Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



,

%

• • •


OXUMA.  Vokal  musiqi  ifaçılığının  ən  qədim  növlərindən  biri,  musiqi 

əsərinin  obrazlı  -  bədii  məzmununu  müğənni  səsi  ilə  çatdırılması. 

Oxuma  solo  (birsəsli) və  ansambl (duet,  trio və  s.)  və xor  şəklində  olur. 

Oxuma,  əsasən,  instrumental müşayiətlə  səslənir.

ORTA  M AHUR.  “M ahur-H indi”dən  bir  kvarta  yuxarıda  ifa  olunan 

muğam. Tarın ağ simi do köklənirsə, “Orta M ahur”un mayəsi fa notunda 

olur.

ORTA  SEGAH.  “Zabul  Segah”  dəstgahında  əsl  “Segah”  muğamının  özü. 



Bir qayda olaraq “Manənd-Müxalif” şöbəsindən sonra ifa olunur. Tarm 

ağ  simi  do  köklənmişsə,  “Orta  Segah”ın  mayəsi  mi  notuna  düşür.

OVUC  (övc,  öüc,  ovc,  ouc;  hərfi mənası:  ən  uca zirvə,  göyün  ən  yüksək 

qatı).  Bir  çox  muğam-dəstgahlar  tərkibində  zil  şöbə  (məsələn,  “Əraq” 

şöbəsi)  funksiyasını daşıyan,  eləcə də yuxarı registrdə səslənən şöbə.

54

PEŞREV.  İnstrumental musiqinin bir janrı,  hər bir muğam,  ya  dəstgahdan 

əvvəl  çalınan  instrumental  müqəddimə.

PƏNCGAH. “Rast” dəstgahında bilavasitə “Əraq”dan sonra ifa olunan şöbə. 

Bu  şöbənin  “R a s t”  dəstgahında  tutduğu  mövqe  çox  əhəmiyyətli 

olduğundan,  “R ast”  dəstgahı  çox  zaman  “Rast-Pəncgah”  adlandırılır.

PƏRDƏ.  1.  Səsdüzümünün  ayrılıqda hər bir  səsi;

2.  Bəzi  simli  musiqi  alətlərinin  (tar,  saz,  dütar,  tənbur  və  s.)  qoluna 

bağlanılan  bölmə.  Qoyun  bağırsağından  nazik  kəndir  kimi  eşilib  emal 

edilir  (son  vaxtlar  tarçalanlardan  bir  çoxu  pərdəni  daha  möhkəm  və 

davamlı sayılan kapron sapla əvəz edirlər).  İfaçılar şərti olaraq ayrı-ayrı 

pərdələrə  ad  vermişlər  ki,  bu  da  eyni  zamanda  həmin  musiqi  alətində 

hansı  səsin  nəzərdə  tutulduğunu göstərir.

3.  Teatr  üçün  yazılmış  əsərin  müəyyən  bir  hissəsi  (məs.:  dörd  pərdəli 

opera,  üç  pərdəli  balet).

PƏRDƏ  VURMAQ  Xüsusi  tarçalma  təcrübəsində  barmaqla  sıxılmış 

pərdədən  əlavə,  ondan  (çanağa  tərəf)  daha  qabaqda  duran  pərdənin  də 

istənilmədən  müəyyən  dərəcədə  sıxılmış  olması.  Bu  hal  tar  qolunun 

çanağa düzgün nəsb edilməməsi, ya da çanaq içərisindəki ağacın düzgün 

taxılmamasından irəli gəlir (bax: Çəngəl). Nəticədə simlərin səslənməsində 

xoşagəlməz  bir  vızıltı  eşidilir.

PƏR-PƏRƏSTUK.  “Ç ahargah”  dəstgahının mayəsində son dərəcə təsirli 

instrumental  gəzişmə.

PƏRVANƏ. Qədim klassik musiqidə “Rast-Pəncgah” dəstgahının əvvəlində 

“Zəng-Şötör”  ilə  “Ruh-Əfza”  arasında  səslənən  şöbə.

55

iz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

PƏST  (f.,  hərfi mənası:  aşağı,  alçaq),  1.  aşağı  registrdə  bəm  səslə  oxumaq; 

2.  yavaş  səslə  oxumaq.

PƏSTDƏN  OXUMAQ.  Muğam  ifaçılığında,  xanəndəlik  təcrübəsində  isti­

fadə  olunan  termin;  aşağı  registrdə  bəm  səslə  oxumaq,  bəzən  isə  yavaş 

səslə  oxumaq  mənasında  istifadə  olunur.

PƏSTXAN.  Səsi aşağı registrdə,“bəm pərdələrdə”  daha sərbəst işləyən 

xanəndə.


PİŞDƏRAM ƏD.  1.  M uğam atda xanəndə və sazəndə dəstəsi tərəfindən 

“tamam  dəstgah”  ifası  üçün  çalman  müqəddimə;

2.  muğamın mayədən  əvvəlki zərbli  instrumental  hissəsi.

56

RAK (ər. - əsas, dayaq).  1. “Rast” dəstgahmda “Pəncgah” şöbəsi ilə “Xavəran” 

guşəsi  arasındakı  epizod;  başqa  variantlara  görə,  yenə  də  “R ast” 

dəstgahmda  “Xocəstə”  şöbəsindən sonra  (“Saqinamə”dən əvvəl)  “Rak- 

Hindi”,  “Rak-Xorasani”  guşələri  ifa  olunur;

2.  Qədim  klassik  musiqisində:  “R a st”  və  “M ahur”  dəstgahlarının 

axırında (son şöbəni ifa etdikdən sonra) mayəyə qayıtmazdan əvvəl, bir 

qayda olaraq, hökmən “Rak-Abdulla” adlanan guşədə dayanmaq lazım 

gəlirdi.  “Rak-  Abdulla”,  “Rak-X orasani”  və  “R ak-H indi”  adlanan 

guşələr  əslində  eyni melodik  gəzişmənin  müxtəlif variantlarıdır.

RAST  (hərf.  - düz,  dürüst,  müstəqim,  düzgün).  Yaxın  Şərq xalqları klassik 

musiqisinin  12  m uğamından  biri.  “Qədim  musiqişünaslar  “R ast”ı 

muğamların  anası  adlandırmışlar.  “R ast”  muğamı  nəinki  öz  adını  və 

kökünün  səsdüzümünü,  hətta  öz  tonikasının  (mayəsinin)  ucalığını  belə 

zəmanəmizə  qədər  mühafizə  edib  saxlaya  bilmişdir”  (Ü.Hacıbəyli). 

A zərbaycan  m usiqisində  “N ovruz-R əvəndə” ,  “ R a st” ,  “Ü şşaq” , 

“Hüseyni”,  “Vilayəti” (bəzən “Dilkəş”),  “Xocəstə”,  “Xavəran”, “Əraq”, 

“Pəncgah”,  “R ak”,  “Əmiri”  və  “Məsihi”  şöbələrindən  ibarət  dəstgah.

RAST MƏQAMI  (mənası:  doğru,  dürüst,  müstəqim,  düzgün).  Azərbaycan 

musiqisində yeddi  əsas məqamdan birincisi  (Ü.Hacıbəyli).  Quruluşu:  1- 

1-  1/2  ton  formullu  üç  tetraxordun  qovuşuq  üsulla  (x.l  -  intervalı 

məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə 

(tonika) pilləsidir. Məqamın səssırasının IV, VI, VII, VIII pillələri istinad 

-  dayaq  pilləsi  kimi  “R ast”  muğamının  şöbələrinin  əsasını  təşkil  edir; 

bu məqamda qurulan musiqi  nümunələri - xalq mahnıları,  rəqsləri,  aşıq 

havaları  həmin  pillələrə  əsaslanır.



57

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə