Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

Do  “Rast”  məqamının  səssırası.

RAST MUĞAM AİLƏSİ.  A zərbaycan  m usiqisində  “R ast”  məqamında 

qurulan muğamlar  “Rast  muğam ailəsi”  əmələ  gətirir:  “Mahur-Hindi”, 

“O rta-M ah u r” ,  “ B ayatı-Q acar”,  “D ü g ah ” .  Bu  m uğam lar  musiqi 

məzmunu  baxım ından  bir-birinə  uyğundur,  bununla  belə  xarakter 

cəhətdən,  tərkib hissələrinə və tonallığına görə  bir-birindən fərqlənirlər.

RAST MUĞAMININ NOT YAZILARI. “Rast” muğamı bir neçə dəfə müxtə­

lif  ifalard an   n o ta   salınm ışdır.  M .M aqom ayev  tərəfindən  tarzən 

Q .Prim ovun  ifasından  (1928,  əlyazm a),  N iyazi  xanəndə  Cabbar 

Q ary ağ d ıo ğ lu n u n   ifasın d an   (1935,  əlyazm a),  T.Q uliyev  tarzən

M .  M ansurovun  ifasından  (Bakı, 1936),  xanəndə  Zülfi  Adıgözəlov  və 

tarzən  Qurban  Primovun  ifasından  (əlyazma,  bir  hissəsi  V.Belyayevin 

“O  muzıkalnom  folklore  i  drevney  pismennosti”  -  “Musiqi  folkloru  və 

qədim  yazılar  haqqında”  (Moskva,  1971)  kitabında  nəşr  olunmuşdur),

N. Məmmədov  Əhməd  Bakıxanovun  ifasından  (Bakı,  1963),  xanəndə 

H acıbaba  H üseynovun  və  tarzən  B əhram   M ansurovun  ifasından 

(Moskva,  1978),  A.Əsədullayev  tarzən  Elxan  Mərzəfərovun  ifasından 

(B akı,  2005)  n o ta   yazm ışdır.  B əstək ar  y arad ıcılığ ın d a  “R a st” 

muğamından  geniş  istifadə  olunmuşdur.  Bu  muğam-dəstgah  əsasında 

Niyazi  “Rast”  simfonik  muğamını  bəstələmişdir  (1949).

RAST-PƏNCGAH. Azərbaycan musiqisində  “R ast”  muğamının ikinci adı. 

Bu muğam  İran musiqisində  əsas  dəstgahlardan  biridir.

RAVƏNDİ. Müasir Şərq musiqisində “R ast” və “Humayun” dəstgahlarında 

muğam  şöbəsi.

REPERTUAR (lat. repertorium - siyahı). Hər hansı ifaçı, yaxud ifaçı qrupu, 

teatr  truppası  tərəfindən  ifa  olunan  əsərlərin  toplusu.

RƏCƏZ  (ərcuzə).  1.  “Çahargah”  dəstgahının  sonunda  olan zərbli muğam, 

“Mənsuriyyə”dən  əvvəl  ifa  edilən  şöbə;

2. Orta əsr musiqisində cəngavərlər fəxriyyəsini ifadə edən mahnılar üçün 

ən  münasib  bəhr.

RƏHAB.  Qədim m ənbələrə  əsasən A zərbaycan m usiqisində  “R ah ab ” , 

“H um ayun”,  “T ərkib” ,  “Ü zzal”,  “B ayatı-T ürk”,  “Bayatı-Q acar”, 

“Zəmin-  Xara”,”Mavərənnəhr”,  “Bal-Kəbutər”,  “Hicaz”,  ’’Bağdadi”, 

“Şahnaz”,  “Azərbaycan”,  “Oraq”,  “Əşiran”,  “Zəng-Şötör”,  “Osmani”,

58

“Bayatı-  K ürd”,  “Bayatı-Şiraz”,  “Hacı  Yuni”,  “Sarənc”,  “Şüştər”, 

“Məsnəvi-Səqil”  və  “Suzi-Güdaz”  şöbə  və  guşələrindən  ibarət  dəstgah.

RƏMƏL.  Əruz bəhri.  Bir çox növü var.  Bu növlər özlüyündə müəyyən 

təqsimat daxilində qruplaşdırılır. Burada səslərin “ hərəkat” və “sekunat” 

cəhətincə  təvazön  (müvazinət)  və  tənasibi  əsas  rol  oynayır.

Ərəb-İran  klassik  musiqisində  rəməl  bəhri  rəməl-xəfıf  və  rəməl-səqil 

təqsimlərinə  ayrılır.  Bunlardan  rəməl-səqil  iki  şəkildə  olur:

a)  fəilatün  təfiləsinin  dörd  dəfə  təkrarlanmasından  əmələ  gələn  bəhr;

b)  fəilatün-fəilün-məfulün-məfulün-fəilün  təfilələrinin  ardıcıl  birləş­

məsindən  düzələn  bəhr.

Azərbaycan musiqisində də rəməl bəhri ən çox işlənən ölçülərdən biridir.

RƏNG. Azərbaycan  şifahi ənənəli professional musiqisində instrumental 

musiqi janrı.  Dəqiq  metro-ritmik  ölçülü,  rəngarəng  melodik  quruluşlu 

musiqi  məzmununa  malikdir.  Rənglər  həm  müstəqil  pyeslər  kimi,  həm 

də  muğam  dəstgahının  tərkibində  ifa  olunur.

RUBƏND.  XIX əsr Azərbaycan  musiqisində  “Çahargah”  dəstgahının son 

şöbələrindən  biri  olub.

RUH-ÜL-ƏRVAH.  “D ügah”  dəstgahında  ilk  şöbə.  “Şur”da  “Simayi- 

Şəms”in  ikinci  nəfəsi.

RÜBAB (rebab).  Simli dartımlı musiqi aləti. Vaxtilə bütün Yaxın Şərq xalq­

larının  musiqi  məişətində  geniş  istifadə  olunmuşdur.  Hazırda  başlıca 

olaraq  Orta Asiya  xalqlarının  çalğıçıları  tərəfindən  daha  çox  işlənir. 

Rübabın bir çox növləri var. Hər növ intişar tapdığı yerin adı ilə adlanır. 

Məs.:  tacik  rübabı,  qaşqar  rübabı,  əfqan  rübabı  və  s.  Bəzən  tamamilə 

eyni növdə və eyni konstruksiyada olan rübab başqa-başqa adlar daşıyır. 

Rübabın əsas olaraq üç simi var, lakin rezonans vermək üçün çox zaman 

ona əlavə bir neçə sim də qoşulur.  Rübab simləri qaramal buynuzundan 

hazırlanan  kiçik  mizrabla  səsləndirilir.

59

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



,

SANTUR.  Simli,  zərbli musiqi  aləti.



SARƏNC.  “Şur”  dəstgahında  “Hicaz”  ilə  “Nişibi-Fəraz”  arasında yerləşən 

şöbə.


SAZƏNDƏ.  Musiqiçi,  musiqi  alətində  çalan,  çalğıçı.

SEGAH MUĞAMI.  Yaxın və  Orta  Şərq xalqları musiqisində  24 muğam 

şöbəsindən biri. Azərbaycanda geniş yayılmış muğamlardan biri. Muğam 

sənətində “Segah”ın bir neçə variantı mövcuddur: “Zabul Segah”, “Xaric 

Segah”,  “Mirzə  Hüseyn  Segahı” .

SEGAH  MUĞAM  AİLƏSİ.  Azərbaycan  musiqisində  “  Segah”  ən geniş 

yayılmış və sanballı dəstgahlardandır. Azərbaycanda “Segah”ın bir neçə 

variantı  mövcuddur:  “O rta  Segah” ,  “Xaric  Segah”,  “Mirzə  Hüseyn 

Segahı”, “Zabul Segah”,  “Haşım Segah” .  Qədim qrammofon vallarında 

xanəndə  İslam  Abdullayevin  oxuduğu  “Yetim  Segahı”  variantına  da 

rast  gəlinir.  Ümumiyyətlə,  İ.Abdullayev  bu  muğamın  ən  mahir  ifaçısı 

olduğuna görə  ona xalq  arasında  “Segah  İslam”  deyilmişdir.

Onun  repertuarında  “Segah”ın  bütün  variantları  səslənmişdir.  “Segah” 

ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir 

və  “Segah”  m uğam ı  inkişaf  edərək  özünəm əxsus  tonallıq  sistemi 

yaratmışdır:  “Xaric Segah”  si (kiçik oktava) mayəli,  “Orta Segah” mi (I 

oktava) mayəli, “Zabul Segah” mi (kiçik oktava) mayəli, “Mirzə Hüseyn

60

Segahı”  lya  (I  oktava)  mayəli,  “Yetim  Segah”  -  re  (I  oktava)  mayəli, 

“Haşım  Segahı”  -  sol  (I  oktava)  mayəli  “Segah”  məqam  tonallığında 

qurulur.  “Segah”ın variantları  özünəxas  xarakteri,  səslənməsi,  yozumu, 

istinad  pillələrinin  dəyişilməsi  ilə  fərqləndiyinə  görə  onların  dinləyiciyə 

bağışladığı  təsir  müxtəlif olur.

SEGAH MUĞAMININ NOT YAZILARI.  “Segah”  ailəsinə aid  muğam­

la rd a n   “ Segah  Z ab u l”  b əstək a rlar  tərəfindən  nota  alınm ışdır. 

M.Mansurovun ifasından “Zabul” muğamını T.Quliyev notlaşdırmışdır 

(1936),  “Segah  Zabul”  instrumental  muğamı  N .Məmmədov  tərəfindən 

Ə .B akıxanovun  ifasından  (1965),  A .Ə sədullayev  tərəfindən 

E .M irzəfərovun  ifasından  (2006)  n o ta  salınm ışdır.  Bəstəkar 

yaradıcılığında  da  bu  muğama  çox  müraciət  olunur.  V.Adıgözəlov  bu 

muğam  əsasında  “Segah  simfoniyası”nı  (2005)  yaratmışdır.

SETAR.  Üç  simli  qədim musiqi  aləti.

SƏLMƏK.  l .”Şur” dəstgahında “Dəşti” ilə “Muyə” arasında yerləşən şöbə; 

2.  Şərq  musiqisində:  “Şur”  dəstgahında  “Gəraylı”  və  “Molla  Nazi” 

guşələri  arasındakı  şöbə  olub.

SƏMAYİ-ŞƏMS.  “Şur” dəstgahına mənsub zərbi muğam.  Bir qayda ola­

raq “Zəmin-Xara” şöbəsindən, ya da “Şikəsteyi-Fars”dan sonra (“Hicaz” 

şöbəsindən  əvvəl)  ifa  olunur.

SƏNC.  Yeddi simli  musiqi  aləti.

SƏS.  1.Musiqi  fakturasmı  təşkil  edən  hər  bir melodik  xətt.

2.  Müğənni  səsi.

SİMFONİK MUĞAM. Azərbaycan musiqisinin bir janrı.  1948-ci ildə bəstə­

kar  Fikrət  Əmirov  tərəfindən  yaradılmışdır.  F.Əmirovun  muğamların 

musiqi materialına  və kompozisiya xüsusiyyətlərinə  əsaslanaraq yazdığı 

“Şur”  və  “Kürd  Ovşarı”  simfonik  əsərləri  ilə  Azərbaycan  simfonik 

musiqisində  bu janrın  bünövrəsi  qoyulmuşdur.

Janrın  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  muğam  dəstgahına 

xas  tədrici  və  ardıcıl  yüksəlmə  və  inkişaf prinsipi,  onun  kompozisiya 

quruluşu,  dramaturji  hərəkət  xətti  saxlanılmış,  eyni  zamanda,  muğam 

melodiyalarının  inkişafında  simfonik  işləmə,  rəngarəng  orkestrləşdirmə 

üsulları  tətbiq  olunmuşdur.  Bir  çox  Azərbaycan  bəstəkarları  bu janra 

müraciət  etmişlər.

Niyazi “R ast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı- 

Şiraz”,  T.Bakıxanov  “H umayun”,  “N əva”,  “R ahab”  və  s.  simfonik 

muğamlarını  yaratmışlar.



61

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə