9. Birlikdə  yeni bir dəstgah təşkil edən muğamat şöbələrinin məcmusu. 

“Ş ur”  muğam  ailəsinə  daxil  olan  “D əşti”,  “Ə bu-Ə ta”  və  s.  kiçik 

muğamlar.

ŞAMAXI MUĞAM MƏCLİSLƏRİ. XIX əsrin II yarısında Şamaxıda məşhur 

mülkədar Mahmud ağa tərəfindən yaradılan və Şirvan zonasında xanən­

dəlik sənətinin inkişafında mühüm rol oynayan musiqili poetik məclislər. 

Bu  dövrdə  Şamaxıda  Seyid  Əzim  Şirvaninin  başçılıq  etdiyi  “Beytüs- 

Səfa”  adlı  ədəbi  məclis  də  fəaliyyət  göstərirdi.  Mahmud  ağa  həmin 

məclisin  üzvlərinə  himayədarlıq  edirdi.  O,  öz  malikanəsində  musiqili 

gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi  salonda  tez-tez xanəndələrin 

müsabiqəsini  keçirir,  birinci  yerləri  tutanlara  qiymətli  hədiyyələr  və 

mükafatlar  verirdi.

XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud



63

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

ağanın  evinə  düşürdülər.  Fransız  yazıçısı  Aleksandr  Dümanın,  rus 

rəssamı  knyaz  Qaqarinin  və  b.  bu  haqda  məlumatları  maraq  doğurur. 

Mahmud  ağanın  musiqi  məclislərində yerli  musiqiçilərlə  birlikdə  Tiflis, 

Qarabağ,  İran  musiqiçiləri  də  çıxış  edirdilər.  Hacı  Hüsü,  Məşədi  İsi, 

Bülbülcan,  Ərdəbilli  Səttar,  Sadıqcan,  Cabbar  Qaryağdıoğlu  kimi 

dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil 

etdiyi  musiqi  məclislərində  iştirak  etmişlər.

Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik 

Şərq  musiqisindən  təlim  verərmiş.  Onun  məclisi  bütün  Zaqafqaziyada 

musiqiçilər  üçün  bir  növ  sənətkarlıq  məktəbi  idi.

Şamaxıda  yetişmiş  Mirzə  Məhəmmədhəsən,  Mehdi,  Məbud,  Şükür, 

Davud  Səfiyarov  kimi  xanəndələr,  Məhəmmədqulu  və  Hümayi  kimi 

tarzənlər  Mahmud  ağanın  yetirmələri  olmuşlar.

Təsadüfi  deyildir  ki,  Mahmud  ağanın  adı və  Şamaxı  musiqi  məclisi  bu 

gün  də xatırlanır və  örnək kimi göstərilir.

ŞAŞMAKOM  (f.:  altı  +  məqam).  Şifahi  ənənəyə  malik  olan  Orta  əsrlər 

özbək, tacik professional musiqi janrı. XVIII əsrdə formalaşmışdır. Silsilə 

əsər  olan  Şaşmakom  6  iri həcmli müstəqil əsərdən -  “Buzruk”,  ”Rost”, 

”Navo”,  “Duqox”,  ’’Seqox”,  “İrok” makomlarından ibarətdir.  Hazırda 

Şaşmakomun  Buxara  və  Xarəzm  növləri  var.  Şaşmakom  tam  şəkildə 

nota  salınmışdır.

ŞƏDDİ-ŞAHNAZ.  Muğam  şöbəsi.  Şədd  -  bir  melodiyanın  ən  ucadan, 

zildən  oxunan  hissəsinə  deyilir,  “Şahnaz”ın  zili  mənasını  verir.  İfaçılıq 

təcrübəsində  “Zil-Şahnaz”  muğam  şöbəsini  bəzən  belə  adlandırırlar.

ŞƏHDl-ŞAHNAZ.  Muğam  şöbəsi.  “Şahnaz”ın  balı  mənasını  verir.

ŞƏKKİ-ŞAHNAZ.  Muğam  şöbəsi.  Şəkk-şübhəli  “Şahnaz”  mənasını  verir.

“ŞƏRQ KONSERTLƏRİ”. XIX əsrin axırlarında xanəndə və çalğıçıların 

musiqili  səhnəciklərdə  çıxışlarına  verilən  ad.  Moskvada,  Peterburqda, 

Tiflisdə və b.  şəhərlərdə təşkil olunan “Şərq konsertləri”,  əsasən, yoxsul 

müsəlman  (Azərb.)  tələbələrinə  m addi  yardım  göstərmək  məqsədi 

daşıyırdı.  “Şərq  konsertləri”nin  proqramı,  əsasən,  xanəndə  və  sazəndə 

dəstəsinin  ifasında  muğam  və  təsniflərdən  ibarət  olduğuna  görə  bu 

konsertləri  simfonik və  kamera  musiqisi  konsertlərindən  fərqləndirmək 

üçün  belə  adlandırırdılar.

Azərbaycanda  ilk  “Şərq  konserti”  1901-ci  ildə  Şuşada  “Xandəmirovun 

teatrı”nda  yazıçı  Ə.Haqverdiyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  təşkil 

edilmişdir. Həmin konsertdə çıxış etmək üçün Qarabağın ən yaxşı sazəndə 

dəstələri,  məşhur  xanəndələrdən  C abbar  Qaryağdıoğlu,  Keçəçioğlu 

Məhəmməd,  Qasım  Abdullayev,  tarzənlərdən  Mirzə  Sadıq  Əsəd  oğlu 

(Sadıqcan),  Məşədi  Zeynal,  Gülablı  aşıqları  Abbasqulu  və  Nəcəfqulu

6 4

dəvət olunmuşdu. Konsertdə Ə.Haqverdiyev 12 nəfərdən ibarət ansamblı, 

el nəğmələrini ifa edən xor dəstəsini səhnəyə çıxarmışdı. Bu konsert onun 

tərtib etdiyi  “Azərbaycan toyu” musiqili tamaşası ilə başa çatdırılmışdı. 

Bakıda  ilk “Şərq konserti” yenə də Ə.Haqverdiyevin rəhbərliyi ilə  1902- 

ci  ildə  təşkil  edilmiş,  burada  Şuşadakı  konsert  proqram ı  təkrar 

göstərilmiş,  eyni zamanda,  Ələsgər Abdullayev,  Seyid Mirbabayev kimi 

məşhur Bakı xanəndələri də konsertdə iştirak etmişlər. Şərq konsertlərinin 

ənənəsi bu gün də davam etdirilir, “Muğam konserti”, “Muğam axşamı” 

adı  ilə  müasir  dövrdə də  keçirilərək  geniş dinləyici kütləsi  cəlb  edir.  Bu 

konsertlər  mu-ğam  sənətinin  inkişafında,  yaşadılmasında  və  təbliğində 

mühüm  rol  oynayır.

“ŞƏRQ GECƏLƏRİ”. XX əsrin əvvəllərində Azərbaycanda təşkil edilən geniş 

proqramlı konsertlərə verilən ad. “Şərq gecələri”ndə xanəndə və aşıqların 

çıxışları  ilə  yanaşı,  kiçik həcmli teatr tamaşaları  göstərilir,  rəqslər təşkil 

olunurdu.

Azərbaycanda ilk “Şərq gecəsi”  1907-ci ildə Bakıda “Müsəlman xeyriyyə 

cəmiyyəti”  tərəfindən  şəhər  yoxsullarının  xeyrinə  keçirilmişdir.

ŞİFAHİ ƏNƏNƏLİ PROFESSİONAL XALQ MUSİQİSİ. Azərbaycan şifahi 

ənənəli  musiqi  mədəniyyətinin  folklordan  sonra  ikinci  təbəqəsi  - 

professional  xalq  musiqi  mədəniyyəti  fərdi-m üəllif  yaradıcılığının 

ictimai-  folklor  şəkilli  təzahürü  olub,  xalq  kütlələrinin  dünyagörüşünü 

əks  etdirən  şifahi-yazılı  ifadəli  bədii  rabitə  vasitəsidir.  Şifahi  ənənəli 

professional xalq musiqisinə aşıq sənəti aid edilir. İfaçılıq mədəniyyətinin 

ənənəvi  x a ra k te r  daşım ası  baxım ından  aşıq  sənəti  professional 

yaradıcılığın  bir  tərəfini  təmsil  edir.  Lakin  musiqi  üslubu  və  quruluş 

cəhətdən  folklora  yaxındır.

İnstrumental ifaçılıq sənəti də professional xalq musiqisi mədəniyyətinin 

bir  hissəsidir.  Professional  xalq  ifaçılığında  ənənəvilik,  kollcktivlik, 

dəyişməz, təmaslı şəkildə ənənəni ötürmə kimi cəhətlər başlıca rol oynayır 

və  bunların  sayəsində  xalq  musiqisi  ancaq  ifada  yaşayır  və  yaşadılır. 

Eyni zamanda, o, özünəməxsus professionallığı ilə seçilir. Xalq musiqiçisi 

yaşadığı  mühitdə  seçilir,  musiqiçilik  onun  yeganə  fəaliyyət  dairəsinə 

çevrilir.  X alq  m usiqiçilərinin  özünəm əxsus  peşəkarlığı  ifaçılıq 

m əktəblərinin  yaran m asın d a  başlıca  am ildir.  Z u rn açıların , 

balabançıların,  nağaraçıların  arasında  yerli  ənənələrə  yaxşı  bələd  olan 

və  öyrədən  ustadlar  -  müəllimlər  var;  hər  bir  ustad  qavrama  tələbləri, 

təlim  üsulları,  öz  term inologiyası  ilə  seçilir.  Şifahi  ənənəli  xalq 

professional musiqisi xalq yaradıcılığı ilə professional yaradıcılığın birgə 

fəaliyyət  modelini  özündə  yaşadır.

ŞİFAHİ ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİ. Azərbaycan şifahi ənənəli 

musiqi mədəniyyətinin ən yüksək təbəqəsi; muğam sənəti - əsaslı məktəb, 

keçmiş  xanəndə,  sazəndə  kimi  peşəkar musiqiçilərin  yaradıcılığı  və  bu

6 5

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə