Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

MƏXLUT.  “Zabul Segah” dəstgahında “Orta Segah”dan “Şikəsteyi-Fars”a 

keçməzdən əvvəl  kiçik güşə.

MƏQAM. Müxtəlif səslər, pərdələr məcmusunun bir vahid əsas kök ətrafın­

da  birləşməsi.

Musiqidə hər səsin, hər pərdənin öz mövqeyi və öz xüsusi keyfiyyəti var. 

Bu  keyfiyyət  ayrı-ayrı  pərdələr  arasında  müəyyən  qarşılıqlı  münasibət 

yaratmış  olur ki,  bu da nəticə  etibarilə,  bütün pərdələrin mayəyə  doğru 

olan  meyil və istiqaməti  ilə  səciyyələnir  (bax:  Mayə).

Məqam  bir-birinə  tərəf meyil  göstərən,  yönələn  və  bir  sabit  səs  (mayə) 

ətrafın d a  toplaşan  m üxtəlif  yüksəklikdə  (ucalıqda)  olan  m usiqi 

sədalarının  qarşılıqlı  münasibət  sistemindən  ibarətdir.

MƏNSURİYYƏ.  “Çahargah”  kökündə  olan  zərbi  muğam.  “Ç ahargah” 

dəstgahmın tərkibinə daxil olaraq, muğamın son şöbələrindən biri hesab 

olunur.  Əvvəllər  “Rast”  dəstgahında  da  çalındığı  məlumdur.  Lakin  bu 

halda  “Mənsuriyyə”nin yalnız vəzni (ritmik şəkli)  saxlanılır, melodiyası 

isə  “R ast”  dəstgahı  kökünə  “  tərcümə”  edilmiş  olur.

MƏRSİYƏ.  Məzmunu müsibətnamədən ibarət  olan vokal əsər.

MƏSİHİ.  “Rahab”  muğamında  şöbə.

MƏSNƏVİ.  1. Azərbaycan klassik musiqisində: “Rahab” dəstgahmın sonun­

da  ifa  olunan  şöbə.

2.  İran  musiqisində:

“Şur”  dəstgahmın  son  şöbəsi;

“Bayatı-İsfahan”  muğamının  “Üşşaq”  ilə  “İbadət”  (Məsnəvinin  başqa 

variantı)  guşələri arasında yerləşən şöbəsi.

MOALİF.  “Humayun”  dəstgahmın  əvvəlində  ifa  olunan  parça.

“M UĞAM -DƏSTGAH” LAYİHƏSİ.  H eydər Əliyev Fondu tərəfindən 

həyata  keçirilən  muğam  layihələrindən  biri.  Layihənin  məqsədi  həm 

köhnə  val  yazılarının,  həm  də  məharətlə  ifa  olunan  muğamların  bütün 

şöbə  və  guşələrinin  yenidən  bərpasından  ibarətdir.  Layihə  çərçivəsində 

muğam-  dəstgahlarm  konsertlərdən  birbaşa  yazıya  alınması  və  gələcək 

nəsillər  üçün  qorunub  saxlanması  nəzərdə  tutulur.

MUĞAM DƏSTGAHLARI. Şifahi ənənəli Azərbaycan professional musiqi­

sinin ən böyük janrı, mükəmməl və klassik formasıdır. “Dəstgah” sözündə 

“dəst” bütöv, tam, “gah” yer, mövqe deməkdir. Dəstgah muğamın vokal- 

instrumental şəkildə bütün hissələrinin - şöbə, guşə, rəng, təsniflərin tam

bütövlükdə,  muğam  kompozisiyasım n  tələbləri  səviyyəsində  ifası

44

deməkdir.  Dəstgahın  ən  başlıca  xüsusiyyəti  muğam  şöbələrinin  və 

guşələrinin,  təsnif və  rənglərin  məntiqli  surətdə  silsilə  yaratmasından 

ibarətdir.  Bunun  da  nəticəsində  muğam  dəstgahlarınm  özünəməxsus 

inkişaf dramaturgiyası  yaranır.

Muğam  dəstgahları  kamil  formalı,  çoxhissəli,  silsilə  quruluşlu  musiqi 

əsərləridir.  Azərbaycan  muğam  dəstgahları  bunlardır:  “R ast”,  “Şur”, 

“Segah”,  “Çahargah”,  “Bayatı-Şiraz”,  “Mahur-Hindi”,  “Orta  Mahur”, 

“Mirzə  Hüseyn  Segahı”,  “Zabul  Segahı”,  “Xaric  Segah”,  “Şüştər”, 

“Humayun”.  Bu muğam  dəstgahları  “Rast”,  “Şur”,  “Segah”,  “Şüştər”, 

“Bayatı-Şiraz”,  “Çahargah”,  “Hümayun”  məqamlarına  əsaslanır.  Bir 

məqam əsasında bəzən bir neçə muğam qurulur, beləliklə, muğam ailələri 

əmələ  gəlir.  Azərbaycan  musiqisində  “Rast”,  “Şur”,  “Segah”  muğam 

ailələri  yaranmışdır.

Muğam dəstgahlarınm mətn əsasını qəzəllər təşkil edir.  Qəzəl seçimi hər 

bir  xanəndənin  öz  zövqündən  və  istəyindən  asılı  olmaqla  yanaşı,  həm 

də muğamın xarakteri ilə bağlı olur.  Məsələn,  “R a sf’da oxunan qəzəllər 

“Segah”da  və  ya  “Çahargah”da  oxunmur.  Muğam  dəstgahlarınm  ifa 

müddəti  (xronometraj)  sabit  deyil.  Eyni  dəstgah  2-3  saat,  30-40  dəqiqə 

və  ya  10-15  dəqiqə  müddətində  ifa  oluna  bilər.

“MUĞAM DÜNYASI” LAYİHƏSİ. Heydər Əliyev Fondu tərəfindən həyata 

keçirilən muğam layihələrindən biri. Layihə çərçivəsində simpoziumların, 

“XXI əsrdə muğam sənəti” beynəlxalq konfransının keçirilməsi, müxtəlif 

festival  və  yarışmaların,  həmçinin  muğam  mütəxəssisləri  tərəfindən 

hazırlanmış  xüsusi  layihələrin  təşkili  planlaşdırılır.

“MUĞAM ENSİKLOPEDİYASI” LAYİHƏSİ. Heydər Əliyev Fondu və 

“Musiqi  D ünyası”  jurnalının  birgə  layihəsi.  Layihənin  Azərbaycan 

muğamına  həsr  olunmuş  nəşri  həm  elektron,  rəqəmsal,  həm  də  kitab 

variantlarını  əhatə  edir.

Elektron  kitabı:  

MUĞAM ETÜDLƏRİ. Azərbaycan bəstəkarlarının xalq çalğı alətlərinin 

ifaçılıq  tədrisi  məqsədilə  bəstələdikləri  əsərlər.  Adil  Gərayın,  Səid 

Rüstəmovun  “Muğam  etüdlər”indən  çox  istifadə  olunur.

“MUĞAM - İRS” LAYİHƏSİ. Heydər Əliyev Fondu tərəfindən həyata keçiri­

lən  muğam   layihələrindən  biri.  Layihənin  m əqsədi  A zərbaycan 

xanəndələrinin  qədim  qram m ofon  vallarının  bərpasından  və  yeni 

disklərin  buraxılmasından  ibarətdir.  Layihə  çərçivəsində  “Qarabağ 

xanəndələri”,  “Unudulmuş  səslər”,  “Azərbaycan  qadın  xanəndələri”, 

“İnstrumental muğamlar”, “Muğam ustaları” CD - albomların hazırlan­

ması  nəzərdə tutulur.



45

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə