Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

sənətkarların yaradıcılıq məhsulu olan muğam dəstgahları, kiçik formalı 

muğamlar,  zərbi muğamlar,  təsnif və  rəng kimi janrlar nəzərdə  tutulur. 

Bu janrların  təşəkkülündə,  formalaşmasında  və  inkişafında  xanəndə  və 

sazəndələrin  böyük  rolu  vardır.  Xanəndə  və  sazəndələr  üçün  möhkəm 

məqam  sisteminə  əsaslanan  m uğam-dəstgahlar  ən  yüksək  yaradıcı 

təfəkkürün  məhsulu  sayılır.

Muğam sənətində tələb olunan qanunlar çərçivəsində ifaçı parlaq istedadı, 

zəngin təxəyyülü,  gözəl zövqü sayəsində yeni ənənələr,  orijinal üslublar, 

məktəblər yaradırlar.

Ənənəvi professional musiqi sənətinin mühüm amillərindən biri şifahilik 

xüsusiyyətinə  malik  olması,  yəni  onun  şifahi  şəkildə,  yaddaş  vasitəsilə 

ustaddan şagirdə, bir ifaçıdan digərinə ötürülməsindən ibarətdir. Ənənəvi 

professional  musiqi ifaçıları  solo  şəklində çalıb  oxuyurlar,  belə ifa  tərzi 

muğam  sənətinin  inkişafında  şifahi  ənənənin  əhəmiyyətini  qabarıq 

göstərir.  Solo ifa zamanı xanəndə və ya  sazəndə əsrlərdən  bəri qorunub 

saxlanılan muğam  sənətinin ümumi  qanunlarına  riayət  etməklə  yanaşı, 

improvizə  etm ək  bacarığı  sayəsində  onun  şəxsi,  fərdi  yaradıcılıq 

tapıntıları da  üzə  çıxır.

ŞİKƏSTEYİ-FARS. Bir çox muğam (“Şur”, “Segah”,  “Rahab” və s.) kökü­

nün  beşinci pilləsində  qurulan mərkəz  şöbə.

ŞİKƏSTƏ  (hərfi  mənası:  sınıq,  qırılmış,  məğlub  edilmiş).  1.  “Segah”

məqamında

zərbli muğam. Ölçüsü 2/4 - dür. Bir çox növləri var: “ Qarabağ Şikəstəsi”, 

“Kəsmə  Şikəstə”,  “Şirvan Şikəstə”si və  s.

ŞİRVAN ŞİKƏSTƏSİ. Şikəstə növlərindən biri.

ŞÖBƏ.  Muğamat dəstgahının melodik və məqam cəhətincə bitkin və müstə­

qil  hissəsi.

ŞUR. Azərbaycan xalq musiqisində əsas muğamlardan biri. “Şur” muğamının 

kökü  aşıq  m usiqi  yaradıcılığında  da  görkəm li  yer  tu tu r  -  aşıq 

m ahnılarının  çoxu  məhz  “  Şur”  kökündə  olur.  Azərbaycan  xalq 

m ahnıları,  oyun  havaları  və  başqa  instrum ental  form alar  (cəngi, 

qəhrəmani,  koroğlular  və  s.)  da  çox  vaxt  “Şur”  muğamı  kökündə 

yaradılır.  Dəstgahlar  içərisində  də  “Şur”  ən  böyük  həcmli,  ən  sanballı 

dəstgah  sayılır.  Belə  ki,  özlüyündə müstəqil  bir  dəstgah mahiyyəti  kəsb 

etmiş  “Şur-Şahnaz”,  “Əbu-Əta”,  “D əşti”,”Bayatı-Türk”  kimi  kiçik 

dəstgahlar  da  əslində  “Şur”a  mənsub  muğamlardır.  Başqa  dəstgahlara 

nisbətən “Şur”un zərbi muğamları da çoxdur (“Səmayi-Şəms”, “Ovşarı”, 

“Osmanlı”  -  “M aani”,  “Arazbarı”  və s.).

Ən lakonik şəkildə verilmiş olsa, “Şur” dəstgahı tərkibinə aşağıdakı şöbə 

və  guşələr  daxildir:  “Mayə”,  “Səlmək”,”  Hacı  Yuni”,  “Şur-Şahnaz”,

6 6

“Busəlik”, “Bayatı-Qacar” (“Bayatı-Türk”), “Şikəsteyi-Fars”, “Əşiran”, 

“Şəmayi-Şəms”,  “Zəmin-Xara”,  “Hicaz”,  “Sarənc”,  “Nişib-Fəraz”.

ŞUR M ƏQAM I  (mənası:  eşq,  sevgi).  Azərbaycan musiqisində yeddi əsas 

məqamdan  biri  (Ü.Hacıbəyli).  Quruluşu:  1  -  1/2  -  1  ton  formullu  üç 

tetraxordun  qovuşuq  üsulla  (xl-  intervalı  məsafəsində)  birləşməsindən 

ibarətdir;  səssırası  10 pilləlidir,  IV pillə mayə  (tonika)  pilləsidir. 

Məqamın səssırasımn III,  IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi 

kimi  “Şur”  muğamının  şöbələrinin  əsasını  təşkil  edir;  bu  məqamda 

q u ru lan   m usiqi  nüm unələri  həmin  pillələrə  əsaslanır.  Re  “Ş ur” 

məqamının  səssırası:

ŞUR  MUĞAMININ NOTA YAZILMASI.  “Şur”  muğamı instrumental 

şəkildə N. Məmmədov tərəfindən Əhməd Bakıxanovun ifasından (1962), 

Ə sədullayev  tərəfindən  E .M irzəfərovun  ifasından  (2006)  nota 

salınmışdır. Bəstəkar yaradıcılığında da bu muğama çox müraciət olunur. 

Fikrət  Əmirov  bu  muğam  əsasında  “Şur”  və  “Kürd  Ovşarı  “  simfonik 

muğamlarını  (1948)  yaratmışdır.

ŞUR-ŞAHNAZ.  Şur  məqamında  “  Şahnaz”,  “Dilkəş”,  “Şəddi-Şahnaz” 

tərkib  şöbələrindən  ibarət  muğam.

ŞÜŞTƏR.  “Bərdaşt”,  “Əmiri”, “Şüştər”,  “Tərkib” şöbələrindən ibarət kiçik 

bir  dəstgah.

“Şüştər” məqamı - Azərbaycan musiqisində yeddi əsas məqamdan biridir 

(Ü.Hacıbəyli).  Quruluşu:  1/2 -1-  1/2 ton formullu iki tetraxordun yanaşı 

üsulla (art.2 -  intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 8 

pilləlidir, VI pillə mayə (tonika) pilləsidir, bu məqamda III pillə də mayə 

ilə  yanaşı,  tamamlayıcı  ton  əhəmiyyəti  daşıyır.

Məqamın  səssırasımn  III,  VI,  VII  pillələri  istinad  -  dayaq  pilləsi  kimi 

“Şüştər” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan 

musiqi  nümunələri  həmin  pillələrə  əsaslanır.  Lya  “Şüştər”  məqamının 

səssırası:

ŞÜŞTƏR MUĞAMININ NOTA YAZILMASI. “Şüştər” muğamı instru­

mental şəkildə A.Əsədullayev tərəfindən E.Mirzəfərovun ifasından (2006) 

nota  salınmışdır.

6 7

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



.

• • •


TAR.  1.  Azərbaycan  simli  dartımlı musiqi  aləti.  İranda,  Orta Asiyada,  Da­

ğıstanda və başqa qonşu ölkələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan 

tarı  öz  quruluşu,  konstruksiyası  etibarilə  İran  tarından  xeyli  fərqlənir. 

X IX   əsrin  ikinci  yarısı  A zərbaycan  m usiqi  sənətinin  ən  görkəmli 

nüm ayəndəsi  sayılan  M irzə  S adıq  Əsəd  oğlu  ta r  m usiqi  alətinin 

konstruksiyasını  elmi-akustik  prinsiplər  əsasında  xeyli  dəyişdirdi.

O,  tarın  səsini  gücləndirmək  üçün  sim lərinin  sayını  artırdı;  qolun 

yuxarısında  (kəlləyə  yaxın  yerdə)  əlavə  pərdə  (zabol  pərdəsi)  bağladı; 

tar  ifaçılığı  texnikasında  lal  barm aq  adlanan  üsuldan  geniş  istifadə 

edilməsinə  yol  açdı;  tarı  əvvəllərdə  olan  adət  üzrə  diz  üstünə  qoyub 

əyilərək çalmaq qaydasını aradan qaldırdı və tarı sinə üstünə alıb çalmağı 

daha  münasib,  daha  əlverişli  hesab  etdi.

2.  ərəb  ölkələrində:  dəf;  3.  sim.

TARZƏN. Tar alətinin ifaçısı; solist və müşayiətçi kimi fəaliyyət göstərən 

peşəkar musiqiçi.

TƏBİL.  Zərbli musiqi aləti.

TƏXNİS.  Çox zil səs.

TƏQSİM.  1.  Əsas  kök (məqam)  üstündə  sərbəst  improvizasiya;

2.  Türk musiqisində muğam,  ya  da  muğam  şöbəsi.

TƏRANƏ.  Melodiya,  mahnı,  nəğmə.

TƏRKİB. “Şüştər” muğamında ikinci şöbə,”H umayun” dəstgahında “Şüştər” 

ilə  “Üzzal”  arasında  şöbə.



6 8

TƏSNIF. Ərəb sözüdür, dəstgah şöbələri arasında (əvvəlkinə nəhayət vermək, 

“yekun  vurm aq” ,  sonrakına  isə  keçmək  üçün)  ifa  olunan  mahnı 

formasına  bənzər  (bənd  formalı)  dəqiq  və  sabit  ölçülü  nəğmə.

TÜTƏK.  Üfləmə  ağac musiqi  aləti.

• • •


UD. Yaxın Şərq xalqlarının mizrabla çalman ən qədim simli, dartımlı musiqi 

aləti.  Ərəbistan,  Türkiyə  və  qismən  iran  ölkələrində  çox  geniş  intişar 

tapmışdır.

Ud  əsrlər  boyu  müxtəlif surətdə  islah  edilmiş  və  onun  konstruksiyası 

tez-tez  dəyişdirilərək  təkmilləşdirilmişdir.

Müasir  ud  altı  simli  musiqi  alətidir.  Bunlardan  beşi  qoşa,  altıncısı  isə 

tək  qoşulur.  Simlərin  düzülüş  və  yerləşdirilməsi  çox  qəribədir:  ortada 

melodik,  yəni  musiqinin  əsl  havasını  (modulyasiyasmı)  çalan  simlər, 

yanlardan isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) 

qoşulur.


• •

ÜN  (arxaizm).  Səs,  avaz,  vokal  səs.

ÜST MİZRAB. Xüsusilə tar ifaçılıq təcrübəsində mizrabı simlər üzərinə hər 

dəfə yalnız üstdən, yuxarıdan aşağı (alt mizraba müqabil olaraq) vurmaq 

üsulu.

ÜŞŞAQ  (hərfi  mənası:  aşiqlər,  aşiq-məşuq).  1.  Yaxın  Şərq  xalqları  musiqi­



sinin  əsasım  təşkil  edən  12  əsas  muğamdan  birincisi;

2.  “Rast”  dəstgahının  mayəsində  ifa  olunan  guşələrdən  biri.

ÜZZAL. “Bayatı-Şiraz” dəstgahında “Xavəran” şöbəsindən sonra muğamın 

sonunda  yerləşən zil  şöbə.



6 9

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə